36
Bakıda Su İdman sarayının layihələndirilməsi və tikintisi –
Yüz doxsan
milyon AZN
Avropa oyunları parkının tikintisi – Yüz əlli milyon AZN
Bakı Olimpiya Stadionu – İki yüz səksən milyon AZN
Mingəçevirdə kanoe idman yarışları üçün "Kür" olimpiya idman tədris
mərkəzində əlavə işlərin yerinə yetirilməsi – Doqquz milyon beş yüz min manat
AZN
Gimnastika kompleksinin tikintisi – Yetmiş doqquz milyon AZN
Stend atıcılığı üzrə kompleksin sökülərək yenidən qurulması –
Yetmiş
milyon AZN
Əl Oyunları Sarayının əsaslı təmiri – İyirmi yeddi milyon AZN
Heydər Əliyev adına idman-konsert kompleksinin yenidən əsaslı təmiri –
Otuz altı milyon yeddi yüz min”
[https://www.bbc.com/azeri/azerbaijan/2015/06/150625_european_games_budget
BBC
News Azərbaycanca saytı, 2015]
Göründüyü kimi “Baku 2015” Yay Olimpiya oyunlarına ayrılan büdcənin bir
hissəsi 2014-cü il büdcəsinə aiddir. Bu ilin göstəricisində gənclər siyasətinin
aparılması və idman obyektlərinin inşası, yenilənmə tədbirlərinin icrası üçün bir
milyard doqquz yüz iyirmi üç milyon AZN büdcədən ayrılmışdır. Sözügedən
vəsait hesabına “Baku 2015” Yay Olimpiya Oyunları üçün Gimnastika
Kompleksinin, Su İdman Sarayının, Bakı
Olimpiya Stadionun, Avropa Oyunları
Parkının və bundan əlavə Respublika üzrə doqquz regionda Gənclər evinin, on bir
regionda isə Olimpiya İdman Komplekslərinin tikintisi baş tutmuşdur.
Azərbaycanda baş tutmuş digər mötəbər yarış isə “Formula 1” oyunlarıdır.
2018-ci il üzrə göstəricilərə əsasən 2017-ci ilə nəzərən ümumi tamaşaçı iştirakçsı
31%, bilet satışı isə 21% artmışdır. Satılan biletlərin 23%-i isə xarici turistlərin
payına düşür.
37
2018 ci ildə “Formula 1” Yarışlarını izləmək üçün paytaxt Bakıya gəlmiş
əcnəbi turistlərin sayı ötən il ilə müqayisədə 31% artmışdır. Yarışları canlı izləmək
məqsədilə dünyanın 78-ə yaxın ölkəsindən xarici turistlər Bakıya gəlmişlər. 2018
ci ildə aparılan araşdırmalara əsasən bu ilə qədər “Formula 1” yarışlarından iki yüz
yetmiş yeddi milyon üç yüz min USD gəlir əldə edilib. Göstərilən məbləğə
iqtisadiyyatın ayrı-ayrı sektorlarında, hotel və mehmanxana,
həmçinin peşəkar
xidmətlər, nəqliyyat, restoran, kənd təsərrüfatı, poçt və telekommunikasiya, sosial
və mədəni xidmətlər, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə
alınmış gəlirlər daxil edilir. “https://www.bakucitycircuit.com” saytına istinadən
qeyd edilə bilər ki, turizm sahəsi birbaşa gəlirə əsasən başlıca mövqedə dayanır.
Paytaxtımızda keçirilən 2 yarış ərəfəsində iyirmi iki milyon yeddi yüz min USD
gəlir əldə edilmişdir. Əldə olunan bu məbləğ turizm sferasından gələn gəlirlərə aid
edilir. Bu müddətdə ümumi olaraq yüz altmış dörd milyon iki yüz min USD
birbaşa birbaşa gəlir əldə edilib. Bu məbləğə paytaxtımıza
gəlmiş xarici
vətəndaşların, yarışlar iştirak etmiş idmançıların otel, iaşə obyektləri, nəqliyyatla
bağlı və digər göstərilmiş xidmətlər qarşılığında alınan gəlirlər aid edilir.
Paytaxtımızda baş tutan iki “Formula 1” yarışı müddətində əldə edilən yüz on
üç milyon USD dolayı gəlirlərə aid olunur. Göstərilmiş məbləğin on beş milyona
yaxını turizm sferasına aiddir
.( https://www.bakucitycircuit.com, 2017 )
Ölkəmizdə keçirilən daha bir beynəlxalq yarış 2017-ci ildə baş tutmuşdur.
Gənclər və İdman Naziri Azad Rəhimov bu ildə Azərbaycanda keçirilən “IV İslam
Həmrəyliyi Oyunlarları”nda təkcə bilet satışlarından 3 milyon manata yaxın gəlir
götürüldüyünü açıqlamışdır.
Həmçinin, yarışları canlı izləmək üçün 59 ölkədən
360 000 minə yaxın tamaşaçının gəldiyi vurğulanmışdır. Yarışın açılış və bağlanış
mərasimləri üçün 20 milyon dollara yaxın məbləğ ayrılmışdır.
2019-cu ilin may ayında UEFA Avroliqanın bu mövsümü üçün həlledici Final
mərhələsinin paytaxt Bakıda keçirilməsi ölkəmiz üçün daha bir böyük uğur sayılır.
Hazırda Bu idman növü azərkeşlərin izlənməsi baxımından dünyada ilk yerdədir.
Bundan əvvəlki mövsümlərdə də finala çıxmış klubların azərkeşləri sevimli
38
komadalarını dəstəkləmək üçün xarici ölkələrə səfər etmişlər. Təbii ki, bu da öz
növbəsində turizmə fayda verməyə bilməz.
AFFA-nın baş katibi Elxan Məmmədov 2019-cu ilin may ayındakı
final
oyununda ən ucuz biletin 35 avroya, ən bahalı biletin isə 130 avroya olduğunu
açıqlayıb. Bundan əvvəlki mövsümdə Fransada keçirilmiş final oyunu üçün orta
qiymət 95 avro təşkil edirdisə, bu il üçün ölkəmizdə keçiriləcək final oyununa
biletin orta qiyməti 70 avro məbləğindədir.
2017-ci ilin göstəricilərinə nəzər yetirdikdə görərik ki, qonşu Gürcüstanda bu
il turizm sektorundan gələn gəlirin sayı 2,7 milyard dollardır.
Bu barədə
Gürcüstanın Milli Bankı rəsmi məlumat yaymışdır. Qeyd olunan rəqəm əvvəlki ilki
rəqəmlərlə müqayisədə 584 milyon dollar artmışdır. Həmin ildə Gürcüstana 7
milyon 554 min 936 nəfər xarici turist səyahət etmişdir. Təbii ki, bura gələnlər
arasında ölkəmizdən olan turistlər də vardır. Belə ki, bu il ölkəmizdən Gürcüstana
gedən turistlərin sayı 1 milyon 694 min 998 nəfər idi. Müqayisə üçün qeyd edilə
bilər ki, sözügedən il üzrə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2
milyon 691 min 998 nəfər olmuşdur. Bu da əvvəlki il ilə müqayisədə 20% artım
deməkdir.
( http://sportnet.az/futbol/45494-avroliqa-2019-biletlerin-qiymeti-ve-satish-tarixi-
achiqlandi.html, 2018 )
Dostları ilə paylaş: