Azərbaycan döVLƏT İQTİsad universiteti


Azərbaycanda Turizm sahəsində qeydə alınan statistik məlumatlar və



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   14   15   16   17   18   19   20   21   ...   40
liyev-Davud-Rafiq-o-lu

2.2 Azərbaycanda Turizm sahəsində qeydə alınan statistik məlumatlar və 
onların təhlili 
Mərkəzi Bankın verdiyi hesabata görə Azərbaycanda təkcə 2017-ci ilin ilk 6 
ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2,5 milyard dollar olmuşdur. 
Əcnəbi turistlərin Azərbaycanda xərclədikləri vəsait ümumilikdə 1,3 milyard 
dollara yaxın idisə, azərbaycanlı turistlərin xaricdə xərclədikləri vəsait 1,2 
milyarda bərabər olmuşdur. Məsələyə başqa bir tərəfdən yanaşsaq xarici turistlərin 
Azərbaycanda çox vəsait xərcləmələrinin səbəblərindən birini turizm sferasındakı 
xidmətlərin bir qədər yüksək qiymətə olması ilə də əlaqələndirmək olar.
Bəzi iqtisadçı-ekspertlərin sözlərinə görə qonşu ölkə Gürcüstana səyahət edən 
bir turistin 291,2 dollar, ölkəmizə gəlmiş bir turistin isə orta hesabla 524,6 dollar 


39 
xərci çıxır. Bu amil təbii ki, turizm sektorunda Azərbaycanın mövqeyini bir qədər 
zəiflədir. Misal üçün, turistlər qonşu Gürcüstanda hər hansı bir xidmət müqabilində 
10 dollar ödəyirsə, ölkəmizdə bu qiymət bir qədər yüksək olacaqdır.
Statistikaya əsasən 2018-ci ilin ilk 3 ayı ərzində Azərbaycanda ölkə üzrə 
mehmanxanalardan gələn gəlir 73,1 milyon manata yaxın olub. TravelNews.Az 
saytı bu barədə yazır ki, göstərilən məbləğin 64,5 %-i otaqların təqdim olunması 
üçün, 23,5 %-i içkilər də daxil olduğu qida məhsullarının satışından, 4,9 %-i 
müalicə və sağlamlıq məqsədli xidmətlərindən, 7,1 %-i başqa xidmətlərin 
göstərilməsi ilə əldə olunub. 
2017 ci ilə görə daha bir ölkə üzrə müqayisə aparılsa Türkiyə göstərilə bilər. 
Belə ki, bu il üzrə ölkəyə 32.41 milyon əcnəbi turist səyahət etmişdir. Bu da 
əvvəlki ilə görə 27.84 % artım deməkdir. Məlum olduğu kimi Türkiyə 
iqtisadiyyatına başlıca xeyir verən sektorlardan biri məhz turizmdir. 2017-ci il 
göstəricilərinə görə Türkiyə turizm sektorundan 26 milyard 283 milyon 656 min 
dollar gəlir götürmüşdür. Azərbaycandakı mehmanxanaların nömrə fondundan 
istifadəsinin orta statik göstəricisi 20%-ə bərabər olmuşdur. Bununla bağlı ətraflı 
statistika aşağıdakı cədvəldə verilmişdir: 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin