21
yararlanılır və bunların da inkişafı öz növbəsində təkcə bir deyil, bütün sahələrin
canlanmasına səbəb olur. Bu isə birbaşa insanların yaşayış səviyyəsinə öz müsbət
təsirini göstərmiş olur. Çünki ölkədə yaradılan şəraitdən yalnız bura gələn turistlər
deyil, eyni zamanda yerli insanlar, cəmiyyət özü də yararlanır.
Turizm sayəsində xalqlar, ölkələr arası münasibətlər də inkişaf etmiş olur.
Yeni mədəniyyətlərlə, yeni adətlərlə, xalqlarla tanışlıq insanda xoş təəsurat yaradır.
Turizmin inkişafı hər kəsi insani dəyərlər altında birləşməyə sövq edir. Mədəni
əlaqələrin yaradılması, dünyaya baxış bucağının açılması, dünyagörüşünün
artırılması yolunda turizm əvəzsiz rol oynamaqdadır.
(
Qafarov N.C. 2012)
Dostları ilə paylaş: