NƏTİCƏ VƏ TƏKLİFLƏR
“Azərbaycan qanunvericiliyində uzunmüddətli aktivlərin beynəlxalq
səviyyədə qəbul edilmiş standartlara uyğun uçotunun təşkili məsələləri”
mövzusunda aparılmış tədqiqat əsasında bir neçə faydalı nəticələr əldə edilmişdir
və bəzi təkliflər irəli sürülə bilər. Bu təkliflər əsasən aşağıdakılardır:
1. Uzunmüddətli aktivlərin effektiv idarə olunması, habelə onların beynəlxalq
səviyyədəki standartlara uyğun uçotunun təşkil olunması həm uyğun
qanunvericiliyin formalaşmasını, həm də bu bazanın müəssisələr tərəfindən
istifadəsinin mərkəzləşməsini tələb etməkdədir. Azərbaycanda müəssisələrin
mühasibat uçotu ürə hesabatların beynəlxalq səviyyəli standartlara çatdırılması və
uyğun uçotunun aparılması, inkişafının təmini, habelə effektivliyin təmini üçün
maliyyə əməliyyatları üzrə hesabatlarda gözlənilən şəffaflığın və açıqlığın təmin
edilməsi məqsədilə qurumlar üçün maliyyə əməliyyatları üzrə hesabatlarının
mövcud beynəlxalq standartlarında əsaslanmış və uygulaşdırılmış standartlar və
təlimatlar istifadə edilməlidir.
2. Uzunmüddətli aktivlərdən istifadə etmənin səmərəliyinin və effektivliyinin
yüksəldilməsi müvafiq informasiyaların yayılmasını, habelə bunlara nəzarət
mexanizminin olmasını zəruri edir. Bu cür bir yanaşma azad bazar sisteminin
mühim elementlərindən olmuş mühasibat uçotu və maliyyə əməliyyatları üzrə
hesabatları vasitəsilə formalaşır və baş tutur. Ancaq mühasibat uçotunun və
maliyyə hesabatının tərtibi zamanı əldə edilən informasiya bazasının keyfiyyəti ilə
kəmiyyətinə qarşı mövcud tələb və zərurət müəyyən bir zaman kəsiyi keçdikdə də-
yişir və fərqliləşir. Obyektiv qaydada bu vəziyyət, aparılan uçot və maliyyə
hesabatının sisteminin də öz növbəsində mütəmadi olaraq təkmilləşməsi və
yenilənməsini tələb edəcəkdir. Mühasibat uçot ilə maliyyə əməliyyatları üzrə
hesabatın mövcud olmuş sistemində əsasən bazar mexanizminə, həmçinin də
sahibkarlıq fəaliyyətlərinin idarə edilməsinin uyğun qayda və yöntəmlərinə
uyğunlaşdırılır və adaptasiya olunur. Buna pararlel olaraq, mövcud sistemin daha
effektiv və qənaətbəxş formalaşması, habelə fəaliyyətdə olması öyrənilmiş
obyektlərin, daha dar baxımdan isə uzun müddətli hesab edilən aktivlərin iqtisadi
76
məğzini aydın və düzgün formada açıqlanmağından, təsnifatının verilməsinin və
qiymətləndirilmə qaydasının elmi, metodiki-praktiki aspektdən hərtərəfli
araşdırılmasından birbaşa qaydada asılı olmaqdadır. Aparılmış bu tədqiqat ortaya
qoymaqdadır ki, öyrənilmiş obyektlərin, başqa bir ifadə ilə uzunmüddətli aktivlərin
iqtisadi məğzini və icra etdiyi funksiyaları düzgün anlamadan onların adekvat
uçotunun və maliyyə hesabatının sistemini formalaşdırmaq mümkün
olmamaqdadır.
3. Aparılan tədqiqatlara görə, qeyd edilə bilərki, mövcud ədəbiyyatlarda həm
ümumilikdə aktivlərin, həm də onların ən mühim tərkib hissəsindən biri olmuş
uzunmüddətli aktivlərin məğzi iqtisadi hadisələr aspektindən deyil, əsasən hüquqi
münasibətlər aspektindən izah olunmalıdır.
4. Uzunmüddətli aktivin təsnifatının aparılması bu aktivin uçotu və maliyyə
əməliyyatları üzrə hesabatlarının təşkil edilməsinin metodoloji bazasından birini
təşkil etməkdədir. Ancaq nəzəriyyədə, bu istiqamətdə hazırlanmış ədəbiyyatlarda
aktivlərlə bağlı elmi aspektdən əsaslandırılmış bölmə və təsnifatlar əksikdir.
Əvvəllər olduğu kimi, günümüzdə də aktivlərin təsnifatının aparılması onların
mövcudluq strukturuna uyğun olaraq təsnifləşdirilir. Bu vaxt belə, nəticədə əldə
edilə bilər ki, uzunmüddətli aktivlərin müxtəlif növləri çeşidli funksiyalar icra edir.
Bununla belə, mövcudolma strukturundan, ya da növündən asılı olmayaraq
uzunmüddətli aktivlərin hamısı müəyyən funksiyaya sahibdir. Qeyd edilmiş bu
meyar isə öz qaydasında uzunmüddətli aktivlərin təsnifi və qruplaşmasının
əsasında mümkündür.
5. Ümumilikdə aktivlərin, habelə uzunmüddətli aktivlərin idarəolunması
mexanizmi və metodunun əhəmiyyətli elementləri vardır. Bu elementlərdən hamısı
vacib olsa belə, bu elementlərdən biri qiymətləndirmədir. Beynəlxalq miqyasda,
həm də aparılmış tədqiqatlara əsasən vurğulamaq mümkündür ki, mühasibat
uçotunun və maliyyə əməliyyatları üzrə hesabatın təkmilləşmiş metodologiyaya
sahib olarsa belə, elmi və praktiki aspektdən əsaslı qiymətləndirmə mərkəzi
mövcud olmasa uzunmüddətli aktivlərlə bağlı etibarlı, sağlam və həqiqəti əks
etdirən informasiya yaratmaq mümkün olmur. Qiymətləndirmə mexanizmi isə
77
mövcud olmasa mühasibat uçotunun doğru aparılması mümkün olmayacaqdır.
Müəssisənin apardığı əməliyyatlar nəticəsində ortaya çıxan maliyyə nəticələri
müəssisənin aktivlərini, habelə uzunmüddətli aktivlərini dəyərləndirməklə
müəyyənləşdirmək mümkündür. Qeyd edilənlərdən isə sonda bir nəticə kimi qeyd
etmək mümkündürki, uzunmüddətli aktivlərlə bağlı uçotun, həm də hesabatının
hazırlanmasının əsas metodologiyası məhz qiymətləndirmə amilidir.
Azad bazar iqtisadiyyatında aktivlərin, həmçinin uzunmüddətli aktivlərin
sahib olduğu ilkin dəyər və ya maya dəyəri; həmçinin tarixi aspektdən aldığı
dəyərlə bərabər, bugünki dəyərə əsasən qiymətləndirilməsinin zəruəti yaranır. Belə
ki, azad bazar iqtisadiyyatında qiymətləri əmələ gətirən amillər bazarın aparıcı
ünsürləridir. Bunlar isə inflyasiya, iqtisadi subyektlərin tələbi ilə təklifinin
səviyyəsi, rəqabət dərəcəsi və başqa faktorlar aid edilə bilir. Bu faktorlar güclü
təsirə sahib olub, onların göstərdiyi təsir nəticəsində formalaşır. Yəni, uçot ilə
hesabatların hazırlanmasında uzunmüddətli aktivlərin qiymətləndirilməsində tarixi
aspektə paralel olaraq, eyni vaxtda cari/bazar qiymətləri də nəzərə alınmalıdır.
6. Uzunmüddətli aktivlərin normativ sənədlərə əsasən dəqiq qaydada
təsnifatının aparılması, çağdaş şərtlərə və tələblərə uyğun olmuş mühasibat
uçotunun maliyyə əməliyyatları üzrə hesabatı sistemi günümüzdə tam formada
mövcud olmayıb hazırlanma mərhələsindədir. Yəni, mühasibat uçotunda aparılan
hesablar planında uzunmüddətli aktivlərin təsnifatının və uçotunun aparıldığı
sistem metodoloji qaydalara və praktiki şərtlərə lazımı səviyyədə cavab
verməməkdədir. Aparılmış araşdırma ilə müəssisələrin işlərinin nəticəsində əldə
olunan təcrübələr qeyd etməyə əsas verməkdədir ki, bu sistemlər öz növbəsində
məntiqi sona çatmamışdır, həm də çağdaş tələblərə uyğun olmur. Uzunmüddətli
aktivlərin, onun sintetik uçotunun aparılma qaydasının metodoloji bazası və şərtləri
keçmişdə aparılmış qaydalardan çox fərqlənməmişdir. Uzunmüddətli aktivlərin
analitik uçotunun təşkili, həm də bu aktivlərin sintetik uçotla əlaqələndirilmiş
olması bir sistem olaraq çox mürəkkəb olub, bəzən gözlənilən səmərəni
verməməkdədir.
Günümüzdə uzunmüddətli aktivlərinin, ya da onlardan istifadəedilmə nəticə-
78
sində yarana biləcək xərclərin, həm də gəlirlərin uçotunun tək bir mühasibat
uçotunun aparıldığı sistemdə və ya mərkəzdə aparılmalıdır. Bu isə uzunmüddətli
aktivlərlə bağlı detaylı informasiyanın formalaşmasına, beləliklə, bu
informasiyadan məqsədəuyğun və effektiv istifadə etməsinə imkan yaratmır.
Bütövlükdə isə, var olan uçot sisteminin yarandığı məlumat həm daxili idarəetmə
sisteminin, həmdə kənardan olan istifadəçilərin tələbatını qarşılanır. Bu sistem öz
növbəsində nə metodoloji olaraq, nədə praktiki aspektdən beynəlxalq prinsiplərə,
müəyyən edilmiş standartlara bütünlükdə uyğun olmur.
Dostları ilə paylaş: |