Soyad: Süleymanzadə
Ad: Etibar
Fakültə:BİM
Qrup:Dİ-2
Fənn: İnformatika
Mövzu:Elektron cədvəl vasitəsilə verilənlərin işlənməsi və emalı.
Sərbəst İş
Plan: 1.Excel-in əsas anlayışları.
2.Exceldə cədvəl prossesoru.
3.Excel pəncərəsinin sturukturu
4.Proqram pəncərəsinin əsas elementləri.
5.Excel faylları ilə işləmək.
6.Excel proqramında məlumatları daxil etmək.
7.Excel məlumatları üzərində işləmək.
8.Excel-də formatlaşdırma əməliyyatları.
9.Excel-də seçmə əməliyyatları.
10.Exceldə işçi sətrində dolaşmaq.
Ədəbiyyat:
Ə.Abbasov, M.Əlizadə, E.Seyidzadə, M.Salmanova
“ İnformatika və komputerləşmənin əsasları.”
B.A.Qurbanov, N.H.Əlizadə, S.N.Hacızadə
“Microsoft Excel X P-də iqtisadi məsələlərin həlli.”
Kərimov, Həbibullayev,T.İ.İbrahimov
“İnformatika” adi məsələlər üçün dərslik.
Sərbəst iş №1
Excel-in əsəs anlayışları.
Exceldə işləmədən əvvəl bu proqramın əsas anlayışı ilə tanış olmağımız daha məqsədəuyğundur.Bununla da Excel-i qısaca da olsa gözdən keçirmiş olarıq.
Exceli işlədərkən qarşılaşacağınız proqram pəncərəsinin ümumi görünüşü ilə tanış olaq.Bu zaman siz olduqca qarışıq bir pəncərə ilə qarşılaşacaqsınız.
İşçi kitablar.Excel-də yaradılmış bir fayl Excel məntiqi ilə bir işçi kitabdır(Workbook).İşçi kitabın adın proqram pəncərəsinin başlıq çubuğunda (Title Bar) görə bilərsiniz.Yeni bir fayl yaratdığımız zaman faylı yaddaşa yazana qədər onun adı Book1olacaqdır.Əgər bu adda bir fayl artıq mövcuddursa və açıqdirsa, bu halda yeni bir fayl yaratmaq istədiyinizdə onun adı Book2 olacaqdır və s.
Digər Office proqramlarında olduöu kimi Microsoft Excel-də də eyni anda bir neçə işçi kitab aça bilər və paralel olaraq işləyə bilərsiniz.
Exceli işlədib hər hansı bir faylı açarkən,iç-içə yerkləşmiş iki pəncərə görünəcəkdir.Bunlardan altda olanı proqram pəncərəsi,üstə içəridə görünəni isə fayl pəncərəsi adlanır.Əgər fayl pəncərəsini maksimum böyüdərsinizsə (Maximize), fayl pəncərənin başlığı ilə proqram pəncərəsinin başlığı birləşərək tək bir başlıq kimi görünəcəkdir.
Başlıq çubuğu üzərində yazılmış Microsoft Excel-Book1 ifadəsi əslində iki ayrı pncərə başlığıdır.Proqram pəncərəsinin başlığı Microsoft Excel ,fayl pəncərəsinin (bizim halda işçi kitabın) başlığı isə Book1-dir.
Əgər proqram pəncərəsini bağlayacaqsınızsa,o zaman Excel –dən çıxmış olacaqsınız.Excel –dən çıxmaq istədiyiniz zaman o anda açıq olan işçi kitablar (yəni ,fayl pəncərələri) bağlanacaq.
Bu işçi kitablar arasında üzərində dəyişiklik edilmiş olanlar vardırsa, Excel bunları yaddaşa yazıb-yazmayacağınızı soruşacaqdır.İşçi kitabların ,yəni, Excel fayllarının genişləndirilməsi.XLS ,.XLC ,.XLW ,.XLM ,.XLA ,.XLT olaraq qəbul edilir.
İşçi səhifələr.İşçi kitabları təmsil edən fayl pəncərələrinin aşağı hissəsində yan-yana yerləşmiş və qzərində Sheet1,Sheet2, ... və.s yazılmış düymalər görəcəksiniz.Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur.
İşçi səhifələr yığımı işçi kitabı təşkil edir.Excel –in daha əvvəlki variantlarında (Excel 4.0 və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir.Yəni orada Wordbook deyil,yalnız Worksheet yaratmaq mümkündür.
Excel-in 5.0və sonrakı variantlarında isə məntiq bir az dəyişir və çoxsəhifəli bir iş mühitinin yaradılması lazım gəlir.Artıq bir faylın içərisində bir neçə işçi səhifə yarada bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır.
Sətir və sütunlar.Bildiyiniz kimi ,cədvəllər sətir və sütunlardan ibarət olur.Exceldə görəcəyiniz işlər əsasən cədvəllə bağlıdır.Qarşınızda sətrlərdən və sütunlardan ibarət genişbir sahə vardır.Bu sətir və sütunların kəsişdikləri yerlər də hücrələrdir.
İşçi səhifədə hər bir sətrin nömrəsi və hər sütunun da adı vardır.Əslində istər nömrə,istərsə də ad olsun ,bunlar sətir və sütun başlıqları adlanır.İşçi sahə parametrlərini dəyişdirərək sətir nömrələri və sütun adları yerinə başqa adlardan da istifadə edə bilərsiniz.
Sətir nömrələri və sütun adları olmadan işsiz planlaşdırmağınız və nəzarət altına almağımız mümkün deyildir.Hər hansı bir məlumatın səhifənin harasında olduğunu müəyyən etmək və digər məlumatlarla əlaqələndirmək üçün bunlardan istifadə etmək məcburiyyətindəsiniz.
Bir işçi səhifədə 256 sütun olduğunu bilirik.Sütunlar hərflərlə adlandırılır.İlk sütun A, sonrakı B, daha sonrakı C və.s kimi adlanır.Z sütunundan sonrakı sütunlar iki hərflə:AA, AB ,AC və.s kimi adlanır.AZ sütunundan sonra BA ,BB ,BC ,...., BZ kii davam edir və bu qayda ilə sononcu sütunun adı IV olur.
Sətirlərin nömrəsi isə rəqəmlərlə 1,2,3 və.s göstərilir.Axırıncı sətrin nömrəsi 65536-dır.
Hücrələr.Hücrə Excelin əsas tərkibi hissələrindən biri sayılır ki, bu da sətirlərlə sütunların kəsişməsindən alınan sahələrə verilən addır.Hər işçis səhifədə 16777216 ədəd hücrə vardır.Ümumiyyətlə ,256 səhifədən ibarət bir işçi kitabda 4278190080 hücrə olur.
İki hücrə vardır: aktiv (current) və aktiv olmayan hücrə.Aktiv hücrənin kənarları qalın xətlərlə çərçivəyə alınır.Bu çərçivənin aşağı sağ küncündəki kiçik “+”işarəsini diqqətlə baxın.Bu işarə düyməsindən hücrə içərisindəki məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə olunur.
Ünvanlar.Hücrə adı verilən sahələrə daxil ediləcək məlumatlar üzərində hansı əməliyyatlar aparacaqsınız? Aralarında hər hansı bir əlaqə qurulmayan məlumat yığımının praktik olaraq bir məna daşımadığı aydındır.Hərflərdən ibarət məlumatlar (məsələn:adlar,soyadlar və.s kimi) görünüş baxımından uyğun bir formada nizamlamaq bir məna kəsb edə bilər(adlar eynibir sütuna alt-alta ,soyadlar isə aşağıdakı sütuna alt-alta daxil edilə bilər),ancaq ədədlər üçün bunları demək çətindir.Excel-dən istifadə etməkdə əsas isə daxil edilmiş məlumatları bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəkildə nizamlamaqdır.
Hücrə ünvanı.Excel hücrələrdə ad ,soyad, maaş və.s kimi hərf və rəqəm məlumatları daxil etdikdə ,bəzi məlumatların da öz-özünə yaradılmasını və görünməsini istəyə bilərsiniz.Bu cür məlumatlar digər mövcud məlumatlarla əlaqələndirmə yolu ilə yaradıla bilər.Bunun üçün yaradılacaq məlumatların digər məlumatlarla əlaqələndirmə yolu ilə yaradıla bilər.Bunun üçün yaradılacaq məlumatların digər məlumatlarla riyazi əlaqəsini qurmaq və formullar şəklində ifadə etməkl lazımdır.
Formullar məlumatlar arasında əlaqə quraraq yeni məlumatlarla əlaqə qurulacaqğı,o məlumatın yerləşdiyi hücrənin işçi səhifə üzərindəki yeri, yəni ünvanı göstərilə bilər
Sahə ünvanı.Sahə ünvanı iki və daha artıq hücrə ünvanını ifadə edən bir ünvan formasıdır.Məsələn:Ümumi və ya alınacaq maaşın cəmini tapmaq istədikdə alt-alta yerləşmiş bu hücrələrin genişlik ünvanından istifadə edəcəksiniz.
Mütləq və nisbi ünvanlar.Yuxarıda qeyd etdiyimiz kimi, maaş cədvəlində hər bir şəxs üçün alınacaq maaş bir-bir yazmağa ehtiyac yoxdur.Siz ilk formulu daxil etdikdən sonra altdakı hücrələrə bu formulu bir əməliyyatla köçürə bilərsiniz.
Bu arada nisbi ünvan anlayışı ilə tanış olaq.İçərisində hər hansı bir ünvan olan formulu,məsələn bir altdakı hücrəyə köçürürsənizsə , formuldakı bütün ünvanlar bir sətir artacaqdır.
Sərbəst iş №2
Excel-də cədvəl prosessoru.
Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Bu paketlərdən ən çox yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Excel - dir. Microsoft Excel cədvəl prosessorunun bir neçə versiyası mövcuddur. Sonuncu Microsoft Excel 2007-dir.
Excel, cədvəllərlə işləyən zaman istifadəçiyə aşağıdakı imkanları verir:
cədvəlin xanalarında müxtəlif funksiyalardan (riyazi, maliyyə, statistik, mühəndis və s.) təşkil olunmuş mürəkkəb düsturlardan istifadə olunur. Cədvəlin digər xanalarındakı qiymətlərdən asılı olaraq, düsturlarla nəticənin qiyməti hesablanır;
bir neçə cədvəlin əlaqəsini təşkil etmək. Bu zaman bir cədvəlin xanalarının qiyməti digər cədvəlin verilənləri əsasında təşkil olunur. Bu halda ilkin cədvəlin verilənlərinin dəyişməsi əsas cədvəldəki son nəticənin avtomatik dəyişməsinə təsir edir;
verilənlərdən təşkil olunmuş böyük massivlərin analizini asanlaşdırmaq üçün interaktiv olaraq cədvəlləri yaratmaq;
verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, çeşidləmə əməliyyatını, aralıq nəticələrin hesablanmasını və filtrləməni cədvəllərə tətbiq etmək;
verilənlərin birləşməsini (konsalidasiyasını) həyata keçirmək, yəni bir neçə cədvəlin verilənlərini bir cədvəldə birləşdirmək olar;
verilənlərin eyni adlı massivlərindən – ssenaridən istifadə etməklə, eyni cədvəldə son nəticənin qiymətini tərtib etmək. Verilənlərin bir neçə massivindən, son nəticənin bir neçə variantını tez almaq mümkündür;
düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını avtomatik yerinə yetirmək. Istifadəçi səhvlər haqqındakı məlumatın kodlarının analizindan başqa, xanalar arası asılılığı izləmək imkanına malikdir. "Зависимости" alətlər panelinin köməyi ilə cədvəli ekrana çıxarmaq rejimini vermək olar. Bu zaman ilkin xanalarla asılı xanalar müxtəlif rəngli xətlərlə birləşir;
verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsini mühafizə etmək. Bir və ya bir neçə xananı, cədvəlin özünü və ya işçi kitabı mühafizə etmək olar. Bu zaman mümkün mühafizə dərəcələrinin kombinasiyasından istifadə etmək mümkündür;
cədvəlin təyin olunmuş hissəsini gizlətməyə və ya əks etdirməyə imkan verən strukturlaşmış verilənlərdən istifadə etmək. Bu, informasiyanın seçilməsi prosesini və işçi vərəqdəki verilənlərə nəzarəti olduqca təkmilləşdirir;
əvvəldən hazırlanmış və yadda saxlanılmış sıra şəklindəki verilənlərin eyni və ya müxtəlif qiymətlərini cədvəlin bir neçə xanalarına sürətli daxil etmək üçün avtodoldurma mexanizmini tətbiq etmək. Sıranın hər bir həddi cədvəlin bir xanasına daxil edilir. Verilənlərin xanalara daxil edilmə ardıcıllığını sıranın istənilən həddindən başlayaraq düz və ya əks istiqamatdə həyata keçirmək olar;
ixtiyari sayda qiyməti olan bir və ya iki dəyişəndən təşkil olunmuş əvəzetmə cədvəlindən istifadə etmək. Dəyişənlərin bu qiymətlərindən eyni düsturun nəticəsinin hesablanmasında istifadə olunur və nəticələrə verilənlər massivi şəklində əks etdirilir.
Excel cədvəl prosessoru bu deyilənlərdən başqa, həmçinin mətn proses-sorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə, diaqramların quraşdırılması, avtomatik əvəz etmə və orfoqrafiyanın yoxlanılması, stil və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. servis imkanlarından ibarətdir.
Excel cədvəl prosessorundan mürəkkəb hesabatlarda, çeşidləmə, filtrləmə massivlərin statistik analizi və bunlar əsasında diaqramların quraşdırılmasında istifadə etmək məqsədəuyğundur.
Sərbəst İş №3
Excel pəncərəsinin sturukturu.
Excel pəncərəsinin strukturu demək olar ki, Word mətn prosessorunun strukturuna oxşayır. Burada da baş menyu sətri, alətlər paneli, aktiv işçi kitab pəncərəsi, Excel-in sistem menyusunun düyməsi, Excel və sənəd pəncərəsinin ölçülərini idarə edən düymələr, vəziyyət sətri və fırlatma zolaqları var. Bu elementlər Word-un eyni adlı elementlərinin vəzifəsinə uyğundur. Əsas pəncərənin xarici görünüşünü müəyyən parametrləri seçməklə dəyişdirmək mümkündür.(şək.1)
Excel pəncərəsinin Word mətn prosessorunda olmayan elementlərini şərh edək.
Düsturlar sətri - cari xananın tərkibini əks etdirmək və redaktə etmək üçün nəzərdə tutulub. Sağ hissədə xananın tərkibi təsvir olunur ki, bunu da sətrin mərkəzində yerləşən düymənin köməyi ilə redaktə etmək mümkündür. Xanaya verilənlərin daxil edilməsi və onun tərkibinin redaktəsi bilavasitə xananın özündə həyata keçirilir. Düsturlar sətrində cədvəlin cari xanasına yazılan düstur əks olunur. Sol hissə sahələr adı adlanır və buradan aktiv xananın ünvanı, seçilmiş xanalar diapazonun adı və ya ölçüsü əks olunur.
Vərəqələr yarlığı və onları fırlatma düyməsi işçi kitabın uyğun vərəqinin əksi və seçilməsi üçün nəzərdə tutulub.
Vəziyyət sətri iki hissədən ibarətdir. Sol hissədə menyunun seçilmiş əmrinin vazifəsi haqqında qısa məlumat təsvir olunur. Burada həmçinin yerinə yetirilən cari əməliyyat haqqında informasiya əks olunur. Sağ hissə isə klaviaturanın bəzi funksiyalarını və cari daxiletmə rejimini əks etdirən 5 sahədən ibarətdir:
NUM - klaviaturanın rəqəm bloku ( klavişi) aktivdir;
CAPS - klaviaturanın klavişi aktivdir;
EXT – seçmə rejimi aktivdir ();
ADD - qonşu olmayan xanalar diapazonunun seçmə rejimi aktivdir (+);
FIX - Параметры (Options) dialoq pəncərəsinin Правка (Edit) vərəqində "Фиксированный десятичный формат при вводе" (Fixed Decimal) bayrağı təyin olunub.
Bu hissədə vəziyyət sətrinin konteks menyusundan istifadəçi tərəfindən seçilən funksiyanın adı və cari xanalar dipazonuna uyğun hesablamanın nəticəsi əks olunur. Məsələn, Sum=l 17, Min=3, Count=6 və s.
Excel cədvəl prosessoru ilə işləyərkən müxtəlif parametrləri seçmək mümkündür ki, sonradan susmaya görə bu parametrlərdən istifadə olunur. Bu parametrlər Сервис (Tools) menyusunun Параметры (Options) əmrinin seçilməsi ilə alınan dialoq pəncərəsində qeyd olunur.
Параметры (Options) dialoq pəncərəsinin ən çох istifadə olunan vərəqləri aşağıdakılardır:
Вид (View) vərəqinin parametrləri proqram və sənəd pəncərəsinin xarici görünüşünü dəyişməyə imkan verir. Sətirlər düsturunu, xanaların işçi çərçivəsini, vəziyyət sətrini, xanalardakı düsturları və s.gizlətmək və göstərmək mümkündür.
Вычисление (Calculation) vərəqinin parametrləri düsturların hesablama üsulunu təyin edir və xarici istinadları idarə edir.
Правка (Edit) vərəqinin parametrləri xanalara verilənləri daxil etdikdə və onların redaktəsində istifadə olunur.
Общие (General) vərəqində avtomatik yükləmə qovluğunun adı, yeni kitabdakı vərəqlərin sayı, standart şrift, istinad şrifti, əvvəl açılmış faylların siyahısı və s. parametrlər təsvir olunur.
Списки (Custom Lists) vərəqi avtodoldurma funksiyalarının yerinə yetirilməsində istifadə olunan və ya verilənlərin çeşidlənməsində istifadəçi qaydasını təyin edən siyahılardan təşkil olunur.
Диаграмма (Chart) vərəqinin parametrləri aktiv diaqramın görünüşünü təyin edir və susmaya görə yeni yaradılan diaqramlarda istifadə olunan formatların verilməsinə imkan verir.
Международные (International) vərəqinin parametrləri tam və kəsr hissənin ayırıcılarının və çap formatının dəyişilməsinə imkan verir.
Сохранение (Save) kitabın bərpası üçün verilmiş vaxt intervalı ilə avtomatik bərpa faylı və kataloqu yaradır. Kompüterdə gözlənilməz hər hansı nasazlıq baş verdikdə, Excel -in növbəti yüklənməsində avtomatik bərpa faylı açılır.
Безопасность (Securite) vərəqindəki parametrlər cari kitab faylının şifrələməsi, kitaba ümumi müraciət və makrosların təhlükəsizliyi üçün parametrləri təyin edir.
Орфография (Spelling) orfoqrafiyanın yoxlanılmasını və müxtəlif dillərin tənzimlənməsini həyata keçirir.
Параметры (Options) dialoq pəncərəsinin vərəqlərində seçilən bütün parametrlərin qiyməti yadda saxlanılır və susmaya görə cədvəl prosessoru onlardan növbəti dəyişiklik aparılanadək istifadə edir.
Sərbəst İş № 4.
Proqram pəncərəsinin əsas elementləri.
Excel ilə işləyərkən aşağıdakı element və anlayışlardan istifadə olunur.
Excel-in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi olan fayl şəklində yadda saxlanılır. Işçi kitabı yaratdıqda və ya açdıqda о ayrıca bir рəncərə şəklində (şək. 9.5) təsvir olunur. Нər bir kitab işçi vərəqlərdən təşkil olunur.
Vərəqə cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə tutulub. Нər bir vərəqə sətir və sütunlardan təşkil olunur. Sətirlər 1, 2, 3,……. və sütunlar A, B, C,…….. kimi işarələnir. Excel-də verilənlərin təsvir formalarından asılı olaraq vərəqlərin aşağıdakı tipləri mövcuddur:
cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi;
diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi:
cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanması üçünmakroslar vərəqi. Excel kitabdakı vərəqlərin sayını artırıb və azaltmağa imkan verir. Bir qayda olaraq bir vərəqdə bir cədvəl yaradılır.
Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Нər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində saxlayır. Verilənlərin daxil edilməsi ilə Excel verilənlərin tipini müəyyən edir və bunlarla bağlı əməliyyatlar siyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin və asılı olmaqla iki hissəyə bölünür. Asılı xanalarda düsturlar yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad edir. Asılı xanaların qiymətləri cədvəlin ilkin xanalarının tərkibindən təyin olunur. Göstəricinin köməyi ilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər hansı bir xananın hündürlüyünü və ya enini dəyişmək üçün, buna uyğun sətrin hündürlüyünü və ya sütunun enini dəyişmək lazımdır.
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçünnəzərdə tutulub. Xanalar ünvanının yazılmasının iki üsulu mövcuddur:
Cədvəl sütunun hərfinin və sətrin nömrəsinin qarşısında $ simvolu-nun yazılması mütləq ünvanlaşdırmanı göstərir. Məsələn: B$2, $K$ və s. Excel-də bu üsul susmaya görə istifadə olunur və "A1" stili adlanır.
R və С hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və sütunun nömrəsi kvadrat mötərizələrdə göstərilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir. Məsələn: R4C7 - 4-cü sətir ilə 7-ci sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. ünvanların bu üsulla yazılışı "R1C1" stili adlanır.
Düstur-cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetirilməsi üçün riyazi yazıdır. Düstur sabit, operator, istinad, funksiya, diapazon və hesablama ardıcıllığını dəyişmək üçün istifadə olunan mötərizələrdən təşkil olunur. Düstur bərabərlik və ya riyazi operatorla başlayır və cədvəlin xanasına yazılır. Düsturun yerinə yetirilməsinin nəticəsi hesablanmış qiymətdir. Bu qiymət avtomatik olaraq, düsturun yerləşdiyi xanaya yazılır.
Məsələn, =SUM(Al:A12)/$C$3 + 400
Burada SUM – funksiyanın adı, A1,A12, $C$3 -istinad, A1:A12- xanalar diapazonu (massiv), 400-isə sabitdir.
Düsturlarda +; -; *; /; % (faizin qiymətinin təyini);