Referat elmi rəhbər: Dos. Nəbiyeva Cəmalə Tələbə: Qasımov Sultan Bakı-2023 plan



Yüklə 105,44 Kb.
səhifə1/5
tarix25.12.2023
ölçüsü105,44 Kb.
#195809
növüReferat
  1   2   3   4   5
Qasımov Sultan İKT


BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: Biznes və Menecment


İxtisas: Marketinq
Fənn: İKT
Kafedra: Ali riyaziyyat və texniki fənnlər
Qrup: 423D
Kurs: 1
Mövzu: “Excel əsas funksiyaları”

REFERAT

Elmi rəhbər: Dos. Nəbiyeva Cəmalə


Tələbə: Qasımov Sultan
Bakı-2023


PLAN
Giriş
1. Microsoft Excel elektron cədvəl pro­ses­sorunun yaranma və inkişaf tarixi.
2. Excel 2010-da Lent (Ribbon) istifadəçi in­terfeysi.
3. Excel 2010-un əsas funksiyaları.
4. Excel 2010 elektron cədvəlinin kom­po­nent­ləri.
5. Verilən­lərin daxil edilməsi və re­dak­tə­si.
Nəticə
Ədəbiyyat

GİRİŞ
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessoru ən mürəkkəb strukturlu istənilən cədvəli hazırlamağa imkan verir. Bu paketlərdən ən geniş yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Office paketinə daxil edilmiş Microsoft Excel proqramıdır.


1. Microsoft Excel elektron cədvəl pro­ses­sorunun yaranma və inkişaf tarixi.
İlk elektron cədvəl "Visicalc" adı ilə 17 Oktyabr 1979-cu ildə yaradılması Daniel Briklinin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Visicalc-ın yaradılmasında çoxlu əmək sərf edən Robert Frenkstona tərəfindən olsa da, proyektin ideyası Daniel Briklinə məxsus idi. O zaman yaddaşın həcmi 16 kb idi.
80-ci illərdə elektron cədvəl proqramları faktiki olaraq proqram təminatı kateqoriyasının liderinə çevrilmişdi. Artıq 1986-cı ilin payızında elektron cədvəlin 7 milyondan çoxu istifadəçilərin əlində idi. Visicalc-ın əvəzinə yeni elektron prosessor olan "Lotus 1-2-3” Mitçe Keypor tərəfindən işlənildi.
1987-ci ildə Briklin Trellix adlanan birinci kompaniyasını təşkil etdi və növbəti il özünün birinci məhsulu olan Trellix 1.0 –nı buraxdı. Bu məhsul interaktiv sənədlərin tərtibini təşkil etmək üçün nəzərdə tutulmuşdu.
1987-ci ilin sonunda Windows üçün original versiya "Excel 2” meydana gəldi. Macintosh üçün birinci versiyanın hazırlanmasına qədər bu versiya "Excel 2” adını daşıdı. O vaxtlar Windows hələ geniş yayılmamışdı. Ona görə də excel operativ Windows əməliyyat sistemi versiyasını müşayiət etdi.
1990-cı ildə Mirosoft kompaniyası Windows üçün "Excel 3”ü yaratdılar. Bu versiya daha mükəmməl alətləri və görüntüsü ilə diqqəti cəlb edirdi. "Excel 3”-də alətlər paneli, rəsm çəkmək imkanları, işçi kitabın strukturu, sazlamalar, üçölçülü diaqramlar, sənədlərin birgə redaktə edilməsi funksiyaları və digər çoxlu funksiyaları özündə cəmləşdirirdi.
1992-nin yazında "Excel 4” işıq üzü gördü. Bu versiyanın meydana çıxması "Windows”un məşhurluğunun artmasına əhəmiyyətli dərəcədə təsir göstərdi. Bu versiya istifadə imkanları və rahatlıq baxımından daha sadə və əlverişli idi.
1994-də "Excel 5" bazara çıxarıldı. Bu versiya kəmiyyətcə daha çox geniş imkanlara malik idi. Çoxsəhifəli işçi kitab və yeni makrodil Visual Basic for Application (VBA) artıq bu versiyada mövcud idi. Digər əvvəlki versiyalar kimi bu versiya da geniş kütlənin rəğbətini qazanmışdı.
Microsoft Excel və Microsoft Word proqramları çoxsaylı oxşar cəhətlərə malikdirlər. Bir çox əsas əməliyyatların yerinə yetirilməsi (sənədləri yaradılması, açılması, bağlanması, qrafik obyektlərlə iş və s.) oxşar, bəzi hallarda eyni qaydalarla həyata keçirilir. Bu, hər iki proqramın MS Office paketinə daxil olması ilə izah oluna bilər.
Microsoft Excel 2010 elektron cədvəl prosessoru müxtəlif funksiyalardan (mətni, məntiqi, riyazi, maliyyə, statisik və s.) istifadə edərək hesabatların hazırlanmasını, məlumatlara uyğun müxtəlif formalı diaqramların qurulmasını, verilənlərin nizamlanmasını, verilənlərə süzgəcləri (filtirlərin) tətbiq edilməsini, forma və hesabat cədvəllərinin tərtibini, verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, verilənlərin konsolidasiyasını (bir neçə cədvəlin verilənlərinin bir cədvəldə birləşməsini), düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını, verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin mühafizəsini, bir və ya bir neçə xananın (cell/ячейка), cədvəlin özünün və ya iş kitabının mühafizəsini həyata keçirən prosesləri həyata keçirir.
Excel 2010 cədvəl prosessoru göstərilənlərdən başqa, mətn prosessorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə. diaqramların quraşdırılması, avtomatik əvəzetmə və orfoqrafiyanın yoxlanılması, üslub və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. xidmət imkanlarından ibarətdir.
Excel 2010 proqramının sənədi Book (Книга/Kitab) və ya Workbook (Рабочая книга/İş dəftəri) adlanır.
EXCEL riyazi, iqtisadi, ictimai, fiziki və s. məsələlərin həlli üçün istifadə olunan Microsoft proqramlar paketinə daxil olan proqramlar toplusudur. Elmi –texniki hesablamalarda Excel-in əhəmiyyətli rolu vardır. Bu istiqamətdə Excel-in əsas təyinatı aşağıdakılardır.
1.Böyük verilənlər kütləsi üzərində eyni tipli informasiyaların aparılması.
2.Yekun hesablamaların avtomatlaşdırılması.
3.Parametrlərin qiymətlərinin seçilməsi yolu ilə məsələlərin həlli,düsturların tabulyasiyası.
4.Eksperiment nəticələrinin emalı.
5.Parametrlərin optimal qiymətlərinin aparılması.
6.Cədvəl tipli sənədlərin hazırlanması.
Excel-in əsas anlayışları bunlardır:
Elektron cədvəl adi cədvəllərin və qrafiklərin kompüter ekvivalentidir. Cədvəlin xanalarında mətn, tarix, düstur və rəqəmlər yazılır. Xana sütun və sətirlərin kəsişdiyi sahədir. Buna yuva da deyirlər.
Xananın ünvanı sütunun adını və sətrin nömrəsini təyin edir.
İsnad-xanaların ünvanlarını göstərmək üsuludur.(formasıdır)
Xana bloku-ardıcıl xanalar qrupudur.
EXCEL proqram pəncərəsinin elementləri :
Microsoft Excel proqramı ilə işə başlamaq üçün Пуск (Start) menyusunun Программы (Programs) hissəsindən Microsoft Excel sətrini seçin.
Açılmış proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir:
Pəncərənin başlığı (sərlövhə sətri)
Menyu sətri (Menu bar, Строка меню)
Alətlər paneli (Standard, Стандартные)
Formatlaşdırma paneli (Formatting, Форматирование)
Düstur sətri (Formula bar, Строка формул)
İşçi sahə – sənəd pəncərəsi
İşçi vərəqlərin yarlıkları (Sheet tabs, Ярлычки листов)
Cari vəziyyət sətri (Status bar, Строка состояния)
nişanı (piktoqramı) üzərində mausun sol düyməsini vurduqda proqramın sistem menyusu açılır.
Proqram pəncərəsinin ölçüsünü bərpa etmək
Proqram pəncərəsinin yerini dəyişmək
Proqram pəncərəsinin ölçüsünü dəyişmək
Proqram pəncərəsini bükmək
Proqram pəncərəsinin ölçüsünü maksimuma çatdırmaq
Proqram pəncərəsini bağlamaq
Excel 2010 proqramının özü və aktiv kitabı (sənədi) displey ekranında iki ada malik olan başlıqla verilmiş pəncərələrlə açılır (Microsoft Excel və Book1). Odur ki, Excel 2010 cədvəl prosessorunda bir neçə kitab pəncərəsi açılmış olduqda onların bağlanması, yaxud prosessorun öz pəncərəsinin bağlanılması üçün pəncərə başlıqlarının sağında yuxarı küncündə yerləşən X - Close (Закрыть/Bağla) düyməsi kliklənir.
Excel 2010 proqramı icra olunan kimi proqram pəncərəsi ekranda əks olunur. Bu halda hər hansı fayl açılmış olarsa, onda bu fayl Excel proqramı pəncərəsinin işçi sahəsində əks olunur.
Faylları yaddaşa yazmaq. İstədiyiniz işçi kitabdakı məlumatlar müvəqqəti olaraq komputerin əməli yaddaşında saxlanılır.Exceldən çıxarkən və ya iş prosesində məlumatların daimi saxlanması üçün işçi kitabı komputerin sabit yaddaşına (diskə) və ya disketə yazaraq fayl şəklində saxlamaq lazımdır.Bunun üçün elə başlanğıcda və ya müəyyən işləri gördükdən sonra məlumatları yaddaşda saxlamaq üçün File (fayl) menyusundan Save (yaddaşa yaz) əmrini seçin.İşçi kitabı ilk dəfə yaddaşa yazdığınız üçün Save As (yeni adla yaddaşa yaz) dialoq pəncərəsi açılacaqdır.

Yüklə 105,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin