Atributiv (keyfiyyət) Kəmiyyət Əgər atributiv əlamət az sayda müxtəlif növlüdürsə, onda qrupların sayı bu müxtəlif növlərin sayı ilə müəyyən edilir. Məsələn, əhalinin cinsi, ailə vəziyyəti, təhsili üzrə qruplaşdırılması, əhalinin şəhər və kənd əhalisinə bölünməsi və s Kəmiyyət əlaməti üzrə qruplaşdırmada qrupların sayının müəyyən edilməsi kimi xüsusi hesablamalar tələb edir. Məsələn, əhalini gəlirlərinin səviyyəsinə görə, ayrı-ayrı qida məhsullarının istehlakının həcminə görə və s.
Kəmiyyət əlaməti əsasında statistik informasiyanın qruplaşdırarkən bunları müəyyən etmək zəruridir.
Qruplaşdırma əlamətini
Qrupların sayını
Qrupların fasiləsini
Fasilənin kəmiyyəti ilə qrupların sayı bir-biri ilə əlaqədədir. Belə ki, təşkil edilmiş qrupların sayı nə qədər çox olarsa fasilənin kəmiyyəti bir o qədər az olur vəəksinə.
Qrupların sayı asılıdır
obyektin vahidlərinin sayından qruplaşdırma əlamətinin tərəddüd dərəcəsindən
Qrupların sayını müəyyən edərkən öyrənilən hadisənin xüsusiyyətlərinin nəzərə alınması zəruridir.
Qrupların sayını müəyyən edərkən öyrənilən hadisənin xüsusiyyətlərinin nəzərə alınması zəruridir.
Ona görə də qrupların sayı optimal olmalıdır və hər bir qrupa məcmunun kifayət qədər vhidləri daxil edilməlidir ki, bu da böyük ədədlər qanununun tələblərinə cavab verir.
Deməli, qruplarda vahidlərin sayı haqqında məsələ formal əlamətlə deyil, öyrənilən hadisənin mahiyyətinə əsaslanaraq həll edilməlidir.
Qrupların sayı qruplaşdırma əlamətinin variasiyasına əhəmiyyətli təsir göstərir.
N 15-24
25-44
45-89
90-179
180-359
360-719
n 5
6
7
8
9
10
Bərabər fasiləli qrupların optimal sayını Amerika alimi Stercessenin təklif etdiyi düsturla müəyyən etmək olar.