Sahibkarlıq fəaliyyəti
«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan respublikasının qanununda yazılmışdır: «Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir». Bu tərif təkmildir, sahibkarlıq fəaliyyətinin məzmununu dəqiq əks etdirir.
İqtisadi ədəbiyyatda «sahibkar» anlayışı haqqında müxtəlif fikirlərə rast gəlinir, ancaq onların hamısında müəyyən oxşarlıq nəzərə çarpır. Sahibkar haqqında çoxsaylı baxışları ümumiləşdirərək, fikrimcə, belə bir nəticə çıxarmaq olar:
Sahibkar – risk şəraitində fəaliyyət göstərən, təşəbbüskar, yaradıcı, sosial-iqtisadi mexanizmi təşkil edən insandır. Düzdür, «sahibkar və sahibkarlıq» anlayışlarında yaxınlaşma hiss olunur. Əslində sahibkar – sahibkarlıq fəaliyyəti ilə məşğul olan insandır.
Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə aşağıdakılar məşğul ola bilərlər:
Fəaliyyət qabiliyyəti olan respublikanın hər bir vətəndaşı; mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
Hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
Xarici hüquqi şəxslər.
Sahibkarlığın subyektləri həm fərdi adamlar və ya həm də partnyorların birliyi ola bilər. Sahibkarlığın subyekti kimi fərdi adamlar şəxsi, yaxud ailə müəssisəsi təşkil etmək yolu ilə çıxış edirlər. Bu cür sahibkarlar öz əmək məsrəfləri ilə məhdudlaşa bilər, yaxud isə qəbul etdiyi adamların əməyindən istifadə edə bilər. Sahibkarlığın obyekti kimi tərəfdaşların birlikləri müxtəlif təsərrüfat assosiasiyaları; icarə kollektivləri, səhmdar cəmiyyətləri, yoldaşlıq formasında çıxış edə bilərlər.
Azərbaycan Respublikasının Konstitusiyasında və “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununda təsbit edilmişdir ki, fiziki və hüquqi şəxslər qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında müstəqil biznes fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. İqtisadi ədəbiyyatlarda “biznes” termininə müxtəlif təriflər verilir,
Məsələn:
Biznes – öz biliyi, bacarığı və kapitalından istifadənin köməyi ilə gəlirin alınmasına yönəldilən insan fəaliyyətidir;
Biznes işin görülməsi sistemidir, insanlar üçün zəruri məhsul
Biznes istehlakçıların tələbatını ödəmək üçün yaradılan istehsal sistemidir:
Biznes – yüksəkkeyfiyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi vasitəsilə puldan pul əldə etmək bacarığıdır.
Yuxarıda söylənilən fikirləri umumiləşdirərək biznesə aşağıdakı tərifi vermək daha düzgün olardı. Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə edilməsi məqsədilə təşəbbüskar insanlar arasında işgüzar münasi- bətlərin məcmusudur. Biznes və onun mühüm istiqaməti olan sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, iqtisadi artım tempini, ümumi daxili məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik prinsiplərə və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması və davamlı inkişafına kömək edir. Belə ki, müasir biznesin sürətli inkişafı sayəsində Azərbaycan iqtisadiyyatında qeyri-dövlət sektoru aparıcı mövqeyə çıxmış, yəni ümumi daxili məhsulda onun payı 81 faizə çatmışdır.
Biznes fəaliyyətini inkişaf etdirmək və milli iqtisadiyyatda onun rolunu artırmaq üçün “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr və magistr kadrların hazırlanması məsələsi zəruriyyətə çevrilmişdir. “Biznesin təşkili və idarə edilməsi” fənninin tədrisində məqsəd iqtisadçı ba- kalavrlara biznesin təşkili və idarə edilməsinin nəzəri və praktiki məsələləri haqqında zəruri bilikləri öyrətməkdir. Kitabın strukturu biznesin təşkili və idarə edilməsinə bilavasitə aid olan mövzuların qarşılıqlı əlaqəsi və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur. Bu fənnin səmərəli tədrisi və tələbələr tərəfindən yaxşı mənimsənilməsi məqsədilə mövzular üç bölmədə qruplaşdırılır: biznesin təşkili, biznesin planlaşdırılması və biznesin idarə edilməsi. “Biznesin təşkili və idarə edilməsi” fənninin tədqiqat obyektini müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarında biznes fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri, predmetini isə biznes fəaliyyətinin səmərəli təşkili, planlaşdırılması və idarə edilməsi ilə bağlı məsələlərin öyrənilməsi təşkil edir.
Sahibkarlıq fəaliyyətinin ən mühüm cəhətlərinə fikrimizcə, aid etmək olar;
Təsərrüfat subyektlərinin sərbəst və müstəqil olması. Hər bir sahibkar istənilən məsələ üzrə qərar qəbul edərkən sərbəstdir. Əlbəttə, hüquqi norma çərçivəsində;
Iqtisadi maraq. Sahibkarın başlıca məqsədi yüksək mənfəət əldə etməkdir. Bununla bərabər, sahibkar öz şəxsi məqsədinə çatmaq üçün ictimai mənafeyə nail olunmasına da səbəb olur;
Təsərrüfat riski və məsuliyyət, istənilən hər hansı dəqiq hesablamalarda, əsaslandırılmış, düşünülmüş proqnozlarda,
Idarəetmə qərarlarında qeyri-müəyyənlik, risk qalır sahibkarlığın sözügedən mühüm əlamətləri bir-birilə sıx qarşılıqlı əlaqədardır və eyni vaxtda fəaliyyətdə olurlar.
Xüsusi sahibkarlığın başlıca məqsədi qazanc, mənfəət götürməkdir. Lakin cəmiyyətin ümumi İqtisadi tərəqqisi baxımından xüsusi sahibkarlığa başqa meyarla da baxmaq lazımdır. A.Smit bunu açıqlayaraq yazmışdır ki, xüsusi sahibkar bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də o, eyni zamanda həm də qeyri-şüurlu olaraq, bilavasitə Öz əmlakına aid olmayan başqa bir zəruri, vacib amala, cəmiyyətin ümumi mənafeyinə (məsələn, məhsul istehsalının artmasına və keyfiyyətinin yüksəldilməsinə, səmərəli fəaliyyətə, mədəni ticarət xidmətinə, istehsalın modernləşdirilməsinə, iqtisadiyyatın demokratikləşməsinə və s.) də xidmət etmiş olur. Deməli, xüsusi sahibkarlıq yalnız şəxsi mənafe məsələsi deyil, eyni zamanda ictimai məsələdir.
İqtisadi təfəkkürün xüsusi tipi kimi sahibkarlıq praktiki fəaliyyətdə reallaşdınian qərarların qəbuluna original baxışlann və yanaşmalann məcmu ilə səciyyələnir. Burada sahibkann şəxsiyyəti əsas rol oynayır. Sahibkarlıq məşğuliyyət növü deyil, ağıl tərzi və təbiət xüsusiyyətidir.
Sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli ictimai rəyin formalaşması, əhalinin şüurunda demokratik fikirli sahibkar obrazının yaranması çox vacibdir. Keçmiş tariximizdə bu obrazlar kifayət qədər olmuşdur. Təəsüf ki, müasir tariximizdə onlar yox dərəcəsindədir. Sahibkar olmasa vətən sahibsiz qalar, millət məhv olar. Sahibkar olan yerdə təsərrüfatsızlığa və intizamsızlığa son qoyulur, bolluq yaranır, əhali firavan yaşayır.
Sahibkarlıq imkanlan aşağıdakı şəkildə təzahür edə bilər:
Mövcud tələbatın ödənilməsinin daha effektiv üsullanntn axtanlıb tapılması;
Mövcud tələbatın ödənilməsi üçün texnologiyaların, məmulatın işlənib hazırlıq;
Biznesin effektiv həyata keçirilməsi üçün və qeyri- təkmil bazar mexanizmindən və qanunvericilikdən istifadə edilməsi.
Sahibkar bu bir qayda olaraq, tələbatın strukturunu bilən və onları ödəməyə qadir yaradıcı, ixtiraçı və enerjili insandır.
Bir çox sahibkarlar eyni zamanda, xüsuöilə kiçik biznesdə menecer adlanırlar. Lakin hətta ən münasib, layiqli sahibkarlar idarəedicilərin vasitəçilərinə çevrilə bilir, təşəbbüskar, peşəkar menecer isə effektiv dəyişikliklərə nail ola bilər.
Təşkilatı-idarəetmə fəaliyyəti menecerlərin peşəkar bilik, yenilik və iş təcrübəsinin olmasını nəzərdə tutur. Əgər sahibkarın səxsiyyət və peşəkarlıq keyfiyyəti menecerə qoyulan tələblərə cavab verirsə, onda o menecer funksiyasım müvəffəqiyyətlə yerinə yetirə bilər və sahibkar ola bilər. Əks təqdirdə sahibkar əmlak sahibi kimi qalır, idarəetmə funksiyasını peşəkar menecerə verir. Dünya təcrübəsi təsdiq edir ki, sahibkarlığa meylli adamların miqdarı işçilərin 7-8 faizindən çox olunur.
Dostları ilə paylaş: |