SUAL 6.2. Məhdud məsuliyyətli cəmiyyətlər
MMC ilkin kapitalı iştirakçıların müəyyən pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiyadır. İştirakşçılar qoyduqları həmin pay çərçivəsində məsuliyyət daşıyırlar.Onlar həm hüquqi, həm də fiziki şəxs ola bilərlər. Cəmiyyət bir neçə şəxs tərəfindən də yaradıla bilər.Cəmiyyətin iştirakşıları narahat olmurlar ki, uğursuzluq baş verərsə, çox ziyana düşəcəklər, çünkü onlar təkcə cəmiyyətə daxil olarkən özlərinin qoyduqları payına risk edirlər.
Onların hüquqları:
1. Cəmiyyətin idarəedilməsində iştirak.
2. Fəaliyyət haqqında mühasibat sənədləri də daxil olmaqla zəruri məlumat almaq.
3. Mənfəətin bölgüsündə iştirak etmək.
4. Payını almaqla cəmiyyətdən azad olmaq.
Bu cəmiyyətin başlıca cəlbedici cəhətlərindən biri onun iştirakşılarının məhdud məsuliyyəti hesab edilir. Bu isə o deməkdir ki, onlar yalnız qoyduqları pay həcmində cavabdehlik daşıyırlar. MMC kiçik biznesin təşkilati –hüquqi formasına aiddir.Məhdud məsuliyyətli cəmiyyət hüquqi forma kimi kiçik və hətta ailə müəssisəsinə daha çox uyğun gəlir. Bu müəssisələr öz dövriyyəsinə az miqdarda adamları cəlb edir. Belə müəssisənin əsas sənədi - təsis müqaviləsi və nizamnaməsi sayılır.Təsis müqaviləsinə investisiya müqaviləsi də deyilir.Nizamnamə isə bir növ onun konstitusiyası hesab edilir.Qərb ölkələrində təsis müqaviləsi çoxdan öz əhəmiyyətini itirib və hazırki vaxtda hətta qeydiyyata alınmır, hərçənd formal şəkildə onun təqdim edilməsi tələb olunur. Cəmiyyətin idarəetmə orqanı onun iştirakçılarının ümumi yığıncağıdır
Dostları ilə paylaş: |