Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “TƏSDİq ediRƏM”


 NEFT VƏ QAZIN ÇIXARILMASI PROSESİNDƏ TƏTBİQ OLUNAN



Yüklə 308,89 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix22.06.2022
ölçüsü308,89 Kb.
#62034
1   2   3   4   5
2. NEFT VƏ QAZIN ÇIXARILMASI PROSESİNDƏ TƏTBİQ OLUNAN
 MAŞIN VƏ AVADANLIQLAR 
 
2.1. Neft və qazın çıxarılması prosesində tətbiq olunan ümumi təyinatlı 
avadanlıqlar. 
Neft və qazın çıxarılması prosesində tətbiq olunan ümumi təyinatlı 
avadanlıqların təsnifatı. Süzgəclər. Qoruyucu kəmərləri sarımaq üçün avadanlıq. 
Nasos kompressor boruları, onların konstruktiv icraları, standartlar və 
hesablanmasının əsasları. Pakerlər və lövbərlərinin təyinatı, təsnifatı, konstruktiv 
icraları, standartlaşdırılması və hesablanmasının əsasları. 
2.2. Lay təzyiqini sabit saxlamaq prosesində tətbiq olunan maşın və 
avadanlıqlar. 
Müxtəlif iş prinsipinə malik olan su qəbuledici qurğuların sxemlər və 
avadanlıqların kompleksinin tərkib hissələri. Laya vurulan suyun mexaniki, kimyəvi 
və bioloji təmizlənməsi üçün istifadə olunan avadanlıqlar kompleksinin sxemi və 
tərkibi. Bloklu şaxəli nasos stansiyalarının sxem bloklarının təyinatı. Nasosların icrası 
və texniki göstəriciləri, onların gücünün və veriminin hesablanması. Laya isti su və 
qaz vurmaq üçün avadanlıqlar. 
2.3.Quyuların fontan üsulu ilə istismarı prosesində tətbiq olunan avadanlıqlar. 
Fontan armaturu, onun sxemləri. Tərkib hissələri. Konstruktiv icraları, 
standartlaşdırılması və texniki göstəriciləri. Boru başlığı və onun konstruksiyası. 
Siyitmələr və kranlar. Onların iş prinsipi. Konstruktiv icrası və texniki göstəriciləri. 
Fontan armaturunun iş rejimini tənziləyən qurğular. Fontan armaturunun manifoldu. 
Qaldırıcı borular və onun üzərində yerləşdirilən klapanlar. Alətlər. Kəmərayırıcılar. 
Uzanmanı kompensasiya edicilər. İstifadə olunan pakerin xüsusiyyətləri. Fontan ar-


maturunu idarə edən stansiyalar və idarəedici komplekslər. Dənizdə neft, qaz və qaz-
kondensat quyularının fontan üsulu ilə istismarı üçün avadanlığın xüsusiyyətləri. 
Fontan avadalıqlarının möhkəmliyə və kipliyə hesabı. 
2.4. Quyuların qazlift üsulu ilə istismar prosesində tətbiq olunan avadanlıqlar. 
Qazlift prosesinin təşkili və növləri. Kompressorlu. Kompressorsuz, kəsilməz 
və periodik qazliftdə avadanlıqların yerləşdirilməsi sxemləri. Quyuüstü və quyudaxili 
avadanlıqların tərtibatı. Quyunun işə buraxılması təzyiqi. Qazlift klapanları. Onların 
konstruktiv icraları və hesabı. Quyu kameraları. Qaldırıcı borularda yerləşdirilən 
klapanlar və onları quyuya buraxıb oturtmaq üçün alətlər dəsti. 
2.5. Quyuların ştanqlı nasos qurğuları ilə istismar prosesində tətbiq olunan 
avadanlıqlar. 
Quyu ştanqlı nasoslar. Onların təsnifatı, konstruktiv icraları, standartı və texni-
ki göstəriciləri. Quyu ştanqlı nasosların əsas düyünlərinin möhkəmliyə hesabı. Plun-
jerin silindrində oturtma qrupları. Nasos ştanqları. Onların konstruktiv icraları, 
standartı və texniki göstəriciləri. Pilləli ştanq kəməri tərtibinin əsasları və möhkəmli-
yə hesabı.
Ştanqlı nasos qurğularının intiqallarının təsnifatı və tətbiq sahələri. Balansirli 
mancanaq dəzgahının iş prinsipi, əsas düyünləri, standartı və texniki göstəriciləri.
Mancanaq dəzgahı mexanizminin sintezi və təhlili. Mancanaq dəzgahının kinemat-
ikası və düyündərə təsir edən qüvvələrin hesablanması. Dinamoqramların təhlili və 
qurulması. Mancanaq dəzgahının tarazlaşdırılması. Reduktorda əmələ gələn burucu 
moment. Mühərrikin gücünün təyini. Layların ayrılıqda istismarı üçün ştanqlı nasos 
qurğuları. 
2.6. Quyuların ştanqsız nasos qurğuları ilə istismar prosesində tətbiq olunan 
avadanlıqlar. 
Mərkəzdənqaçma elektrik dalma nasos qurğusu. Nasosun konstruksiyası. 
Texniki göstəriciləri və tətbiq sahəsi. Nasosun hidravlik mühafizəsi (protektor). Dal-
ma elektrik mühərriki və xüsusi konstruksiyalı kabel. Qurğunun hesablanmasının 
əsasları. 
Vintli elektrik dalma nasos qurğusu. Nasosun konstruksiyası, texniki 
göstəriciləri, tətbiq sahəsi və hesablanması. 
Diafraqmalı dalma nasos qurğusu. Nasosun konstruksiyası, texniki 
göstəriciləri. Tətbiq sahəsi və hesablanması. 
Hidroporşenli elektrik dalma nasos qurğusu. Nasosun konstruksiyası, texniki 
göstəriciləri. Tətbiq sahəsi və hesablanması. 
2.7. Qurğuların istismarında tədqiqat və quyudaxili işləri aparmaq prosesində 
tətbiq olunan qurğular. 


Quyuların tədqiqatı üçün qurğuların konstruksiyası və kinematik sxemləri. On-
ların texniki göstəriciləri və tərkib hissələri. 
Quyudaxili işləri aparmaq üçün qurğuların konstruksiyası və kinematik sxem-
ləri. Onların texniki göstəriciləri və tərkib hissələri. 

Yüklə 308,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin