Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “TƏSDİq ediRƏM”



Yüklə 308,89 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix22.06.2022
ölçüsü308,89 Kb.
#62034
  1   2   3   4   5


AZƏRBAYCAN DÖVLƏT NEFT və SƏNAYE UNİVERSİTETİ 
“TƏSDİQ EDİRƏM” 
ADNSU-nın Rektoru, professor 
____________ MUSTAFA BABANLI 
«
05
»
iyul 2016-cı il
3313.02 - «MAŞINLAR, AVADANLIQLAR VƏ PROSESLƏR»
ixtisası üzrə doktoranturaya qəbul imtahanının 
P R O Q R A M I
BAKI- 2016 


Tərtib etdi: t.e.d., prof. Məmmədov Vasif Talıb oğlu 
 
Redaktor: 
t.e.n., dos. Eyvazova Züleyxa Eylaq qızı 
 
Rəy verənlər: t.e.d., prof. Kərimov Ömər Mahmud oglu 
t.e.d., prof. Kərimov Mürvət Yüsif oglu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


1. QAZMA PROSESİNDƏ TƏTBİQ OLUNAN MAŞIN 
 VƏ AVADANLIQLAR 
1.1. Quyuların qazma prosesində tətbiq olunan qazma kəməri. 
Quyuların qazma prosesində tətbiq olunan qazma borularının təyinatı, tərkibi 
və xarakteristikası. İşlək borular. Qazma boruları. Ağırlaşdırılmış qazma boruları. 
Qazma boruları üçün materiallar. Qazma kəmərinin hesablanması. Qazma kəmərinin 
dayanıqlığı. 
1.2. Quyuların qazma prosesində tətbiq olunan qoruyucu kəmərlər. 
Quyuların qazma prosesində tətbiq olunan qoruyucu kəmərlərin təyinatı, 
kompanovkası və əsas tələblər. Qoruyucu borular. Quyunun konstruksiyası və 
qoruyucu kəmərlərinin diametrləri. Qoruyucu kəmərlərin möhkəmliyə hesablanması. 
Kəmərin buraxıla bilən endirmə dərinliyinin təyini. Quyu lüləsinin konstruksiyası. 
Kəmər başlıqları, onların konstruktiv icraları, texniki göstəriciləri və hesablanmasının 
əsasları. 
1.3. Quyuların qazma prosesində tətbiq olunan quyudibi mühərriklər. 
Quyuların qazma prosesində tətbiq olunan turboburlar, onların quruluşu və 
ümumi xarakteristikası. Turbobur dayaqları istismarının xüsusiyyətləri. Turboburun 
parametrlərinin əsas hesabi tənlikləri. Vintli hidravliki mühərriklər. Elektroburlar. 
1.4. Quyuların qazma prosesində tətbiq olunan qazma rotorları. 
Quyuların qazıma prosesində tətbiq olunan rotorların təyinatı, xarakteristikaları 
və konstruksiyaları. Rotor stolu dayaqlarına təsir edən yüklərin hesablanması. Əsas 
dayaq yastığının hesablanması. Rotorun aparan valının hesablanması. 
1.5. Quyuların qazma prosesində tətbiq olunan fırlanğıc. 
Quyuların qazma prosesində tətbiq olunan fırlanğıcın təyinatı, xarakteristikası 
və konstruksiyası. Fırlanğıcın detallarının hesablanması. Fırlanğıcların və qazma 
əlcəklərinin istismarı. 
1.6. Quyuların qazma prosesində tətbiq olunan tal sistemi. 
Quyuların qazma prosesində tətbiq olunan tal sisteminin təyinatı, sxemi və 
quruluşu. Polad tal kanatları. Tal kanatlarının hesablanması. Qazma qarmaqları və 
qarmaqblokları. Qarmaq detallarının möhkəmliyə hesablanması. Tal blokları və 
kəlləçarxlar. Tal blokları və kəlləçarxların detallarının möhkəmliyə hesablanması. 
1.7. Quyuların qazma prosesində tətbiq olunan qazma bucurqadları. 
Quyuların qazma prosesində tətbiq olunan qazma bucurqadlarının təyinatı, 
quruluşu və konstruksiya sxemləri. Bucurqadların və endirib-qaldırma aqreqatlarının 


konstruksiyası. Əsas parametrlərinin hesablanması və seçilməsi. Qaldırma 
mexanizminin kinematikası. Qaldırma mexanizminin dinamikası. 
1.8. Quyuların qazma prosesində tətbiq olunan əyləmə quruluşları. 
Quyuların qazma prosesində tətbiq olunan əyləmə quruluşları haqqında ümumi 
məlumatlar. Qazma bucurqadının lentli əyləci. Lentli əyləcin hesablanması. 
Hidrodinamiki əyləcin hesablanması. Elektromaqnit əyləcləri. Endirib-qaldırma 
əməliyyatının müddəti. Endirib-qaldırma əməliyyatının həcmi. 
1.9. Quyuların qazma prosesində tətbiq olunan qazıma nasosları və dövran 
sistemi avadanlıqları. 
Quyuların qazma prosesində tətbiq olunan qazma nasosları və dövran sistemi 
avadanlıqları, təyinatı və əsas tələblər. Nasosların əsas parametrləri və ümumi 
xarakteristikası. Qazma nasoslarının konstruksiyası. Qazma nasoslarının hesablanma
metodikası. Qazma məhlulunun hazırlanması və ağırlaşdırılması üçün quruluşlar. 
Dövran sisteminin təmizləmə quruluşları. Sorma xətti və manifold. 
1.10. Quyuların qazma prosesində tətbiq olunan qazma qurğularının intiqalları. 
Quyuların qazma prosesində tətbiq olunan qazma qurğularının intiqallarının 
təyinatı, təsnifatı və əsas tələblər. Daxili yanma mühərriki intiqalı. Qazma 
qurğularının elektrik intiqalı. Mühərriklərin seçilməsi və güc elementlərinin 
hesablanması. 
1.11. Quyuların qazma prosesində tətbiq olunan qazma qurğularının 
transmissiyaları.
Quyuların 
qazma 
prosesində 
tətbiq 
olunan 
qazma 
qurğularının 
transmissiyalarının təyinatı və əsas tələblər. İlişmə muftaları. Elektromaqnit 
muftaları. Qazma qurğularının hidroötürmələri. 
1.12. Quyuların qazma prosesində tətbiq olunan qazma qurğularının zəncir 
ötürmələri. 
Quyuların qazma prosesində tətbiq olunan qazma qurğularının zəncir 
ötürmələrinin təyinatı və əsas tələblər. Zəncirlərin növləri, əsas parametrləri və 
ölçüləri. Əsas parametrlərin seçilməsi və zəncir ötürmələrinin möhkəmliyə 
hesablanması. 
1.13. Quyuların qazma prosesində tətbiq olunan qazma tikililəri. 
Quyuların qazma prosesində tətbiq olunan qazma tikililəri, qazma vışkaları, 
xarakteristikaları və konstruksiyaları. Qazma vışkalarının hesablanmasının əsasları. 
Blok əsasları. Dənizdə qazma üçün əsaslar. 
1.14. Quyuların qazma prosesində tətbiq olunan quyu ağzını kipləndirmə 
avadanlıqları. 


Quyuların qazma prosesində tətbiq olunan quyu ağzını kipləndirmə 
avadanlıqları haqqında ümumi məlumatlar. Əsas tələblər. Preventorların quruluşu və 
təsir prinsipləri. Atqıya qarşı avadanlıqlarının tipik sxemləri. Üzən platformalarla 
qazmada quyu ağzı avadanlıqlar. Preventor detallarının möhkəmliyə hesablanması. 
Plaşkalı və universal preventorlar. Onların konstruktiv icraları, texniki göstəriciləri və 
hesablanması. Preventor qurğularının manifoldu və onları idarə etmək üçün hidravlik 
qurğu. 
1.15. Quyuların qazma prosesində tətbiq olunan qazma maşın və 
avadanlıqlarının etibarlığı. 
Quyuların qazma prosesində tətbiq olunan qazma maşın və avadanlıqlarının 
etibarlığı. Qazma maşın və avadanlıqlarının etibarlıq göstəriciləri nomenklaturasının 
seçilməsi. Etibarlıq göstəricilərinin hesablanma metodu. 

Yüklə 308,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin