Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u   3.    Antik Yunan və qədim Roma fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   2   3   4   5   6   7   8   9   ...   26
FELSEFE - QIPS

M ö v z u   3.    Antik Yunan və qədim Roma fəlsəfəsi 

 

Antik  yunan  klassik  fəlsəfəsinin  formalaşmasında  mifologiyanın  və  «Yeddi 

müdriklərin» rolu.  

Antik yunan klassik fəlsəfəsinin yaranması və onun inkişaf mərhələləri. Antik   

fəlsəfənin  kosmosentrik  xarakteri.    Erkən  naturfəlsəfi  təlimlər.  Milet  məktəbi  – 

Avropada  ilk  fəlsəfi  məktəbdir.  Fales,  Anaksimandr,  Anaksimenin  fəlsəfi  məsələri 

həll  etməyə  ilk  cəhdləri.  Qədim  Yunan    fəlsəfəsində  Fales  sadəlövh  materializmin 

banisidir.  Onun  dünyanın  yaranması  haqqındakı  baxışları.  Anaksimandrın  əbədi 

sonsuz varlıq haqqındakı təlimi. Onun materiyanın saxlanmasına və göy cisimlərinin 

düzülüşünə  dair  baxışları  və  kortəbii  dialektikası.  Anaksimenin  atom  və  boşluq 

haqqındakı  təlimi  və  onun  kortəbii  dialektikası.  Heraklitin  təbiətdə  hərəkət  və 

dəyişiklik  haqqındakı  fikirləri  və  dünyanın  maddiliyi  ideyasının  zənginləşməsində 

onun  rolu.  Heraklitin  kortəbii  dialektikası  və  təbiətdəki  qanunauyğunluqlara  dair 

baxışları.  

Pifaqor  və  pifaqorçular  məktəbi.  Bu  məktəbin  antik  fəlsəfədə  ilk  idealist 

məktəb olması. Antik dialektikanın təşəkkülü. 

Eleya  məktəbi  və  bu  məktəbin  nümayəndələrinin  fəlsəfəsində  varlıq  və 

təfəkkürün qarşılıqlı münasibəti məsələsi. Ksenofan, Parmenid, Zenonun təlimləri ilə 

antik fəlsəfənin formalaşmasının başa çatması.  

Empedokl və Anaksaqorun fəlsəfəsi antik fəlsəfi təfəkkürün inkişafında xüsusi 

mərhələdir.  



 

 

Levkipp  və  Demokritin  atomist  təlimi  antik  materializmin  zirvəsidir. 



Demokritin hərəkət, səbəbiyyət və cəmiyyət haqqında irəli sürdüyü fikirlər.  

Yunan  fəlsəfəsinin  klassik  dövrü.  Sofistlər  «düşünən,  danışan  və  iş  görən 

yunan  maarifçiləridir».  Sofistlər  insan  probleminə  doğru  dönüş.  Sofistlərin 

müdrikliyi. Sokrat klassik dövrün ilk filosofudur. Sokratın «Özün özünü dərk et!» və 

«Mən bilirəm  ki, mən heç nə bilmirəm!» kəlamları və onların fəlsəfi mənası. Onun 

fəlsəfəsində insan, şüur və bilik problemləri. Sokratın dövləti idarəetmə qaydalarına 

dair baxışları. 

Platonun  obyektiv  idealizmi.  Platonun  ideyalar  aləmi  və  onun  xüsusiyyətləri 

haqqında bədən və ruh haqqında təlimi. Platonun idealzminin qnoseoloji və ontoloji 

kökləri. Platonun sosioloji baxışları.  

Aristotelin materiya,  forma və hərəkət haqqında təlimi. Onun təlimində varlıq 

və  qeyri-varlıq  ideyası.  Aristotelin  hissi  idrakla  məntiqi  idrakın  dialektikasına  dair 

ideyaları. Aristotelin fəlsəfənin kateqoriyaları, həyatın mənşəyi və mənası haqqında, 

ruh və zəka haqqında irəli sürdüyü müddəalar. Aristotelin siyasi, sosioloji, məntiqi və 

etik baxışları. 

Ellinizm  dövrünün  fəlsəfi  məktəbləri  –  peripatetiklər,  Akademik  fəlsəfə, 

epikürçülər,  stoiklər,  eklektiklər,  neoplatoniklər  –  onların  baxışlarındakı  oxşar  və 

fərqli  cəhətlər.  Epikür  tərəfindən  atomist  təlimin  inkişaf  etdirilməsi.  Epikürün 

Hedonist etikası. Stoiklərin fəlsəfəsi.  

Qədim Romada fəlsəfə. Lukretsi Karın atomizmi. Keyfiyyətlər haqqında təlimi 

və onun idrak nəzəriyyəsi.  

Fəlsəfi fikrin inkişafında antik fəlsəfənin rolu. 




Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin