Azərbaycan Dövlət Neft və sənaye Universiteti


Tədqiqatın elmi yenilikləri



Yüklə 184,79 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü184,79 Kb.
#39405
növüReferat
1   2   3   4   5   6   7   8   9
1.Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyəmünasibətlərininyaxşılaşdırılması yolları mag.dis. Nəzərova Gülcan Namaz kaf.71 2020

Tədqiqatın elmi yenilikləri aşağıdakılardan ibarətdir:

- beynəlxalq valyuta-maliyyə münasibətlərinə dair mövcud fikir və mülahizələr təhlil edilmiş və ümumiləşdirilmişdir;

- Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin mövcud vəziyyəti araşdırılmış və müvafiq nəticələr çıxarılmışdır;

- Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə əlaqələrinin yaxşılaşdırılması istiqamətləri müəyyən edilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti: dissertasiya işi respublikamızın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin mövcud vəziyyətinin təhlilində, onun yaxşılaşdırılması üçün təkliflərin hazırlanmasında istifadə edilə bilər. O, həmçinin «Dünya iqtisadiyyatı», «Beynəlxalq iqtisadi münasibətlər» fənlərinin tədrisi zamanı, buraxılış işlərinin yazılmasında istifadə edilə bilər.

İşin aprobasiyası: dissertasiya işinin mövzusuna dair“Beynəlxalq valyuta-maliyyə münasibətlərinin tənzimlənməsi” adlı bir məqalə dərc edilmişdir.

Dissertasiya işi 67 səhifədən ibarətdir. İşdə 22 şəkil, 3 cədvəl vardır. İstifadə edilmiş ədəbiyyatın sayı 40- dır.

Dissertasiya işi ADNSU-nin «Sənaye iqtisadiyyatı və menecment» kafedrasında yerinə yetirilmişdir.

Fəsil 1. Ədəbiyyat icmalı

1.1. Xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin təşkilinə dair

mövcud ədəbiyyatlardakı yanaşmalar

Xarici ölkələrlə valyuta-maliyyə münasibətləri, başqa sözlə-beynəlxalq valyuta münasibətləri - müxtəlif ölkələrin milli təsərrüfatları arasında həyata keçirilən hesablaşma-ödəmə əməliyyatlarını müəyyən edən valyuta münasibətlərinin məcmusudur. Beynəlxalq valyuta-maliyyə münasibətlərinin inkişafı məhsuldar qüvvələrin inkişafı, dünya bazarının yaranması, beynəlxalq əmək bölgüsünün dərinləşməsi, qlobal iqtisadi sistemin formalaşması, iqtisadi münasibətlərin beynəlmiləlləşməsi və qloballaşması ilə əlaqədardır.

İqtisadi münasibətlərin beynəlmiləlləşməsinə əsaslanan beynəlxalq valyuta münasibətləri tədricən müəyyən təşkilati formalar almışdır. Valyuta sistemi - milli qanunvericilikdə və ya dövlətlərarası sazişlərdə təsbit edilmiş valyuta münasibətlərinin təşkili və tənzimlənməsi formasıdır. Bu, struktur və funksional cəhətdən bir-biri ilə əlaqəli olan, onun fəaliyyətində və idarə olunmasında iştirak edən elementlər toplusudur.

Valyuta yeni bir pul növü deyil, milli pullar beynəlxalq ticarət və kredit münasibətlərinə istifadə edildikdə xüsusi bir fəaliyyət üsuludur. Beləliklə, beynəlxalq iqtisadi münasibətlərdə istifadə olunan pul valyutaya çevrilir.

Valyuta-maliyyə münasibətlərinə dair ədəbiyyatların və internet resurslarının araşdırılması göstərir ki, ölkədəki valyuta münasibətlərinin subyektlərinə aşağıdakılar daxil edilir (şəkil 1.1)[2, 9, 23]:


  • dövlətin Mərkəzi Bankı;

  • ölkənin hökuməti;

- müvəkkil banklar - valyuta əməliyyatları üçün Mərkəzi Bankdan lisenziya almış banklar və digər kredit təşkilatları;

- ixrac-idxal əməliyyatları aparan müəssisələr;

- valyuta birjaları;

- institusional investorlar (investisiya, pensiya fondları və s.);




Dövlətin Mərkəzi Bankı

Ölkənin hökuməti

Müvəkkil banklar - valyuta əməliyyatları üçünMərkəzi Bankdan lisenziyaalmış banklar və digər kredit təşkilatları









Ölkədəki valyuta münasibətlərinin subyektləri




Xarici valyuta və brokerfirmaları

İnstitusional investorlar (investisiya, pensiya fondları və s.









İxrac-idxal əməliyyatları aparan müəssisələr

Valyuta birjaları

Fiziki şəxslər

Şəkil 1.1.Ölkədəki valyuta münasibətlərinin subyektləri


- xarici valyuta və broker firmaları;

- fiziki şəxslər.

Xarici valyuta münasibətlərinin subyektləri aşağıdakılardır (şəkil 1.2):

- xarici dövlətlərin hökumətləri;

- beynəlxalq valyuta təşkilatları;

- xarici hüquqi və fiziki şəxslər.




Beynəlxalq valyuta təşkilatları

Xarici dövlətlərin hökumətləri

Xarici hüquqi və fiziki şəxslər













Xarici valyuta münasibətlərininsubyektləri

Şəkil 1.2.Xarici valyuta münasibətlərinin subyektləri

Valyuta münasibətlərinin obyekti valyuta ilə əməliyyatlardır.

İqtisadi məzmundan asılı olaraq valyuta münasibətləri aşağıdakı kimi fərqləndirilə bilər (şəkil 1.3):

- xarici valyutanın alqı-satqısı, habelə xarici valyuta kapitalının qoyulması üzrə əməliyyatlar həyata keçirilərkən valyuta münasibətləri;

- beynəlxalq hesablaşmalar zamanı valyuta münasibətləri;

- maliyyə əməliyyatlarının sığortası ilə bağlı valyuta münasibətləri;

- valyutanın ödəniş və kredit vasitəsi kimi istifadəsi;

- iqtisadi yardım göstərmək üçün valyutadan istifadə.

Xarici valyutanın alqı-satqısı, habelə xarici valyuta kapitalınınqoyulması üzrə əməliyyatlar həyatakeçirilərkən valyutamünasibətləri

Beynəlxalq hesablaşmalar zamanı valyuta münasibətləri

Maliyyə əməliyyatlarının sığortası ilə bağlı valyuta münasibətləri





Valyutanın ödəniş və kredit vasitəsi kimi istifadəsi

İqtisadi yardım göstərmək üçün valyutadanistifadə






İqtisadi məzmundan asılı olaraqvalyuta münasibətlərininformaları

Şəkli 1.3.İqtisadi məzmundan asılı olaraq valyuta münasibətlərinin formaları


Iqtisadi ədəbiyyatlarda valyuta sistemlərinin aşağıdakı formalrı fərqləndirilir (şəkil1.4):

- milli;


- dünya;

- beynəlxalq (regional).




Dünya

Beynəlxalq (regional)

Milli



Valyuta sistemlərinin formaları

Şəkil 1.4.Valyuta sistemlərinin formaları

Milli valyuta sistemi (MVS) nisbətən müstəqil olmasına və milli sərhədləri keçməsinə baxmayaraq, ölkənin pul sisteminin ayrılmaz hissəsidir. Onun xüsusiyyətləri ölkə iqtisadiyyatın eləcə də, xarici iqtisadi əlaqələrinin vəziyyəti və inkişaf səviyyəsi ilə müəyyən edilir.

Valyuta-maliyyə münasibətlərinin təşklinə dair ədəbiyyatların və internet resurslarının araşdırılması göstərir ki, milli valyuta sistemi aşağıdakı elementlərin birləşməsi şəklində təqdim edilə bilər[2;22;23](şəkil1.5):




Milli valyutanın konvertasiya şərtləri

Milli valyutanın pariteti

Milli valyuta





Valyuta məhdudiyyətlərinin olması və ya olmaması, valyuta nəzarəti

Milli valyutanın məzənnə rejimi










Milli valyuta sisteminin elementləri

Ölkənin valyuta likvidliyinin millitənzimlənməsi

Ölkədə valyuta münasibətlərinin dövləttənzimlənməsini həyata keçirənmilli orqanlar









Ölkənin beynəlxalq ödənişlərinintənzimlənməsi




Beynəlxalq kredit imkanlarından istifadənintənzimlənməsi

Milli valyuta bazarının və qızıl bazarının rejimi

Şəkil 1.5.Milli valyuta sisteminin elementləri

- milli valyuta;

- milli valyutanın konvertasiya şərtləri;

- milli valyutanın pariteti;

- milli valyutanın məzənnə rejimi;

- valyuta məhdudiyyətlərinin olması və ya olmaması, valyuta nəzarəti;

- ölkənin valyuta likvidliyinin milli tənzimlənməsi;

- beynəlxalq kredit imkanlarından istifadənin tənzimlənməsi;

- ölkənin beynəlxalq ödənişlərinin tənzimlənməsi;

- milli valyuta bazarının və qızıl bazarının rejimi;

- ölkədə valyuta münasibətlərinin dövlət tənzimlənməsini həyata keçirən milli orqanlar.

Dünya Valyuta Sistemi (DVS) ayrı-ayrı milli iqtisadiyyatları vahid dünya iqtisadiyyatına birləşdirən bir mexanizmdir. Qlobal valyuta sisteminin hüquqi əsası beynəlxalq müqavilələr, çoxtərəfli və ikitərəfli müqavilələr və aktlardır.

DVS-nin əsas elementləri aşağıdakılardır [2;22;23] (şəkil 1.6):


Milli və kollektiv ehtiyatvalyuta vahidləri

Beynəlxalq likvid aktivlərintərkibi vəstrukturu

Valyutaların qarşılıqlı konvertasiyasışərtləri









Beynəlxalq ödənişlərin formaları

Beynəlxalq valyuta bazarlarınınvə dünya qızıl bazarlarınınrejimi







Dünya valyuta sisteminin elementləri


Valyuta alətlərinin fəaliyyətinitəmin edən beynəlxalqhüquq normalarıvə milli qanunvericilik normaları

Valyuta və maliyyə münasibətlərinitənzimləyən beynəlxalq təşkilatlar

Şəkil 1.6. Dünya valyuta sisteminin elementləri

- milli və kollektiv ehtiyat valyuta vahidləri;

- beynəlxalq likvid aktivlərin tərkibi və strukturu;

- valyutaların qarşılıqlı konvertasiyası şərtləri;

- beynəlxalq ödənişlərin formaları;

- beynəlxalq valyuta bazarlarının və dünya qızıl bazarlarının rejimi;

-valyuta və maliyyə münasibətlərini tənzimləyən beynəlxalq təşkilatlar (Beynəlxalq Valyuta Fondu -BVF, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı–BYİBvə s.);

- valyuta alətlərinin fəaliyyətini təmin edən beynəlxalq hüquq normaları və milli qanunvericilik normaları.

Dünya valyuta sistemi XIX əsrin ortalarında formalaşmağa başlamışdır. Dünya valyuta sisteminin fəaliyyətinin və sabitliyinin xarakteri onun prinsiplərinin dünya iqtisadiyyatının quruluşuna nə dərəcədə uyğun olacağından asılıdır.

İqtisadi ədəbiyyatlarda [2, səh.589; 10, səh 185] və internüt resurslarında [23; 26] milli və dünya valyuta sistemlərinin elementlərinin müxtəlif müqayisəsinə rast gəlinir. Bu elementlərin ən çox yayılan müqayisəsi cədvəl 1.1-də verilmişdir.

Cədvəl 1.1

Milli və dünya valyuta sistemlərinin əsas elementlərinin müqayisəsi

Milli valyuta sistemi

Dünya valyuta sistemi

Milli valyuta

Ehtiyat valyutaları, beynəlxalq valyuta vahidləri

Milli valyutanın konvertasiyası (dönərliliyi)

Valyutaların qarşılıqlı konvertasiyası (dönərliliyi)

Milli valyutanın pariteti

Valyuta paritetlərinin unifikasiya rejimi

Milli valyutanın məzənnərejimi

Valyuta məzənnələri rejimlərinin tənzimlənməsi

Valyuta məhdudiyyətlərinin olması və ya olmaması, valyuta nəzarəti

Valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi

Bir ölkənin beynəlxalq valyuta likvidliyinin milli tənzimlənməsi

Beynəlxalq valyuta likvidliyinin dövlətlərarası tənzimlənməsi

Beynəlxalq kredit fondlarından istifadənin tənzimlənməsi

Beynəlxalq kredit fondlarından istifadə qaydalarının unifikasiyası

Ölkənin beynəlxalq ödənişlərinin tənzimlənməsi

Beynəlxalq ödənişlərin əsas formalarının unifikasiyası

Dünya valyuta sistemlərinin (DVS) əsas vəzifəsi aşağıdakılardan ibarətdir:

-beynəlxalq əmək bölgüsünün inkişafı məqsədi ilə ixraca və idxala görə beynəlxalq ödənişlərin səmərəli təşkili;

- ayrı-ayrı ölkələr arasında münasibətlərdə əlverişli şəraitin yaradılması yolu ilə malların, kapitalın, xidmətlərin və digər xarici iqtisadi fəaliyyət növlərinin ölkələrarası hərəkətinə səmərəli xidmət göstərilməsi.

DVS beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə əhəmiyyətli dərəcədə töhfə verə biləcək və ya əksinə təsir göstərə biləcək güclü vasitələrdən biridir. DVS vasitəsi ilə iqtisadi qaynaqlar bir ölkədən digərinə köçürülür və ya əksinə bu proses bloklanır, milli iqtisadi müstəqillik dərəcəsi genişlənir və ya məhdudlaşır, iqtisadi çətinliklər (məsələn, işsizlik, inflyasiya və s.) bir ölkədən digərinə ötürülür. Beynəlxalq iqtisadi əlaqələrin inkişafı əsasən müəyyən valyuta sisteminin xarakteri və onun təsisatlarının fəaliyyətinin səmərəliliyi ilə əvvəlcədən müəyyənləşdirilir.

DVS qlobal iqtisadi məqsədləri həyata keçirsə də və xüsusi bir fəaliyyət və tənzimləmə mexanizminə sahib olsa da, milli valyuta və regional valyuta sistemləri ilə sıx bağlıdır. Bu əlaqə xarici iqtisadi fəaliyyətə xidmət edən milli banklar vasitəsilə həyata keçirilir və dövlətlərarası valyuta tənzimlənməsi və aparıcı ölkələrin valyuta siyasətinin əlaqələndirilməsində özünü göstərir. Müasir valyuta sisteminin texnoloji əsası təşkilati və telekommunikasiya, nəqliyyat, maliyyə şəbəkələridir. Nəzərə almaq lazımdır ki, korporativ şəbəkələrlə yanaşı diaspor, dini, mafiya, meqalopolis əlaqələri də mövcuddurvə bu, beynəlxalq valyuta və maliyyə təşkilatlarının idarəetmə təsirini tələb edir.

DVS-in əhəmiyyətli bir xüsusiyyəti onun daim dəyişməsivə inkişaf etməsidir. Bu dəyişikliklərin ən çox yayılmış səbəbləri aşağıdakılardır:

- dünya iqtisadiyyatının inkişafında beynəlxalq əməkdaşlığın dərinləşməsi;

- əmtəə istehsalının və bazarların beynəlmiləlləşməsi;

- beynəlxalq bazarların tənzimləmə mexanizmlərinin daim dəyişməsi.

Valyuta sisteminin fəaliyyətinin sabitliyi onun mövcud beynəlxalq iqtisadi münasibətlərə uyğunluq dərəcəsindən asılıdır. Valyuta sisteminin təkamülü hamar və ahəngdar deyildir, ziddiyyətlidir, daim yaranan yerli və dünya (qlobal) valyuta böhranları ilə nəticələnir, bu proseslərə reaksiya valyuta sisteminin ayrı-ayrı hissələrinin tədricən dəyişdirilməsinə və ya tamamilə transformasiyasına səbəb olur. Beynəlxalq valyuta sisteminin konkret formaları istehsalın inkişafı, beynəlxalq münasibətlər, milli valyuta sistemləri, güclərin dünya səhnəsindəki bölgüsü (yeri) və aparıcı ölkələrin maraqları ilə müəyyən edilir.

Milli və dünya valyuta sistemləri arasındakı ara element dövlətlərin regional inteqrasiya qruplarına xidmət edən beynəlxalq regional valyuta sistemləridir (regional valyuta sistemi). Təcrübədə, valyuta sahəsində regional qarşılıqlı əlaqənin üç əsas modeli mövcuddur. Şərti olaraq, onlar Qərbi Avropa, Latın Amerikası və Afrika kimi təyin edilə bilər. Qərbi Avropada intensiv ticarət və iqtisadi əlaqələri nəzərə alaraq regional valyuta əməkdaşlığının məqsədi ilk növbədə çoxtərəfli hesablaşmaların səmərəli sistemini yaratmaq idi. Artıq iqtisadi inteqrasiyanın ilkin mərhələsində Avropa İttifaqı (Aİ) ölkələrinin daxili ixrac-idxal əməliyyatlarının payı 30% -dən 50% -ə qədər olmuşdu. Bunu nəzərə alan birlik ölkələri milli valyuta məzənnələrinin EKY vasitəsilə kollektivəlaqələndirilməsindən valyuta inteqrasiyasının əsas hədəfinə - vahid valyutanın - avronun yaranmasına nail oldular.

1960-80-ci illərdə Latın Amerikasında Mərkəzi Amerika Valyuta Birliyi, Latın Amerikası İxrac Bankı və Karib Stabilizasiya Fondu da daxil olmaqla bir sıra valyuta əməkdaşlıq təşkilatları yaradıldı. Ancaq valyuta inteqrasiyası yolundakı uğurlar əhəmiyyətsiz oldu. Latın Amerikası Valyuta Birliyi çərçivəsində həll edilə bilməyən əsas problem milli valyuta sistemlərinin unifikasiyasıdır. Yaradılmış ortaq valyuta, Mərkəzi Amerika pesosu, yalnız qarşılıqlı iddiaları ödəmək üçün istifadə edilirdi. Karib ümumi bazarının hesablaşma vahidi, Karib dolları,isə ABŞ dollarına bağlandı.

1990-cı illərdə bölgədəki iqtisadi vəziyyətin kəskin pisləşməsi dollarlaşma prosesini sürətləndirdi. Buna ABŞ-ın dollar zonasını genişləndirməkdə maraqlı olan siyasəti də kömək etdi. Nəticədə Latın Amerikasının bir neçə ölkəsi milli valyutalardan dolların lehinə (Panama, Haiti, Ekvador) imtina etdi.

Afrikada frank zonası əsasında iki valyuta ittifaqı fəaliyyət göstərir:

- Mərkəzi Afrika Valyuta Birliyi;

- Qərbi Afrika Valyuta İttifaqı.

Bu birliklərin hesab vahidi Afrika cəmiyyətinin frankıdır - əvvəllər Fransa frankına, indi isə avroya bağlanılan KFA frankıdır. Fransa Xəzinədarlığı Fransa hökuməti tərəfindən müəyyən edilən paritetdə KFA frankının dönərliyinin azadlığına zəmanət verir.

Valyuta ittifaqlarında iştirak edən ölkələr aşağıdakı vasitələrlə valyuta -maliyyə siyasətlərini əlaqələndirirlər:

-vahid pul vahidininemissiya qaydalarını müəyyənləşdirirlər;

-qızıl və valyuta ehtiyatlarından istifadə qaydalarını müəyyənləşdirirlər;

- bankların fəaliyyətini tənzimləyirlər;

- xarici ödənişlərə nəzarət qaydalarını müəyyən edirlər.

Fransa, KFA frankının sabitliyinin qarantı olaraq, bu valyuta ittifaqlarının emissiya qurumlarında geniş təmsil olunur, avroisə paralel valyuta kimi Afrika valyuta ittifaqlarında iştirak edən ölkələr üçün xarici ödənişlərdə istifadə edilir. Afrikada yeni valyuta birlikləri yaratmaq cəhdləri davam edir. Belə ki, Qərbi Afrika Dövlətlərinin iqtisadi birliyinə (QADİB) üzv olan səkkiz ölkə - kollektiv pul vahidi - Afro tətbiq etmək üçün bir proqram hazırlayır.

Kollektiv hesab vahidi yaratmaq imkanı Cənub-Şərqi Asiya Millətlər Birliyində (ASEAN) də işlənilir. Bunda məqsəd, xüsusilə Assosiasiyaya aid olan ölkələr arasındakı beynəlxalq hesablaşmalarda ABŞ dollarından asılılığı azaltmaqdır. Hesab vahidi olaraq bölgədəki ən sabit valyuta olan Sinqapur dollarından istifadə edilməsi planlaşdırılır.

MDB çərçivəsində rubldan kollektiv valyuta kimi istifadə imkanları nəzərdən keçirir. Regional valyuta inteqrasiyasının dərinləşməsi meyli, milli iqtisadiyyatları maliyyə bazarlarında davamlı olaraq müşahidə edilən qeyri-sabitliyin dağıdıcı təsirindən qorumaqdır.

Valyuta sisteminin əsas struktur elementləri aşağıdakılardır (şəkil 1.7):

- ödəniş vasitələrinin məcmusu (valyuta) və onun xüsusiyyətləri (konvertasiya şərtləri, milli valyutanın pariteti, məzənnə rejimi, beynəlxalq likvidlik);

- beynəlxalq kredit imkanlarından və ölkələrin beynəlxalq hesablaşmalarından




Ödəniş vasitələrinin məcmusu (valyuta) və onun xüsusiyyətləri (konvertasiya şərtləri, milli valyutanınpariteti, məzənnə rejimi, beynəlxalq likvidlik)

Beynəlxalq kredit imkanlarından və ölkələrin beynəlxalq hesablaşmalarındanistifadənin tənzimlənməsi





Valyuta sisteminin əsas strukturelementləri


Dövlətlərin valyuta münasibətlərində valyuta sistemininfəaliyyətini tənzimləyən institusional qurumlar (mərkəzi bank,maliyyənazirliyi, beynəlxalq maliyyə təşkilatları və s.).




Valyuta və qızıl bazarlarının rejimi

Şəkil 1.7.Valyuta sisteminin əsas struktur elementləri


istifadənin tənzimlənməsi;

- valyuta və qızıl bazarlarının rejimi;

- dövlətlərinvalyuta münasibətlərində valyuta sisteminin fəaliyyətini tənzimləyən institusional qurumlar (mərkəzi bank, maliyyə nazirliyi, beynəlxalq maliyyə təşkilatları və s.).

Valyuta beynəlxalq iqtisadi münasibətlərdə aşağıdakı funksiyaları yerinə yetirir (şəkil 1.7):

1) malların qiymətinin vahidi kimi çıxış edir. Dünya bazarı mallara qiymət, keyfiyyət və ekoloji standartlar baxımından müəyyən tələblər irəli sürür.Dünya bazarındakı qiymətlər ümumiyyətlə əsas valyutalarda ifadə olunur.Bununla yanaşı, milli bazarlarda bəzi malların qiymətləri (məsələn, avtomobillər, mənzillər) adətən şərti vahidlərlə ölçülür (ən çox ABŞ dolları ilə). Bu, milli pul vahidinin zəifliyini, bazar iştirakçılarının milli pul sisteminə inamının aşağı olduğunu göstərir;

2)beynəlxalq bazarlarda mal mübadiləsinə vasitəçilik edir. Bu halda




Malların qiymətinin vahidi kimiçıxış edir

Beynəlxalq bazarlarda mal mübadiləsinəvasitəçilik edir

Yığım vasitəsi kimi istifadə olunur









Əvvəllər qızıl tərkibi olan valyutalar, milli sərvət və hərbi təzminat vəkompensasiyaların ödənilməsi ölçüsü kimiçıxış edirdi




Beynəlxalq ödəniş vasitəsi kimi istifadəolunur







Beynəlxalq iqtisadi münasibətlərdə valyutanınfunksiyaları

Şəkil 1.8.Beynəlxalq iqtisadi münasibətlərdəvalyutanın funksiyaları


beynəlxalq dövriyyə vasitəsi kimi çıxış edir. Beynəlxalq dövriyyə vasitəsi kimi sabit, sərbəst dönərli valyutalara eytiyac duyulur;

3) yığım vasitəsi kimi istifadə olunur. Beləliklə, əsas valyutalar ölkənin valyuta ehtiyatlarının bir hissəsidir.50 milyard dollardan çox dəyərində olan Azərbaycanın qızıl-valyuta ehtiyatlarının əksəriyyəti dollarladır, lakin son zamanlar avro hesabına onların payı azalıb. Qısamüddətli dalğalanmaları aradan qaldırmaq və milli valyutanın sabit məzənnəsini saxlamaq üçün valyuta ehtiyatlarının olması lazımdır (valyuta müdaxiləsi səbəbindən);

4)beynəlxalq ödəniş vasitəsi kimi istifadə olunur. Ödəniş vasitəsi olaraq valyuta həm ölkələr arasında, həm də bir ölkə və beynəlxalq təşkilatlar arasında maliyyə və kredit münasibətlərinin əsasını təşkil edir.Ölkələr arasında ödəmə vasitəsi olaraq ümumiyyətlə ABŞ dolları istifadə olunur.Ölkələrin Beynəlxalq Valyuta Fonduna olan borclarının ödənilməsi xüsusi borc hüququ - SDR-də həyata keçirilə bilər.SDR beynəlxalq hesab vahididir;

5) əvvəllər qızıl tərkibi olan valyutalar, milli sərvət və hərbi təzminat və kompensasiyaların ödənilməsi ölçüsü kimi çıxış edirdi.

Valyutanın öz funksiyalarını yerinə yetirməsi bir ölkənin valyutasının digərinin

valyutasına nisbətdə olması ilə təmin olunur. Bu nisbət məzənnə adlanır. Azərbaycanda məzənnə AzərbaycanRespublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Milli valyutanın hərəkəti əsasən seçilmiş məzənnə rejimi ilə müəyyən edilir. Valyuta məzənnəsi rejimləri aşağıdakı təsnifata malikdir:

1) sabit məzənnə rejimi;

2) məhdud çevik məzənnə rejimi;

3) üzən məzənnə rejimi.

Sabit məzənnə rejimi, valyutalar arasında müvəqqəti sapmaların bu və ya digər istiqamətdə 2.25% -dən çox olmamasına rəsmi şəkildə imkan verən həddə müəyyən edilməsini nəzərdə tutur.Bu qrupa daxil olan əksər ölkələr milli valyutalarının məzənnələrini ABŞ dollarına nisbətdə təyin edirlər.

Məhdud çevik məzənnə rejimi- ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun olaraq məzənnədə kiçik dalğalanmalara imkan verən valyutalar arasında rəsmi şəkildə müəyyən edilmiş nisbətdir. ABŞ dollarına qarşı belə bir kurs xüsusilə Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilir.

Üzən məzənnə rejimi valyuta məzənnəsinin tələb və təklifin təsiri altında sərbəst dəyişməsini nəzərdə tutur. Ancaq dövlətin rolu inkar edilmir. Üzən məzənnə rejimində dalğalanma həddi yoxdur. Üzən məzənnə rejiminin bir dəyişməsi "idarə olunan üzmə" dir. Bu vəziyyətdə məzənnə əslində xarici valyuta bazarı deyil, mərkəzi bank tərəfindən müəyyən edilir. Belə bir rejim xüsusilə Rusiya, Misir, Yunanıstan, Norveç, Latviya, Polşada, eləcə də, Azərbaycanda tətbiq olunur.

Ölkələr arasında maliyyə münasibətlərinin həyata keçirilməsi vasitəsi olan beynəlxalq hesablaşmalar valyuta sisteminin struktur elementidir. Bunlara təcrübə ilə hazırlanmış və beynəlxalq hüquq və ənənələrdə təsbit edilmiş ödənişlərin şərtləri və qaydaları daxildir. Müəyyən edilmiş təcrübəyə uyğun olaraq, hazırda ölkələr arasında valyuta-maliyyə münasibətlərinin reallaşdırılmasında beynəlxalq hesablaşmaların aşağıdakı əsas formaları tətbiq olunur (şəkil1.9):

- sənədli akkreditiv - müştərinin xahişi ilə sənədlər üzrə ödəmələrin üçüncü tərəfin lehinə(akkreditiv açılmış faydalanan şəxsə)həyat keçirilməsi üzrə bankın


Sənədli akkreditiv

İnkasso

Bank köçürməsi







Açıq hesab

Əvvəlcədən ödəmə (avans)







Veksel

Çek







Valyuta-maliyyə münasibətlərinin həyata keçirilməsindətətbiq edilən beynəlxalqhesablaşmaların formaları

Şəkil 1.9. Valyuta-maliyyə münasibətlərinin həyata keçirilməsində tətbiq edilən beynəlxalq hesablaşmaların formaları


öhdəliyi üzrə razılaşma;

-inkasso- bir qayda olaraq, tədarükçünün öz bankına təqdim etdiyi sənədlərə uyğun olaraq, göndərilmiş malların dəyərinin ödənilməsi üçün, alıcının bankından,malların alınmasını təsdiq edən sənədlər əsasında, malların dəyərinin ödənilməsi ilə bağlı göstərişdir;

- bank köçürməsi -alıcına (satıcıya) müəyyən bir məbləğin ödənilməsi üçün bir bankın digərinə sifarişidir;

- açıq hesab - mal aldıqdan sonra idxalçıdan ixracatçıya vaxtaşırı ödənişlər edilən əməliyyatlardır;

-əvvəlcədən ödəmə (avans) - idxalçı tərəfindən mal göndərilmədən və bəzən, istehsaldan əvvəl onun haqqının ödənilməsini təmin edən hesablaşmalardır;

- veksel - borclunun (vekseli verənin) qanunla müəyyən edilmiş formada kreditora (veksel sahibinə) göstərilən məbləğin müəyyən müddət ərzində ödənilməsi barədə yazılı öhdəliyidir;

- çek - orada göstərilən məbləği ödəmək üçün banka yazılı əmr olan pul sənədidir

2.1. Xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin tənzimlənməsinin

nəzəri əsasları

Valyuta-maliyyə münasibətlərinin tənzimlənməsi beynəlxalq hesablaşmaların tənzimlənməsi və tədiyyə balansını qorumaq, idxalın strukturunu dəyişdirmək və ya məhdudlaşdırmaq, xaricdəki ödənişləri azaltmaq və valyuta ehtiyatlarını dövlətin əlində cəmləşdirmək məqsədi ilə beynəlxalq hesablaşmaların və valyuta dəyərləri ilə əməliyyatlar qaydasının tənzimlənməsi məqsədi daşıyan beynəlxalq tənzimləmə formalarından biridir.

İnkişaf etmiş ölkələrin valyuta qanunvericiliyi valyuta tənzimlənməsinə məruz qala biləcək valyuta əməliyyatlarının çeşidini müəyyənləşdirir. Əksər hallarda onlar kapitalın beynəlxalq hərəkəti, xarici ticarət, beynəlxalq borc münasibətləri, qızıl və digər valyuta dəyərləri ilə əməliyyatlara; turizm, beynəlxalq dövlətlərarası xüsusi ödənişlərin digər formaları kimi beynəlxalq əlaqələrin inkişafı ilə əlaqəli əməliyyatlara bölünür.

İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində valyuta tənzimlənməsi ya Maliyyə Nazirliyi (əksər ölkələrdə), ya da mərkəzi banklar (Böyük Britaniya, Danimarka) və ya xüsusi dövlət qurumları (Fransa, İtaliya) tərəfindən həyata keçirilir.Azərbaycanda valyuta-maliyyə münasibətləri Maliyyə Nazirliyi və Milli Bank tərəfindən tənzimlənir.

Beynəlxalq valyuta-maliyyə münasibətlərinin tənzimlənməsində beynəlxalq maliyyə təşkilatları mühüm rol oynayırlar. Məlumdur ki, xarici dövlətlərə, onların milli şirkətlərinə valyuta-maliyyə xidmətləri göstərən həm beynəlxalq, həm də regional maliyyə təşkilatları fəaliyyət göstərirlər (şəkil 1.10). Onların sırasında Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Dünya Bankı (DB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Beynəlxalq İnkişaf Assosiasiyası (BİA), İnvestisiya Təminatı Üzrə Çoxtərəfli Agentlik (İTÇA) öz fəaliyyətləri ilə xüsusilə fərqlənirlər.

Beynəlxalq maliyyə təşkilatları ilə valyuta-maliyyə münasibətləri (VMM) iki səviyyəydə həyata keçirilir və tənzimlənir– şəxsi- hüquq və ictimai- hüquq.

VMM-nin şəxsi- hüquq səviyyəsi müxtəlif ölkələrin fiziki / hüquqi şəxsləri

arasındakı iqtisadi, mülki hüquqi münasibətlərlə qurulur. VMM-nun bu səviyyəsi müvafiq dövlətin milli qanunları ilə, ayrı-ayrı ölkələrin milli hüquq sistemləri arasında müəyyən ziddiyyətlər olduqda- beynəlxalq hüquq tərəfindən tənzimlənir. Şəxsi-hüquq əsasında VMM-nin iştirakçılarına ümumiyyətlə beynəlxalq iqtisadi münasibətlərin operatorları deyilir. Beynəlxalq iqtisadi münasibətlərin operatorları maliyyə və sərmayələrin transsərhəd hərəkəti üzrə beynəlxalq əməliyyatların əsas hissəsini təşkil edirlər.




Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

Beynəlxalq İnkişaf Assosiasiyası

Beynəlxalq Maliyyə Korporasiyası

İnvestisiya Zəmanəti Üzrə Çoxtərəfli Agentlik

İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Üzrə Beynəlxalq Mərkəz

Saxaradan Cənubda Yerləşən Afrika Ölkələrinə Xüsusi Kömək Fondu




Beynəlxalq maliyyə təşkilatları

Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Hesablaşmalar Bankı

Avropa Yenidənqurma və İnkişaf Bankı

Dünya Bankı və onun qrupuna daxil olanlar



Asiya Klirinq İttifaqı




İslam Bankları

Şəkil 1. 10. Beynəlxalq maliyyə təşkilatları

Milli hüquqi sistemdə valyuta- maliyyə münasibətlərinin tənzimlənməsinə aşağıdakı hüquqi rejimlər bu və ya digər şəkildə daxil edilirlər (şəkil 1.11):

-maliyyə bazarı subyektlərinin hüquqi statusu;

- bank krediti rejimi;


Maliyyə bazarı subyektlərinin hüquqi statusu

Bank krediti rejimi

Milli valyutanın emissiyası rejimi










Pul dövriyyəsi

Maliyyə alətləri




Milli hüquqi sistemdə valyuta-maliyyə münasibətlərinintənzimlənməsinin hüquqi rejimləri



Ödəniş balansı rejimi

Valyuta rejimi





Xarici sərmayələr və s.

Xarici ölkələrlə hesablaşmalar

Valyuta ehtiyatları

Şəkil 1.11.Milli hüquqi sistemdə valyuta-maliyyə münasibətlərinin tənzimlənməsinin hüquqi rejimləri
- milli valyutanın emissiyası rejimi;

- pul dövriyyəsi;

- maliyyə alətləri;

- valyuta rejimi;

- ödəniş balansı rejimi;

- valyuta ehtiyatları;

- xarici ölkələrlə hesablaşmalar;

- xarici sərmayələr və s.

Valyuta-maliyyə münasibətlərinin ictimai-hüquq səviyyəsi hüquqi şəxslər - dövlətlər, dövlətlərarası təşkilatlar arasındakı münasibətlərdən ibarətdir. Bu sferada qeyd edilən sübyektlər:

1) maliyyə resurslarının, sərmayələrin və s. transsərhəd hərəkəti üzrə münasibətlərini həyata keçirir. Bu zaman həm konkret maliyyə resurslarını göndərənlərin və alıcılarının hər ikisinin hüquqi şəxs olduğu hal, həm də VMM-nin

alt sistemlərinin makro səviyyədə tənzimlənməsi nəzərdə tutula bilər.

2) VMM-nin özəl operatorlarının fəaliyyət göstərdiyi və resursların dövr etdiyi daxili hüquqi rejimlərlə münasibətləri qurur (tənzimləyir).

Valyuta-maliyyə münasibətlərinin tənzimlənməsinə həlledici təsir hüquqi şəxslərə məxsusdur. Məsələn, dövlətlər aşağıdakı məsələlərlə bağlı razılığa gəirlər:

- iqtisadi yardım kimi malların pulsuz olaraq tədarükü;

- borcların tənzimlənməsi;

- ikitərəfli hesablaşma mexanizmi;

- bəzi ümumi obyektlərə birgə investisiya qoyuluşu;

- xarici müəssisələrin qəbulu üçün daxili hüquqi rejimlərin uyğunlaşdırılması və s.

Hal hazırda beynəlxalq valyuta-maliyyə münasibətlərinin tənzimlənmasi sahəsində iki qarşılıqlı meyl mövcuddur [23]:

1) səxsi (özəl) hüquqi münasibətlərə ictimai diqqətin artması və bu münasibətlərdə hüquqi şəxslərin iştirakının dərinləşməsi;

2) həcmcə getdikcə artan məsələlərin beynəlxalq ictimai hüquq səviyyəsinə qalxması.

Nəticədə qlobal iqtisadi- hüquqi tənzimləmə sistemin qurulduğunu söyləmək olar.

Hüquqi tənzimləmə müxtəlif yollarla həyata keçirilə bilər. Bir neçə təsnifat meyarı və müvafiq metod dəsti vardır. Məsələn, normaları formalaşdıran dövlətlər aşağıdakı metodları tətbiq edə bilərlər (şəkil 1.12):

- qadağa;

- məcburiyyət;

- icazə.

Bunlarla yanaşı aşağıdakı tənzimləmə metodları da fərqləndirilir:

- birtərəfli tənzimləmə;

- ikitərəfli və çoxtərəfli tənzimləmə;

- millətllərüstü tənzimləmə.

Məqsədlər və maraqlar baxımından dövlətlər tənzimləmənin ya koordinasiya


Qadağa

Məcburiyyət

İcazə






Beynəlxalq valyuta-maliyyə münasibətlərinin hüquqi

tənzimləmə metodları







İkitərəfli və çoxtərəfli tənzimləmə

Birtərəfli tənzimləmə

Millətllərüstü tənzimləmə

Şəkil 1.12.Beynəlxalqvalyuta-maliyyə münasibətlərinin hüquqi

tənzimləmə metodları
(əlaqələndirmə), ya da tabeçilik (subordinasiya) metodlarına üstünlük verirlər.

Beynəlxalq hüququn özü valyuta-maliyyə münasibətlərinin tənzimləməsinə real üsullarla - müqavilələrin bağlanması və beynəlxalq adətlər vasitəsi ilə təsir göstərir.

Beynəlxalq maliyyə təşkilatları çərçivəsində qərarlar qəbul edilərkən aşağıdakı metodlardan istifadə olunur:

- konsensus;

- əksəriyyət;

- səs çoxluğu;

- balanslı səs.

Valyuta-maliyyə münasibətlərinin tənzimlənməsində son illərdə aşağıdakı iki meyl daha çox nəzərə çarpır:

1) daha geniş mövzularda getdikcə ikitərəfli tənzimləmə metodundan çoxtərəfli və ondan-millətlərüstü tənzimləmə metoduna keçid;

2) yumşaq tənzimləmə metodundan (məsələn, “böyük yeddilik” çərçivəsində fəaliyyət göstərən siyasi normalardan) getdikcə daha sərt tənzimlənməyə metodlarına

keçid.

Qeyd etmək lazımdır ki, hal hazırda heç kim beynəlxalq valyuta -maliyyə sistemini davamlı olaraq tənzimləmir. Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) yalnız böhran dövründə pul-kredit tənzimlənməsini həyata keçirən milli orqanlarla əlaqələr qurur [28]. Milli suverenliyi, dövlət maraqlarını və üstünlüklərini əsas götürən dünya bazarının lider ölkələri beynəlxalq maliyyə bazarlarını tənzimləyən, öz səmərəliliyinə görə milli tənzimləmə və nəzarət orqanlarına adekvat şəkildə qurulan beynəlxalq təsisatların yaradılmasının qabağını alır. Beynəlxalq valyuta bazarları qismən milli qanunlarla idarə olunur, lakin bu bazarlarda əməliyyatlar əsasən bazarların iştirakçıları arasında davranış normalarına əsaslanır.



Valyuta tənzimlənməsi həm milli, həm də dövlətlərarası səviyyədə həyata keçirilə bilər. Hər bir dövlət daxilində valyuta tənzimlənməsi qanunvericilik, inzibati, iqtisadi və təşkilati tədbirlər məcmusudur və aşağıdakıları nəzərdə tutur:

- valyuta dəyərləri ilə əməliyyatların aparılmasını;

- valyuta dəyərlərinin dövlətin ərazisi daxilində yerdəyişməsi qaydalarını;

- valyuta dəyərlərinin dövlətin ərazisindən xaricə və xaricdən ölkə ərazisinə yerdəyişməsi qaydalarını;

- beynəlxalq hesablaşmaların tənzimlənməsini;

- xarici investisiyaların tətbiqi (həyata keçirilməsi) rejimini;

- milli valyutanın sabit məzənnəsinin və milli tədiyyə balansının qorunmasını.

Valyuta tənzimlənməsi siyasəti aşağıdakı formalarda həyata keçirilir [26;27;29] (şəkil 1.13):

- diskont siyasəti (mərkəzi bankın uçot dərəcəsinin dəyişməsi);

- şüar siyasəti (əsas vasitə valyuta müdaxiləsidir);

- valyuta ehtiyatlarının şaxələndirilməsi;

- valyuta məhdudiyyətlərindən istifadə, valyuta nəzarəti;

- valyuta dönərliyinin tənzimlənməsi;

- məzənnə tənzimlənməsi;

- məzənnə səviyyəsindəki dəyişikliklər (devalvasiya və revalvasiya).

Dünya birliyinin iqtisadi həyatının qloballaşması şəraitində dövlətlərin iqtisadi




Məzənnə tənzimlənməsi

Diskont siyasəti (mərkəzibankın uçotdərəcəsinindəyişməsi)

Süar siyasəti (əsas vasitə valyutamüdaxiləsidir)

Valyuta ehtiyatlarınınşaxələndirilməsi





Valyuta tənzimlənməsisiyasətinin tətbiqiformaları

Valyuta dönərliyinintənzimlənməsi

Valyuta məhdudiyyətlərindənistifadə, valyutanəzarəti









Məzənnə səviyyəsindəkidəyişikliklər(devalvasiya vərevalvasiya)

Şəkil 1.13. Valyuta tənzimlənməsi siyasətinin tətbiqi formaları


siyasəti milli iqtisadiyyatların uğurlu fəaliyyət göstərməsi və qlobal iqtisadiyyatda

milli rəqabət üstünlüklərinə nail olmaq və qorumaq üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Yalyuta-maliyyə münasibətlərinin tənzimlənməsində dövlətin valyuta siyasəti əsas rol oynayır.

Dövlətin valyuta siyasəti beynəlxalq valyuta və digər iqtisadi münasibətlər sahəsində ölkənin mövcud və strateji hədəflərinə uyğun olaraq həyata keçirilən tədbirlər məcmusudur. Valyuta siyasətinin uzunmüddətli məqsədi ilk növbədə dövlətin tədiyyə balansında və milli valyutanın sabitliyində ifadə olunan xarici iqtisadi vəziyyətini sabitləşdirməkdir.

Strateji və cari valyuta siyasəti fərqləndirilir. Strateji valyuta siyasəti elan edilmiş inkişaf strategiyasına uyğun olaraq iqtisadi siyasətin əsas məqsədlərinə-iqtisadi artımın dayanıqlığının təmin etməsinə, işsizlik və inflyasiyanın böyüməsinin qarşısının alınmasına-nail olmaq üçün beynəlxal valyuta və ümumiqtisadi münasibətlər sferasında həyata keçirilən tədbirlər məcmusudur. Bu məqsədlərə nail olunması həyata keçirilən valyuta siyasətinin səmərəliliyi ilə müəyyən edilir

və aşağıdakılardan bilavasitə asılıdır (şəkil 1.14):


Milli valyuta sisteminin sabitişləməsi

Ölkə daxilində milli valyutanınalıcılıq qabiliyyəti






Valyuta siyasətinin səmərəliliyinətəsir edənamillər


Beynəlxalq bazarlarda millivalyutanın sabitliyi

Ölkənin tədiyyə balansının aktivliyi (və yapassivliyi)




Şəkil 1.14.Valyuta siyasətinin səmərəliliyinə təsir edən amillər
- milli valyuta sisteminin sabit işləməsindən;

- ölkə daxilində milli valyutanın alıcılıq qabiliyyətindən;

- beynəlxalq bazarlarda milli valyutanın sabitliyindən;

- ölkənin tədiyyə balansının aktivliyindən (və ya passivliyindən).

Cari valyuta siyasəti - valyuta münasibətləri sahəsində mövcud vəziyyətin gündəlik, operativ tənzimlənməsinə, habelə milli valyuta bazarının nizamlı fəaliyyətinin təmin olunmasına yönəlmiş tədbirlər məcmusudur. Cari valyuta –maliyyə siyasətinin məqsədləri aşağıdakıları əhatə edə bilər (şəkil 1.15):

- valyuta böhranını aradan qaldırmaq və valyuta sabitləşməsinə nail olmaq;

- tədiyyə balansının aktiv saldosuna nail olmaq üçün valyuta məhdudiyyətlərinin tətbiqi;

- valyutanın dönərliyinə keçid;

- xarici investisiya axınının stimullaşdırılması;

- valyuta rejiminin liberallaşdırılması və s.




Valyuta böhranını aradan qaldırmaq vəvalyuta sabitləşməsinənailolmaq

Tədiyyə balansının aktiv saldosuna nailolmaq üçünvalyuta məhdudiyyətlərinintətbiqi

Valyutanın dönərliyinə keçid





Xarici investisiya axınının stimullaşdırılması




Valyuta rejiminin liberallaşdırılması və s



Valyuta-maliyyə siyasətinin məqsədləri

Şəkil 1.15.Valyuta-maliyyə siyasətinin məqsədləri


Hazırda dünya ölkələrinin valyuta siyasətində iki əks cərəyan müşahidə edilir:

- hərəkətlərin əlaqələndirilməsi, valyuta problemlərinin birgə həlli yolları;

- hər bir ölkənin başqalarının hesabına üstünlük əldə etmək istəyi səbəbindən fikir ayrılığı.

Bununla əlaqədar olaraq müxtəlif formalarından istifadə etməklə satış bazarları, kapital qoyuluşu sahələri, xammal mənbələri uğrunda vaxtaşırı dünya valyuta müharibələri alovlanır. Eyni zamanda BVF-nin əlaqələndirici hərəkətlərinin çox vaxt səmərəsiz olduğu aydın olur.

Beynəlxalq təşkilatların standartları əsasən tövsiyələr xarakterində olmasına baxmayaraq, dövlətlər, hökumət orqanları, vəzifəli şəxslər və s. beynəlxalq təşkilatların tövsiyələrini yerinə yetirməkdən imtina etdikdə mənəvi məhkum edilə bilər. Beynəlxalq təşkilatların tövsiyələrində onların mövqeyi, iradəsi və dövlətlərin davranışlarının qiymətləndirilməsi öz əksini tapır:

- müəyyən bir qrup şəxsin, dövlətin siyasətini təsdiq edən tövsiyələr bu siyasətin həyata keçirilməsini asanlaşdırır;

- və əksinə, hər hansı bir şəxsin və ya dövlətin maraqlarına zidd olan tövsiyənin icrasını çətinləşdirir.

Dövlət və vəzifəli şəxslər, bir qayda olaraq, beynəlxalq təşkilatın (beynəlxalq hüququn əsas və xüsusi prinsipləri və normalarının təsiri altında formalaşan) tövsiyələrinə niyə əməl etmədiklərini izah etməlidirlər.

Beynəlxalq təşkilatın üzvü olan dövlətlər, eləcə də digər şəxslər, valyuta-maliyyə münasibətlərinin tənzimlənməsi sahəsində beynəlxalq təşkilatların tövsiyələrinin yerinə yetirilməsindən yayına bilməzlər, çünki ilk növbədə onlar adətən təcrübəli və səlahiyyətli beynəlxalq təşkilatlardan gəlir (üzv dövlətlərin əksəriyyəti qərarların hazırlanmasında milli tədqiqat institutlarının mütəxəssisləri və hökumətlərin səlahiyyətli nümayəndələri, habelə digər hökumətlərarası və qeyri-hökumət beynəlxalq təşkilatları səviyyəsində iştirak edir və üzv dövlətlərin çoxunun iradələri ilə razılaşırlar); ikincisi, milli və beynəlxalq valyuta sistemlərinin, habelə beynəlxalq və milli icmaların qorunması məsələlərinə aid edilir.

Fəsil 2.Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi

2.1. Valyuta –maliyyə münasibətlərinin təhlilində istifadə edilən tədqiqat üsulları

Valyuta-maliyyə münasibətlərinin təhlilində istifadə edilən metodlar valyuta tənzimlənməsinin və nəzarətinin həyata keçirilməsinin metod və üsullarıdır. Valyuta-maliyyə münasibətlərinintəhlili və tənzimlənməsi geniş elmi metodlardan istifadə edilməklə həyata keçirilir. Metod anlayışı altında (bir elmi termin kimi) reallığın inkişafının ən ümumi qanunları və onlara əsaslanaraq məqsədə çatma yollarıbaşa düşülür.

Metodların təsnifatı mürəkkəb və mübahisəli bir prosesdir.Qeyd etmək lazımdır ki, müxtəlif müəlliflər tərəfindən təklif olunan hər hansı bir təsnifat şərtlidir, çünki bütün metodlar bir-birinə bağlıdır və praktik olaraq "təmiz" formada istifadə edilmir. Əksər müəlliflər valyuta-maliyyə münasibətlərinin təhlilində ümumi, qeyri-tipik, xüsusi və spesifik metodlardan istifadə etməyi məqsədəuyğun hesab edirlər və şəkil 2.1-də qeyd edilən metodlarıməsləhət görürlər.

Ümumi metodlara aşağıdakılar daxil edilir:

- idrak metodlarının məcmusu;

-ictimai təkrar istehsal nəzəriyyəsi;

- sistem metodu və s.

Valyuta-maliyyə münasibətlərinin təhlili öncə makroiqtisadi proseslərin araşdırılmasını tələb edir. Makroiqtisadiyyat iqtisadiyyatı bütövlükdə, bütün qarşılıqlı münasibətlərdə və müddətlərdə araşdırır. Makroiqtisadi proseslərin öyrənilməsinin metodologiyası, digər sosial-iqtisadi proseslərdə inkişafın proqnozlaşdırılmasının kəmiyyət və keyfiyyət təhlili metodlarına, sistematik inteqrasiya olunmuş yanaşmaya əsaslanır. Metodologiyanın tətbiqi nəticəsində yaranan nəticələrin elmi əsaslılığı üçün zəruri şərt yalnız obyektiv iqtisadi qanunlar və onların fəaliyyət mexanizmi haqqında hərtərəfli bilik əldə etmək deyil, həm də həqiqətləri öz təcrübələri ilə təsdiqləməkdir.



Metodlar toplusu



İdrak metodlarının məcmusu





Ümumi metodlar

İctimai təkrar istehsal nəzəriyyəsi





Sistem metodu və s.



Xüsusi metodlar

Qeyri-tipik metodlar

Spesifik metodlar







Statistik metodlar

Balans metodu

İnzibati metodlar

İqtisadi metodlar



Valyuta məhdudiyyətləri

Tarif metodları



İqtisadi-riyazi metodlar

Məqsədli-proqram metodları



Kvotlaşdırma

Bazarmetodları





Normativ metodları

Lisenziyalaşdırma

Qadağalar və məhdudiyyətlər


Şəkil 2.1.Valyuta-maliyyə münasibətlərinin təhlilində istifadə edilən metodların təsnifatı

Sistem metodu-valyuta proseslərinin təhlilində onu xarakterizə edən göstəricilərin sistemli şəkildə təhlilinə imkan verir.

Valyuta-maliyyə münasibətlərinin təhlilində istifadə edilən qeyri-tipik metodlara əsasən aşağıdakılar aid edilir:

-statistik metodlar;

- iqtisadi-riyazi metodlar.

Məlumdur ki, müxtəlif statistik metodlar mövcuddur, lakin valyuta-maliyyə münasibətlərinin təhlili baxımından aşağıdakılar xüsusi əhəmiyyət kəsb edir:

- ekstrapolyasiya metodu;

- iqtisadi qruplaşmalar metodu;

- indeks metodu .

Ekstrapolyasiya metodu əsasən ilkin proqnozların hazırlanmasında, əsas istiqamətlərin, proqramların tərtibində tətbiq olunur. Bu metodun düzgünlüyü daha böyükdür, metodun tətbiq olunduğu müddət qısa olur.

Valyuta-maliyyə münasibətlərinin təhlilində iqtisadi qruplaşmalar metodundan geniş istifadə olunur. Qruplaşmalar, mürəkkəb tərkibi olan aqreqatları bəzi vacib xüsusiyyətə görə homogen olan qruplara paylamağa imkan verir. Təhlil ən çox bir əsasda və ya bir neçə birləşmədən yaranan struktur, dinamik və struktur-dinamik qruplardan istifadə etməklə aparılır.

İndeks metodu-valyuta-maliyyə proseslərini xarakterizə edən göstəricilərin dəyişməsini nisbi ifadədə göstərməyə imkan verir.

Valyuta-maliyyə münasibətlərinin təhlilində xüsusilə vacib rol oynayan xüsusi metodlara aşağıdakılar daxildir:

- balans metodu;

- məqsədli-proqram metodları;

- normativ metodlar.

Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın tarazlığını təmin etmək lazımdır, buna görə resurs və ehtiyacların (maddi, valyuta, maliyyə) balanslaşdırılması problemi prioritetdir.Balans metodu-iqtisadi inkişafın maliyyə resursları ilə əlaqəli şəkildə uzlaşdırılmasını, balansın bütün göstəriciləri və bölmələrinin qarşılıqlı əlaqələndirilməsini təmin edir.

Məqsədli-proqram metodu, xüsusiyyəti ilə xarakterizə olunan, digər üsullarla həll edilməsinin qeyri-mümkünlüyü, xüsusi bir yanaşma tələb edən sahələrin qovşağında formalaşan müəyyən bir problemi həll etmək üçün istifadə edilə bilər. Geniş mənada, məqsədli-proqram metodu maliyyə ilə bağlı problemin həllinə inteqrasiya olunmuş bir yanaşmanın tətbiqi və dərinləşdirilməsidir.

Normativ metod həm müstəqil şəkildə, həm də digər metodlarla birlikdə tətbiq olunur, məsələn, məqsədlərin kəmiyyət göstəriciləri və bu hədəflərə çatmaq üçün lazımlı mənbələr məqsədli-proqram metodu ilə birlikdə müəyyən edilir. Normativ metod müxtəlif balansların inkişafında resurs tələblərini müəyyənləşdirmək üçün istifadə olunur. Metod, planlaşdırılan proseslərin optimal miqyasının təmin edilə biləcəyi müxtəlif kəmiyyətlər (parametrlər) arasındakı əlaqəni tapmağı əhatə edir.

Valyuta-maliyyə münasibətlərinin təhlilində istifadə edilən spesifik metodlara aşağıdakılar aid edilməlidir:


  1. inzibati metodlar:

-valyuta məhdudiyyətləri;

- kvotlaşdırma;

-lisenziyalaşdırma;

b) İqtisadi metodlar:

- tarif metodları;

- bazar metodları;

- qadağalar və məhdudiyyətlər.

İnzibati metodlardan təcrübədə daha çox tətbiq onunan valyuta məhdudiyyətləridir. Valyuta məhdudiyyətləri növlərinə aşağıdakılar aiddir:

-valyuta blokadası;

- xarici valyutanın sərbəst alqı-satqısına qadağa;

- beynəlxalq ödəmələrin, kapital hərəkətinin, gəlirin repatriasiyasının, qızıl və

qiymətli kağızların hərəkətinin tənzimlənməsi;

-xarici valyutanın və digər valyuta dəyərlilərinin dövlətin əlində

təmərküzləşməsi.

Ölkənin iqtisadi təhlükəsizliyini tənzimləmək üçün, o cümlədən daxili bazarı qorumaq, iqtisadiyyatdakı mütərəqqi struktur dəyişikliklərini stimullaşdırmaq və dövlət büdcəsi gəlirlərini yaratmaq üçün iqtisadi metodlardan daha geniş istifadə olunur. Onların istifadəsi bazar və rəqabət qanunlarının biliklərinə əsaslanır. İqtisadi metodların əsasını Azərbaycan Respublikasının qanunvericiliyi təşkil edir

Bazar və ya qeyri- bazar iqtisadiyyatına malik olan dünya birliyinin bütün ölkələrində, valyuta-maliyyə münasibətlərinin təhlilində və tənzimlənməsində demək olar ki, bütün qeyd edilən tədqiqat üsullardan istifadə olunur. Ancaq hər bir ölkə üçün bu üsulların dəsti fərqli ola bilər və ilk növbədə bu, dövlət quruluşundan asılıdır.

Metodların spesifik məzmunu zamandan, dövlətin bu və ya digər inkişaf mərhələsindəki konkret iqtisadi vəzifələrindən, dünyada iqtisadi inteqrasiya və rəqabətin inkişaf səviyyəsindən və bir sıra digər amillərdən asılıdır. Xüsusi "keyfiyyət" və "kəmiyyət" məzmunu və metodların tərkibi dövlətin valyuta siyasətində öz ifadəsini tapır və əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir:

- ixrac əməliyyatlarından valyuta gəlirlərinin alınmasına bank nəzarəti;

- idxal olunan mallar üzrə xarici valyutada ödənişlərin etibarlılığına valyuta nəzarəti;

- barter əməliyyatları zamanı valyuta nəzarətinin həyata keçirilməsi;

- qeyri-ticarət dövriyyəsində valyuta nəzarətinin həyata keçirilməsi.
2.2.Azərbaycanın xarici ölkələrlə valyuta–maliyyə əlaqələrinin təhlili

İstənilən ölkənin, o cümlədən Azərbaycanın, xarici ölkələrlə valyuta-maliyyə əlaqələrinin vəziyətinə əsaslı şəkildə təsir edən amillərdən biri bu əlaqələrin həyata keçirilməsi üçün hansı xarici valyutanın seçilməsidir. Hansı ölkənin valyutasının seçilməsi, bu valyutanın məzənnəsinin səviyyəsindən və dayanıqlığındanasılıdır. Xarici ölkələrlə maliyyə münasibətlərinin həyata keçirilməsində hansı xarici valyutanın seçilməsi dövlətin valyuta siyasətindən asılıdır. Dövlətin valyuta siyasəti onun cari və strateji məqsədlərindən asılı olaraq həyata keçirilən beynəlxalq valyuta münasibətləri sferasında tədbirlər sistemidir. Hüquqi cəhətdən valyuta siyasəti dövlətin milli valyuta qanunvericiliyi ilə və dövlətlər arasında valyuta sazişləri ilə rəsmiləşdirilir.

Ölkənin milli valyutası xarici valyutaya, xarici fiziki və hüquqi şəxslər qarşısında yaranmış öhdəliklərin meydana çıxması zamanı xaricə ödəmələrin həyata keçirilməsi məqsədi ilə mübadilə edilir.Bununla yanaşı, ölkəyə xarici valyuta daxil olmalarının əsas kanalını xaricdən daxil olan ödəmələr təşkil edir.

Valyuta münasibətləri və bundan irəli gələn öhdəliklər dövlətlər, onların ərazisində yerləşən hüquqi və fiziki şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beləliklə, beynəlxalq valyuta-maliyə münasibətləri xarici iqtisadi əlaqələrin həyata keçirilməsi ilə əlaqədar olan valyuta tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir.

Dövlətlər arasında valyuta mübadiləsi banklar vasitəsi ilə həyata keçirilir. Banklar beynəlxalq aləmdə tətbiq edilən və əksər dövlətlər tərəfindən qəbul edilən normalar, şərtlər və qaydalar əsasında beynəlxalq valyuta hesablaşmalarını həyata keçirir, xaricə ödəmələr edirlər. Bankların beynəlxalq valyuta hesablaşmaları sferasında fəaliyyəti beynəlxalq iqtisadi təşkilatlar və dövlətlər tərəfindən tənzimlənir.

Milli və xarici valyutaların mövqelərindən və dönərlilik dərəcəsindən asılı olaraq beynəlxalq valyuta hesablaşmalarının müxtəlif formalarından istifadə edilə bilər (baxşəkil 1.9).

Aparılan araşdırmalar göstərir ki, Azərbaycan xarici ölkələrlə valyuta-maliyyə münasibətlərini həyata keçirərkən əsasən hesablaşmaların avans və bank köçürməsi formalarına üstünlük verir.

Azərbaycanın xarici ölkələrlə valyuta–maliyyə əlaqələrinin həyata keçirilməsində beynəlxalq maliyyə təşkilatları (şəkil1.10), xüsusilə də, Dünya Bankı (DB), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) mühüm rol oynayır. Beynəlxalq maliyyə təşkilatları ilə, xüsusilə də Dünya bankı ilə, əməkdaşlıq edilməsi Azərbaycana qabaqcıl texnologiyaların gətirilməsinə, ölkəmizdə özəl sektorun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bunlarla yanaşı, Dünya Bankının maliyyə dəstəyi sayəsində Azərbaycanda iri çaplı müxtəlif layihələrin həyata keçirilməsi mümkün olmuşdur (şəkil 2.2).




Kənd təsərrüfatı və suvarma

Sosial müdafiəningücləndirilməsi

Ədliyyə sisteminin müasirləşdirilməsi

Energetika sektoruna dəstək

Neft sektoruna dəstək

Mədəni irsin qorunması

Vergi islahatlarına dəstək

Nəqliyyatın modernləşdirilməsi

Ətraf mühitinqorunması

Səhiyyənin təkmilləşdirilməsi

Dünya Bankının Azərbaycanda dəstəklədiyi layihələr

Təhsilin təkmilləşdirilməsi

Yeni yolların salınması

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması






Məcburi köçkünlərin məskunlaşma obyektlərində, onlar üçün yeni salınmış qəsəbələrdə müvafiq layihələrin həyata keçirilməsi

Şəkil 2.2.Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihələr



Azərbaycanda aşağıdakı istiqamətlərdə həyata keçirilən layihələrəDünya Bankının ayırdığı valyutanın məbləği cədvəl 2.1-də göstərilmişdir.

Cədvəl 2.1

Azərbaycanda həyata keçirilən layihələrəDünya Bankından

alınan valyutanın məbləği (mlyn ABŞ dolları)

Sıra sayı

Layihələr

Valyuta ayırmalarının məbləği

1.
2.

3.
4.

5.
6.
7.

8.

9.

10.
11.

Yeni nəqliyyat yollarının (avtomobil və dəmir yolları)çəkilişinə

Mövcud nəqliyyat sisteminin yenidən qurulmasına

Su təchizatının yaxşılaşdırılmasına, kanalizasiya sisteminin yenidən qurulmasına

Neft sektoruna

Kənd təsərrüfatı sahələrinin,meliorasiya sistemlərinin inkişafına

Səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına, genişləndirilməsinə

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına

Təhsil sahəsində islahatlara

Ədliyyə sisteminin yenidən qurulmasına

Qaçqınlar və məcburi köçkünlər üçün mənzillərin tikintisinə, onlar üçün qəsəbələrinin salınmasına

Ətraf mühitin mühafizəsinə



1000000

670.0
37.0

400.0
66.0
26.0

26.7

5.295

12.0
25.0

12.0

Cədvəl 2.1-dən göründüyü kimi, Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin əksər hissəsi infrastruktur layihələrinin həyata keçirilməsinə (yeni nəqliyyat yollarının çəkilişinə, mövcud olanların yenidən qurulmasına) sərf edilmişdir. Dünya Bankı (DB) eyni zamanda neft sektorunun inkişafına da dəstək verir, əhali üçün vacib sahələrdən olan su təchizatı sisteminin, səhiyyə xidmətlərinin, təhsilin yaxşılaşdırılmasına yardım göstərir.

DB Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə müəyyən maliyyə yardımları göstərir. İndiyədək qaçqın və məcburi köçkünlər üçün mənzillərin tikintisi, yaşayış qəsəbələrinin salınması məqsədi ilə bu bank tərəfindən 25,0 milyon ABŞ dolları məbləğində maliyyə yardımları göstərilmişdir.

Azərbaycan ölkəmizin ədliyyə sisteminin yenidən qurulması, kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi məqsədi ilə DB ilə əməkdaşlıq edir. İndiyədək qeyd edilən məqsədlər üçün bu bankdan 90 milyon Abş dolları məbləğində maliyyə vəsaitləri alınmşdır.

Müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatının sürətli inkişafının təmin edilməsi məqsədi ilə Azərbaycan xarici ölkələrlə də sıx maliyyə əlaqələri yaratmış və genişlənmişdir. Cədvəl 2.2.-də son illərdə bu məqsədlə Azərbaycanın xarici ölkələrldən cəlb etdiyi maliyyə vəsaitləri göstərilmişdir.

Cədvəl 2.2-dən göründüyü kimi, yuxarıda qeyd edilən məqsədlər üçün Azərbaycanın cəlb etdiyi xariciinvestisiyaların məbləği 2005-2015-ci illərdə artmağa döğru meyl etmişdir: 2005-ci ildə bu göstərici 4893,2; 2010-cu ildə-8247,8 (2005-ci illə müqayisədə 68,6% çox) və 2015-ci ildə-10719,1 mlyn ABŞ dollarına (2010-cu illə müqayisədə 30,0% çox) bərabər olmuşdur.

Ancaq 2016-cı ildən etibarən Azərbaycanın xarici ölkələrlə valyuta əlaqələrinin həcmi ilbəil azalmağa doğru meyl etmişdir. Belə ki, 2016-cı ildə qeyd edilən göstərici 10161,1 (2010-cu illə müqayisədə 5,2% az); 2017-ci ildə-9120,5 (2016-cı illə müqayisədə 10,2% az) və 2018-ci ildə-8236,5 mlyn dollar (2017-ci illə müqayisədə 9,7% az) təşkil etmişdir.

Araşdırmalar göstərir ki, son illər Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin azalmağa döoğru meyl etməsi, əsasən, aşağıdakı səbəblərlə əlaqədardır:

- 2015-ci ildə milli valyutanın (manatın) iki dəfə kəskin devalvasiyasından sonra xarici ölkələr, onların hüquqi şəxsləri Azərbaycanla valyuta-maliyyə münasibətlərinin qurulmasına daha ehtiyatla yaşaşmağa başlamışlar;

- son illər Azərbaycan milli iqtisadiyyatın inkişafında daxili maliyyə -valyuta ehtiyatlara daha çox diqqət yetirməyə üstünlük vermək siyasəti yürüdür.

Azərbaycan xarici ölkələrlərlə valyuta münasibətləriniiki formada: maliyyə kreditlərinin alınması və birbaşa investisiyalar formasında həyata keçirir.

Cədvəl 2.2

Azərbaycanın xarici ölkələrlə valyuta əlaqələrinin (xarici investisiyaların) dinamikası

(mlyn ABŞ dolları)






İ l l ə r

2005

2010

2015

2016

2017

2018

Cəmi xarici investisiya

o cümlədən:

Maliyyə kreditləri

Birbaşa investisiyalar

o cümlədən:

neft sektoruna

qeyri-neft sektoruna

ondan:


Türkiyə

Niderland

ABŞ

İran


Almaniya

Rusiya


Böyük Britaniya

Birləşmiş Ərəb Əmirlikləri

İsveçrə

İtaliya


Fransa

Norveç


Yaponiya

Sair ölkələr

Neft bonusu

Digər investisiyalar



4893,2
698,4

4030,4
3799,9

230,5
96,2

1,2


24,8

1,2


21,5

5,1


39,5

5,7


-

4,6


2,6

-

-



28,1

1,0


163,4

8247,8
3405,9

3614,9
2955,3

659,6
147,5

163,5


40,0

3,2


17,0

11,7


144,0

30,3


11,7

-

6,2



3,6

1,4


79,5

2,2


1225,0

10719,1
2210,2

7483,1
6622,7

860,4
187,5

173,5


70,8

13,2


37,0

21,7


164,0

50,3


15,7

10,0


7,2

5,6


4.,4

109,5


2,0

1023,8


10161,1
2197,8

7323,6
5617,4

1706,2
581,4

153,8


99,3

50,5


81,2

43,6


193,5

140,4


38,9

51,2


27,2

-

22,9



222,3

0,1


639,6

9120,5
1783,3

5713,8
4900,8

813,0
297,2

103,8


69,3

20,5


41,2

13,6


83,4

70,3


10,0

5,2


8,2

-

2,1



85,5

1,4


1622,0

8236,5
8236,5

4109,1
3142,0

967,1
317,2

123,8


89,2

39,3


60,2

25,6


103,4

80,3


12,0

10,1


8,0

-

2.8



95,2

450,1


797,3

Azərbaycanın maliyyə kreditləri formasında cəlb etdiyi xarici valyutaların məbləği 2005-2010-cu illərdə artmağa doğru meyl etsə də, 2015-2017-ci illərdə əks proseslər müşahidə olunur. Belə ki, əgər 2005-ci ildə kredit şəklində alınan xarici valyutaların məbləği 698,4 mlyn ABŞ dollarına bərabər idisə, onun həcmi 2010-cu ildə 4,9 dəfə artaraq 3405,9 dollara yüksəlmişdir. 2015-ci ildə bu göstərici 2210,2 (2010-cı illə müqayisədə 35,1% az); 2016-cı ildə -2197,8 (2015-ci illə müqayisədə 0,6% az)və 2017-ci ildə-1783,3 mlyn ABŞ dollarına (2016-cı illə müqayisədə 18,9% az) bərabər olmuşdur. Ancaq, 2018-ci ildə maliyyə krediti formasında xarici ölkələrdən cəlb edilən valyutanın həcmi əvvəlki illə müqayisədə 4,6 dəfə artmış və 8236,5 mlyn ABŞ dolları təşkil etmişdir.

Araşdırmalar göstərir ki, Azərbaycan xarici ölkələrlə valyuta-maliyyə münasibətləri qurarkən birbaşa investisiyaların cəlb edilməsinə üstünlük verir. Belə ki, 2005-2017-ci illərdə xaricdən birbaşa investisiyalar şəklində cəlb edilən valyutaların məbləği həmin illərdə alınmış maliyyə kreditləri ilə müqayisədə:

- 2005-ci ildə- 5,8 dəfə;

-2010-cu ildə -6,1%;

-2015-ci ildə -6,1%;

-2016-cı ildə- 3,3 dəfə;

- 2017-ci ildə- 3,2 dəfə

çox olmuşdur.

Ancaq 2018-ci ildə əks meyl müşahidə olunur: həmin ildə xaricdən alınan birbaşa kreditlərin həcmi cəlb edilən maliyyə kreditlərinin həcmi ilə müqayisədə 50,1% az olmuşdur.

Xaricdən cəlb edilən birbaşa investisiyaların çox hissəsi neft sektorunun inkişafına yönəldilir. Belə ki:

- 2005-ci ildə cəlb edilən birbaşa investisiyaların 94,3%-i;

- 2010-cu ildə -81,8%-i;

-2015-ci ildə - 88,5%-i;

-2016-cı ildə - 76,7%-i%

- 2017-ci ildə- 85,8%-i;

-2018-ci ildə - 76,5%-i

məhz neft sektorunun inkişafına sərf edilmişdir.

Son illər Azərbaycanda ölkəmizin qeyri - neft sektorunun inkişafına xüsusi

diqqət yetirir. Bu məqsədə nail olmaq üçün xaricdən bu sektora daha çox valyutanın cəlb edilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. Bunun nəticəsidir ki, 2005-2016-ci illər ərzində qeyri-neft sektorunun unkişafına cəlb edilən xarici valyutaların məbləğində ilbəil artım baş vermişdir. Belə ki:

-2005-ci ildəqeyri-neft sektorunun inkişafına sərf edilən xarici valyutaların məbləği 230,5;

-2010-cu ildə-659,6;

-2015-ci ildə-860,4;

-2016-cı ildə -1706,2mlyn ABŞ dollarına bərabər olmuşdur.

2017-ci ildə bu məqsədlə alınan valyutanın məbləği (813,0 mlyn ABŞ dolları) 2016-cı illə müqayisədə 2,1 dəfə azalsa da, 2018-ci ildə bir qədər artaraq 967,1 mlyn ABŞ dollarına yüksəlmişdir.

Azərbaycanın qeyri-neft sektorunun inkişafına investisiya yatıran ölkələr sırasında birinci yer Turkiyəyə məxsusdur. 2005-2016-cı illər ərzində qeyd edilən məqsədlə Türkiyədən cəlb olunan valyutaların məbləği ilbəil artmağa doğru meyl etmişdir. Belə ki,qeyri-neft sektorunun inkişafı məqsədi ilə bu ölkədən:

- 2005-ci ildə 96,2;

- 2010-cu ildə-147,5 (2005-ci illə müqayisədə 53,3% çox);

- 2015-ci ildə-187,5 (2010-cu illə müqayisədə 27,1% çox);

- 2016-cı ildə-581,4 mlyn dollar (əvvəlki illə müqayisədə 3,1dəfə çox) valyuta alınmışdır.

2017-ci ildə qeyri-neft sektorunun inkişafı üçün Türkiyədən alınan valyutanın məbləği (297,2mlyn dollar) əvvəlki illə müqayisədə 48,9% azalsa da, sonrakı 2018-ci ildə 6,7% artaraq 317,2 mlyn dollara yüksəlmişdir.

Niderland qeyri-neft sektorunun inkişafı üçün Azərbaycana əhəmiyyətli miqdarda investisiya yatırmışdır və bu məqsədlə ölkəmizə invüetisiya yatıran dövətlər arasında ikinci yerdədir. Belə ki, qeyri-neft sektorunun inkişafı məqsədi ilə Niderlandan alınan valyutaların miqdarı:

-2005-ci ildə 1,2;

- 2010-cu ildə-163,5 (artım 136 dəfə);

-2015-ci ildə-173,5;

-2016-cı ildə-153,6;

-2017-ci ildə-103,8;

-2018-ci ildə 123,8mlyn dollar təşkil etmişdir.

Respublikamızda qeyri-neft sektorunun inkişafına dəstək verən dövlətlər sırasında Böyük Britaniya üçüncü yerdədir. Bu məqsədlə Böyük Britaniyadan alınan valyutaların məbləği 2005-2016-cı illər ərzidə ilbəil artsa da, 2017-ci ildə azalmış, 2018-ci ildə isə bir qədər artmışdır. Belə ki, qeyd edilən məqsədlə bu dövlətdən:

- 2005-ci ildə 39,5;

- 2010-cu ildə-144,0 (2005-ci illə müqayisədə 3,6 dəfə çox);

- 2015-ci ildə-164,0 (2010-cu illə müqayisədə 13,4% çox);

- 2016-cı ildə- 193,5mlyn dollar (2015-ci illə müqayisədə 18% çox) valyuta alınmışdır.

2017-ci ildə qeyri-neft sektorunun inkişafı məqsədi ilə Böyük Britaniyadan alınan valyutanın məbləği 2016-cı illə müqayisədə 2,3 dəfə azalaraq 83.4mlyn dollar təşkil etmiş, 2018-ci ildə isə, əvvəlki illə müqayisədə 24,0% artaraq 103,4 mlyn dollara çatmışdır.

Amerika Birləşmiş Ştatları ölkəmizdə qeyri-neft sektorunun inkişafına dəstək verən ölkələr srasında öncül mövqelərdən birini tutur (dördüncü yer). Bu məqsədlə ABŞ Azərbaycana:

- 2005-ci ildə24,8;

-2010-cu ildə-40,0;

-2015-ci ildə -70,8;

-2016-ci ildə- 99,3;

-2017-ci ildə - 69,3;

-2018-ci ildə 89,2 mlyn dollar valyuta sərf etmişdir.

2005-2016-cı illər ərzində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəldilmiş investisiyaların həcmi ilbəil artmağa doğru meyl etmiş, 2017-ci ildə isə əvvəlki illə müqayisədə azalmışdır. Ancaq 2018-ci ildə qeyd edilən məqsədlə sərf edilən valyutanın məbləği əvvəlki illə müqayisədə artmışdır.

2005-ci ildə BƏƏ-ri Azərbaycanın qeyri-neft sektorunun inkişafına 5,7 mlyn dollar vəsait yatırmış, 2010-cu ildə bu vəsaitlərin həcmi 30,3; 2015-ci ildə-50,3;2016-cı ildə -140,4; 2017-ci ildə-70,3 və 2018-ci ildə-80,3 mlyn dollar təşkil etmişdir.

2005-2018-ci illərdə Almaniyadan ölkəmizin qeyri-neft sektorunun inkişafı məqsədi ilə alınan valyutanın həcmi illər üzrə sabit olmamış, azalıb-artmaqla müşayət olunmuşdur.Qeyd edilən məqsədlə Azərbaycanın Almaniya ilə valyuta əlaqələrinin məbləği:

- 2005-ci ildə21,5;

- 2010-cu ildə-17,0;

-2015-ci ildə-37,0;

-2016-cı ildə -81,2;

-2017-ci ildə-41,2;

- 2018-ci ildə -60,2 mlyn dollara bərabər olmuşdur.

Respublikamızın qeyri-neft sektorunun inkişafı üçün Rusiyadan cəlb edilən valyutaların məbləği çox olmasa da, 2005-2016-cı illərdə ilbəil artmağa doğru meyl etmiş, 2017-ci ildə əvvəlki illə müqayisədə azalsa da, 2018-ci ildə artmışdır. Qeyd edilən məqsədlə 2005-ci ildə Rusiyadan Azərbaycan iqtisadiyyatına 5,1;2010-cu ildə-11,7; 2015-ci ildə-21,7;2016-cı ildə-43,6;2017-ci ildə-13,6 və 2018-ci ildə-25,6 mlyn ABŞ dolları məbləğində valyuta sərf edilmişdir.

Oxşar meyl İranın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların məbləğində də müşahidə edilir. Belə ki, 2005-ci ildə İran ölkəmizin qeyri-neft sektorunun inkişafına 1,2; 2010-cu ildə-3,2; 2015-ci ildə-13,2; 2016-cı ildə-50,5; 2017-ci ildə-20,5 və 2018-ci ildə-39,3 mlyn dollar vəsait yönətmişdir.

İsveçrənin ölkəmizin qeyri-neft sektorunun inkişafına 2010-cu ildən etibarən dəstək verməyə başlamışdır. Qeyd edilən məqsədlə İsvecrədən cəlb edilən valtutaların məbləği:

-2010-cu ildə-11,7;

-2015-ci ildə-15,7;

-2016-cı ildə-38,9;

-2017-ci ildə-10,0;

-2018-ci ildə -12,0 mlyn dollar təşkil etmişdir.

Qeyri-neft sektorunun inkişafı məqsədi ilə Azərbaycanla Fransa arasında valyuta əlaqələrinin məbləği az olsa da, 2005-2016-cı illər ərzində ilbəil artmış, 2017-2018-ci illərdə isə azalmışdır. Belə ki, bu məqsədlə 2005-ci ildəFransadan 2,6; 2010-cu ildə-6,2; 2015-ci ildə-7,2; 2016-cı ildə-27,2; 2017-ci ildə-8,2 və 2018-ci ildə-8,0mlyn dollar vəsait alınmışdır.

Ölkəmizin qeyri-neft sektorunun inkişafındaİtaliya da müəyyən rol oynayır. Bu məqsədlə Azərbaycanın İtaliya ilə valyuta əlaqələri mütəmadi xarakter daşımır və onun məbləği də yüksək deyildir. Qeyd edilən məqsədlə 2005-ci ildə İtaliyadan 4,6 mlyn dollar cəlb edisə də, 2010-cu idə heç bir vəsait alınmamışdır. Sonrakı illərdə bu ölkədən alınan valyutanın məbləği illər üzrə sabit olmamış, artıb-azalmalarla müşayət olunmuşdur. Belə ki, bu vəsaitlərin məbləği :

-2015-ci ildə-10,0;

-2016-cı ildə-51,2;

-2017-ci ildə-5,2;

- 2018-ci ildə-10,1 mlyn dollara bərabər olmuşdur.

Yaponiya Azərbaycanın qeyri-neft sektorunun inkişafına 2010-cu ildən etbarən investisiya yatırmağa başlamışdır. Bu məqsədlə iki ölkə arasında valyuta əlaqələrinin məbləği 2010-cu ildə 1,4; 2015-ci ildə-4,4; 2016-cı ildə-22,9; 2017-ci ildə-2,1 və 2018-ci ildə-2,8 mlyn dollar təşkil etmişdir.

Nəzərdən keçirilən illər ərzində qeyri-neft sektorunun inkişafı məqsədi ilə Norveçlə Azərbaycanın valyuta əlaqələrinin məbləği 2010-cu ildə 3,6 və 2015-ci ildə-5,6 mlyn dollara bərabər olmuşdur. Qalan illərdə bu məqsədlə Norveçdən valyuta cəlb edilməmişdir.

Azərbaycan özünün qeyri-neft sektorunun inkişafı məqsədi ilə sair ölkələrlə də əməkdaşlıq edir. Bu məqsədlə sair ölkələrdən cəlb edilən valyutaların məbləği 2005-2016-cı illər ərzində ilbəil artsa da, 2017-ci ildə azalmış, 2018-ci ildə isə bir qədər artmışdır. Qeyd edilən məqsədlə Azərbaycanın sair ölkələrlə valyuta əlaqələrinin məbləği:

-2005-ci ildə28,1;

-2010-cu ildə-79,5;

-2015-ci ildə-109,5;

-2016-cı ildə-222,3;

-2017-ci ildə-85,5;

-2018-ci ildə-95,5 mlyn dollara bərabər olmuşdur.

Azərbaycan özünün neft yataqlarının işlədilməsi üçün xarici şirkətlərdən neft bonusu şəklində valyuta da cəlb edir. Bu məqsədlə nəzədən keçirilən illər ərzində ən çox neft bonusu 2018-ci ildə alınmışdır-450,1 mlyn dollar məbləğində.

Azərbaycan öz iqtisadiyyatının sürətli inkişafı məqsədi ilə müxtəlif layihələrin həyata keçirilməsi üçün xarici ölkələrdən valyuta cəlb edir. Bu məqsədlə Azərbaycanın xarici ölkələrlə valyuta əlaqələrinin məbləği:

-2005-ci ildə -163,4;

-2010-cu ildə- 1225,0;

- 2015-ci ildə-1023,8;

- 2016-cı ildə -639,6;

-2017-ci ildə-1622,0;

- 2018-ci ildə-797,3 mlyn dollar təşkil etmişdir.

Aparılan təhlillər göstərir ki, Azərbaycanın xarici ölkələrlə valyuta–maliyyə əlaqələri qənaətbəxş səviyyədə olsa da, onun təkmilləşdirilməsinə ehtiyac vardır.

Fəsil 3. Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin

inkişaf perspektivləri

3.1.Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə münasibətlərini

xarakterizə edəngöstəricilərinmodelləşdirilməsi
Hər bir ölkənin, o cümlədən Azərbaycanın milli iqtisadiyyatının inkişafında onun maliyyə təminatı əhəmiyyətli rol ounayır. Məlumdur ki, bir çox hallarda ölkə iqtisadiyyatının hərtərəfli, sürətli inkişafına nail olmaq üçün ölkədaxili valyuta-maliyyə ehtiyatları kifayət həcmdə olmur. Bu səbəbdən hər bir ölkə, o cümlədən Azərbaycan,ehtiyac duyulan maliyyə vəsaitlərinin cəlb edilməsi üçün xarici dövlətlərlə və beynəlxalq maliyyə təşkilatları ilə səmərəli valyuta-maliyyə münasibətləri qurmağa səy göstərirlər.

Müasir dünyada ölkələr arasında valyuta-maliyyə münasibətləri getdikcə geniş yayılmaqdadır və bu zaman onlardan hər biri həm valyuta ixracatçısı, həm də idxalatçısı kimi çıxış edə bilər. Bu iqtisadi dildə valyutanın çarpaz yerdəyişməsi adlanır. Beynəlxalq valyuta-maliyyə münasibətlərinin inkişaf tarixinin araşdırılması göstərir ki, valyuta ixracatçıları (eyni zamanda-idxalatçıları) kimi əsaən sənayecə inkişaf etmiş ölkələr, neft ixrac edən ölkələr (əsasən ərəb dövlətləri), beynəlxalq maliyyə təşkilatları çıxış edirlər. Valyuta idxalatçıları isə əsaən inkişaf etməkdə olan ölkələrdir. Bununla yanaşı, bəzi inkişaf etməkdə olan ölkələr də, o cümlədən son illər Azərbaycan da, valyuta ixrac edən ölkələr sırasına qoşulmuşlar. Beləliklə, müasir dünyada ölkələri sırf valyuta ixrac edən və idxal edən ölkələr kimi qruplaşdırmaq mümükün deyildir.

Hər bir ölkədən valyuta əsasən iki formada çıxarılır:

- sahibkar;

- ssuda (kredit).

Sahibkar formasında valyuta da öz növbəsində iki formada çıxarılır:

- birbaşa investisiya formasında;

- portfel investisiyası formasında.

Birbaşa investisiya formasında valyutanın cəlb edilməsiəsasən milli istehsalın artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi daşıyırsa, ixracı-bir sıra hallarda, onu qəbul edən ölkədə fəaliyyət göstərən sahibkarlıq strukturlarının nəzarət səhm paketinin alınmasına yönəldilir. Biq qayda olaraq birbaşa investisiya qoyuluşunda yatırılmış vəsait üzərində nəzarət hüququ investisiya qoyan investora məxsus olur.

Portfel invesitisiyası formasında valyuta ixracı və ya idxalızamanı investor nəzarət hüququna malik olmur.

Ssuda formasında valyuta ixracı və ya idxalı verilən (cəlb edilən) valyuta üçün faiz ödənilməsinə əsaslanır.

Müşahidələr göstərir ki, müasir dövrdə müxtəlif sahələrə, layihələrə yatırılan birbaşa xarici investisiyaların getdikcə artması meyli baş verməkdədir.

Qeyd etmək lazımdır ki, xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin qurulmasında əsas məqsəd valyuta ixrac edən tərəf üçün öz gəlirini artırmaq, mənfəət əldə etdirməkdirsə, valyuta qəbul edən tərəf üçün – milli iqtisadiyyatı inkişaf etdirməkdir.

Xarici ölkələrlə valyuta –maliyyə münasibətlərinin qurulmasının, xüsusilə də, valyuta ixracının, bir sıra şərtləri vardır ki, onların əsasları aşağıdakılardır:

- valyuta qəbul edən ölkədə əlverişli investisiya mühitinin olması;

- ölkədə sosial-siyasi vəziyyət və onun perspektivləri,

- ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, strukturu ,onun inkişaf perspektivləri;

- ölkənin xarici iqtisadi əlaqələrin mövcud vəziyyəti və onun inkişaf perspektivləri.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası xarici iqtisadi əlaqələrin tamhüquqlu subyektinə çevrilmiş və özünün xarici iqtisadi əlaqələrinin formalaşması istiqamətində uğurlu islahatlar həyata keçirmişdir. Aparılan islahatlar beynəlxalq aləmdə Azərbaycanı ləyaqətli, etibarlı tərəfdaş kimi tanıtmışdır. Məhz bu səbəbdəndir ki, Azərbaycan xarici ölkələrlə, eləcə də, beynəlxalq maliyyə təşkilatları ilə valyuta-maliyyə əlaqələri ilbəil genişlənir və inkişaf edir. Azərbaycanın Dünya Bankı ilə valyuta-maliyyə münasibətləribuna misal ola bilər.

Azərbaycan infrastruktur layihələrinin həyata keçirilməsi, təhsilin, səhiyyənin, kənd təsərrüfatı sahələrinin, neft sektorunun inkişafı və s. məqsədlərlə Dünya Bankı ilə əməkdaşlıq edir və bu məqsədlə bu bankdan xarici valyuta qismində maliyyə dəstəyi almışdır. Cədvəl 2.1-də qeyd edilən məqsədlərlə Azərbaycanın Dünya Bankından birbaşa investisiya formasında aldığı valyutanın məbləği göstərilmişdir.

Cədvəl 2.1-dən göründüyü kimi, Dünya Bankından alınan maliyyə vəsaitlərinin əksər hissəsi yeni nəqliyyat yollarının (avtomobil və dəmir yolları) çəkilişinə, mövcud nəqliyyat sisteminin yenidən qurulmasına, eləcə də, neft sektorunun inkişafına sərf edilmişdir. Bu cədvəlin göstəricilərindən istifadə edərək “trend” modelini quraq.

Məlumdur ki, “trend” modeli dinamiki sıraların inkişaf meyllərinin müəyyən edilməsinə imkan verir. Bunu nəzərə alaraq, cədvəl 2.1-in məlumatlarına əsasən müvafiq qrafiki və “trend” modelini quraq (şəkil 3.1):



Şəkil 3.1.Azərbaycanın Dünya Bankından aldığı maliyyə vəsaitləri
Komputerdə aparılmış hesablamaların nəticəsində Azərbaycanın Dünya Bankından aldığı maliyyə vəsaitlərinə uyğun “trend” modeli aşağıdakı kimi
olmuşdur:

Y= 7000,9x2 – 120412x + 491755 (3.1.)

R2 = 0,2066
Göründüyü kimi, “trend” modelini xarakterizə edən determinasiya əmsalı (R2) 0,7-dən kiçikdir. Bumodelin adekvat olmadığını göstərir.

Buradan belə nəticəyə gəlmək olar ki, yeni avtomobil və dəmir yollarının çəkilişinə sərf edilən investisiyaların miqdarı ilə mövcud nəqliyyat sisteminin yenidən qurulmasına sərf edilən investisiyaların miqdarında nəzərəçarpacaq fərqlər vardır. Buna baxmayaraq, alınan modelinDünya Bankının Azərbaycana ayırdığı birbaşa investisiyaların məbləğinin polinominal modellə qiymətlənidirilməsinin müsbət tərəfini əks etdirdiyini söyləmək olar.


3.2. Azərbaycanın xarici ölkələrlə valyuta –maliyyə əlaqələrinin

yaxşılaşdırılması istiqamətləri

Araşdırmalar göstərir ki, müstəqillik əldə etdikdən sonra xarici iqtisadi əlaqərin inkişafı sahəsində həyata keçirilən islahatların nəticəsində Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə münasibətləri, əsasən, ilbəil yaxşılaşmaya doğru myl etsə də, son illər bu sahədə müəyyən geriləmələr müşahidə edilir. Ona görə də, respublikamızın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılmasına və genişləndirilməsinə ehtiyac vardır. Bu məqsədlə müəyyən tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi məqsədəuyğun olardı. Fikrimizcə, ilk öncə aşağıdakılara xüsusi diqqət yetirilməlidir (şəkil 3.2):

-Azərbaycanınvalyuta və maliyyə vəziyyətinin gücləndirilməsinə, beynəlxalq ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin, beynəlxalq valyuta likvidliyinin artırılmasına;

- xarici investorlar üçün ölkənin investisiya cəlbediciliyinin artırılmasına və

valyutanın xaricə axınının məhdudlaşdırılmasına;

- milli valyutanın - Azərbaycan manatının - möhkəmlənməsinə, xarici


Azərbaycanın valyuta və maliyyə vəziyyətinin gücləndirilməsi, beynəlxalq ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin,beynəlxalq valyutalikvidliyinin artırılması

Xarici investorlar üçün ölkənin investisiya cəlbediciliyinin artırılması və

valyutanın xaricə axınınınməhdudlaşdırılması



Milli valyutanın-azərbaycan manatının- möhkəmlənməsi, xarici valyutalaranisbətdə onunkonvertasiyası və məzənnə sabitliyiüçünşəraitin yaradılması





Xarici ölkələrlə valyuta –maliyyə əlaqələrinin yaxşılaşdırılması

üçün həyata keçirilməli olan əsas tədbirlər


Şəkil 3.2.Xarici ölkələrlə valyuta –maliyyə əlaqələrinin yaxşılaşdırılması

üçün həyata keçirilməli olan əsas tədbirlər
valyutalara nisbətdə onun konvertasiyası və məzənnə sabitliyi üçün şəraitin yaradılmasına.

Qeyd edilən məqsədlərə nail olunması aşağıdakılara imkan verərdi:

- valyuta və maliyyə mexanizminin gücləndirilməsinə;

-Azərbaycanın ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin artmasına;

- milli valyutanın möhkəmlənməsinə.

Məlumdur ki, Azərbaycan iqtisadiyyatı, digər postsovet ölkələrinin iqtisadiyyatı kimi, investisiya artımına, yəni valyutasının hələ də dönərli olmadığı iqtisadiyyata, valyuta axınına əsaslanmalı olan iqtisadi artım mərhələsinə qədəm qoymuşdur. Əsas məsələ həyata keçirilən müasir makroiqtisadi məzənnə modellərinin Azərbaycan iqtisadiyyatına nə dərəcədə uyğun olmasıdır. Yaranmış şərait dövlətin səmərəli valyuta siyasətinin formalaşması üçün ümumi siyasi və iqtisadi şərtləri dəyişdirə biləcək və bununla da təsərrüfat subyektlərinin iqtisadi vəziyyətini sabitləşdirən konsepsiya və metodlar hazırlamasını tələb edir. Fikrimizcə, Azərbaycanın müasir valyuta- maliyyə sistemində mövcud olan problemlərin aradan qaldırılması üçün aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur (şəkil 3.3):



Dövlətin elmi, texniki və intellektual potensialını səfərbər etməklə iqtisadiyyatın real sektorunda artımıtəmin etmək üçünköklü tədbirlərin görülməsi

Məhsuldar olmayan xərclərin payını azaltmaqla büdcə vəsaitlərindənsəmərəliistifadəyə nail olunması

Vergi siyasətinin sadələşdirilməsi, vergilərin azaldılması, vergi yığımlarının və gömrük rüsumlarınınşəffaflığının artırılması





Mülkiyyət formasından asılı olmayaraq istehsalçılarınfəaliyyətinin canlandırılması üçünəlverişli investisiya şəraitinin yaradılması

Milli valyutanın-manatın-dövriyyəsinin güclənməsinə nail olunması





Azərbaycanın müasir valyuta-maliyyə sistemində mövcud olanproblemlərinaradan qaldırılmasıyolları


Sənaye və kənd təsərrüfatı müəssisələrininsəmərəli işləməsinə nail olunması




Bank sistemini gücləndirmək üçün müvafiq siyasətinaparılması



Bank-maliyyə sistemindəki böhran hadisələrinin aradanqaldırılması, xarici kreditlər üzrəborcların qaytarılmasına köməklik edilməsi

Hər il neft və digər enerji xammal növləri ixracından əldə olunan gəlirin bir hissəsinin xarici banklarda yatırımınındayandırılması




Maliyyə intizamının gücləndirilməsi, müəssisələr, təşkilatlararasında hesablaşmaların sadələşdirilməsi

Şəkil 3.3.Azərbaycanın müasir valyuta-maliyyə sistemində mövcud olan

problemlərin aradan qaldırılması yolları

- dövlətin elmi, texniki və intellektual potensialını səfərbər etməklə iqtisadiyyatın real sektorunda artımı təmin etmək üçün köklü tədbirlərin görülməsi;

- məhsuldar olmayan xərclərin payını azaltmaqla büdcə vəsaitlərindən səmərəli istifadəyə nail olunması (məsələn, inzibati və idarəetmə aparatının saxlanması xərclərinin azaldılması, büdcə gəlirlərinin bəzi maddələrinin artırılması yolu ilə);

- vergi siyasətinin sadələşdirilməsi, vergilərin azaldılması, vergi yığımlarının və gömrük rüsumlarınınşəffaflığının artırılması;

- mülkiyyət formasından asılı olmayaraq istehsalçıların fəaliyyətinin canlandırılması üçün əlverişli investisiyaşəraitinin yaradılması;

- milli valyutanın-manatın-dövriyyəsinin güclənməsinə nail olunması;

- maliyyə intizamının gücləndirilməsi, müəssisələr, təşkilatlar arasında hesablaşmaların sadələşdirilməsi;

- bank sistemini gücləndirmək üçün müvafiq siyasətin aparılması;

- sənaye və kənd təsərrüfatı müəssisələrinin səmərəli işləməsinə nail olunması;

- bank-maliyyə sistemindəki böhran hadisələrinin aradan qaldırılması, xarici kreditlər üzrə borcların qaytarılmasına köməklik edilməsi;

- hər il neft və digər enerji xammal növləri ixracından əldə olunan gəlirin bir hissəsinin xarici banklarda yatırımının dayandırılması.

Azərbaycanın xarici dövlətlərlə valyuta-maliyyə münasibətlərin yaxşılaşdırılmasında aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi mühüm rol oynaya bilər.:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Milli Bankın fəaliyyətinin səmərəli əlaqələndirilməsi;

-Milli Bankın valyuta siyasətinin təkmilləşdirilməsi;

- valyuta bazarındakı vəziyyətin sabitləşdirilməsi;

- milli valyutanın məzənnə dəyişkənliyinin azaldılması və xarici valyutalarla müqayisədə milli valyutanın gücləndirilməsi;

-Azərbaycanın valyuta bazarında əsas iştirakçıların mənfi gözləntilərinin səviyyəsinin azaldılması.
Qeyd edilən istiqamətlərdə tədbirlərin həyata keçirilməsi Azərbaycanın xarici valyuta-maliyyə əməliyyatlarının tənzimlənməsi çərçivəsində fəaliyyətinin yaxşılaşdırılmasını təmin edə bilər.

Məlumdur ki, ölkənin valyuta-maliyyə vəziyyəti Milli Bankın yürütdüyü valyuta siyasətindən bilavasitə asılıdır. Azərbaycanın valyuta-maliyyə vəziyyətinin yaxşılaşdırılması üçünMilli Bank tərəfindən həyata keçirilən valyuta siyasəti aşağıdakıları təmin etməlidir:

-milli valyutanın məzənnəsini kəskin dəyişmədən proqnozlaşdırılmasını;

- tərkibindəki spekulyatorların hərəkətlərini minimuma endirməklə ölkənin valyuta bazarındakı sabitliyi;

- ölkənin valyuta sisteminə dəstəyi;

- valyuta məzənnələrinin kəskin dəyişməsinin qarşısının alınmasını;

- Azərbaycanın valyuta bazarında tələb və təklif balansının formalaşmasını;

- makroiqtisadi vəziyyətə uyğun olaraq, xüsusən Azərbaycanın tədiyyə balansının, ölkənin dövlət büdcəsininhəcminin nəzərə alınmasını;

-Azərbaycanın xarici sərmayələrinin həcminin, o cümlədən Azərbaycandan özəl xarici valyuta axınının həcminin nəzərə alınmasını.

Makroiqtisadi vəziyyətin pisləşməsi və ya milli valyutanın məzənnəsinin göstərilən parametrlərdən mənfi sapması şəraitində Milli Bank öz səlahiyyətləri daxilində məzənnəyə təsir edən mənfi amilləri aradan qaldırmaq üçün istənilən valyuta tənzimləmə vasitələrindən istifadə edə bilər.

Milli Bankının valyuta siyasətinin təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin inkişafını stimullaşdırmağı da təmin edə bilər, çünki kommersiya bankları dövlətdə valyuta əməliyyatları ilə məşğul olan əsas iqtisadi subyektlər olmaqla yanaşı həm daxili, həm də xarici valyuta bazarının əsas iştirakçılarıdır.

Fikrimizcə, Milli Bankının valyuta siyasətinin təkmilləşdirilməsi üçünaşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı (şəkil 3.4):

1. Milli Banka onun məsuliyyətini artıran valyuta siyasəti tədbirlərinin aparılmasıvə qiymətləndirilməsininşəffaflığının təmin edən,ölkəsəviyyəsində


Milli Bankının xarici valyuta əməliyyatlarının qarantı kimiiştirakının təmin edilməsi, Azərbaycanın valyutabazarında valyuta risklərinin sığortalanması sisteminin təkmilləşdirilməsi

Milli Banka onun məsuliyyətini artıran valyuta siyasəti tədbirlərinin aparılması və qiymətləndirilməsinin şəffaflığının təmin edən, ölkə səviyyəsindəmaliyyə sektoruna tam nəzarət, tənzimləmə və idarəetməsəlahiyyətlərinin verilməsi




Milli Bank tərəfindən hazırlanan və kommersiya bankları tərəfindən həyata keçirilən valyutaəməliyyatlarının aparılmasıqaydalarının təkmilləşdirilməsi

Çevik, səmərəli, vaxtında və şəffaf olması üçün valyuta müdaxilələri siyasətinintəkmilləşdirilməsi




Milli Bankının valyuta siyasətinin təkmilləşdirilməsiistiqamətləri




Ölkənin daxili valyuta bazarında xarici valyutaya tələbatın artırılmasını, habelə iqtisadiyyatın real sektorunun və əhalininxarici valyutaya tələbatın ödənilməsisəviyyəsinin yüksəldilməsinə imkan yaradılması üçün ixracatçıların valyuta gəlirlərinin bir hissəsinin satışının qarşısının məcburiqaydada alınması

Şəkil 3.4.Milli Bankının valyuta siyasətinin təkmilləşdirilməsi istiqamətləri
maliyyə sektoruna tam nəzarət, tənzimləmə və idarəetmə səlahiyyətlərinin verilməsi.

2. Daha çevik, səmərəli, vaxtında və şəffaf olması üçün valyuta müdaxilələri siyasətinin təkmilləşdirilməsi. Neft qiymətlərinin azalması və ya enerji bazarındakı qiymət dəyişikliyi halında Milli Bankının valyuta müdaxilələri ölkədə güclü məzənnə dəyişikliyinin qarşısını ala bilər. Və ölkənin valyuta bazarında ciddi valyuta dəyişkənliyinin olmaması Milli Banka fiziki və hüquqi şəxslər tərəfindən etimadın azalmasının qarşısını almaqla yanaşı, Azərbaycanın valyuta bazarında əhalinin çaxnaşma davranışının qarşısını almağa imkan verə bilər.

3. Milli Bank tərəfindən hazırlanan və kommersiya bankları tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının aparılması qaydalarının təkmilləşdirilməsi. Bura, dövlətin valyuta bazarındakı vəziyyətin dəyişməsinə və bu sahədə baş verən son hadisələrə əsaslanaraq kommersiya banklarının açıq valyuta mövqeyini hesablamaq metodlarında dəyişiklik daxildir. Milli Bank, kommersiya bankları tərəfindən maliyyə sektoru borcalanlarının kredit qabiliyyətinin təhlilinin keyfiyyətinə dair əsaslandırılmış tələblər irəli sürməli, habelə Milli Bank və dövlətdəki digər tənzimləyici orqanlar tərəfindən borcalanların kredit qabiliyyətini qiymətləndirmək üçün əlavə meyarların tətbiq edilməsini tələb etməlidir.

4. Milli Bankının xarici valyuta əməliyyatlarının qarantı kimi iştirakının təmin edilməsi, Azərbaycanın valyuta bazarında valyuta risklərinin sığortalanması sisteminin təkmilləşdirilməsi.

5. Ölkənin daxili valyuta bazarında xarici valyutaya tələbatın artırılmasını, habelə iqtisadiyyatın real sektorunun və əhalinin xarici valyutaya tələbatın ödənilməsi səviyyəsinin yüksəldilməsinə imkan yaradılması üçün ixracatçıların valyuta gəlirlərinin bir hissəsinin satışının qarşısının məcburiqaydada alınması.

Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılmasında dövlətin valyuta-maliyyə siyasətinin təkmilləşdirlməsi də mühüm rol oynaya bilər. Fikrimizcə, Azərbaycanın xarici dövlətlərlə valyuta-maliyyə əlaqələrinin yaxşılaşdırılması üçün aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı (şəkil 3.5):

- valyuta-maliyyə tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində iqtisadi tədbirlərin prioritetliyinin əsas götürülməsi;

- rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarına dövlət və onun

müvafiq orqanları tərəfindən əsassız müdaxilənin istisna edilməsi;


Valyuta-maliyyə tənzimlənməsi sahəsində dövlət siyasətinin həyatakeçirilməsində iqtisaditədbirlərinprioritetliyinin əsas götürülməsi

Rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarınadövlət və onun

müvafiq orqanlarıtərəfindənəsassız müdaxilənin istisnaedilməsi



Valyuta əməliyyatlarını həyata keçirərkən rezidentlərin vəqeyri-rezidentlərin hüquqlarının və iqtisadimaraqlarının dövləttərəfindən qorunmasının təminedilməsi







Həyata keçirilən valyuta tənzimlənməsi və valyuta nəzarətisisteminin vəhdətliyinə nail olunması

Dövlətin xarici və daxili valyuta siyasətinin vəhdətliyinin təmin edilməsi








Azərbaycanın xarici dövlətlərlə valyuta-maliyyə əlaqələrinin yaxşılaşdırılmasıistiqamətləri

Milli valyutanın sabit məzənnəsinə nail olunması, onunkonvertasiyasının artması və inflyasiyatəzyiqinin azalması üçün tədbirlərin görülməsi

Ölkəyə xarici valyutanın daxil olmasının təmin edilməsi və xarici valyutaqazancının ixracatçılara qaytarılmasınanəzarətin təkmilləşdirilməsi








Xarici iqtisadi fəaliyyət iştirakçılarına səmərəli nəzarət sistemininqurulması




Xarici ölkələrdən və beynəlxalq maliyyə təşkilatlarındanalınan kreditlərdənsəmərəli və rasional istifadəedilməsi




Xarici ölkələrlə və beynəlxalq maliyyə təşkilatları iləvalyuta-maliyyə əlaqələrinin ölkəmiz üçünəlverişli şərtlərlə həyatakeçirilməsinə nailolunması.





Ölkəyə xarici investisiya axınının təmin edilməsi məqsədi iləstimullaşdırıcı tədbirlərsistemininhazırlanması və tətbiq edilməsi

Şəkil 3.5.Azərbaycanın xarici dövlətlərlə valyuta-maliyyə əlaqələrinin yaxşılaşdırılması istiqamətləri

- dövlətin xarici və daxili valyuta siyasətinin vəhdətliyinin təmin edilməsi;

- həyata keçirilən valyuta tənzimlənməsi və valyuta nəzarəti sisteminin vəhdətliyinə nail olunması;

- valyuta əməliyyatlarını həyata keçirərkən rezidentlərin və qeyri-rezidentlərin hüquqlarının və iqtisadi maraqlarının dövlət tərəfindən qorunmasının təmin edilməsi;

- milli valyutanınsabitməzənnəsinə nail olunması, onun konvertasiyasının artması və inflyasiya təzyiqinin azalması üçün tədbirlərin görülməsi;

- ölkəyə xarici valyutanın daxil olmasının təmin edilməsi və xarici valyuta qazancının ixracatçılara qaytarılmasına nəzarətin təkmilləşdirilməsi;

-xarici iqtisadi fəaliyyət iştirakçılarına səmərəli nəzarət sisteminin qurulması;

- xarici ölkələrdən və beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərdən səmərəli və rasional istifadə edilməsi;

-ölkəyə xarici investisiya axınının təmin edilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər sisteminin hazırlanması və tətbiq edilməsi;

- xarici ölkələrlə və beynəlxalq maliyyə təşkilatları ilə valyuta-maliyyə əlaqələrinin ölkəmiz üçün əlverişli şərtlərlə həyata keçirilməsinə nail olunması.

Hesab edirik ki, yuxarıda qeyd edilən istiqamətlərdə tədbirlərin həyata keçirilməsi Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılmasına imkan yarada bilər.

Nəticə

Dünya iqtisadiyyatının getdikcə qloballaşdığı müasir dünyada istənilən ölkənin milli iqtisadiyyatının inkişafı beynəlxalq əmək bölgüsündə yaxından, geniş iştirak etmədən mümkün deyildir. Məllumdur ki, ölkənin beynəlxalq əmək bölgüsündə iştirakının səviyyəsi, digər amillərlə yanaşı, onun digər ölkələrlə valyuta-maliyyə münasibətlərin səviyyəsindən bilavasitə asılıdır. Öz növbəsində, xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin səviyyəsi, bir sıra amillərlə yanaşı, ölkənin valyuta-maliyyə ehtiyatlarının miqdarıdan asılıdır və bir çox hallarda ölkələr valyuta çatışmazlığı ilə rastlaşırlar. Bu çatışmazlığın aradan qaldırılması üçün ölkələr beynəlxalq maliyyə təşkilatlarına və xarici dövlətlərə müraciət etməli olurlar.



Araşdırmalar göstərir ki, milli iqtisadiyyatının sürətli inkişafının təmin edilməsi, xüsusilə də, iri layihələrin reallaşdırılması üçün Azərbaycan həm beynəlxalq maliyyə təşkilatları, həm də xarici ölkələrlə valyuta- maliyyyə münasibətlərinə girmiş və qeyd edilən məqsədlərə nail olmaq üçün maliiyə vəsaitləri cəlb etmiş və etməkdədir.Təhlil göstərmişdir ki, Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə əlaqələrinin həcmi tarixən artan istiqamətlərdə baş versə də, son illər nisbətən zəifləmişdir. Ona görə də, bu əlaqələrin yaxşılaşdırılması və genişləndirilməsi üçün lazımi tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə ehtiyac vardır. Hesab edirik ki, bu dissertasiya işinin üçüncü fəslində irəli sürülən təkliflərin reallaşdırlması Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılmasına imkan yaradardı. Bununla yanaşı, hesab edirik ki, respublikamızın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılması üzrə tədbirlər hazırlanarkən əsas diqqət aşağıdakı istiqamətlərə yönəldilməlidir:

-milli valyutanın məzənnə dəyişkənliyinin azaldılmasına və xarici valyutalarla müqayisədə milli valyutanın gücləndirilməsinə;

-xarici ölkələrdən və beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərdən səmərəli və rasional istifadə edilməsinə;

- xarici iqtisadi fəaliyyət iştirakçılarına səmərəli nəzarət sisteminin qurulmasına, ölkəyə xarici investisiya axınının təmin edilməsi məqsədi ilə

stimullaşdırıcı tədbirlər sisteminin hazırlanmasına və tətbiq edilməsinə;

- xarici ölkələrlə və beynəlxalq maliyyə təşkilatları ilə valyuta-maliyyə əlaqələrinin ölkəmiz üçün əlverişli şərtlərlə həyata keçirilməsinə nail olunmasına;

- valyuta-maliyyə tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində iqtisadi tədbirlərin prioritetliyinin əsas götürülməsinə.

Fikrimizcə, bu dissertasiya işində irəli sürülən istiqamətlərdə tədbirlərin həyata keçirilməsi Azərbaycanın xarici ölkələrlə valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılmasına şətait yarada bilər.



Yüklə 184,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin