Scientific novelty:
-analized and generalized existing views and considerations on international monetary and financial relations;
- The current state of the monetary and financial relations of Azerbaijan with foreign countries was studied and the corresponding results were obtained;
- Directions for improving Azerbaijan’s foreign exchange relations with foreign countries were identified.
The dissertation consists of an introduction, three chapters, conclusions and suggestions, a list of used literature.
The introduction indicates the relevance, subject, object, goal, information base, theoretical and methodological basis, research objectives, scientific novelty, practical value, approbation and place of work.
The first chapter, on the basis of a comprehensive study of numerous scientific works of foreign and domestic scientists and economists, discusses modern approaches to international monetary and financial relations, the theoretical foundations of regulating foreign exchange and financial relations with foreign countries.
The second chapter is devoted to the analysis and assessment of the current state of monetary and financial relations of Azerbaijan with foreign countries. This chapter discusses the research methods used in the analysis of monetary and financial relations, as well as analyzes the current state of monetary and financial relations between Azerbaijan and foreign countries.
As a result of the study, the third chapter offers suggestions and recommendations for improving the monetary and financial relations of Azerbaijan with foreign countries.
Conclusions and proposals summarize the results of the research.
The work was done at the Department of Industrial Economics and Management at the ASUOI
G İ R İ Ş
İnkişaf səviyyəsindən asılı olmayaraq hər bir ölkənin öz milli iqtisadiyyatını müvəffəqiyyətlə inkişaf etdirmək, beynəlxalq rəqabət mübarizəsində uduzmamaq üçün kifayət edə biləcək həcmdə maliyyə vəsaitinə daim ehtiyacı vardır. Təcrübə göstərir ki, bir çox hallarda ölkə iqtisadiyyatının maliyyə ehtiyaclarının ödənilməsi üçün dövlətlərin öz vəsaitləri heç də həmişə yetərincə həcmdə olmur. Bu səbəbdən onlar çatışmayan maliyyə vəsaitlərinin əldə edilməsi məqsədi ilə müxtəlif maliyyə mənbələrinə-həm yerli banklara, həm də, xarici dövlətlərə, beynəlxalq maliyyə təşkilatlarına müraciət etməli olurlar. Qeyd etmək lazımdır ki, xüsusilə iri həcmli layihələrin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin (xarici valyutaların) cəlb edilməsində, beynəlxalq maliyyə təşkilatları mühüm rol oynayırlar. Nəzərə almaq lazımdır ki, valyuta-maliyyə tənzimlənməsi xarici iqtisadi əlaqələrin tənzimlənməsi və tədiyyə balansını qorumaq, idxalın strukturunu dəyişdirmək və ya məhdudlaşdırmaq, xaricə ödənişləri azaltmaq və valyuta ehtiyatlarını dövlətin əlində cəmləşdirmək məqsədi ilə beynəlxalq hesablaşmaların tənzimlənməsi və valyuta dəyərləri ilə əməliyyatlar qaydalarının tənzimlənməsinə yönəlmiş dövlət tənzimləmə formalarından biridir. Beynəlxalq hesablaşmaların - beynəlxalq valyuta-maliyyə münasibətlərinin- tənzimlənməsi üçün öncə maliyyə təşkilatlarının, xarici dövlətlərin siyasətinin, maliyyə vəsaitlərinin verilmə şərtlərinin öyrənilməsinə ehtiyac vardır. Təbiidir ki, beynəlxalq maliyyə təşkilatlarının və xarici dövlətlərin məqsədləri, vəzifələri və maliyyə siyasəti haqqında dürüst, hərtərəfli məlumatların olması hansı təşkilatlarla və dövlətlərlə əməkdaşlığın daha səmərəli olması haqqında düzgün qərarların qəbuluna imkan yaradır.Cəlb edilən maliyyə vəsaitlərindən-xarici valyutalardan- səmərəli istifadə edilməsi üçün beynəlxalq maliyyə təşkilatları və xarici dövlətlərlə yaradılan müvafiq münasibətlərin tənzimlənməsinə ehtiyac vardır.
Müasir dövrdə xarici dövlətlərlə, eləcə də, beynəlxalq maliyyə təşkilatları ilə yaradılan valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılması ölkələrin inteqrasiya olunmuş beynəlxalq sistemə qoşulmasının obyektiv əsaslarından biri hesab edilir. Eyni zamanda, beynəlxalq valyuta-maliyyə münasibətləri problemi siyasi və sosial baxımdan hökumətlər üçün müəyyən problemlər yaradır. Məhz buna görə də, beynəlxalq valyuta-maliyyə münasibətləri həyata keçirilən zamanı onun ümumi iqtisadi və sosial nəticələrinintəhlili və arşdırılması vacibdir.
Qeyd etmək lazımdır ki, beynəlxalq valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı ideyalar irəli sürsə də, hələ də bu münasibətlərin tənzimlənməsinə ehtiyac vardır. Ona görə də istər xarici, istərsə də respublikamızın görkəmli alimləri valyuta-maliyyə münasibətlərivə onun müasir meyllərinin həllinə dair çoxsaylı tədqiqat əsərləri yazmış və bu proses davam etməkdədir. Onların sırasında Azərbaycanın iqtisadçı alimlərindən: Ə.H.Ələkbərovun, M.Ə. Vəliyevin, S.M. Məmmədovun, A.I.Orucovun, C.H.Kərimovun, H.A.İsrafilovun, G.Gəncəliyevin,xarici ölkələrinin alimlərindənN. Kuçukovanın,S.Stubaldinin, V.Kriştonosovunəsərlərini göstərmək olar.
Sadalanan tədqiqat işlərinin, əsərlərin elmi və praktiki əhəmiyyətini azaltmadan qeyd etmək lazımdır ki, müasir şəraitdə beynəlxalq valyuta-maliyyə münasibətlərinin və onların müasir meyllərinin tədqiqi öz əhəmiyyətini itirməmiş və aktuallığını saxlamaqdadır. Xarici ölkələrlə və beynəlxalq təşkilatlarla valyuta-maliyyə münasibətlərinin yaxşılaşdırılması problemi Azərbaycan Respublikası üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu dissertasiya işi də, məhz bu aktual problemə həsr edilmişdir.
Dostları ilə paylaş: |