2.2. Bucaq modulyasiyası
Bucaq modulyasiyası bir–birilə sıx bağlı olan iki növ modulyasiyadan–tezlik və
faza modulyasiyasından ibarətdir. Tezlik modulyasiyasında informasiya, daşıyıcı
rəqslərin ani tezliyinin dəyişməsi ilə verilir, faza modulyasiyasında isə, modullayıcı
siqnal daşıyıcının fazasını dəyişdirir. Göstərildiyi kimi, amplitud modulyasiyası xətti
proseslərdən ibarətdir və burada, daşıyıcı tezlik ətrafında modullayıcı siqnalın
spektrinin sürüşdürülməsi nəzərə alınmazsa, yeni tezliklər alınmır. Bucaq
modulyasiyasında da spektrin yüksək tezlik oblastına sürüşdürülməsi baş verir, lakin
AM-dən fərli olaraq burada verilən məlumatın spektrinin forması da çevrilir.
Şüalandırılan TM və FM siqnallarının spektri modullayıcı siqnalın spektrindən geniş
alınır.Bucaq modulyasiyasının bu xüsusiyyəti yeni tezlik toplananlarının alınmasına
səbəb olur.Belə xüsusiyyət bütün qeyri-xətti formalı çevrilmələr üçün xarakterikdir.
Adətən bucaq modulyasiyası, verilən məlumatların qəbulunda verilişin yüksək
doğruluğunu təmin etmək üçün istifadə olunur. bu onunla əlaqədardır ki, bucaq
modulyasiyası sistemləri AM-na nisbətən maneələrin və gurultuların təsirlərinə qarşı
yüksək dayanıqlığa malikdirlər.
Ümumi halda bucaq modulyasiyasında siqnalın ifadəsini aşağıdakı kimi yazmaq
olar:
𝑆(𝑡) = 𝐴
0
cos𝜃(𝑡) (2.2.1)
22
0
2
1
τ
4
3
t
δ
δ=0
δ
Dostları ilə paylaş: |