2.3.İmpuls modulyasiyası və onun növləri
Analoq informasiyanın ardıcıl impulslara cevrilməsi prosesi impuls
modulyasiyası adlanır.Müxtəlif formalı impulslar ardıcıllığı da modullaşmış rəqslər
funksiyasını daşıya bilər. Aşağıdakı şəkildə S(t)=S( t, A, τ, δ) düzbucaqlı impulslar
ardıcıllığı göstərilir. Onların hər hansı bir parametrini (A-amplitudu, τ-impulsun
davametmə müddəti və ya δ-şəkildə rəqəmlərlə göstərilmiş bərabər zaman
intervallarına nisbətən impulsun vəziyyəti) dəyişməklə məlumatı əks etdirən impulslu
videosiqnal, yəni impuls modulyasiyasi alınır. İmpuls modulyasiyasının aşağıdakı
növləri var:
1.
amplitud-impuls modulyasiyası (AİM);
2.
eninə (EİM) və ya müddətin görə (MİM) impuls modulyasiyası;
3.
zaman-impuls modulyasiyası (ZİM);
İmpuls-kod modulyasiyasından da (İKM) geniş istifadə edilir. Burada hər bir
impulsun ampilitud qiyməti ikilik impulslar qrupu vasitsilə kodlanır və eyni zamanda
ampilitud-impuls modulyasiyasına uğrayır.
İkilik (binar) impulslar iki formalı impulsların birliyinə deyilir. Bunların birinə 1
digərinə isə 0 qiyməti verilir. Çox hallarda 1 qiyməti “düzbucaqlı” impulsa, 0
qiyməti isə “sıfır” impulsuna, yəni impulsun olmadığı hala verilir.
Şəkil 2.3.1 (a) Düzbucaqlı impulslar ardıcıllığı
|