5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə 1 №-lı dərman-tetrosiklin (hər penalda 5 həb miqdarında) olur. Bu dərman bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təcili qeyri-spesifık profilaktik vasitə olaraq, habelə yara və yanıq yoluxmalarının profilaktikası məqsədilə). 6-cı bölmədə radiasiya əleyhinə 2 № 9-li dərman (kalium-yodid penalı yerləşir. Bu dərman radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir.Orqanizmin şüalanmaya, ürəkbulanması, və qusma ilə meydana çıxan ilk reaksiyanın aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu dərman 7-ci bölməsindəki göy rəngli penalda yerləşir.
5. Fərdi sarğı paketi
Fərdi sarğı paketindən yara səthinə birincili sarğı qoyulması məqsədi ilə istifadə edilir. O, bintdən (10 sm enində, 7 m uzunluğunda) və iki ədəd pambıq -cuna yastıqcıqdan ibarətdir. Yastıqcıqlardan biri hərəkətsiz halda bintin bir kənarına tikilib, digər yastıqcıq isə bint uzunu hərəkətlidir. Adətən bint və yastıqcıqlar mumlanmış kağıza bükülmüş halda sellofan və ya perqament kağızından olan üzlüyə (çexola) qoyulmuş halda olur. Paketin içində eyni zamanda sancaq da olur. Üzlüyün üzərində paketdən istifadə qaydası yazılır.
Paketdən istifadə edərkən onu sol əldə tutub sağ əllə üzlüyün çərtilmiş kənarından dartaraq yapışdırılmış hissə qoparılır və içərisində mumlanmış paket və sancaq çıxarılır. Kağız örtüyün büküşündən sancağı çıxarıb müvəqqəti olaraq göz önündə paltara bərkidin. Mumlanmış kağız örtüyü ehtiyatla açıb sol əlinizdə bintin pambıq-cuna yastıqcıq tikilmiş kənarından tutun və sağ əlinizlə binti açın. Bu zaman ikinci yastıqcıq sərbəst açılır ki, onu bint boyu hərəkət etdirə bilərsiniz. Yastıqcıqların bir üzü qırmızı saplarla tikilib. Yardım göstərən vacib olduqda əlləri ilə yalnız yastıqcığın bu üzünə toxuna bilər.