Azərbaycan döVLƏt pedaqoji universiteti CƏLİlabad fiLİali



Yüklə 20,2 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü20,2 Kb.
#41452
1   2   3
abas

Təsirli feillərin birbaşa tələb etdiyi obyekt ismin təsirlik halının suallarına cavab verir. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.

Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən feillər isə təsirsiz feillər adlanır.

Təsirsiz feillərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur.

Məsələn: Kitaba (nəyə?) baxiram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.

Bəzi təsirsiz feillər –dır4, -ır4 (bəzən -t, -ar2, -ıt4, -ız4, -dar2) şəkilçilərinin köməyi ilə təsirli feillərə çevrilir. Məsələn: inanmaq (nəyə?)- inandırmaq (kimi?), çatmaq (haraya?) – çatdırmaq (nəyi?), gülmək (kimə?) – güldürmək (kimi?), qaçmaq (haraya?)-qaçırmaq (kimi?), azalmaq (nə?) – azaltmaq (nəyi?), qopmaq (nədən?) – qoparmaq (nəyi?), axmaq (hara?) – axıtmaq (nəyi?), dönmək (nədən?) – döndərmək (nəyi?) və s.


Yüklə 20,2 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin