Milli musiqimizin ümumtəhsil məktəblərində tǝd- risini təkmilləşdirmək məqsədilə aşağıdakı təkliflərin olması məqsədəuyğundur:
1. Musiqi ədəbiyyatı üzrə müntəxabatın, dǝrs vəsaitlərinin, yeni lent yazısının, not nümunələrinin, plakatların, musiqi albomlarının olmasına ehtiyac duyulur.
2. Tədris planında musiqi fənni üzrə saatların artırılması həftədə 2 saat olması məqsədəuyğun olardı. Çünki həftədə 1 saatlıq dərs milli mədəniy- yətimizin, muğamlarımızın, xalq musiqimizin öyrə- dilməsini təmin etmir.
3. Musiqi fənninin ümumtəhsil məktəbinin bütün siniflərində tədris planına daxil edilməsi faydalı olardı.
4. Musiqi tədrisinin yaxınlaşdırılmasında müəllimlərə göstərilən metodik xidmətin səviyyəsi ön plana çəkilməlidir.
Metodik işin təşkilində elmi asas, aydın məqsəd olmalı, ciddi proqnozlaşdırma aparılmalıdır. Fənlərin inteqrasiya olunduğu bir zamanda musiqi fənni üzrə metod- birləşmələrin köhnə quruluşda fəaliyyət göstərməsi yaramır. Burada metodbirləşmələrin özündə inteqrasiyasının vacibliyi əsas məsələyə çevrilir. Bu isə müəllimə, məktəb rəhbərliyinə daha çevik işləməyə, optimal rəhbərlik və nəzarət üsullarından istifadə etməyə imkan yaradır.
Müəllim unutmamalıdır ki, uşaqlar məktəbdə yalnız təhsil almamalı həm də tərbiyə olunmalı, hərtərəfli inkişaf etməli və həyatlarının əhəmiyyətli hissəsini yaşamalıdırlar.
Yeni pedaqoji təfəkkürün, yeni metodların təhsil sisteminə gətirilməsi təlimdə əhəmiyyətli dəyişikliklər edir, eyni zamanda dərsdə canlanma yaradır.
Müasir təlim metodlarının əhəmiyyətli cəhəti onda- dır ki, inteqrasiya şagirdlərin ümumi biliklərini təhsildəki mövcud olan ixtisaslaşdırmadan inkişafa doğru yönəldir və bu əlaqə növü fənləri bir-birinə yaxınlaşdırır.
Bu gün məktəblərimizdə fəal təlim metodlarına keçid prosesi əsasən mərhələlərlə həyata keçirilir. Bu istiqamətdə aparılan iş prosesində hələ ki qarşıya çıxan çətinliklər, imkansızlıqlar mövcuddur. Bunun üçün ilk növbədə tədris proqramları əsaslı şəkildə yeniləşməli, proqramlarda integrativ məzmun öz əksini tapmalıdır. Dərsliklər elə tərtib edilməlidir ki, müəllimlərin digər elmi mənbələrə müraciət etməsinə ehtiyac qalmasın.
Tədris prosesində fəal təlim metodlarının həyata keçirilməsi mühüm yeniliklərdəndir. Çünki bu təlim proses- lərində yeni elm sahəsi formalaşır və burada təlim sistemini inkişaf etdirən yeni konsepsiyanın əsası qoyulur.
Rus musiqisi- XIX əsrin 1 – ci yarısında rus klassik musiqisinin yaranma dövrüdür. 1812 – ci il Vətən müharibəsi və Rusiyada ümumxalq hərəkatının yüksəlişi başlayır. Üsyan ideyaların inkişafı ilə, dekabrist hərəkatının yüksəlişi nəticəsində bütün Rus mədəniyyəti oyanır. Peterburqun “Rusiya teatrında”, Sandunova, knyaz Şeremetyevin “Ev teatrında” təhkimli aktrisa Paraşa Jemçuqova , təhkimli musiqiçi və cavan bəstəkarların ağır həyatının olmasına baxmayaraq, onlar gözəl romanslar, rus xalq mahnılarının işləmələrini, f-no və skripka üçün pyeslər, simfoniya, uvertüralar, səhnə əsərlərinə musiqi və operalar yazmışlar. Bəstəkar Dublyanskiy, Berezovski, Bortnyanski, Fomin, Xandoşkin öz əsərləri ilə bu dövrdə rus musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışlar.
Dostları ilə paylaş: |