Azərbaycan Dövlət Pedaqoji Universiteti Fakültə: İbtidai təhsil İxtisas: İbtidai sinif Müəllimliyi Kurs: 3 Qrup: 2008 Tələbə



Yüklə 0,8 Mb.
səhifə7/7
tarix04.06.2023
ölçüsü0,8 Mb.
#124738
1   2   3   4   5   6   7
Musiqi SB

Rekviyem” adlanır.
Simfonik əsərlərdə, xüsusilə İkinci simfoniya və konsertlərdə bəstəkar üslubunun səciyyəvi bir cəhəti – mahnivari tematik materiala meyl özünü büruzə verir. Bu illərdə Kabalevski fransız yazıçısı R.Rollanın povesti əsasında “Klamsili usta” operasını bəstələyir. Opera ilk dəfə 1935-ci ildə Leninqrad Kiçik opera teatrının səhnəsində tamaşaya qoyulmuşdur. 30 il keçdikdən sonra bəstəkar operanın “Kola Bryünyon” adlı ikinci redaksiyasını hazırlayır.
Operanın musiqisi poetik və ehtiraslıdır. Bəstəkar burada fransız mahnı və rəqs folklorundan istifadə edərək, musiqiyə milli kolorit aşılamışdır. Əsər öz lirizmi, rəngarəngliyi və dramatik səhnələri ilə diqqəti cəlb edir. Operanın qəhrəmanı Kola əkinçi olmaqla yanaşı, gözəl heykəltaraşdır.
O, həyatında hər an uğursuzluqla qarşılaşırsa da, heç vaxt inamını itirmir. Operanın fraqmentləri ilə tanış olan R.Rollan bəstəkara yazırdı: “ Sizin əsəriniz yeni rus musiqi səhnəsi üçün yazılan ən gözəl əsərlərdəndir.” Doğurdan da, opera bəstəkara böyük müvəffəqiyyət gətirdi. Eyni zamanda o, sovet operasının ilk nailiyyətlərindən biri oldu.
1943-44-cü illərdə Kabalevski fortepiano pyeslərini və N.Y.Myaskovskiyə həsr etdiyi “Fortepiano üçün 24 prelüd” silsiləsini bəstələmişdir. Silsilə obraz zənginliyi, fortepiano fakturasının rəngarəngliyi ilə diqqəti cəlb edir.
1944-cü ildə Kabalevski “Don Kixot” radio tamaşasına parlaq musiqi bəstələmişdir. Son illər opera, instrumental konsert, kantata və oratoriya, simfoniya kimi iri formalar bəstəkarın diqqət mərkəzində durur
Müharibədən sonrakı dövrdə bəstəkar instrumental musiqi sahəsində də çox fəal işləyir. O, Y.Vaxtanqov adına teatrın tamaşasına musiqi, sonra isə onun əsasında “Şeksprin “Romeo və Cülyetta” faciəsinə musiqi lövhələri” simfonik süitasını yazır.
Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına qayıdaraq 1966-cı ildə IV simfoniyasını bəstələyir. Əsəri çox haqlı olaraq, müasirimiz haqqında simfoniya da adlandırırlar. Simfoniyanın məzmunu çoxplanlıdır, dramaturgiyası isə kəskin konfliktlərlə zəngindir.
Kabalevskinin violonçel üçün əsərləri də diqqətəlayiqdir. D.Şafrana həsr olunmuş İkinci violonçel konsertini (1964), violonçel və fortepiano üçün sonatanı (1965), violonçel və fortepiano üçün “S.Prokofyevin xatirəsinə ithaf edilmiş rodo” nu göstərmək olar

Kabalevskinin ən görkəmli əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazılmış “Rekviyem”dir. Əsər Böyük Vətən müharibəsində həlak olan qəhrəmanlara ithaf olunur.


Bəstəkar və şair bu əsərdə əsil xalq obrazları yaradaraq, qəhrəan oğulların ölüm xəbərini eşitmiş anaların, uşaqların dərdini böyük ustalıqla təcəssüm etdirmişdir. Əsər böyük ifaçı heyəti üçün nəzərdə tutulmuşdur, monumentalxarakter daşıyır. “Rekviyem”ə görə Kabalevski RSFSR Dövlət mükafatına layiq görülmüşdür. Yaradıcılığının sön dövründə Kabalevski Şekspir, R,Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək romanslar bəstələyir.

D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin