Bəs İnsan Resurslarının İdarə edilməsi nə deməkdir? İnsan Resurslarının idarə edilməsi , hal-hazırda standart kadr menecmenti ( heyətin, personalın, kadrların idarə edilməsi) anlayışının yerinə istifadə edilən müasir bir termin olmasına baxmayaraq, bir çox mütəxəssis və tədqiqatçıya görə isə bu termin kadr menecmenti anlayışından əsaslı şəkildə fərqlənir.
İnsan Resurslarının idarə olunmasının vəzifəsi şirkətin məqsədini və strategiyasını müəyyənləşdirməkdən başlayır. İnsan bir qaynaqdır bir nəticə deyil. Şirkət tərəfindən çatmaq istənilən hədəf doğru müəyyən olunarsa həm doğru insanları seçmək həm də bir məqsəd uğrunda şirkət olaraq hərəkət etmək çox daha asan olacaq.
İnsan Resursları şirkətin bütün işçilərinin bilik, bacarıq, təcrübə, xarakter və performanslarıyla bərabər ortaya qoyduqları bütün işlərin cəmidir. İnsan qaynağı şirkətin ən dəyərli qaynağıdır. İnsan resurslarının idarə olunması isə müəssisələrin işə qəbul və daha münbit insan qaynağı yaratması ilə bərabər mövcud olan insan qaynağını ən səmərəli və effektiv şəkildə istifadə edə bilməsidir. Bu nöqteyi-nəzərdən baxdığımızda İnsan Resursları İdarə olunmasının iki əsas məqsədi olduğunu deyə bilərik:
Səmərəliliyi artırmaq
İş şəraitində effektivliyi artırmaqla rəqabətdə üstünlüyə nail olmaq.
İnsan Resurslarının İdarə olunmasını əsas 3 başlıq altında nəzərdən keçirək. Bunlar İşə qəbul, Performansın idarə olunması və Personalın idarə olunmasıdır. Növbəti yazılarımda bununla bağlı daha detallı izahatlar verəcəm, bügun isə qısa şəkildə açıqlayım:
İşə qəbul: İnsan Resursları deyərkən ümumiyyətlə ilk hətta tək ağla gələn işə qəbul prosesidir deyərdim. Çünki doğru pozisiyaya doğru resursu təyin etmək bir şirkət üçün ən kritik işdir.
Performansın idarə olunması: Professional mütəxəssisi işə qəbul etmək hər şey demək deyil, eyni zamanda bu işçidən yüksək nəticələr də əldə etmək lazımdır. Şirkət mədəniyyətindən tutmuş iş saatlarına qədər çox fərqli və buna təsir göstərən bir çox mühüm amillər vardır.