Biznesdə insan faktoru və kadr siyasəti Biz biznesi necə görürük?
Əlbəttə ki, böyük pul qazanmaq, varlı olmaq, əla yaşamaq və s. Lakin dərinliklərə getdikcə həqiqətən belədirmi? Əlbəttə ki, yox. Bəli düzgün qurulmuş sistemləri olan bir biznes sizə milyonlar qazandıra bilər, lakin bunun üçündə ciddi əziyyət və əmək verməlisiniz.
Əvvəlcə onu bilməliyik ki, hər bir pul qazanan şəxs heç də biznesi var, demək düz deyildir. Sual: Müstəqil taksi sürücüsü biznes işlədən sayılırmı? Bəs müstəqil tort bişirərək satan şəxs?
Əgər bu şəxsləri biznes işlədən şəxs bilirsənsə, deməli dostum biznes haqqında öyrənməli olduğun məsələlər həddindən artıq çoxdur.
HR ifadəsi – ingilis dilindəki “human resource” ifadəsinin qısaldılmış formasıdır. Mənası insan resursları deməkdir. “Human resource” ifadəsi elmdə ilk dəfə – Amerikalı iqtisadçı John Commons tərəfindən (1862-1945) özünün 1893-cü ildə yazdığı “Distribution of Wealth” (Sərvətin bölüşdürülməsi) adlı kitabında işlədilmiş, lakin Commons sonralar bu terminin elmi əsaslarını inkişaf etdirməmişdir. “Human resource” ifadəsini müasir anlamda isə – Amerikanın Yale Universitetinin professoru, iqtisadçı və sosioloq – Edward Wight Bakke (1903-1971) öz məqalələrində işlətmişdir. Yale Əmək və İdarəetmə Mərkəzinin direktoru kimi Edward Wight bir sıra kitablar yazmışdır.
İnsan Resursları 1800-cü illərin sonunda Sənaye İnqilabı ilə birlikdə torpaqdan mexanikaya keçməsi periodunda və bu qəbildən olan hadisələrin nəticəsində meydana gəlmişdir. Müəssisələrdə heyətin idarə olunmasına maraq Qərb ölkələrində sənayeləşmə ilə paralel inkişaf etmişdir. Bu inkişaf Avropa ölkələri ilə müqayisədə ABŞ-da daha əvvəl başlamışdır. Frederick Winslow Taylor (1856-1915) ilk Insan Resursları mütəxəssislərindən biri olaraq qəbul edilir və “Dijital Taylorism” nəzəriyyəsinin banisidir.
“İnsan Resursu” sözü növbəti dəfə Peter Drucker tərəfindən 1954-cü ildə nəşr olunmuş “The practice of management” kitabında istifadə edilmişdir. Drucker bu əsərində idarəetmə funksiyalarını; işi idarə etmək, rəhbərləri idarə etmək və işçiləri idarə etmək kimi açıqlamışdır. Bir sözlə, İnsan resursları –təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.