Şəki xanlıqı - . Xanlıq 1747-ci ildə yaranıb. Şəki xanlığı qərbdə İliusu sultanlığı, şərqdə Şamaxı xanlığı, cənubda Qarabağ və Gəncə xanlıqları, şimaldan isə Dağıstan və Quba xanlığı ilə həmsərhəd idi. Onun banisi Hacı Çələbi Qurban oğlu idi. Xanlığın ərazisi 8 mahala- Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qurtqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanı Hacı Çələbinin dövründə Azərbaycanıın birləşdirilməsinə cəhd olunub. Xanlıq 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Rusiyaya ilhaq edilmiş, 1819-cu ildə çar fərmanına əsasən ləğv olunub
Dostları ilə paylaş: |