Gavduşan döyüşü (1774)1774-cü ilin iyul ayında Xudat yaxınlığındakı Gavduşan çölünde Quba xanligi ile Feteli xanın qaynı olan Qaraqaytaq usmisi Əmir Həmzə, Şamaxı xanı Ağasi xan və Dağıstan hakimlərinin birlesmis qüvvələri arasında qanlı döyüs oldu. Bu döyüşdə Feteli xan meğlub olaraq Salyana çəkildi. Bu vaxt onun düşmənləri Qubanı ve Samaxini tutdular. Dərbəndi mühasireye aldılar. Həmin vaxt Derbendin mühafizəsine Feteli xanın arvadı Tuti Bike basçılıq edirdi. Onun qardasi emir Hamze hiyle işlederek ölmüş bir esgeri tabuta qoyub dərbənd divarlanna qadar uzanan bir mətam merasimi düzeltdi. Lakin Tuti Bika buna inamayaraq şəhərin teslimindan boyun qaçırdı. Lakin mühasirə uzanaraq təxminən 9 ay davam etdi. Artiq olanda aciq başlama va xestelikler yayılmışdı. Bunu başa düşən fətəli xan Rusiyaya muraciet ederek 1775-ci ilin mart ayında rus qoşunlarının köməyi ilə qələbə calmışdır
Siyasətin baş tutmaması
Siyasətin baş tutmamasıFeteli xanın planlarına Azərbaycanın cənub torpaqlarını da öz dövlətine qatmaq daxil idi. Bu məqsədlə o, 1784-cü ilin yay aylarına Cenuba hücum edir. Avqustda ise erdəbil ve Meşkin şeherleri ele keçirilir. Lakin bu addim Rusiyanın narazılığına sebeb oldugundan Feteli xan burada möhkəmlənə bilmir. Ölkade perakendelik. xarici dövlətlərin buraya müdaxilesi, iqtisadi əlaqələrin zəifliyi ve digər amillər sebebinden Feteli xanın birləşdirmə siyasəti baş tutmur
1785-ci ildə Şəki və Lənkəran xanlıqları Quba xanlığından asılı vəziyyətə salındı. Fətəli xan Cənubi Azərbaycana yeni yürüşə hazırlaşmağa başladı. Lakin 1789-cu ilin martında qəflətən vəfat etdi. Fətəli xanın oğlu Əhməd xan (1789-1791) atasının birləşdirdiyi əraziləri saxlaya bilmədi. Onun ölümündən sonra Qubalı xanı olmuş Şeyxəli xan da xanlığın qüdrətini saxlaya bilmədi. Tezliklə Şəki, Bakı, Şamaxı xanlıqları Quba xanlığının asılılığından çıxdılar.