Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əliyeva Aysel Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 202,97 Kb.
səhifə4/5
tarix16.12.2023
ölçüsü202,97 Kb.
#181741
1   2   3   4   5
Əliyeva Aysel ANATOMİYA

4. Qan qruplarının təyini
1901-ci ildə K.Landeşteyner insanların eritrositlərində xüsusi aqqlütinogenlərin olduğunu aşkar etdi. Bunlar simvolik olaraq A və B aqqlütinogenləri adlandırıldı. Müəyyən oldu ki, bu aqqlütinogenlər yüksək antigen qabiliyyətinə malikdirlər. Onlara qarşı yaranan əkscisimlər (aqqlütininlər) qan plazmasında olur və müvafiq olaraq α və β aqqlütininlər adlandırıldı. K.Landeşteynerin və Y.Yanskinin təsnifatına görə qanda aqqlütininlərin və aqqlütinogenlərin olmasına görə insanda 4 qrup qan vardır. Bu təsnifat ABO sistemi adlanır.
I A- B- , α+ , β + III A- B+ , α+ , β –
II A+ B- , α- , β + IV A+ B+ , α- , β –
ABO sistemi üzrə insanın qan qrupu mənsubiyyətinin təyin edilməsi aqqlütinasiya reaksiyasına əsaslanır. Hazırda ABO sistemi üzrə qan qrupları 3 üsulla : I – hazırlanmış standart zərdablarla ; II – izohemoaqqlütinasiya üçün hazırlanmış standart zərdablar və eritrositlərlə; III – monoklonal antitellərlə təyin edilir.
I üsul: izohemoaqqlütinasiya zərdabları ilə qan qrupunun təyini. Üsulun mahiyyəti izohemoaqqlütinasiyaedici zərdablarla eritrositlərdə olan A və B antigen qrupların aşkarlanmasından ibarətdir. Qan qruplarının təyini 15-25°C mühitdə icra edilməlidir. Aqqlütinasiya reaksiyasının nəticəsi eritrositlərin hemolizə uğramasına əsasən təyin edilir: 1.Hər üç qarışıqda aqqlütinasiyanın baş verməməsi göstərir ki, müayinə olunan qanın eritrositlərində aqqlütinogenlər yoxdur, yəni qan I qrupa məxsusdur. 2.0(1) və B(III) qrup zərdabları ilə qan qarışığında aqqlütinasiyanın yaranması qanın A(II) qrupa mənsubiyyətini göstərir. 3.0(1) və A(II) qrup zərdabları ilə qan qarışığının aqqlütinasıyaya uğraması qanın B(III) qrupa mənsub olduğunu təsdiqləyir. Hər 3 zərdab - qan qarışığında aqqlütinasiya reaksiyasının yaranması qanın IV qrupa mənsubiyyətini bildirir .
II üsul - qan qruplarının standart izohemoaqqlütinasiya zərdabları və standart eritrositlərlə çarpaz təyini. Tədqiq olunan A və B antigenlərinin standart zərdablarda, α və β aqqlütininlərinin isə standart eritrositlərin aşkarlanmasına əsaslanır. Standart eritrositlər 10-20% A(II) və B(III) qrup qan eritrositləri ilə fizioloji sitrat məhluldan ibarətdir. Bu üsulla qan qrupunu təyin etmək üçün 5 ml venoz qan götürülüb sentrifuqadan keçirdikdən sonra 20-30 dəqiqə saxlanılır.
Standart A və B eritrositləri olan mühitdə aqqlütinasiyanın olması və standart zərdablar mühitində aqqlütinasiya yaranmaması göstərir ki, müayinə olunan zərdabda hər iki aqqlütinin αβ vardır, eritrositlərdə isə aqqlütinogenlər yoxdur, yəni qan 0(1) qrupa məxsusdur. 0(1) və B(III) standart zərdab və standart eritrosit mühitində aqqlütinasiyanın baş verməsi göstərir ki, müayinə olunan qanın eritrositlərində A aqqlütinogen var, müayinə olunan qanın plazmasında isə β aqqlütinin mövcudluğu qanın A(II) qrupa məxsusluğuna sübutdur. A(II) və 0(1) standart zərdab və A(II) standart eritrosit mühitində aqqlütinasiya baş verməsi, müayinə olunan eritrositlərdə aqqlütinogen B və plazmada isə aqqlütinin α olmasının mövcudluğudur. Başqa sözlə, qan B(III) qrupa mənsubdur. Standart zərdab mühitində aqqlütinasiya yaranması və standart eritrosit mühitində aqqlütinasiya olmaması göstərir ki, müayinə olunan eritrositlərdə A, B aqqlütinogenləri mövcuddur. Müayinə olunmuş zərdabda isə aqqlütininlər yoxdur, yəni tədqiq olunan qan AB(IV) qrupa məxsusdur.
III üsul - monoklonal antitellər - anti - A və anti - B ağ siçan assitik mayesinin durulaşdırılmış məhlulu olub tərkibi insanın spesifık A və B antigenlərinə qarşı yönəldilmiş IgM sinfınə aid spesifik immunoqlobulin- lərdən ibarətdir. Monoklonal anti - A və anti - B standart zərdablar əvəzinə insanın ABO sistemi üzrə qan qruplarının təyin edilməsində istifadə olunur.
Əgər sadəcə anti-A ilə aglutinasiya olursa – 2-ci qrupa aiddir (A) Əgər sadəcə anti-B ilə aglutinasiya olursa – 3-cü qrupa aiddir (B) Əgər sadəcə anti-A və anti B ilə aglutinasiya olursa – 4-cü qrupa aiddir (AB) Əgər anti-A və anti B ilə aglutinasiya olmursa – 1-ci qrupa aiddir (O).

Yüklə 202,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin