Azərbaycan döVLƏt pedaqoji universiteti Tələbə: Əliyeva Aysel Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 202,97 Kb.
səhifə1/5
tarix16.12.2023
ölçüsü202,97 Kb.
#181741
  1   2   3   4   5
Əliyeva Aysel ANATOMİYA



AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Tələbə: Əliyeva Aysel
Fakültə: İbtidai Təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup: 2206B
Kurs: I
Müəllim: Dosent Orucova Minaxanım
Fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası

BAKU-2022
1. I və II siqnal sistemi.
İ.P.Pavlov nitq funksiyasına əsaslanaraq I və II siqnal sistemini yaradıb.
I.siqnal sistemi-xarici qıcıqların reseptorlar vasitəsi ilə qəbulu və analizidir.Həm insana həm də heyvanlara xasdır.
II.siqnal sistemi-nitq və sözlə bağlı olub ancaq insana xasdır.
İ.P. Pavlov heyvanlarda (əsasən itlərdə) sinir tiplərinin hiss üzvlərinə göstərdiyi bilavasitə təsir, müəyyən obyektiv və subyektiv duyğular,təəssüratlar və təsəvvürlər yaradn konkret fəaliyyəti əhatə edir. İnsan və heyvanlar üşün ümumi olan şərtsiz və şərti qıcıqların qarşılıqlı analiz və sintezi müvafiq davranış vaxtlarının əasını təşkil edir. Deməli xarici və daxili mühitin beyində əks olunması,inikası,ilk növbədə birinci siqnal sisteminin siqnalları sayəsində təmin olunur və bunun neyrofizioloji mexanizm və qanunauyğunluqları həm insan, həm də heyvan üçün demək olar ki,eynidir.Lakin, insanda birinci siqnal sistemi heyvanlarda olduğundan daha mürəkkəb,daha dolğun funksional mütəhərriklik və zənginlik kəsb etmişdir.
Birinci siqnal sistemi, bilavasitə xarici və daxili mühitdən gələn qıcıqları (siqnalları) qəbul edir. Heyvanlarda əsəb fəaliyyəti yalnız birinci siqnal sisteminin bilavasitə qıcıqları nəticəsində baş verir. İnsanlarda isə birinci siqnal sistemi ilə yanaşı yalnız insanlara məxsus ikinci siqnal sistemi vardır.
Heyvanlardan fərqli olaraq,insanda birinci siqnalsistemi ilə yanaşı, müstəsna dərəcədə zənginlik və üstünlük kəsb etmiş ikinci siqnal sistemi də mövcuddur. Bu sistem siqnalların söz ifadəsi (nitq), eşidilən və oxunan sözlərdən (söz siqnallarından və ya ikincili siqnallardan)ibarətdir.Sözlər,nitq səsləri, yazılı məlumatlar və s. bu kimi təsirlər beyində məna kəsb edir və bir-birindən fərqləndirilir.Sözün mənası insan tərəfindən anlaşıldığı halda onun davranışını idarə edir,ətrafdakılara bələdləşir,ünsiyyət saxlayır. Söz öz mənasını itirdikdə,anlaşılmadıqda, o yalnız birinci siqnal sistemi kimi təsir göstərir,yaxud da insanda heç bir reaksiya doğurmur.İkinci siqnal sistemi insanın davranışında,onun mürəkkəb psixi fəaliyyət formalarının(təfəkkür,analiz-sintez və s.) təşəkkülündə müstəsna rol oynayir.İkinci siqnal sistemi birinci siqnal sistemi üzərində qurulur və keyfiyyətcə daha yüksək,daha əhatəli inikası formasıdır.
İkinci siqnal sistemi isə ətraf predmetlərinin və hadisələrinin söz qıcıqları-simvolları ilə insanın beynində əks olunması deməkdir. Təbiətin mürəkkəb hadisələrini sözlər və anlayışlar şəklində dərk etmək yalnız insanlara məxsus olub, onun təbiət hadisələrini dərindən düşünmək, idarə etmək və məqsədəuyğun istiqamətdə dəyişdirə bilmək qabiliyyətini yaratmışdır.
Beləliklə, ikinci siqnal sistemi -”siqnallar siqnalından” ibarət insan təfəkkürün əsasını təşkil edən nitqin böyük əhəmiyyəti məlum olur. Bu funksiya birinci siqnal sisteminin vəzifəsindən müqayisə olunmaz dərəcədə mürəkkəbdir. Eyni zamanda nitq, insanlar arasında əsas ünsiyyət vasitəsidir. Həm ünsiyyət vasitəsi, həm də insan təfəkkürünün əsası olan nitqin bütün mürəkkəbliyinə (quruluş etibarilə) baxmayaraq insan orqanizmindəki bütün başqa proseslər kimi, nitq prosesi də tamamilə reflektor xarakter daşıyır. İkinci siqnal sistemində afferent və efferent hissələr vardır, yəni insan, sözü ünsiyyət məqsədi ilə ifadə etməklə bərabər, həm də onu bir qıcıq kimi qavrayır.
Bundan başqa insana xas olan ekspressiv və impressiv, yaxud reseptiv nitq müəyyən olunur; başqa sözlə uca şifahi nitq və nitqi anlamaq vardır. Ekspressiv nitq həm şifahi, həm də yazılı nitqdən ibarətdir. Danışığı eşitmək və yazını oxumaq isə impressiv nitq hesab olunur.
Məlumdur ki,insanların tipologiyası ikinci siqnal sisteminin(nitqin),şüurun və yaradıcılığın olmasına görə ali heyvanlardan fərqlənir.İ.P.Pavlov bu xüsusiyyətlərə diqqət yetirərək insanları əsasən iki tipə bölməyi təklif etmişdir:bədii və mütəfəkkir. Bədii tiplərin davranışında parlaq obrazın yaranmasının əsasında duran birinci siqnal sistemi üstünlük təşkil edir. Belə adamlar yaradıcılıq,idrak qabiliyyətinə malik olmaqla yanaşı parlaq bədiilik və gözəllik haqqında obrazlı düşünmək xüsusiyyətinə malik olurlar.


Yüklə 202,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin