Azərbaycan Dövlət Pedaqoji Universiteti


Qordon Ollportun təsnifаtı



Yüklə 11,03 Kb.
səhifə3/3
tarix21.12.2023
ölçüsü11,03 Kb.
#188070
1   2   3
Psixi inkişafın yaş dövrləri

Qordon Ollportun təsnifаtı

  • Müаsir psiхologiyаdа şəхsiyyət fərdiyyətin bütün sаhələrinin inteqrаsiyаsı və strukturu kimi qəbul edilir. Q.Ollport hesаb edir ki, motiv və məqsədi, dəyərləri, hissləri və meylləri təşkil edən, birləşdirən hаnsısа bir prinsip vаr. Dərketmə problemlərinin həlli, insаn təbiətinin izаhı üçün göstərilən psiхi аmilləri ümumiləşdirə bilən konstruktorlаr gərəkdir. Ollport bu funksiyаnı yerinə yetirən аmili proprium termini ilə ifаdə edir. Bu termin, müəllifə görə - «dаhа vаcib və mərkəzi olаn» kimi bаşа düşülməlidir. O, propriumdа bir-birini əvəzləyən yаş dövrlərini 7 mərhələyə bölür: öz bədənini hissetmə , özünə məхsus olаnlаrı hissetmə , özünəhörmət özəlliyin аrtmаsı, özü hаqqındа obrаzın yаrаnmаsı , özünüidаrəetmə , propriаtiv cəhdetmə

Psixi inkişafın yaş dövrlərinin müəyyənləşdirilməsi prinsipləri

Psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi haqqında iki müxtəlif nöqteyi-nəzər mövcud olmuşdur. Bunlardan birinə görə bu inkişaf prosesi fasiləsiz, digərinə görə diskret - qeyri-bərabər xarakter daşıyır. Birinci fikrə görə inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona görə də bir mərhələni digərindən fərqləndirəcək hər hansı dəqiq sərhəddi müəyyənləşdirmək mümkün deyildir. İkinci nöqteyi-nəzərə görə inkişaf qeyri-rəvan, qeyri-bərabər şəkildə gedir. Onun sürəti gah arta, gah da azala bilir. Bu isə inkişafın keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini müəyyənləşdirməyə imkan verir.


Bu fikrin tərəfdarları hesab edirlər ki, hər bir mərhələdə inkişaf səviyyəsini şərtləndirən əsas, aparıcı amillər mövcuddur. Bununla yanaşı, fərdi xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər bir mərhələsini, onlardan heç birini buraxmadan, qabağa qaçmadan keçirlər. Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya psixoloji ədəbiyyatda özünə geniş yer tapmış və uşaqların təlim-tərbiyəsində geniş istifadə olunan konsepsiyadır. Adətən insan bütün həyatı boyu özünün tələbatlarını ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab olunur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və şəxsiyyətinin fərdi psixi xassələrinin inkişafını şərtləndirən fəaliyyət növüdür.

Ədəbiyyat

  • 1. Əmrahli L., N.Rzayeva, “Uşaq psixologiyası”, Bakı, 2010.
  • 2. Əmrahli L. Məktəbə hazirliqin psixodioqnostikasi, Bakı, nərgiz, 2006.
  • 3. Ə.Ə.Qədirov, N.Xəlilov “Yaş psixologiyası”, Gəncə,1999,(381s.)
  • 4. N.Çələbiyev “Uşaq psixologiyası”, Bakı, 2005
  • 5. Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişafı.Bakı.,1967
  • 6. Əlizadə Ə.Ə.Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi.Bakı.,1986

Diqqətiniz üçün təşəkkürlər
Yüklə 11,03 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin