AZƏrbaycan döVLƏt respublika elmi Tİbb kitabxanasinda oxucularla iŞİn spesiFİK



Yüklə 44.1 Kb.
PDF просмотр
tarix07.12.2016
ölçüsü44.1 Kb.

 

R. PİRVERDİYEVA, 

Y. PİRƏLİYEVA 

Azərbaycan Dövlət  Respublika  

Elmi Tibb Kitabxanası 

 

AZƏRBAYCAN DÖVLƏT RESPUBLİKA ELMİ TİBB  

KİTABXANASINDA OXUCULARLA İŞİN SPESİFİK  

XÜSUSİYYƏTLƏRİ 

 

Müasir dövrdə mütaliə etmək sadəcə xoş istirahət, təhsil almaq, elmi  tədqiqat işini aparmaq, 



intellektual  səviyyəni  artırmaq  və  s.  bu  kimi  məhfumları  aşaraq    hər  bir  kəsin  həyat  tərzinə 

çevrilmişdir.    İnformasiya  əsrində  bu  məsələ  daha  qabarıq  şəkildə  özünü  göstərməkdədir.  

İnsanlarda  təbii  olaraq  daim  yeni,  aktual  informasiyanı  operativ  şəkildə  əldə  etmək  tələbatı 

yaranmışdır.  

İdarə  olunan  informasiya  cəmiyyətinin  əvəzinə,  informasiyanın  sərbəst  yayıldığı  -  internt 

cəmiyyət  meydana  gəlir  (9,  s.336).  İnformasiya  axını  çox  böyük  bir  sürətlə  inkişaf  edir, 

informasiya massivləri artaraq çox böyük bir həcmə çatmaqdadır. Əgər bu gün bəşəriyyətin malik 

olduğu informasiya ehtiyatlarının həcmini vizuallaşdırsaq, bu zaman onların həcmi 37 mlrd DVD- 

disk və ya yerdən günəşə qədər 12 sütun kitabdan ibarət olar (8,s.10)  

Belə  bir  dövrdə  oxucularla  işin  qurulmasında  da  bir  çox  yeni  xüsusiyyətlər  meydana  gəlir. 

Oxucu mütaliəsinə rəhbərlik etmək, onu düzgün istiqamətdə qurmaq, bəzən hətta oxucu sorğusunu 

dəqiqləşdirmək  kimi məsələlər qarşıda durur. Mütaliənin mahiyyətini açaraq onu belə xarakterizə 

etmək olar: mütaliə hər hansı bir mətndə verilmiş məlumatı əxz  etməyə yönəlmiş kommunikasiya 

- əlaqə fəaliyyətidir (5,s.40). 

Müasir  mütaliə    və  onun  təşkili,  mütaliənin  genişdəndirilməsi    hər  bir  dövlətin  elminin, 

təhsilinin,  iqtisadiyyatının  yüksəldilməsi,  onun  dünya  miqyasında  öz  mövqeyini  tapmasına 

bilavasitə və bilvasitə xidmət edir.  

Kitabxana «susan biliklərdən» informasiya istehsal edilməsi üçün, bu informasiyanın konkret 

predmet  sahələrində  inkişaf  meyllərini  aşkar  edən  intellektual  gücləndiricilərə  çevrilmişdir  (5, 

s.380).  

Kitabxanaçı  ixtisası  xüsusi  bir  ixtisasdır.  Onun  işinin  mahiyyəti  kitab  və  oxucu  ilə  işdən 

ibarətdir  ki,  onların  da  hər  ikisi  çox  mürəkkəbdir.  Kitablar  öz  quruluş,  məzmun,  format  və  s., 

oxucu  isə  maraq, tələbat, düşüncə tərzi, xarakter  və s. baxımdan rəngarəngdir. Kitabxanaçı onlar 

arasında  əlaqələndirici,  təmsilçi  kimi  çıxış  edir.  Akademik  D.S.  Lixaçov  deyirdi  ki,  kitabxanaçı 

təkcə  alimin  köməkçisi  deyil,  o    bir  deyil  bir  neçə  mövzu  üzrə  çoxlu  sayda  kitabların  üzərində 

işləyərək  kitabxanaya gələn hər bir kəsə kömək edir (7, s.58). Tibbi ədəbiyyat isə çox mürəkkəb 

sistemdir.  Bu nəşrlərin əsas mahiyyətini xəstəliklərin praktik müalicəsi, tibb elmi biliklərlə yanaşı, 


həm  də  insanların  sağlamlıqlarının  qorunmasına  və  möhkəmləndirilməsinə  yönəldilmiş  tədbirlər 

təşkil edir. Belə monoqrafiyalar, məlumat kitabçaları və vəsaitlər həkimlər, orta səhiyyə işçilərinə 

ünvanlanmışdır  (2,  s.83).  Kitabxanaçıdan  bütün  bu  rəngarəng  və  son  dərəcə  mürəkkəb  nəşrlər 

sistemindən xəbərdar olmaq tələb olunur.  

Müasir  yüksək  templə  inkişaf  edən  və  mürkkəbləşən  bir  dövrdə  kitabxanaçıdan  bu  dəyişkən 

şəraitə  adaptasiya  olmaq  tələb  olunur.  Bu  isə  ondan  öz  peşəkar  biliyini  artırmağı,  onu 

təkmilləşdirməyi  və  təhlil  etməyi  tələb  edir.  Kitabxanaçılar  kitabxanadan  istifadə  etmək  üçün 

oxucular  üçün  əlverişli  şəraitin  yaranmasına  xidmət  etməlidirlər  (7,  s.60).  Oxucularla  iş 

məsələsinin düzgün həlli  hər bir kitabxanaçı  və bütün kitabxananın uğurlu  fəaliyyətinin əsasını 

təşkil edir.  

Tibb  kitabxanalarında  da  oxucularla  iş    həmin  prinsip  üzərində  qurulur.  Lakin    bu  oxucu 

kütləsinin bir çox xarakterik xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Həkimdən təkcə bilik tələb 

olunmur.  O  xəstə  ilə  ünsiyyət  qurmağı  bacarmalıdır.  Belə  bir  kəlam  var:  «Həkimlə  hər  görüş 

xəstəyə yüngüllük gətirmirsə, o həkim deyil» (5, s.5). 

Xəstə  ilə  bağlı  qərarın  qəbul  olunması  beyin  mövcud  variantları  müqayisə  edərək  ən  uğurlu 

variant üzərində dayanır. Adi bir xəstənin müalicəsi zamanı həkim «lehinə» və «əleyhinə» yüzlərlə 

variantı nəzərdən keçirməli olur. Bu isə xüsusi elmi hazırlıq tələb edir.  

Bu  baxımdan  həkimlik  çox  ağır  və  müsuliyyətli  sənətdir.  Həyatı  gündəlik  yorğunluq, 

düşünmək,  müşahidə  etmək,  yuxusuzluq,  narahatlıq,  psixoloji  və  fiziki  gərginliklə  keçən    həkim 

mürəkkəb  cərrahi  əməliyyatları  aparmalı,  xəstələrin  vəziyyəti  ilə  daim  tanış  olmalı,  onlarla 

ünsiyyət  qurmaldır.  Belə  bir  ağır  iş  rejimində  işləyən  bu  peşə  sahibləri  mütləq  öz  ixtisasları  ilə 

bağlı yenilikləri izləməli, biliklərini artırmalı və təkmilləşdirməlidirlər.   

Ona görə də həkim - oxucular çox mürəkkəb bir kontingentdir. Onların hər biri özünə xüsusi 

diqqət  tələb  edir,  hətta  bu  diqqəti  görmədikdə  narazı  qalır,  bunu  kitabxana  işində  bir  qüsur, 

kitabxanaçının  ixitisas  səviyəsinin  aşağı  olması  kimi  qəbul  edirlər.  Belə  oxucularla  mütaliənin 

təşkili  də  bir  qədər  mürəkkəb  bir  prosesdir.  Kitabxanaçı  həkim  -  oxucu  üçün  həm  də  dost, 

həmsöhbət,  hətta  həmkar  olmağı  da  bacarmalıdır.  Kitabla  ünsiyyət,  ədəbiyyatın  qavranılma 

formaları  psixoloji,  fizioloji,  pedoqoji  bir  məsələdir.  Öz  oxcusu  ilə  düzğün  ünsiyyəti  qura  bilən 

kitabxanaçı elmin bu sahələri üzrə də müəyyən biliyə malik olmalıdır.  

Elmi  faktlar  ancaq  təkrarən  yenidən  əldə  edildikdən  sonra  öz  varlığını  büruzə  verməyə 

başlayır.  Elmi  axtarışlarda  irəliləmək  üçün  əvvəlcə  artıq  əldə  edilmiş  nəticələri  yenidən  işləmək 

lazımdır.  Maraqlıdır  ki,  eyni  bir  problemə  həsr  olunmuş  elmi  məqalələr  –  dil  əlamətlərinə, 

coğrafiyasına və s. görə müxtəlif nəşriyyatlar üzrə səpələnir (4, s.340).  

Əgər hər hansı alim - mütəxəssis üçün «orta» vəziyyəti götürsək məlum olur ki,  hər il ixtisası 

üzrə dərc olunan ədəbiyyatı oxumaq üçün ona gündə səkkiz saat mütaliə etməklə təqribən 1000 il 

lazımdır. Lakin Q.M. Dobrov  qeyd  edir ki,  məlumatın həqiqi  həcmi  minimumdan  iki tərtib azdır 

(4,s. 338).  


AzDRETK- nın vahid oxucu bileti üzrə 97 nəfər oxucu, 3541 oxucu gəlişi, 21405 kitab verilişi 

qeydə  alınmışdır.  Müxtəlif  sorğularla  müraciət  edən  oxucu  sorğusuna  cəmi  17  rədd  cavabı 

gəlmişdir  ki,  onların    səbəbləri    dərhal  müəyyənləşdirilmişdir  (1,  s.7).  Bu  müddət  ərzində  ona 

həmin  mövzu  ilə  başqa  ədəbiyyat  təklif  edilmiş,  yeni    alınan  ədəbiyyatla  tanış  edilmişdir. 

Kitabxanaçı  həkim  -  oxucu  üçün  vaxt  ən  qiymətli  amil  olduğunu  yaxşı  dərk  etməlidir.  Yüksək 

templə inkişaf edən həyatımızda hər bir dəqiqənin öz dəyəri vardır.  

Kitabxanaçının  qarşısında  duran  bir  vəzifə  oxucunun  mövzusunu  dəqiqləşdirmək  və  həmin 

mövzu üzrə nəşr oluna biləcək əsərlərə düzgün istiqamətlənərək, daha dəqiq, dar çərçivədə axtarış 

aparsına kömək etməkdir. Yalnız bu zaman oxucu öz maraq dirəsinə və ya tələbatına maksimum  

uyğun  gələn  materialları  əldə  edə  bilər.  Bu  baxımdan  onunla  işləyən  kitabxanaçı  fondda  olan 

ədəbiyyatın  xüsusiyyətini  yaxşı  bilməlidir.  Təbii  ki,  bir  kitabxanaçı  bir  kitabxana  fondunda  olan 

minlərlə  nəşrləri  oxuya  və  dövri  mətbuatı  dəqiqlikə  izləyə  bilməz.  Lakin  o,  daim  nəşrlərin 

xarakteristikası,  əhatə  etdiyi  əsas  mövzunu  tədqiq  etməlidir  ki,  bəzən  buna  ayrıca  vaxt  ayırmaq 

belə lazım gəlmir.  Kitabxana ilə bağlı hər bir iş prosesində (komplektləşdirmə, ədəbiyyatın elmi 

işlənməsi,  xidmətin  təşkili,  fondun  təşkili,  yoxlanması,  mühafizəsi  və  s.)  kitabxanaçının 

mütəxəssisə  təqdim  edəcəyi  yeni  ədəbiyyatla  müntəzəm  təmasda  olur  və  deməli  onu  ümumi 

konteksdə öyrənə bilir.  

AzDRETK - da oxucu marağını, onu bu gün daha çox narahat edən məsələləri daha  dərindən 

tədqiq etmək  üçün oxucu anketləri tətbiq edilməyə başlanmışdır.   

Bu anketlərin təhlili zamanı həkim - oxucuları narahat edən bir çox məsələlər aydın olmuşdur. 

«Kataloq və kartoteka sistemindən sərbəst istifadə edə bilirsinizmi» sualına oxucuların 40%- bəli, 

60%-  xeyr  cavabı  vermişlər.  İnkar  cavab  bildirən  oxucular  kitabxanaçı  ilə  işləmək  arzusunda 

olduğunu  da  bildirmişdər.  Anketi  dolduran  oxuculardan  20%-  tələbə,    80%-  praktiki  və  elmi 

fəaliyyətdə olan həkimlərdir.  Əfsus ki, onların içərisində fasiləsiz şəxsi təhsillə məşğul olanlar çox 

azdır.  

Oxuculardan «öz arzularınızı bildirin» təklifinə 90% nəfəri yeni ədəbiyyatın çox olması və iş 

müddətinin  uzadılması    ilə  bağlı  istəklərini  bildirmişlər.  Bu  anketlərdən  heç  bir  əməkdaşdan 

şikayət, narazılıq və s. bildirilməmişdir. Bunun səbəbi əməkdaşlarımızın həqiqətən də  oxucularla 

nəzakətli  və  səbrlə  davranmasıdır.  Bu  məsələ  ilə  hər  şöbə  daxilində  təlim  -  tərbiyə  işləri 

aparılarkən rəhbərlik xüsusilə məşğul olur.  

Kitabxanaçıların  qarşısında  duran  daha  bir  məsələ  tibbə  dair  ümumi  terminləri,  anlayışları 

bilmək,  ölkəmizdə  fəaliyyət  göstərən  tibb  və  səhiyyə  ocaqlarını  tanımaq,  tibbə  dair 

respublikamızda  çıxan  dövri  nəşrlərlərdən,  tibb  və  elmlə  bağlı  çıxan  hər  bir  qərardan  xəbərbar 

olmaqdır.  

Göründüyü kimi tibb kitabxanasında oxucularla iş bir qədər mürəkkəb olsa da, çox maraqlı və 

rəngarəngdir. Oxucularla daha   çox ünsiyyətdə  olan şöbələrin (oxuculara xidmət,  elmi  işləmə  və 

kataloqlaşdırma, biblioqrafiya şöbələri)  əməkdaşları bu işin öhdəsindən  gəlməyə çalışırlar. Gənc 

kadrlarla  bu  istiqamətdə  xüsusi  işlər  də  aparılır.  Onlar  üçün  kitabxana  daxilində  müxtəlif 



məşğələlər,  məsələn,  ədəbiyyatın  təsviri,    ədəbiyyatın  UOT  və  KBT  üzrə  indeksasiyası,  fondun 

quruluşu və təyinatı, ümumi tibbi terminlərlə tanışlıq və s. keçirilir. Bütün bu tədbirlər oxucuların 

sistemli və ardıcıl mütaliəsini təmin etmək, bu sahədə oxuculara dəstək olmaqdır.  

 

Ədəbiyyat 



 

1.

 

Azərbaycan Dövlət Respubika Elmi Tibb Kitabxanasının 2007- ci üzrə hesabatı 

2.

 

Məmmədov  M.  Tibb  ədəbiyyatının  çeşidləri  //  Kitabxanaşünaslıq  və  biblioqrafiya.-  2003.- 

№1.- s.79-83 

3.

 

Mirzəcanzadə A.X., Müslümov Q.F., Hüseynov X.M. Həkimlik və təbabət haqqında etüdlər.- 

Bakı, 2005.- 223 s. 

4.

 

Mirzəcanzadə A.X. İxtisasa giriş.- Bakı: BDU - nun nəşriyyatı, 1990- 345 s.  

5.

 

Openkov  M.  Kitabxanalar  və  qeyri-  aşkar  biliyin  idarə  edilməsi  /  Kitabxanalar  biliklər 

cəmiyyətində.- 2006.- s. 375- 380 

6.

 

Rzayev  S.  Mütaliənin  funksiyaları  və  insana  təsir  mexanizmi  //  Kitabxanaşünaslıq  və 

biblioqrafiya.- 2008.- №1.- s. 40-51 

7.

 

Пашин  А.И.  Основные  черты  профессии  //  Научные  и  технические  библиотеки.- 

2007.- №я.- с.54-60 

8.

 

Шрайбер  Я.Л.  Роль  библиотек  в  обеспечении  доступа  к  информации  и  знаниям  в 

информационном веке // Научные и технические библиотеки, 2008, №1, с. 7-44 

9.

 

Эйдман И. Прорыв в будущее. Социология. Интернет- общество.М.: ОГИ, 2007, 380 

с. 

 

  



  

Р.Пирвердиева  

      Й.Пиралиева  

  

Специфические особенности работы с читателями  



в Азербайджанской Государственной  Научной Медицинской Библиотеке 

РЕЗЮМЕ 

 

В 



статье 

изложены 

некоторые 

особенности 

состояния 

современного 

информационного  общества.  Основное  внимание  уделено  на  работе  с  читателями,  по 

организации  их  чтения.    На  примере  АзГРНМБ  приведены  некоторые  специфические 

особенности  врачей-  читателей,  их  интересов  и  запросов.  В  статье  даны  сведения  о 

читательских анкетах, изложены меры  для повышения качества работы с читателями- 

медицинских работников  в АзГРНМБ.  

 

 

 



R.Pirverdieva 

Y.Piralieva 

  

The specific features of work with readers in Azerbaijan State Republic  



Scientific Medical Library 

SUMMARY 

 

It were described some  specific features of condition of information society. There was at the 



canter of attention of   work  with readers, organization there reading.  At example of AzSRSML it 

were  described  specific  features  of  doctor-  readers,  there  interests, requests  in  the  article. There 

were given the information about readers dossier and the measures for rising the quality of work 

with readers-   health workers.  

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə