AZƏRBAYCAN DÜNYA KOSMIK KLUBUNUN
TAMHÜQUQLU ÜZVÜDÜR
25.01.2019 [14:51]
Bakı, 25 yanvar, Ruslan Manafov,
AZƏRTAC
Orbitə üçüncü peykini göndərən Azərbaycan özünün dünya kosmik klubunun
üzvü imicini daha da
möhkəmləndirib.
Bunu
AZƏRTAC
-
a müsahibəsində kosmos və ekologiya məsələləri üzrə
ekspert, Azərbaycan Respublikasının 2008-ci ildə ilk milli telekommunikasiya
peyki olan “Azerspace-1”in buraxılışına hazırlıq üzrə İşçi qrupun üzvü, texnika
elmləri doktoru, Beynəlxalq Energetika Akademiyasının, Rusiya Təbiət Elmləri
Akademiyasının və Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi
Akademiyasının həqiqi üzvü, Azərbaycanın Əməkdar mühəndisi Fuad
Hacızadə bildirib.