Azərbaycan dünya kosmik klubunun tamhüquqlu üZVÜDÜR


-2018- ci il sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan “Azerspace-



Yüklə 206,14 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix09.04.2022
ölçüsü206,14 Kb.
#55023
1   2   3   4   5
AZƏRBAYCAN DÜNYA KOSMIK KLUBUNUN TAMHÜQUQLU ÜZVÜDÜR

-2018-

ci il sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan “Azerspace-

2” 

telekommunikasiya 

peyki 

Fransız 

Qvianasında 

yerləşən 

kosmodromdan 

–  Qviana  Kosmik  Mərkəzindən  uğurla  orbitə  buraxılıb. 

Bundan əvvəl daha iki peyk buraxılıb. Bu peyklərin hamısı, onların texniki 

parametrləri və gəlirləri haqqında nə söyləmək olar? 

-

Həqiqətən,  həmin  il  sentyabrın  26-da  Azərbaycanın  sayca  üçüncü  və 



telekommunikasiya sahəsində xidmətlər göstərən ikinci peyki olan “Azerspace-

2”  Fransız  Qvianasında  yerləşən  kosmodromdan  –  Qviana  Kosmik 

Mərkəzindən  uğurla  orbitə  buraxılıb.  Peykin  kosmik  fəzaya  göndərilməsi 



Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5” daşıyıcı raketi ilə həyata 

keçirilib. 

“Azerspace-2” ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək 

etibarlı  “SSL  1300”  peyk  platforması  əsasında  istehsal  olunub.  2018-ci  il 

dekabrın 18-də bu peyk özünün sınaq orbitinə çatıb və burada təxminən iki ay 

müddətində test istismarı keçdikdən sonra özünün artıq bir qədər fərqli orbital 

mövqeyi 

–  45  dərəcə  şərq  uzunluğu  mövqeyində  olan  son  geostasionar 

orbitində yerləşəcək. Peykin dəyəri 190 milyon dollara yaxındır. Onun fəaliyyət 

müddəti təxminən 20 il təşkil edəcək və ölkə iqtisadiyyatına 400 milyon dollar 

gəlir  gətirəcək.  İqtisadi  aspekti  ilə  yanaşı,  “Azerspace-2”nin  orbitdə  fəaliyyəti 

ölkənin informasiya təhlükəsizliyini və müstəqilliyini də təmin edəcək. 

Artıq  məlumdur  ki,  “Azerspace-2”nin  xidmət  dairəsi  genişlənəcək  və  bir  sıra 

Avropa  ölkələrini,  həmçinin  Mərkəzi  və  Cənub-Qərbi  Asiya,  Yaxın  Şərq  və 

Tropik Afrikanı əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə 

xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki 

imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk 

“Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi 

ilə yanaşı, həm də birinci telekommunikasiya peyki  – “Azerspace-1” peykinin 

orbitdəki  ehtiyatı  olacaq.  Bu  da  öz  növbəsində,  “Azərkosmos”a  bugünədək 

ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq 

tenderlərdə  iştirak  etmək  imkanı  yaradacaq.  Bir  sözlə,  “Azerspace-2” 

“Azərkosmos”  ASC-nin  təbiətinə  görə  kifayət  qədər  mühafizəkar  və  yüksək 

rəqabətli  peyk  xidmətləri  bazarındakı  dəyər  təklifini  və  mövqeyini 

gücləndirəcək. 

“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi 

dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb. Bu 

müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin 

geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə 

əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. 

Beləliklə,  Azərbaycan  2018-ci  il  sentyabrın  26-da  üçüncü  peykini  kosmosa 

buraxmaq


la  dünya  kosmik  klubunda  öz  imicini  xeyli  möhkəmləndirib. 

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Bu, ölkəmizin növbəti 

qələbəsi,  dövlətimizin  növbəti  uğurudur.  Son  beş  ildə  Azərbaycan  orbitə  üç 

peyk çıxara bilib. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvüdür və dünya 

kosmik sənayesində öz mövqeyini möhkəmləndirir. Orbitə peyklərin çıxarılması 

dövlətimizin gücünü, bizim siyasətimizi nümayiş etdirir”. 

“Azerspace-1” peykinə gəldikdə, demək lazımdır ki, bizim bu ilk peykimiz 2013-

cü il fevra

lın 8-də orbitə buraxılıb. Mən bu ilk milli telekommunikasiya peykinin 

buraxılması  üzrə  İşçi  qrupunun  üzvü  olmuşam  və  bununla  fəxr  edirəm. 

Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının 

Kuru  kosmodromundan  orbitə  buraxılıb.  Bu  peyk  əlverişli  46°  şərq  uzunluğu 

orbital  mövqeyində  yerləşdirilib.  “Azerspace-1”  rəqəmsal  televiziya 



xidmətlərinin  göstərilməsi,  “VSAT”  multixidmət  şəbəkələrinin  yaradılması  və 

hökumət  rabitəsinin  təmini  üçün  nəzərdə  tutulub.  Peykin  xidmət  dairəsinə 

Avropa, 

Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir. 

“Azərkosmos” ASC 2016-cı ildə “DCS Telecom” və “Don Telecom” kimi aparıcı 

beynəlxalq peyk operatorları ilə telekommunikasiya xidmətlərinin göstərilməsi 

üzrə  kontrakt  imzalayıb.  Bu  sənədə  əsasən,  həmin  şirkətlər  Yaxın  Şərq  və 

Afrika regionlarında səs və məlumatların ötürülməsi, video, mobil rabitə, şəbəkə 

və  digər  xidmətlər  üzrə  “Azerspace-1”in  resurslarından  istifadə  edəcək. 

“Azərkosmos”  ASC  Türkiyənin  bir  sıra  radiokanalları  ilə  də  kontraktlar 

imzalayıb. 

Rəsmi məlumatlara görə, “Azerspace-1”in ümumi dəyəri 233 milyon dollardır. 

“Azərkosmos” ASC bu peykin istismarından 420 milyon dollar təmiz gəlir əldə 

etməyi nəzərdə tutur. 

Azərbaycanın  ikinci  peyki  aşağı  orbitli  (640  kilometr  hündürlüyü  olan  orbit) 

“Azersky” (“Spot 7”) peykidir. Bu peyk kosmik sənaye sahəsində Azərbaycan 

və Fransa strateji əməkdaşlığı çərçivəsində buraxılıb və 2014-cü il dekabrın 2-

də  “Bakutel-2014”  sərgisi  çərçivəsində  "Azərkosmos"  ASC  və  Fransanın 

"Airbus  Defence  and  Space"  şirkəti  arasında  imzalanmış  saziş  əsasında 

Azərbaycanın idarəetməsinə verilib. 

“Azersky” peykinin buraxılması Hindistanın kosmik mərkəzində həyata keçirilib. 

Bu  peyk  Yerin  səthinin  məsafədən  müşahidəsi  üçün  nəzərdə  tutulub. 

“Azərkosmos”  ASC  bu  peykin  1,5  metr  ağ-qara  və  6  metr  optik  diapazonda 

yüksək keyfiyyətli təsvirlərinin idarə edilməsi və kommersiya hüquqlarını qəbul 

edib.  “Azersky”  peykindən  və  Fransanın  “Spot-6”  peykindən  təsvirlərin 

quraşdırılmış potensialının qəbulu gündəlik 6 milyon kvadrat kilometr təşkil edir. 

Bu  o  deməkdir  ki,  Yer  kürəsindəki  hər  bir  məntəqəni  yüksək  keyfiyyətli 

təsvirlərlə gündəlik izləmək mümkündür. 

“Azersky”  müdafiə  və  təhlükəsizlik,  fövqəladə  halların  çevik  aşkar  olunması, 

təbii ehtiyatların tədqiqi, dənizin müşahidəsi, dəniz naviqasiyası, ətraf mühitin 

qorunması,  şəhərsalmanın  planlaşdırılması,  xəritəçəkmə,  kənd  təsərrüfatı  və 

turizm sahələri üzrə geniş əlavələr spektrinə malikdir. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  aşağı  orbitli  peykin  buraxılışını  həyata 

keçirən iyirminci ölkədir. Ümumilikdə, orbitə 50 bu cür peyk buraxılıb. “Azersky” 

peyki ölkəmizə 150 milyon avroya başa gəlib. 


Yüklə 206,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin