Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 0,71 Mb.
səhifə14/15
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#1047
1   ...   7   8   9   10   11   12   13   14   15

3. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti

Paris sülh konfransı


Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xarici siyasət məsələlərinə də xüsusi diqqət yetirirdi. Istiqlaliyyətin qorunub saxlanması daxildən daha çox xarici amillərlə də bağlı idi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gələməsi üçün 1918-20-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici Işlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dövrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik baSarığa malik F.X.Xoyski, M.H.Hacınski, M.Y.Səfərov, A.X.Ziyadxanlı başçılıq etmişlər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, S.HaSıbəyli, M.Y.Mehdiyev, M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər.

Milliyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Cümhuriyyətinin xarici siyasətini 3 dövrə bölmək olar: Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü (1920-ci il yanvar-aprel).

Dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığından tərəflər arasında bir-birinə olan təbii meyl onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında maddiləşməklə yeni mərhələyə daxil oldu. Bu yeni mərhələnin səciyyəvi cəhəti onlan ibarət idi ki, Azərbaycanlıların Osmanlı dövlətinə söykənməyi milli idealla yanaşı, xeyli dərəcədə millətin fiziki varlığının hifz edilməsi zərurətindən irəli gəlirdi.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: «Bir tərəfdən Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyas-hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlirlər». 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan M.Ə.Rəsulzadə və M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədi ilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə də qarşılıqlı razılıq əsasında Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz Islam Ordusu yaradıldı.

Azərbaycan-Türkiyə münasibətlərinin geişlənib dərinləşməsində 1918-ci ildə keçirilməsi nəzərdə tutulan Istanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu.

1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsini zəruri edirdi. Dünya müharibəsinin sonunda Bakı Türkiyə, Almaniya, Ingiltərə və sovet Rusiyası arasında mübarizənin əsas obyektinə çevrilmişdi.

Sovet Rusiyasının Almaniya vasitəsilə işə qarışması Azərbaycan hökumətinin Bakını azad etməsini xeyli yubandırdı. Berlin danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan yardım almaq ümidləri boşa çıxdı və iyul ayının axırlarında Bakı Kommunası yıxıldı. Sentrokaspiçilər və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan ingilislər şəhəri Qafqaz Islam Ordusunun hücümundan müdafiə etmək iqtidarında deyildilər. Nəhayət, Berlində 3 aya qədər davıam edən Almaniya-Rusiya danışıqları avqustun 27-də saziş imzalanması ilə nəticələndi. Sazişin 12-ci maddəsində göstərilirdi: «Almaniya Qafqazda Gürcüstənın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçünSü dövlətə heç bir yardım etməyəcək. Rusiya Bakı vilayətində neft çıxarılmasını bütün imkanları daxilində artıraSaq, çıxarılan neftin 4/1-ni Almaniyaya verəcək».

Istanbulda olan Azərbaycan nümayəndələri bu sazişlə əlaqədar Almaniya səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici Işlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, habelə bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də verildi.

Az sonra Berlinə gedən Tələt paşa təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini Almaniyadan tələb etdi. Bu addım Bakının azad edilməsində mühüm əhəmiyyətə malik oldu. Sentyabrın ortalarında Azərbaycan-Türkiyə hərbi qüvvələri Bakıya girdi.

Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakının azad edilməsi ilə Azərbaycan Cümhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi.

Azərbaycan-Türkiyə münasibətlərinin Ə.M.Topçubaşovun Istanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın 28-də Istanbula gəldi və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başladı.

1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov Istanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Lakin Türkiyə məğlubiyyət ərəfəsində böhran içərisində olduğu və ay yarım ərzində 3 hökumət kabineti dəyişdiyi üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münasibətlər bərqərar etmək mümkün olmadı. 1918-ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər Ittifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkcə Türkiyə üçün deyil, Azərbaycan Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros barışığı imzalandı. Barışığın 11-ci maddəsinə görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, 15-ci maddəyə görə Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.

Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi. Lakin bu etirazın elə bir əhəmiyyəti olmadı.

Mudros barışığının Azərbaycana aid maddələrinə görə Osmanlı dövlətindən narazı qalmasına baxmayaraq, onun dünya müharibəsində məğlub dövlətlərdən biri olmasından ehtiyat etməyərək noyabrın 10-da Azərbaycan hökuməti respublikanı tərk edən Türkiyə ordusunun şərəfinə ziyafət verdi. Türkiyə qoşunları həmin gün Bakıdan, az sonra isə Bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Cümhuriyyətinin xarici siyasətində Türkiyə oriyentasiyası dövrü başa çatdı.

Birinci dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılıdı. Yaxın və Orta Şərqdə möhkəmlənmiş Ingiltərə qoşunları 1918-ci ilin mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini dayandırdı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqusttuna qədər mümkün olmadı. Bakıda XKS-nin hakimiyyəti devrildikdən sonra Sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla 1000 nəfrlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xritian əhalisi ingilisləri böyük sevinclə qarşıladılar. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını görürdü. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.

Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şaiyə olduğunu bilən Qafqaz Islam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında iki aylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin birinci dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi.

1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az əvvəl Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdilər. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhtlərinə baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra general V.Tomson bildirdi ki, onun «Bakıda ən baSarıqlı adamlardan biri» saydığı F.X.Xoyskinin hökuməti ölkədə koalisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır.

Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır.

1919-cü ilin əvvəllərindən başlayaraq Ingiltərə-Azərbaycan əlaqələri Bakıda olan ingilis komandanlığı, Istanbuldakı ingilis hərbi və diplomatik nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil olunan sülh heyəti vasitəsilə həyata keçirilirdi.

Azərbaycan xarici siyasəitnin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan parlamentinin Dağıstan, Gürcüstən və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: «Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik yapmadan yaşaya bilməzlər».

Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağlılar Respublikası ilə əməkdaşlığı inkişaf etdirmək üçün 1918-ci ilin oktyabr-noyabr aylarında bir sıra müqavilələr bağladı. Iki dövlət arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan hökuməti ciddi maliyyə çətinlikləri qarşısında qalmış Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərmiş və o, Denikinin təcavüzünə məruz qaldıqda əlində olan bütün vasitələrlə ona yardım göstərəSəyini bildirmişdi. 1919-cü il mart ayının əvvəllərində general Tomsona etiraz notasında Azərbaycan hökuməti bəyan edirdi: «Dağlılar üçün ağır bir zamanda Azərbaycan hökuməti onlara lazımi köməklik göstərməyi özünə borc sayır». Təkcə Dağıstanı deyil, bütün Qafqazı hədələyən Ağ və Qırmızı Rusiyasına münasibətdə Azərbaycan hökumətinin mövqeyi Respublika XIN-in Kuban hökumətindəki səlahiyyətli nümayəndəsi S.Rüstəmbəyova məktübünda öz əksini tapmışdı. Orada deyilirdi: «Bizim hökumətin fikri belədir: Kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və ilaxır; Azərbaycan istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir».

Cənubi Qafqazın üç yeni respublikası- Azərbaycan, Gürcüstən və Ersmənistan arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. Müstəqilliyin ilk günlərində Gürcüstən hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstənın sərhədlərini müəyyən etmək adı altında mövcüd vəziyyəti dəyişmək Cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstən hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstən hökumətinin Xarici Işlər Idarəsinin başçısına yazırdı: «Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsi ilə Azərbaycan Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürüSü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir». Azərbaycan hökumətinin ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra isə məsələnin müzakirəsi 1919-cü il aprelin 25-də Tiflisdə işə başlayan Qafqaz Konfransının gündəliyinə daxil edildi. Lakin 1919-cü ilin iyununda Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz Konfransı öz işini dayandırdı. Denikin ordusunun Dağıstan üzərinə hücümu və Cənubda doğru irəliləməsi Azərbaycan və Gürcüstən əməkdaşlığını zərurətə çevirdi. Yaranmış vəziyyətdə Ümumqafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası Gürcüstənla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-Sü il iyunun 16-da iki dövlət arasında 3 il müddətinə hərbi-müdafiə paktının imzalanması Azərbaycan Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir. Bu pakta görə, Azərbaycan və Gürcüstənın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcünu götürmüşdülər. Eyni zamanda, müqavilənin 10-cü bəndində göstərilirdi ki, «bu müqavilə barədə rəsmi məlumat verildikdən sonra Ermənistan iki həftə ərzində bu müqaviləyə qoşula bilər». Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təqdim edildi.

16 iyun hərbi-müdafiə paktına uyğun olaraq tərəflər hərbi-texniki saziş imzaladılar və birgə Hərbi Şura yaratdılar. Ingilis komandanlığının Azərbaycan-Gürcüstən müdafiə paktına münasibəti Əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi. Britaniyanın Şərqi Avropa və Qafqazda olan qüvvələrinin baş komandanı S.Miln Denikinin Cənubda doğru hərəkəti ilə razı olmadığı barədə baş nazir N.Yusifbəyliyə radioteleqram göndərdi.

Müstəqilliyin ilk günlərindən Gürcüstən Respublikası ilə qurulan diplomatik əlaqələr çox çətin və ziddiyyyətli yol keçsə də, 1920-ci ilin əvvəllərində normal məcraya düşdü. Hər iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı.

Iranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha çox isə anlaşılmazlıqlar 1919-cü ilin ortalarından etibarən öz yerini əməkdaşlıq meyllərinə verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-Iran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı.

Məğlubiyyətdən sonra çətin vəziyyətə düşmüş Türkiyə ilə də əlaqələr bərpa edilməyə başlamış, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminli Istanbula səfir təyin edilmişdi. Azərbaycan diplomatiyası Avropa və Qafqazdakı fəaliyyətində həyatla ölüm arasında mübarizə aparan Anadolu türklərinin mənafeyini müdafiə edirdi.

Rusiya və Ermənistanla münasibətlər bütün dövr ərzində qeyri-stabil olaraq qaldı. Azərbaycan diplomatiyasının ciddi-cəhtlərinə baxmayaraq «böyük dövlətçilik» mövqeyindən çıxış edən bu dövlətlərlə normal münasibətlər yaratmaq mümkün olmadı.

1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni Andronik Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlərini pozub dinc əhaliyə qarşı kütləvi qırğınlara başladı. Erməni quldur dəstələri Zəngəzur əhalisindən tələb edirdilər ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da Zəngəzuru boşaltsınlar. Lakin əhali Andronikin bu həyasız tələbini rədd edərək öz torpaqlarının müdafiəsinə qalxdı. 1918-ci ilin payızından Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi əməliyyatına Ermənistan hökuməti bilavasitə rəhbərlik etməyə başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, Irəvan quberiniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər və əhalisini soyqırımına məruz qoydular. Həmin ərazilərin 100 mindən artıq türk-müsəlman əhalisi öz dədə-baba yurdlarından qovulub didərgin oldu.

Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti bir sıra zəruri addımlar atdı. 1919-cü il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğu yaradıldı. Həmin il fevralın 12-dən Xosrov bəy Sultanov general-qubernator təyin edildi. General-qubernatora tapşırıldı ki, Qarabağda separatist hərəkatı ləğv edib qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin.

Ermənistan hökuməti Qarabağ general-qubernatorluğunun yaradılmasına və Xosrov bəy Sultanovun general-qubernator təyin olunmasına dərhal etiraz etdi və belə iddia irəli sürdü ki, buranın böyük hissəsi Ermənistan ərazisidir, X.Sultanov isə ermənilərin düşmənidir.

1919-cü il yanvarın 2-də Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Ermənistanın xarici işlər nazirinə göndərdiyi teleqramda Ermənistanın etirazını əsassız sayaraq bildirdi ki, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları Azərbaycanın ayrılmaz hissəsidir.Eyni zamanda, Ermənistanın etirazı suverenliyə qəsd və Azərbaycanın daxili işlərinə qarışmaq Cəhdi kimi qiymətləndirildi. Onu da qeyd etmək vacibdir ki, Ermənistan Qarabağ general-qubernatorluğunun yaradılması ilə əlaqədar öz etirazını Qafqazda Böyük Britaniya qoşunlarının baş komandanı general Tomsona və müttəfiq dövlətlərin Zaqafqaziyadakı baş komissarı Haskelə də bildirmişdi. Lakin onlar Azərbaycanın Qarabağ qubernatorluğu yaratmaq və ona general-qubernator təyin etmək hüququnu müdafiə etdilər.

1919-cü il iyunun 18-də Azərbaycan Ermənistana nota göndərdi. Bu notada Ermənistanın etiraz və iddiaları rədd edilərək Qarabağ məsələsində Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb olunurdu.

Iyunun əvvəlində Şuşada vəziyyət yenidən gərginləşdi. Bu zaman Qarabağda baş vermiş hadisələr bilavasitə Erməni Milli Şurasının planı əsasında törədilmişdi.

1919-cü ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində respublikanın qanuni hakimiyyəti Qarabağda bərpa edildi. Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov böyük xidmət göstərdi. Qaniçən Andronik onun ciddi təkidi və müttəfiqlərin yardımı ilə nəinki Azərbaycanı, hətta butun Cənubi Qafqazı tərk etməyə məcbur olmuşdu.

«Böyük Ermənistan» iddialarına daxil olan ərazilərdən biri də Naxçıvan bölgəsi idi. Naxçıvanda hələ 1918-ci ildə Araz-Türk Respublikası yaranmışdı. Respublikanın ərazisinə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad qəzaları daxil olmuşdu. Paytaxt Naxçıvan şəhəri idi. Hökumətin Bakı uğrunda döyüşlər apardığı bir dövrdə bu respublika əhalinin daşnak hücümlarından qorunmasında faydalı işlər gördü.

Daşnak hökuməti hələ 1918-ci ilin noyabrında Naxçıvan, Şərur-Dərələyəz, Içmiədzin qəzalarını, Qars vilayətini müsəlman əhalisindən təmizləyib, Ermənistan hökumətinin hakimiyyətini bərqərar etmək istəyirdi. Lakin bu yerlərin müsəlman əhalisinin güclü müqaviməti həmin planın həyata keçirilməsinə mane oldu. Hətta ingilis komandanlığı müvəqqəti olaraq Naxçıvanın idarəçiliyini Ermənistana versə də, qəza əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri olduğu üçün daşnak hökuməti bu qərarı həyata keçirə bilməmişdi. Ingilislərin Zəngəzur və Yuxarı Qarabağı Azərbaycan torpaqları kimi tanıyıb Naxçıvanı Ermənistanın idarəçiliyinə vermək ideyası Azərbaycanla Türkiyənin arasını kəsmək, ümumilikdə Türkiyə ilə qalan müsəlman xalqları arasında xristian erməni dövləti yaratmaq barədə Kerzon planının tərkib hissəsi idi. Naxçıvanlıların dəyanəti və Azərbaycan hökumətinin səyləri nəticəsində Ermənistanın amerikanlar vasitəsilə Naxçıvana yiyələnmək niyyətləri puça çıxdı.

Ermənistanla Azərbaycan arasında 1919-cü il noyabrın 23-də imzalanan sazişdən sonra Azərbaycan öz hərbi hissələrini Zəngəzurdan geri çağırdı. Bağlanan sazişə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən sərhəd məsələləri danışıqlar vasitəsilə həll edilməli idi. Lakin Ermənistan bu sazişi kobud surətdə pozub Zəngəzura nizami qoşun hissələri göndərdi. Azərbaycan kəndlərinin talanı və dinc əhaliyə vəhşicəsinə divan tutulması geniş miqyas aldı. 1919-cü il dekabrın 14-də Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda Ermənistan-Azərbaycan konfransı açıldı. Lakin konfrans ermənilərin günahı üzündən tərəflər arasında ziddiyyəti həll edə bilməyərək işini yarımçıq dayandırdı.

1920-ci ilin yanvarında Ermənistanın hərbi əməliyyatları yenidən gücləndi. Belə bir şəraitdə Azərbaycan hökuməti erməni təcavüzünü dəf etmək üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldı.

Azərbaycanın həyati mənafeyi Sovet Rusiyası ilə normal münasibətlər qurulmasını tələb edirdi. Yeni iqtisadi əlaqələrin hələ yaradılmadığı və ənənəvi əlaqələrin pozulduğu bir vaxtda Azərbaycanın neft, pambıq və digər xammallarının Rusiya bazarından məhrum olması Azərbaycan hökumətinin Şimal qonşusu ilə münasibətləri normallaşdırılmasını zəruri edirdi.

1919-cü ilin yazında Nazirlər Şurasının yeni seçilmiş sədri N.Yusifbəyli təşkil etdiyi hökumətin proqramında Sovet Rusiyası ilə iqtisadi-Ticarət əlaqələrinin bərpası vəzifəsini də irəli sürmüşdü. Bundan ötrü isə ilk növbədə Azərbaycan hökumətinin bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, Sovet Rusiyası müxtəlif əsassız bəhanələr gətirməklə buna razılıq verməkdən yayınırdı. Bu diplomatik oyunbazlığın arxasında isə Bakı neftinə sahib olmaq iddiası dururdu. V.I.Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinə göndərdiyi teleqramda bu niyyət açıq-aydın göstərilmişdi: «Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin…».

Hökumət çoxsaylı çətinliklərlə bağlı olan daxili problemləri həll etməyə çalışdığı bir vaxtda Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və kömək əldə etmək üçün ağır mübarizə aparırdılar. Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Ə.M.Topçubaşov sədr, M.H.Hacınski sədrin müavini, nümayəndə heyətinin üzvləri – Ə.Şeyxülislamov, Ə.Ağayev və müşavirlər M.Məhərrəmov və S.Hacıbəyov olmaqla nümayəndə heyətini təsdiq etmişdi. 1919-cü il yanvarın 18-də həmin nümayəndə heyəti Istanbula yola düşdü. Burada onlar 1919-cü il yanvarın 20-də Parisə getmək üçün viza almalı idilər. Lakin Istanbula gəldikdən sonra nümayəndə heyəti 1919-cü ilin aprelinə qədər ləngidi, çünki müttəfiq qoşunlarının komandanlığı hər vasitəyə əl atıb onun Paris Sülh Konfransında iştirakına mane olurdu. Lakin artıq 1919-cü il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Görüşün Nəticələri çox da ümidverici deyildi. ABŞ prezidenti qeyd etmişdi ki, dünyanın kiçik ərazilərə parçalanmasını Sülh Konfransı istəmir və Azərbaycan məsələsinə Rusiya məsələsi həll olunduqdan sonra baxıla bilər.

Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov Paris Sülh Konfransına təqdim edilmiş memorandum surətini ABŞ prezidenti V.Vilsona təqdim etmişdi. Sənəd xüsusi xəritəli vərəqdə sərhədləri göstərilməklə Qafqaz Azərbaycanının müstəqilliyinə; iqtisadi xəritə ilə birlikdə Azərbaycanın iqtisadi vəziyyəti və maliyyəsinə; etnoqrafik xəritə və diaqramlarla birlikdə Azərbaycan əhalisinin etnik tərkibinə dair 3 maddədən ibarət idi.

1919-cü il iyunun 13-də V.Vilson, D.Lloyd Corc, Ж.Klemanso,V.Orlando və baron Makinonun imzası ilə Rusiya ərazisində admiral Kolçakın ali hakimiyyətini qismən tanımasına dair sənəd dərS olundu. Bununla əlaqədar olaraq Azərbaycan, Gürcüstən, Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri 1919-cü il iyunun 13-də Paris konfransının sədrinə etiraz notası təqdim etdilər.

Parisdə Azərbaycan nümayəndə heyəti Iranla münasibətlər məsələsi üzrə xeyli iş gördü. Məlum olduğu kimi, Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra Iran Azərbaycana qarşı ərazi iddiaları irəli sürür və onun Iran dövlətinə birləşdirilməsini tələb edirdi.

1919-cü il avqustun 19-da Londonda Ingiltərə-Iran müqaviləsi bağlandıqdan sonra Iran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkdi. 1919-cü il noyabrın 1-də Parisdə Azərbaycanla Iran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Bu müqavilənin bağlanması Azərbaycan diplomatiyasının beynəlxalq sahədə mühüm qələbəsi idi.

Bolşevik təhlükəsinin güclənməsi nəticəsində Qafqazda yaranmış vəziyyət Antanta ölkələrini ciddi şəkildə düşünməyə və real əməli addımlar atmağa məcbur etdi. Qızıl Ordunun Qafqaza yiyələnməsi bütün Yaxın və Orta Şərqi təlatümə gətirib bolşevik ideyalarının Iranda və digər Şərq ölkələrində yayılmasına kömək edəcəyi aydın idi. Bu məqsədlə 1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Sessiyada Ingiltərə, Fransa və Italiyanın hökumət başçıları və xarici işlər nazirləri, ABŞ və Yaponiya tərəfindən isə onların Sülh Konfransındakı nümayəndələri, həmçinin Parisdəki səfirləri iştirak edirdilər. Burada Ingiltərə naziri lord Kerzonun təklifi ilə Qafqaz respublikalarına münasibət probleminin siyasi tərəflərinə aid müzakirə aparıldı. Öz çıxışında Kerzon Lloyd Sorcün Azərbaycan və Gürcüstənın müstəqil dövlət kimi tanınmaq məsələsini Ali Şuranın gündəliyinə çıxartmaq niyyətində olduğunu bildirdi. «Erməni məsələsi»nə gəldikdə isə onu «Türkiyə məsələsi» ilə bir yerdə həll etmək nəzərdə tutulurdu. Xarici işlər nazirləri Azərbaycan və Gürcüstəna qarşı üçtərəfli təhlükə yaranması ilə bağlı eyni fikirdə olduqlarını bildirdilər. Onlar «üçtərəfli təhlükə» dedikdə, əvvələn bolşevik Rusiyası qoşunlarının Cənubda doğru irəliləməsini; ikinci, geri çəkilən Denikin qoşunlarının bu respublikalara soxula biləSəyini; üçünSü isə kamalçıların Rusiya ilə sazişə əsasən bu respublikalara daxil ola biləSəyini nəzərdə tuturdular. Vəziyyətin kəskin böhranlı şəkil alması Azərbaycan və Gürcüstən hökumətlərini Antanta ölkələrindən kömək istəməyə məcbur etdi. Bu xahişlər barədə Ali Şuraya məlumat verən Kerzon Azərbaycan və Gürcüstənın dərhal de-fakto tanınması təklifini irəli sürdü.

Yanvarın 13-də ABŞ-ın Parisdəki səfiri Valles Ingiltərə və Fransanın Azərbaycan və Gürcüstən dövlətlərinin müstəqilliklərini de-fakto tanımaları və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.

Yanvarın 15-də Versalda hərbi ekspertlər şurası Azərbaycana və Gürcüstəna hərbi kömək göstərməklə bağlı məsələləri müzakirə etdi. Şuranın işində iştirak etmək üçün Böyük Britaniyanın hərbi naziri U.Çörçill, Britaniya Imperiya Ordusu Baş Qərargahının rəisi feldmarşal H.Vilson, admirallığın birinci lordu U.Lanq, lord-admiral A.Bitti və başqaları təcili olaraq Londondan Parisə gəldilər. Yanvarın 16-da hərbi ekspertlərin işi davam etdirildi. Onların iclasıa Ж.Klemanso sədrlik edirdi.

1920-ci il yanvarın 19-da Paris Sülh Konfransının Ali Şurasının hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz respublikaları problemi ətraflı müzakirə edildi. Iclasda Ali Şuranın 10 yanvar tarixli tapşırığına əsasən, ingilis nümayəndələri tərəfindən tərtib edilmiş memorandum elan olundu. Memorandumda aşağıdakı tədbirlər nəzərdə tutulurdu:


  1. Azərbaycan və Gürcüstənın tanınması (bu tədbirlər həyata keçirilmişdi);

  2. Əvvəllər Denikinə verilmiş və Potidə olan silah və sursatın Azərbaycan, Gürcüstən və Ermənistana verilməsi;

  3. Azərbaycana və Gürcüstəna əlavə ərzaq, maliyyə və hərbi (silah və geyim) cəhətdən yardım göstərilməsi;

  4. Bakının müdafiəsinin möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsi;

  5. Xəzər sahillərinin müdafiəsinin təmin olunması, bolşevik ordusunun Xəzər dənizinə və Xəzər donanmasına buraxılmaması, Denikinin dəniz donanmasının müttəfiqlərin ümumi istifadəsinə qaytarılması, bü mümkün olmadıqda isə onun batırılması.

Iclasda müttəfiqlərin hərbi ekspertləri adından məruzə ilə Ferdinand Foş çıxış etdi. Cənubi Qafqaz respublikalarının nədə və hansı formada kömək göstərmək məsələsi kəskin mübahisələrə səbəb oldu.

Beləliklə, Klemanso və Çörçill Qafqaza bilavasitə qoşun göndərmək tərəfdarı olduqları halda Lloyd Corc və Nitti köməyi hərbi sursat göndərməklə məhdudlaşdırmağı nəzərdə tuturdular.

Ə.M.Topçubaşov müttəfiqlərə Şimaldan hərəkət edən ordu ilə Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasını da de-fakto tanımağı təklif edirdi.

Beləliklə, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması Ə.M.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndələrinin diplomatik fəaliyyətlərinin uğurlu nəticəsi kimi qiymətləndirilməlidir.

1920-ci il yanvarın 2-də Azərbaycan hökumətinin fövqəladə iclası keçirildi. Yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri keçiriləSəyi elan edilmişdi, respublikanın paytaxtında mitinqlər və nümayişlərin, həmçinin Azərbaycan Ordusunun hərbi keçidinin və Azərbaycan parlamentinin təntənəli iclasıın keçirilməsi haqqında qərar qəbul edildi. Azərbaycanda yanvarın 14-ü istirahət günü elan olundu.

Azərbaycanın müstəqilliyinin elan olunması beynəlxalq aləmdə ona marağın artmasına təkan verdi. Bir çox ölkələr- Belçika, Isveçrə, Hollandiya, Çexiya və Slovakiya Bakıda öz konsulluqlarını açmağa başladılar, Italiya isə burada öz nümayəndəliyini yaratdı.

1920-ci il martın 20-də Azərbaycanla Iran arasında sülh və dostluq haqqında müqavilə bağlandı. Müqaviləyə əsasən, Iran hökuməti Azərbaycanın müstəqiliyini de-yure tanıdı. Tərəflər dostluq və iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi, həmçinin Tehranda Azərbaycan səfirliyinin, Bakıda isə Iran səfirliyinin açılması barədə öhdəliklər götürdülər. Bundan əlavə, həmin gün Azərbaycanla Iran arasında gömrük, Ticarət, poçt-teleqraf və konsul əlaqələri haqqında saziş imzalandı. Təbrizdə isə Azərbaycanın Baş Konsulluğu fəaliyyət göstərməyə başladı.

1920-ci il aprelin ortalarında Azərbaycan parlamenti Böyük Brtaniya, Fransa, Italiya, ABŞ, Isveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada AXC-nin diplomatik nümayəndəlikləri açılması haqqında qanun qəbul etdi. Türkiyə, Gürcüstən və Ermənistan kimi qonşu ölkələrlə diplomatik əlaqələr genişləndi. Bu dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı.

4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu.

AXC-nin yaradılmasının tarixi əhəmiyyəti.

1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları - «Müsavat», «Əhrar», «Ittihad», sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi respublikada siyasi durumu pozan və sabitsizliyi dərinləşdirən mühüm amillərdən biri idi.

«Müsavat» partiyası hələ 1919-cü ilin dekabrında beşinci hökumət kabinetini təşkil edərək ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif etmişdi. Belə ki, «Müsavat» ın konkret məqsədi «Ittihad» partiyasının simasında parlamentin sağ hissəsini özünə tərəfkeş etmək idi. Lakin «Ittihad» hökumətə daxil olmaq təklifi müqabilində üç şərti irəli sürdü: 1) Bütün müsəlman partiyalarının koalisiyasına riayət olunsun; 2) Daxili işlər naziri portfeli M.H.Hacınskiyə verilsin; 3) Dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin.

Dövlət nəzarəti vəzifəsini ələ keçirən «Ittihad» bununla da hökumətdə öz gələcək fəaliyyətinin əsas istiqamətini- dövlət strukturlarındakı qanunsuzluqlarla mübarizə aparmaq adı altında «Müsavat»ın əleyhinə kampaniyaçılıq istiqamətini müəyyənləşdirdi. Onların fikrincə, pozuntular və korrupsiyanın daha çox baş verdiyi struktur Ticarət və Sənaye Nazirliyi idi. Bu səbəbdən nazirlik xüsusi hücümlara məruz qaldı.

«Ittihad»ın başladığı kampaniyanı Daxili Işlər Nazirliyində davam etdirən M.H.Hacınskinin həyata keçirliyi tədbirlər nəticəsində çoxlu məmur xidmətdən kənarlaşdırıldı. M.H.Hacınskinin bu hərəkətləri, həmçinin fəhlə liderləri və kommunistlərlə yaxınlaşması parlamentin müsavatçılar və bitərəflər fraksiyasında etirazlara səbəb oldu. «Ittihad» kommunizmin Qərb imperializminə qarşı mübarizədə müsəlman dünyasına göstərdiyi köməyi onun ateist xarakterindəki günahı yuyub təmizləyən əvəz sayaraq kommunistlərlə ittifaqa çağırır, Rus Sovet ordusunun Antantaya qarşı mübarizə aparan Türkiyə ilə birləşməsi üçün Azərbaycana buraxılmasını tələb edirdilər. Bir-birinə əks cəbhədə parçalanmış Türkiyənin özündə də müəyyən qüvvələr belə mövqe tuturdu.

Türkiyə qoşunları Mudros müqaviləsinin şərtinə görə Azərbaycandan çıxarılsa da, burada Türkiyə amili qalmaqda idi. Mustafa Kamal müttəfiqlərə qarşı çıxdıqdan sonra Türkiyənin nüfuzu Azərbaycanda yenidən yüksəldi, «gənc türklər»də Sovet Rusiyası ilə əməkdaşlıqda Qərb imperializminə qarşı mübarizə aparmaq üçün mümkün üstünlüklər görürdülər. Buna görə də həm onlar, həm də kamalçılar Sovet Rusiyası ilə sıx əlaqə yaratmağa çalışırdılar. Azərbaycan isə bu əlaqələrin yaradılması üçün əlverişli yer hesab olunurdu, çünki sovet köməyi müharibə edən Anadoluya Azərbaycandan keçərək çatdırıla bilərdi.

Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərdən biri də «Müsavat» partiyasının sıralarındakı qeyri-müəyyənlik idi. Partiyanın sol qanadı kifayət qədər güclü şəkildə ondan ayrılmağa meyllənmişdi. Bu qanad hökumətin daxili və xarici siyasətini kəskin şəkildə tənqid edirdi. Bitərəflər qrupunun lideri Behbud Xan Cavanşir və «Müsavat» partiyasının üzvü M.H.Hacınski də Sovet Rusiyası ilə dostluq münasibətləri yaradılmasına tərəfdar idilər. Azərbaycanın siyasi xadimlərinin dövlət idarəçiliyi və siyasət-diplomatiya təSrübəsinin olmaması da özünü göstərirdi.

Birləşmədən bir qədər əvvəl «Hümmət» partiyasında parçalanma baş verdi. Parçalanmadan sonra sol hümmətçilər R.A.Axundovun başçılıq etdiyi Azərbaycan eserlər partiyası ilə birləşməyə cəhd göstərdilər. Təşəbbüs uğursuzluqla nəticələndi. Müsəlman eserlərinin kommunistlərlə əlaqə yaratmaq cəhdi də baş tutmadı, çünki eserlərin fikrincə formalaşmaqda olan Azərbaycan Kommunist Partiyasının tərkibinə yalnız Azərbaycanlılar daxil olmalı idi.

Ədalətçilərin fəaliyyəti kommunistlərin rəhbərliyi altında genişləndi. 1919-cü ilin əvvəllərində keçirilən konfransda onların B.D.Ağayev, M.D.Ağayev, R.Kərimov, I.Basir, S.Ç.Savadzadədən (Pişəvəridən) ibarət (RK (b) P Bakı təşkilatı, «Hümmət» və «Ədalət») MK seçildi.

Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11-12-də Bakı şəhərində keçirilən I qurultayında Azərbaycan Kommunist Partiyası yaradıldı. Bu vaxtdan etibarən kommunistlərin silahlı üsyana hazırlığı başlandı.

Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və hökumətin işində də öz əksini tapdı. Yeni hökumətdə əmək və əkinçilik naziri vəzifəsini tutmuş Ə.Pepinov 1919-cü il dekabrın 28-də həmkarlar təşkilatlarının iştirakı ilə fəhlə məsələsinə dair müşavirə keçirdi. Nazir fəhlələrdən ona kömək göstərmələrini xahiş etdi və fəhlələr isə onun verdiyi bütün vədlərə əməl edildikdən sonra kömək göstərəcəklərini bildirdilər. Fəhlə sinfinin mənafeyini müdafiə etmək şüarı ilə kommunistlər milli hökumətə qarşı mübarizə aparırdılar.

Parlamentdə çoxsaylı siyasi partiyaların olması və onların arasındakı daimi mübarizə Azərbaycan Cümhuriyyətinin mövcüd olduğu bütün müddət ərzində hökumətin vəziyyətini ağırlaşdırırdı.

Ələmli 28 aprel günündən düz 4 ay əvvəl “Müsavat” partiyasının görkəmli üzvləri və parlamentin bitərəflər qrupu- cəmi 12 nəfər F.Xoyskinin kabinetində toplaşdılar. Toplantıda baş nazir N.Yusifbəyli başda olmaqla müsavatçı nazirlər də iştirak edirdilər. Bu tarixi müşavirədə ölkədə vəziyyətin son dərəcə ciddi olması yekdilliklə etiraf olundu və dərhal təxirəsalınmaz tədbirlər görülməsi tələb edildi. Hökumətə aşağıdakı tədbirlərdən ibarət təklif verildi:



  1. M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən kənarlaşdırmaq və onun yerinə kommunistlərlə mübarizə aparmağa qabil olan adam təyin etmək;

  2. M.H.Hacınski ilə birlikdə digər sosialist nazirlərin gedəcəyi halda onları dərhal başqaları ilə əvəz etmək;

  3. Parlamenti buraxmaq və hökumətə xarici siyasət və ölkənin müdafiəsi işində ən geniş səlahiyyətlər vermək;

  4. 6 aydan sonra Müəssislər Məclisinə seçkilər keçirmək.

Lakin hadisələrin sonrakı gedişi nəzərdə tutulan bu tədbirləri həyata keçirməyə imkan vermədi. Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR Xalq Xarici Işlər Komissarı Q.V.Çiçerinin ağqvardiyaçı Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifi ilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota Azərbaycanı Rusiyanın daxili münaqişələrinə Səlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrdən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski onun təklifini rədd etdi. Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan F.Xoyski hökumətdən respublikada fövqəladə vəziyyət tətbiq etməyi, parlamentin buraxılmasını, yaxın vaxt ərzində Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi.

Sovet Rusiyasına münasibət məsələsi Azərbaycanın siyasi partiyaları arasında əsas ziddiyyət nöqtəsinə çevrildi. Sosialistlər və ittihadçılar Çiçerinin notasına müsbət Cavab vermək tərəfdarı idilər.

Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübahisə Sovet Rusiyasına loyal münasibətin tərəfdarı daxili işlər naziri M.H.Hacınski ilə Rusiya təzyiqinə qarşı radikal tədbirlər görülməsinin tərəfdarı olan xarici işlər naziri F.Xoyski arasında baş verdi.Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-də M.H.Hacınski daxili işlər naziri vəzifəsindən getdi, lakin Ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutdu.

Martın ortalarında müsavatçılar və bitərəflər fraksiyasının birgə iclasında bu məsələ tam kəskinliyi ilə qoyuldu. M.H.Hacınski öz baxışlarını şərh etdi. F.X.Xoyski başda olmaqla digər qrup M.H.Hacınskinin məruzəsini mənfi qarşıladı. F.Xoyski qeyd edirdi ki, “heç bir rus partiyası, heç bir Rusiya hökuməti heç vaxt Zaqafqaziya respublikasının müstəqilliyini tanımayacaq və yalnız Qafqaz xalqlarının güclü ordusu və əldə silah müstəqilliyini qorumaq əzmi olduğu zaman Qırmızı Moskva bizimlə hesablaşaSaq və bizim sərhədlərimizi keçməyəSəkdir”. Buna görə də sərt xəttin tərəfdarları respublikanı müdafiə etmək üçün bütün zəruri tədbirləri görməyə və ölkəni kommunist ünsürlərindən və onlara rəğbət bəsləyənlərdən təmizləməyə çağırırdı. Bu tədbirləri həyata keçirmək üçün onlar hökumətə fövqəladə səlahiyyətlər verməyi və vaxt itirmədən qonşu respublikaları Qafqazın birgə müdafiəsinə çağırmağı təklif etdilər. Lakin sərt kurs tərəfdarlarının təklifləri qəbul edilmədi.

Azərbaycan hökumətində daxili mübarizənin davam etdiyi bütün dövr ərzində Sovet Rusiyası tərəfindən təzyiq hiss olunurdu. Xarici işlər naziri F.Xoyskinin Rusiya ilə hərbi ittifaqdan imtina etməsinə Cavab olaraq 1920-ci il yanvarın 23-də Çiçerin ikinci notanı göndərdi və Azərbaycanı Rusiyadakı hərbi münaqişəyə Səlb etmək üçün yenidən təşəbbüs göstərdi.

1920-ci il martın 17-də V.I.Leninin Qafqaz cəbhəsi Hərbi-Inqilabi Şurası adından göndərdiyi teleqram sovet hökumətinin Azərbaycana münasibətindəki gizli niyyətlərdən xəbər verir: “Bizim üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır, möhkəm yerli sovet hakimiyyətinin hazırlanmasında maksimum yəqinlik əldə edilməlidir”.

F.X.Xoyski Q.V.Çiçerinin yeni notasını Cavabsız qoymadı və 1920-ci il martın 7-də Azərbaycan xarici işlər nazirinin daha qətiyyətli şəkildə tərtib olunmuş üçünSü notasını göndərdi. F.Xoyski qeyd edirdi ki, mehriban qonşuluq münasibətlərinin yaradılması yalnız hər iki tərəfin suverenliyi əsasında həyata keçirilə bilər və məhz bu cəhətdən Azərbaycan hələ Sovet Rusiyası tərəfindən heç bir həmrəylik görməmişdir.

Siyasi dairələrdə Rusiya ilə əlaqələr yaratmağın vacibliyi yaxşı başa düşülürdü. Bu əlaqələrin pozulması nəticəsində Azərbaycan iqtisadiyyatı, xüsusən neft sənayesi ağır böhran keçirirdi. Nəticədə hasil edilən neftin miqdarı ixraS edilən neftin miqdarına uyğun gəlmirdi. Bakıda orta hesabla ayda 18-19 milyon pud neft çıxarılır, amma onun cəmi 5-6 milyon pudu ixraS edilirdi. Buna görə də Sovet Rusiyası ilə iqtisadi əlaqələr yaradılması və əmtəə mübadiləsinin başlanması qaçılmaz zərurətə çevrilmişdi. Lakin belə əmtəə mübadiləsi yalnız xalqların hüquqi bərabərliyi və suverenliyi prinsipləri əsasında mümkün idi.

“Müsavat”ın M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən geri çağırmaq niyyətindən xəbər tutan “Ittihad” hökumət koalisiyası haqqında öz razılaşmasını ləğv etmək və hökumətdəki nümayəndəsini geri çağırmaq haqqında qərar qəbul etdi. Daxili işlər naziri vəzifəsinə yeni namizəd məsələsində “Müsavat” heç bir güzəştə getmək istəmədi və bu vəzifəyə yalnız “Müsavat” partiyasının üzvünü irəli sürəSəyini bildirdi. Daxili Işlər Nazirliyini gücləndirmək üçün “Müsavat” partiyası fevralın 23-də bu vəzifəyə hökumətin ən gənc üzvü olan M.Vəkilovu, onun müavini vəzifəsinə isə partiyanın radikal mövqeli liderlərindən olan Ş.Rüstəmbəyovu məsləhət gördü. Məhz onların səyi ilə dövlətə zidd ünsürlərə qarşı fəal mübarizə başlandı. Bolşeviklər içərisində həbslər keçirildi, fəhlə klubları və ən irtiSaçı, ciddi müxalifət mövqeyində olan qəzetlər “Edinaya Rossiya”, “Novıy mir” və s. bağlandı.

Lakin partiya fraksiyaları arasında danışıqlar heç bir müsbət nəticə vermədi. “Ittihad” partiyası “Müsavat”ı hakimiyyəti zorla ələ keçirməkdə ittiham etməkdən də çəkinməyərək bildirdi ki, “Müsavat” parlamentdə çoxluğu təsadüfən qazandığından onun iqtidarda olması qanunsuzdur.

Sosialistlərin və “Ittihad” nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyildilər.

Beləliklə, müstəqillik mövqeyində duran bütün siyasi qüvvələrin səmərəli işbirliyi quraSağına bəslənən ümidlər özünü doğrultmadı.

Hökumət başçısı vəzifəsini tutmaq imkanı olmayan “Əhrar” və “Ittihad” partiyaları müsavatçıların ən loyal nümayəndəsi saydıqları M.H.Hacınskinin namizədliyi ilə razılaşdılar. Sosialistlər üç nazir vəzifəsini tələb edir, daxili işlər, xarici işlər və hərbi nazir vəzifələrinə S.Hacınski, A.Səfikürdski və B.Rzayevi təklif edirdilər.

Yeni hökumətin təşkili prinsipləri ilə razılaşmayan “Müsavat” partiyası üzvlərinin bir hissəsi M.H.Hacınskinin yaratdığı hökumətə daxil olmaq təklifindən imtina etdilər.

Azərbaycan kommunist təşkilatları əsas gücü fəhlələrin və döyüş dəstələrinin silahlanmasına sərf edir, silahlı üsyanın hazırlanmasını özlərinin ən yaxın məqsədləri hesab edirdilər. Azərbaycan kommunistlərinin Həştərxanla əlaqəsi bu sahədə işi yüngülləşdirdi. Həştərxan vasitəsilə Moskvadan göstərişlər daxil olur, bolşevik fəalları, silah ehtiyatları və pul vəsaiti gətirilirdi. Bu dövrdə V.I.Leninin göstərişi ilə RK (b) P-nin Bakı Komitəsinin sərəSamına “hərbi məqsədlər üçün” 15 milyon manat pul göndərilmişdi. Silah Həştərxandan başqa Orta Asiyadan da gətirilirdi. 1920-ci ilin mart ayı ərzində Türküstan cəbhəsi komandanlığının köməyi ilə Krasnovodskdan Bakıya qayıqlarla 2 minə yaxın tüfəng, çoxlu döyüş sursatı və pul vəsaiti gətirilmiş, bunlar Qaraşəhərdə və Bayılda düzəldilmiş xüsusi anbarlarda gizlədilmişdi.

Yeni hökumət yaratmaq səlahiyyəti almış M.H.Hacınski Azərbaycan kommunistləri ilə danışıqlara girərək onlara nazir vəzifələri təklif etdi. Lakin kommunistlər bu təklifə razı olmadılar.

Yaxınlaşan “bolşevik təhlükəsinin” bütün ciddiliyini başa düşən F.Xoyski özünün həmkarı Y.P.Gegeçkoriyə hələ 1919-cü il iyunun 27-də Gürcüstənla Azərbaycan arasında general Denikinə qarşı yönəlmiş birgə müdafiə taktikasının şərtlərini reallaşdırmaq üçün zəruri tədbirlər görməyi təklif etdi. Lakin Azərbaycanla hərbi əlaqələrin belə konkretləşdirilməsi artıq o dövrdə Gürcüstən hökumətinin mənafeyinə uyğun gəlmirdi. Həmin dövrdə Gürcüstən nümayəndəsi Uraqadze Moskvada öz hökuməti adından Çiçerinlə Gürcüstənın Sovet rusiyası tərəfindən tanınması barədə danışıqlar aparırdı.

Öz müstəqilliyi uğrunda Qərb dövlətləri ilə mübarizə aparan və Sovet Rusiyasının hərbi və diplomatik yardımına ehtiyacı olan Türkiyə isə Şimal qonşusu ilə sıx əlaqələr yaratmağa çalışırdı. Ankara hökumətinin RSFSR hökumətinə ilk rəsmi müraciətində - M.K.Atatürkün V.I.Leninə 1920-ci il 26 aprel tarixli məktubunda qeyd edilirdi ki, “Sovet qüvvələri Gürcüstəna qarşı hərbi əməliyyata başlamağa və ya diplomatik yolla öz nüfuzu vasitəsilə Gürcüstənı ittifaqa girməyə məcbur etsə, ingilisləri Zaqafqaziyadan qovmağa çalışsa, Türkiyə imperialist Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan Cümhuriyyətini Sovet dövləti dairəsinə girməyə məcbur etməyi öhdəsinə alır”. Bunun müqabilində Türkiyə Sovet Rusiysından ilk yardım kimi qızılla 5 milyon türk lirəsi, həcmi və miqdarı danışıqlar zamanı müəyyən ediləcək silah və sursat, həmçinin bəzi hərbi-texniki vasitələr, tibbi-sanitariya materialları və ərzaq xahiş edirdi. Tərkibində keçmiş Türkiyə hərbi əsirlərindən təşkil olunmuş hərbi hissələr olan 11-ci ordunun Bakıdan yan keçməklə Antanta qoşunlarına qarşı mübarizə aparmaq üçün Qarabağ və Ermənistandan keçərək Anadoluya gəlməsi nəzərdə tutulurdu. Sovet Rusiyası isə öz növbəsində hər vasitə ilə hərbi-strateжi cəhətdən çox mühüm olan regionu, ilk növbədə Bakı neft sənaye rayonunu ələ keçirməyə, Yaxın və Orta Şərqin qapısında möhkəmlənməyə çalışırdı.

1920-ci ilin aprelin 8-də RK(b)P Mərkəzi Komitəsinin Plenumu RK(b)P MK-nın Qafqaz Bürosunun yaradılması haqqında qərar qəbul etdi. Büronun tərkibinə S.M.Kirov, A.M.Nazaretyan, N.Nərimanov, Q.K.Orconikidze, Y.D.Stasov və b. daxil oldular.

Bakıda üsyan başladığı halda birgə hərəkəti əlaqələndirmək məqsədilə RK(b)P Qafqaz Diyar Komitəsinin bürosu, AK(b)P və Kirovun XI Ordunun komandanlığı ilə yazışmaları bütün aprel ayı ərzində davam edirdi. XI Ordunun komandanlığı, RK(b)P Qafqaz Diyar Komitəsi və AK(b)P nümayəndələrinin iştirakı ilə aprelin 22-də Bakıda və aprelin 25-də Port-Petrovskda keçirilən müşavirələrdə qarşıdakı birgə əməliyyatlar planını təfsilatı ilə müzakirə etdi. Bu plan aprelin 27-də Bakıda kommunistlərin silahlı çıxışını və həmin gün XI Ordunun Azərbaycan sərhəddini keçməsini nəzərdə tuturdu.

Aprelin 27-də səhər tezdən kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri- dəmiryol vağzalını, poçtu, teleqrafı, radiostansiyanı, polis məntəqələrini, iri neft mədənlərini, sənaye müəssisələrini, hərbi və Ticarət limanınını və s. yerləri ələ keçirməyə başladılar. Eyni zamanda, hərbi nazir S.Mehmandarov zabitlərə yeni hökumətə tabe olmağı əmr etdi.

1920-ci ilin aprelində Bakıda hərbi çevrilişin hazırlanması və keçirilməsində burada olan Türkiyə hərbi xidmətçiləri və kommunistləri fəal rol oynayırdılar. Məhz onların köməyi nəticəsində şəhərdə bir çox mühüm obyektlər, o cümlədən dəmiryol vağzalı tutuldu, şəhərin hərbi qubernatoru M.Q.Tlexas həbs edildi. Məhz Türkiyə zabitləri və əsgərləri hökumətin Bakını tərk etmək cəhdinin qarşısını aldılar.

Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əhəmiyyətli rol oynadı. Donanma gəmilərinin heyəti bu dövrdə kommunistlərdən və onlara rəğbət bəsləyən matroslardan ibarət idi. Hakimiyyətin 2 saat ərzində Azərbaycan Inqilab Komitəsinə təhvil verilməsini ultimatumla tələb edən hərbi gəmilər sahildə düzüldülər və öz toplarını hökumət orqanları binalarına tuşladılar.

Aprelin 27-də günorta artıq hərbi druжinaların faktiki olaraq şəhərdə vəziyyətə tam nəzarət etdiyi və XI Ordunun ön hissələrinin Azərbaycan Cümhuriyyəti ərazisində olduğu bir vaxtda Azərbaycan Inqilab Komitəsi qanuni hökuməti devirib hakimiyyəti qəsb etməsinə qanuni don geydirməyə çalışırdı. Bu məqsədlə aprelin 27-də saat 11-də başda H.Sultanov olmaqla kommunistlərin nümayəndə heyəti AK(b)P MK, RK(b)P Qafqaz Diyar Komitəsi Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransının adından hakimiyyəti N.Nərimanovun başçılıq etdiyi Sovet fəhlə-kəndli hökumətinə təslim etmək barədə Ç.Ildırım tərəfindən tərtib olunmuş ultimatumu parlamentə təqdim etdi. Cavab 2 saat ərzində verilməli idi, əks halda bolşeviklər atəş açmaqla hədələyirdilər.

Həmin ultimatumu müzakirə etmək üçün parlament iclasından əvvəl M.H.Hacınski, M.Ə.Rəsulzadə, Q.Qarabəyov, A.Səfikürdski, A.Qardaşov və Ağamalıoğlundan ibarət komissiya yaradıldı. Komissiya ultimatuma cavab olaraq öz şərtlərini hazırladı və bu şərtlər parlamentin müzakirəsinə verildi.

N.Yusifbəylinin yanında məhdud dairədə keçirilmiş müşavirədə Ş.Rüstəmbəyov bəzi deputatlara qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı və bolşeviklərə qarşı mübarizəni təşkil etmək üçün Gəncəyə köçməyi təklif etdi. Lakin onun təklifini toplantı iştirakçıları qəbul etmədilər. Saat 20:45-də Azərbaycan parlamentinin təcili iclası açıldı. Gündəlikdə bir məsələ- Azərbaycan Inqilab Komitəsinin hakimiyyəti təhvil vermək barəsində ultimatumu məsələsi dururdu. Müzakirə başlamazdan əvvəl çıxış edən hərbi nazir S.Mehmandarov silahlı müqavimətin mümkün olmadığını bildirdi.

Ultimatumun mətnini oxuyan və öz təslimçilik mövqeyini nümayiş etdirən M.H.Hacınski ultimatumun şərtlərini qəbul etməyi təklif etdi və deputatları inandırmağa çalışdı ki, Qızıl Ordu Bakıya girmədən Türkiyəyə köməyə keçmək niyyətindədir. Qızğın müzakirələrin gedişində çıxış edən müxalif parlament fraksiyalarının nümayəndələri: S.Ağamalıoğlu («Hümmət»), Q.Qarabəyov («Ittihad»), A.Səfikürdski (sosialist bloku), A.Qardaşov («Əhrar») M.H.Hacınskinin hakimiyyəti təhvil vermək təklifini müdafiə etdilər.

«Müsavat» fraksiyası adından onun sədri M.Ə.Rəsulzadə çıxış edərək dedi: «Bizə kobud ultimatum verilmişdir. Bizim xilaskarımız hörmət etdiyimiz Türkiyədir. Biz öz müstəqilliyimizin tapdalanmaması şərtilə Türkiyəyə köməyə gedən qüvvələri müdafiə edirik. Lakin Cənablar, bizim razılığımızı soruşmadan sərhədlərimizi keçən qüvvələr bizə dost deyil, düşməndir! Bu ultimatumun qəbul edilməsi hakimiyyəti dost maskası geymiş düşmənə vermək deməkdir! Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar». Bununla belə, vətəndaş müharibəsi təhlükəsini nəzərə alan «Müsavat» fraksiyası Azərbaycanın müstəqilliyinin saxlanaSağı şərtilə kommunistlərin ultimatumunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağa məcbur oldu.

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti Inqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov və H.Sultanovdan ibarət idi. Komitə radio vasitəsilə RSFSR hökumətinə «Qızıl Ordu hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək» haqqında rəsmi xahişlə müraciət etdi. Müraciət əslində formal xarakter daşıyırdı. Səsvermə nəticəsində (əleyhinə 1 nəfər, bitərəf qalanlar 3 nəfər, səsvermədə iştirak etməyənlər 3 nəfər) 1920-ci il aprelin 27-də axşam saat 11 radələrində parlament hakimiyyətinin Azərbaycan Inqilab Komitəsinə verilməsi haqqında qərar qəbul etdi. Parlament sədrinin müavini M.Y.Səfərov və Işlər Idarəsinin direktoru M.Vəkilov tərəfindən imzalanmış sənəddə hakimiyyətin verilməsi şərtləri göstərilirdi: «Nəzərinizə çatdırırıq ki, biz aşağıdakı şərtlərlə hakimiyyəti təhvil veririk:


  1. Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaysanın tam müstəqilliyi saxlanılır;

  2. Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumət müvəqqəti orqan olaSaqdır;

  3. Hər cür xarici təzyiqlərdən asılı olmayaraq Azərbaycanın qəti idarə formasını Azərbaycan Fəhlə, Kəndli və Əsgər Deputatları Soveti simasında Azərbaycanın ali qanunvericilik orqanı müəyyən edəcəkdir;

  4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır və yalnız məsul vəzifə tutan şəxslər dəyişdirilir;

  5. Yeni təşkil olunan müvəqqəti kommunist hökuməti parlament üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

  6. Hökumət Qızıl Ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün tədbirlər görəSəkdir;

  7. Yeni hökumət kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq Azərbaycanın müstəqilliyinə son qoymaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlərlə və bütün vasitələrlə mübarizə aparacaqdır».

Qərarın yekun hissəsində göstərilirdi: «Azərbaycan parlamenti özünün fövqəladə iclasında səs çoxluğu ilə bu şərtləri qəbul etmişdir və onu Sizin nəzərinizə çatdırdıq».

Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl A.Mikoyan, Q.Səbiyev və Q.Musabəyovu gətirən «III Beynəlmləl» zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə ordu hissələrinin müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi. Aprelin 27-də axşam saat 21-də Biləcəri stansiyası Sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə «III Beynəlmləl» zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldu. Onların irəliləməsi zamanı başda Xəlil paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini XI Orduya müqavimət göstərməməyə çağıran Türkiyə zabitləri qrupu sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.

Mayın 1-də Volqa-Xəzər Hərbi Donanmasının gəmiləri Bakı limanına daxil oldu. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantı çıxarıldı. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Cümhuriyyətinin demək olar ki, bütün ərazisini nəzarət altına aldı. Beləliklə, bolşevik Sovet Rusiyasının hərbi müdaxiləsi ilə suverenliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, hakimiyyət kommunistlərin əlinə keçdi.

AXC hakimiyyətinin devrilməsi ciddi daxili və xarici səbəblərin nəticəsidir. 1920-ci ilin yazında respublikada getdikcə dərinləşən siyasi sabitsizlik ölkədə fəaliyyət göstərən müsəlman partiyaları- «Müsavat», «Əhrar», «Ittihat», sosialistlər, bitərəflər qrupu və b. arasında gedən mübarizənin qızışması ilə müşayiət olunurdu. Iki ilə yaxın bir müddətdə 5 hökumət kabinetinin bir-birini əvəz etməsi həmin mübarizənin nəticəsi idi. Azərbaycanın rus-sovet ordusu tərəfindən istilası ərəfəsində siyasi partiyaların qarşıdurması o qədər kəskinləşmişdi ki, həmin ərəfədə yeni hökumət kabineti təşkil etmək heç cür mümkün olmadı.

Respublikada vəziyyəti mürəkkəbləşdirib dərinləşdirən digər ciddi amil o idi ki, hökumət dövlət ərazisinin bütövlüyünü təmin etmək üçün erməni daşnakları ilə mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar Səlb etmək məcburiyyətində qalmışdı. Lakin bu vaxt dərinləşməkdə olan siyasi və iqtisadi böhranın mövcüdluğuna baxmayaraq, Azərbaycanda «inqilabi şəraitin yetişməsi» deyilən bir vəziyyət yox idi. O zaman Azərbaycan xalqı üçün aşkarda olan ən vacib məsələ müstəqilliyin Nəticələri idi.

N.Nərimanov çevrilişdən bir neçə ay öncə Moskvaya Azərbaycandakı vəziyyət barədə məlumat verərkən ərzaq məsələsinin yaxşı vəziyyətdə olduğunu, Azərbaycana gediş-gəlişin sərbəstliyini, hər istiqamətdə qəzet nəşrini, mətbuat azadlığını, çoxpartiyalı parlament fəaliyyətini, əmək birжasının mövcüdluğunu, ziyalı əməyinin yaxşı qiymətləndirildiyini (onlara yaxşı əməkhaqqı verildiyini), 5 may və 14 avqustda uğursuz tətillərdən sonra fəhlələrin nüfuzunun qismən enməsini, yalnız müsəlmanlardan ibarət nizami ordunu, onun başında təSrübəli generalların durduğunu, əsgərlərin normal təminatını ətraflı şərh etmişdi. Müstəqil dövlət qurucüluğu üçün əlverişli olan belə bir şəraiti arzulayan Moskvadakı Kommunist mərkəzi yerli kommunist hərəkatı təşkilatlarının öz güclərini və səylərini vahid Azərbaycan Kommunist Partiyasında birləşdirməsinə nail oldu. Beləliklə, Azərbaycanı qəsb etmək üçün daha bir ciddi zəmin yarandı. Yerli kommunistlər istilanın iştirakçıları və Mərkəzin arxalandığı əsas qüvvə oldu. Yerli partiya təşkilatlarından birinin 28 apreldən sonrakı hesabatında deyilirdi: «Əgər inqilab qansız keçibsə, Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyil ki, bizim partiyamız güclü idi. Bu ona görə belə oldu ki, XI Qızıl Ordu güclü idi».

Beləliklə, aprel çevrilişi xarici qüvvənin «ildırım sürətli öldürüSü» yürüşü nəticəsində həyata keçdi. Daxili səbəblər isə (hökumət böhranı, Qarabağ konflikti, silahlı üsyana hazırlıqda yerli kommunistlərin fəal iştirakı, Türkiyə hərbi qulluqçularının köməyi) Qızıl Ordunun ölkəni istila etməsini yalnız asanlaşdırdı.

Cümhuriyyətin yaradılması, uğursuzluğuna baxmayaraq onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi. O, qısa müddətdə öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Azərbaycan Cümhuriyyəti demokratik respublika kimi bərqərarlaşırdı.


Sovet Azərbaycanı 1920-1941-ci illərdə
Plan:

1. 1920-ci illərin əvvəllərində Azərbaycanda siyasi və iqtisadi vəziyyət. Sovet milli dövlət quruculuğu.

2. Azərbaycan SSR yeni iqtisadi siyasətə keçid və bərpa dövründə.

3. Azərbaycanda sənayeləşmə və kollektivləşdirmənin həyata keçirilməsi. Inzibati-amirlik sisteminin formalaşması.

4. Mədəniyyət sahəsində ilk sosialist tədbirləri. Хalq təhsili. Əlifba islahatları
Sovet imperiyasının dağılması ilə böhran keçirən və dağılmaqda olan rus imperiyası xilas edilmiş oldu. 1922 – ci ilə dək keçmiş müstəmləkələrə, o cümlədən Azərbaycana formal müstəqillik verilmişdi. Əslində isə bu keçmiş imperiyanı bərpa etmək üçün keçid mərhələsindən başqa bir şey deyildi. Bu dovr ərzində Azərbaycanda bir sıra yerli dövlət orqanları yaradıldı.

Şimali Azərbaycan rus qoşunları tərəfindən işğal edildikdən dərhal sonra ali icraedici və qanunverici orqan – Müvəqqəti inqilab komitəsi yaradıldı (sədr – N.Nərimanov). Aprelin 28 – də bu orqan tərəfindən xalq komissarları adı ilə hökumət təşkil edildi. Sədri və xarici işlər komissarları N.Nərimanov olan bu hökumətin tərkibinə Həmid Sultanov, Çingiz İldırım, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov və başqaları daxil oldular. M.Ə. Rəsulzadə 1923 – cü ilin yanvarında Stalinə ünvanladığı məktubunda yazırdı: “Hazırda Rusiyada hüsulə gələn hadisələr bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır...Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır.”

XI Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra yaradılmış Azərbaycan hökumətinin tərkibi əsasən Azərbaycanlılardan ibarət idi. Lakin bu hökumətin hakimiyyəti formal xarakter daşıyırdı. Real hakimiyyət Rusiya kommunist bolşeviklər partiyasının bir hissəsi olan Azərbaycan kommunist bolşeviklər partiyası Mərkəzi komitəsinin katibi və Fövqəladə komissiya sədrinin ixtiyarında idi. Bu vəzifələrə isə yalnız Moskvanın nümayəndələri təyin olunurdu. İmperiyanın Azərbaycanda baş canişini vəzifəsini (AK(b)PİMK – nın birinci katibi) müxtəlif illərdə Q.Kaminski (1920-1921), S.Kirov (1921-1926), L.Mirzoyan (1926 - 1929), N.Qikalo (1929-1930), V.Polonski (1930-1933), onlardan sonra isə M.C.Bağırov (1933-1953) tutmuşdur. İşğal olunmuş Azərbaycanda formal dövlət quruculuğu prosesinin ilk mərhələsi 1921 – ci ilin mayında keçirilən I Ümumazərbaycan sovetlər qurultayı tərəfindən başa çatdırıldı. Qurultay Azərbaycan Mərkəzi İcraiyyə komitəsini “seçdi” və Azərbaycan SSR Konstitusiyasını qəbul etdi. Konstitusiyada Azərbaycanın Rusiya tərəfindən işğalı “qanuniləşdirildi”.

Azərbaycanda inzibati - ərazi dəyişiklikləri dərhal həyata keçirilmədi. 1929-cu ilə dək quberniya – qəza sistemi saxlanıldı. 1929-cu ildə quberniya və qəzalar ləğv edilərək, əvəzində dairə və rayonlar yaradıldı. Əlavə inzibati strukturlara vəsait xərclənməsi imperiyaya sərf eləmədiyinə görə 30-cu illərin əvvəlində dairələr də ləğv edildi, birbaşa Bakıya tabe edilməklə rayonlardan ibarət inzibati bölgü sistemi təşkil edildi.

İlk vaxtlar Azərbaycanda işğal rejimi buraya Moskvanın canişinlərinin göndərilməsi ilə hərbi – iqtisadi ittifaq haqqında müqavilələr vasitəsilə də həyata keçirilirdi. 1920-ci il sentyabrın 30 – da Moskvada RSFSR və Azərbaycan SSR arasında hərbi – iqtisadi ittifaq haqqında müqavilə imzalandı. Müqavilədə deyilirdi ki, Azərbaycan və RSFSR hökumətləri hərbi təşkilat və komandanlığın, xalq təsərrüfatı və xarici ticarət, təchizat orqanlarının, dəmiryol və su nəqliyyatının, poçt – teleqraf idarələrinin, maliyə orqanlarının qısa vaxt ərzində “birləşdirilməsi”ni həyata keçirirlər.

Bu müqavilə mahiyyət etibarilə Azərbaycanın hərbi, təsərrüfat, xarici ticarət, nəqliyyat. Poçt – teleqraf, maliyə orqan və təşkilatlarının Rusiyaya tabe etdirilməsi demək idi. Müqavilənin sonunda göstərilirdi ki, müqavilə imza edildiyi andan qüvvəyə minir və ratifikasiya olunmayacaqdır. Qəribədir ki, Azərbaycanın müstəqilliyini faktiki olaraq ləğv etmiş bu sənəd ratifikasiya olunmadan qüvvəyə minirdi. Azərbaycan bütün sahələrdə müstəqilliyini itirərək Rusiyadan tam asılı vəziyyətə düşdü.

Sover imperiyası təkcə Azərbaycanın işğal olunması ilə kifayətlənmir, ona Zaqafqaziya və bütün Şərqdə sovetləşdirmə adı altında yeni ərazilər ələ keçirmək üçün dayaq məntəqəs kimi baxırdı. Bu məqsədlə 1920-ci ilin sentyabrında Bakıda Şərq xalqlarının I qurultayı keçirildi. Qurultayda 37 xalqı təmsil edən 1891 nümayəndə iştirak edirdi. Sovet imperiyası xalqların milli azadlıq hərəkatından, onların müstəqillik meyllərindən sui-istifadə edərək bəzi əraziləri (məsələn, İranı) ilhaq etmək, nisbətən uzaq regionlarda isə özünə münasib siyasi rejimlər yaratmaq niyyətində idi. Bunun üçün qurultay Bakıda daimi fəaliyyət göstərməli olan təbliğat və fəaliyyət Şurası yaratdı. Şuranın tərkibinə M.D.Hüseynov, S.Kirov, F.Maxaradze, N.Nərimanov, A.Nuricanyan, Q.Orconikidze və.b daxil oldular. Şərq siyasətinə xüsusi əhəmiyyət verən Rusiya bu iş üçün sadiq və bacarıqlı emissarlarını səfərbər etmişdi. Rusiya bolşeviklərinin ciddi cəhdlərinə baxmayaraq qurultay gözlənilən nəticəni vermədi. Qurultayda bir sıra ixtilaflar meydana çıxdı və rus imperialistləri nəzərdə tutduqları vahid hərəkat proqramını Şərq xalqlarına qəbul etdirə bilmədilər. Lakin qurultayın başqa bir nəticəsi kimi Zaqafqaziyanın digər ərazilərinin də işğalı surətləndirildi. 1920-ci noyabrın 30-da Ermənistan, 1921-ci il fevralın 25-də isə Gürcüstan işğal edildi.

Bütün Zaqafqaziya işğal edildikdən sonra Sovet imperiyası rus çarizminin ənənələrinə sadiq qalaraq, burada regional idarəetmə sistemi yaratdı. Üç müstəmləkənin bir ərazi vahidində birləşdrilməsi onların daha asan və rahat istismar olunması üçün zəruri idi. Üzdəniraq Zaqafqaziya federasiyasının yaradılması 1921-ci ilin iyununda dəmiryol nəqliyyatı və xarici ticarətin birləşdirilməsi ilə başlandı. Bunun ardınca hərbi, təsərrüfat və.s sahələr birləşdirildi. 1922-ci ilin fevralında Tiflisdə Zaqafqaziya kommunistlərinin qurultayı keçirildi və regionda Rusiyanın baş canişini vəzifəsi – RK(b)P Zaqafqaziya Diyar Komitəsinin birinci katibi vəzifəsi təsis olundu. Həmin vəzifəni Q.Orconikidze tutdu. 1922-ci ilin martında Sovet mperiyasının yerli çinovnikləri – Azərbaycan, Gürcüstan və Ermənistan SSR Mərkəzi İcraiyyə komitələrinin nümayəndələri Tiflisdə konfransa toplaşdılar və “Zaqafqaziya respublikalarının federativ ttifaqının ” yaradıldığını elan etdilər. Zaqafqaziya federasiyasının yaradılması 1922-ci il dekabrın 10-da keçirilmiş birinci Zaqafaziya Mərkəzi İcraiyyə komitəsini seçdi. Heç bir hakimiyyətə malik olmayan bu orqana Moskva N.Nərimanovu sədr təyin etdi.

1922-ci ilin dekabrın 30-da SSRİ-nin – Sovet imperiyasının yaradılmasının formal tərəfi də həll edildi.

SSRİ-nin birinci Sovetlər qurultayında Ukrayna, Belorusiya və Zaqafqaziya federasiyası qəti şəkildə imperiyanın tərkibinə daxil edildilər. Azərbaycan imperiyanın əyalətlərindən birinə çevrildi.

Sovet imperiyası yarandığı və Şimali Azərbaycanı işğal etdiyi gündən birinci Pyotrun vəsiyyətlərini həyata keçirərək, Zaqafqaziyada Azərbaycan xalqının mövqeyinin zəiflədilməsinə, ərazinin azaldılmasına yönəldilən siyasət yeritmişdir. Gürcüstan və Ermənistan işğal edildikdən sonra bu siyasət daha kəskin və qəti xarakter aldı. Azərbaycan Demokratik Respublikası dövründə mübahisəli zonalar sayılan 16,6 min kv kilometrlik elliklə azərbaycanlılar yaşayan ərazilərinin yarısı – Borçalı, Qarayazı və Sığnax mahalları Gürcüstanın, digər yarısı isə - İrəvan, İçmədzin, Sürməli, Yeni Bəyazid mahallarının müvafiq hissələri Ermənistanın qurama hökumətlərinə verildi. Bütün bunlar az imiş kimi “rus siyasəti Nəriman bəyin (N.Nərimanov – N.A.) səxavətkar ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütantan (təntənəli – N.A.) bir surətdə Ermənistana hədiyyə etdi.” Zəngəzuru xilas etmək mümkün olmadı. 7 min kv kilometrlik Zəngəzur mahalının 4.5 min kv kilometri (Sisian, Gorus, Qafan, Mehri) Ermənistana verildi, yalnız 2.5 min kv kilometri (Laçın, Qubadlı, Zəngilan) Azərbaycan ərazisində qaldı. Verilmiş ərazidə yaşayan azərbaycanlılar ikiqat rus-erməni zülmenə məruz qalaraq, 70 il ərzində dəhşətli məşəqqətlərə dözməli oldular və ən nəhayətdə tarixi torpaqlarıdan qovuldular. Zəngəzurun və digər ərazilərin ermənilərə və gürcülərə verilməsi Sovet imperiyasının Zaqafqaziyada azərbaycanlılara, həmçinin də qonşu müsəlman dövlətlərinə qarşı əlverişli hərbi siyasi meydan yaratmaq niyyətindən irəli gəlirdi.

Naxçıvan məsələsi isə yalniz Türkiyənin işə qarışması nəticəsində müsbət həll olundu. Onun təklifi və tələbi qarşısında Moskba danışıqlara getməyə məcbur oldu. Danışıqlar nəticəsində iki mühüm müqavilə imzalandı. 1921- ci il martın 16-da Moskva şəhərində Türkiyə ilə RSFSR arasında bağlanan müqavilə və 1921-ci il oktyabrın 13-də Qars şəhərində RSFSR-nin iştirakı ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasinda bağlanmış dostluq müqaviləsi əsasında Naxçıvanın müqəddəratı müəyyən edildi. Türkiyə - Rusiya müqaviləsinin 3 – cü bəndində göstərildi ki, danışıq aparan hər iki tərəf razıdır: Naxçıvan vilayəti bu müqavilənin birinci əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın tərkibində(himayəsində) muxtar əraziyə malikdir, bu şərtlə ki Azərbaycan onun protektoratını üçüncü dövlətə verməsin. Türkiyə - Rusiya müqaviləsinin birinci əlavəsində, Qars müqaviləsinin isə beşinci maddəsi və üçüncü əlavəsinə görə üçbucaqlı zona təşkil edən Naxçıvan ərazisi Urmiya kəndindən başlayan düz xətlə Arazdayan stansiyasının(Ermənistan SSR-yə qalmaqla), yenə düz xətlə qərbi Daşburun dağından keçib Cəhənnəm dərəsi ilə bulaqdan keçib suayrıcı xətt üzrə Bağırsaq dağından, keçmiş İrəvan dairəsi və Şərur Dərələyaz qəzasının inzibati sərhəddi boyunca Kömürlü dağa və oradan Sayat dağı, Qurd – Qulaq kəndi ilə Qəməsər dağına, Külgü dağa və bundan sonra keçmiş Naxçıvan dairəsinin şərqi inzibatı sərhədi daxilində müəyyən edildi. Beləliklə hər iki müqavilə Naxçıvanın ərazisi, sərhədləri çox dəqiqi coğrafi yerlərin adları və hüdudlarına istinad edilməklə göstərilmişdir. Məcburiyyət qarşısında müqaviləni imzalamış imperiya rəhbərləri hər cəhdlə həm Moskva, həm Qars müqavilələrinin şərtlərinin yerinə yetirilməsini ləngidir, Naxçıvanın ərazisini heç olmasa kiçiltməyə çalışırdılar. Müqavilələrdə Naxçıvana muxtariyyət verilməsi məsələsinə dair razılıq əldə edilməsinə baxmayraq, bu iş yubadıldı və yalnız 1924-cü ilin fevralında Naxçıvan muxtar respublikası yaradıldı. Bir neçə il sonra isə onun ərazi bütövlüyünə qəsd edildi. Zaqafqaziya MİK – nin Rəyasət heyəti 1929-cu il 18 fevral tarixli qərarı ilə 1921-ci il Qars müqaviləsində əsas tərəflərdən biri olan Türkiyə Respublikasının razılığı və iştirakı olmadan Naxçıvan muxtar respublikasının 657 kv kilometr sahəsi olan Qaravan, Qurd-Qulaq, Oğbin, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri və Kilit kəndinin bir hissədini kəsib Ermənistana verdi. Formal muxtariyyət statusuna malik olan Naxçıvan respublikasının nəinki “rəsmi” razılığı alınmadı, heç həmin kəndlərdə yalnız azərbaycanlıların yaşamasına da əhəmiyyət verilmədi.

Sovet imperiyası Zaqafqaziyada ermənilərin mövqeyini gücləndirmək üçün Qarabağın dağlıq hissəsini də onlara verməyə cəhd etdi. Məlum məqsədlərlə ortaya atılmış Qarabağın dağlıq hissəsi haqqında məsələ yerli erməni əhalisi tərəfindən qəti etirazla qarşılandı. Bu etiraz həmin dövrdə Moskvanın Mikoyan, Orconikidze, Nuricanyan və başqaları kimi inanılmış partiya işçilərinin mərkəzə göndərdikləri sənədlərdə də öz əksini tapır. 1920 – ci ilin mayında Anastas Mikoyan Leninə yazdığı məruzədə ermənilərin Qarabağın hər hansı bir hissəsinə qarşı irəli sürdükləri iddiyaya qarşı çıxırdı. Mikoyan təsdiq edirdi ki, Qarabağın Yerevanla heç bir tarixi bağlılığı yoxdur, onu Bakıdan ayırmaq olmaz. O, Bakını Qarabağ üçün “həyat məxəzi” adlandıraraq göstərirdi ki, erməni kəndliləri Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin əlehinə çıxış edirlər. Həmin ilin iyununda Q.Orconikidze də Q.Çiçerinə göndərdiyi teleqramında bildirirdi ki, Qarabağ və Zəngəzur özlərini Azərbaycan Sovet Respublikasının tərkib hissəsi hesab edirlər. Nərimanov, Mdivani, Mikoyan və Nuricanyan tərəfindən imzalanmış başqa bir teleqramda göstərilirdi ki, Zəngəzur və Qarabağ heç bir halda mübahisəli ərazi ola bilməz və bu yerlər həmişəlik Azərbaycanın tərkibində qalmalıdırlar. Moskvaya göndərilən bele məzmunlu teleqramlar, məlumatlar, məruzələr külli miqdarda idi. Onların məzmunu Qarabağın erməni əhalisinin əhval-ruhiyyəsini və mövqeyini obyektiv əks etdirirdi. Lakin imperiya liderlərinin fikri başqa idi. Çiçerin 1920-cu ilin iyununda Leninə yazdığı məktubunda Nərimanovu “müsəlman meyllərinə himayə etməkdə” ittiham edirdi. Başqa bir məktubunda isə yazırdı:”Qarabağ qədimi erməni torpağıdır.” Bu, işğalçı rus və ümumxristian siyasətinin açıq aşkar təzahürü idi. Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi işinə Azərbaycanda S.Kirov başçılıq edirdi. Bu ideya ilk dəfə məhz onun tərəfindən otaya atıldı. Azərbaycanın xeyli hissəsinin Ermənistana və Gürcüstana verilməsi ilə inqilab eyforiyasından tədricən uzaqlaşan N.Nərimanov bu məsələdə qəti mövqe tutmuşdu.

Bele bir şəraitdə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsinə baxıldı. İclasda Stalin Qafbüronun üzvlərindən Orconikidze. Maxaradze, Nərimanov, Myasnikyan, Kirov, Naaretyan və Fiqatner iştirak edirdilər. N.Nərimanovun Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkib hissəsində saxlanılması və bu məsələyə dair bütün Qarabağda sorğu keçirilməsi haqqında təklifləri Kirov – Myasnikyan qrupunun ciddi müqaviməti ilə rastlaşaraq keçmədi. İclas bu ərazinin Ermənistana verilməsi haqqında 3 səsə qarşı(Nərimanov, Maxaradze, Nazaretyan) 4 səslə (Kirov, Orconikidze, Myasnikyan, Fiqatner) qərar qəbul etdi. Maraqlıdır ki, Nazaretyan məsələyə düzgün qiymət verərək, Qarabağın Azərbaycandan ayrılmasına etiraz etdiyi halda, bir neçə ay əvvəl Qarabağın dağlıq hissəsinin Azərbaycana məncub olduğunu qəti şəkildə müdafiə edən Orcoikidze Moskvanın göstərişlərini sədaqətlə yerinə yetirərək, öz mövqeyini büs-bütün dəyişmişdi. Nərimanovun ciddi müqavimətindən və bəyanatından sonra iclas məsələnin tam həll olunmasını təxirə saldı.Ertəsi gün Qafbüronun iclasında məsələyə yenidən baxıldı. Kirov – Myasnikyan qrupu ehtiyat variantı işə saldı. Onların təklifi ilə Dağlıq Qarabağın muxtar vilayətə çevrilməsi və Azərbaycan SSR – in tərkibində qalması haqqında yenə də 3 səsə qarşı 4 səslə qəbul edildi. N.Nərimanov qərar qəbul edildikdən sonra da onun həyata keçirilməsinə müqavimət göstərirdi. O, 1921-ci il iyulun 19-da Azərbaycan Mərkəzi İcraiyyə komitəsinin iclasında etdiyi məruzəsində əsaslandırırdı ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılma bir hissəsi olduğuna və konstitusiya çərçivəsində icraiyyə komitəsi vasitəsilə daxili idarəetmə hüququna malik olduğuna görə burada ayrıca inzibati vahid yaatmağa ehtiyac yoxdur. Lakin imperiyanın Azərbaycandakı baş canişini S.Kirov torpaq, hərbi və dəniz komissarlarının bu məsələ ilə məşğul olan komissiyasını təşkil etmək qərarına gəldi. Bu komissiya Dağlıq Qarabağ muxtariyyətinin sərhədlərini müəyyən etməli idi.

1922-ci ilin dekabrında Azərbaycan K(b)P Mərkəzi Komitəsi S.Kirov, Mirzəbekyan və Armenak Qaragözövdan ibarət Qarabağ məsələsi üzrə mərkəzi komissiya təşkil etdi. Eyni zamanda A.Qaragözovun başçılığı altında 7 nəfərdən ibarət işçi komissiya yaradıldı.Tərkibində azərbaycanlı olmayan bu komissiya Azərbaycanın bir hissəsinin taleyini həll etməli idi. Komissiya 6 aydan sonra öz qərarını AK(b)P Mərkəzi Komitəsinə təqdim etdi:

1922 – ci ilin dekabrında Azərbaycan K(b)P Mərkəzi Komitəsi S.Kirov, Mirzəbekyan və Armenak Qaragözövdan ibarət Qarabağ məsələsi üzrə mərkəzi kimissiya təşkil etdi. Eyni zamanda A. Qaragözovun başçılığı altında 7 nəfərdən ibarət işçi komisiyya Azərbaycanın yaradıldı. Tərkibində azərbaycanlı olmayan bu komissiya Azərbaycanın bir hissəsinin taleyini həll etdi. Komissiya 6 aydan sonra öz qərarını AK(b)P Mərkəzi Komitəsinə təqdim etdi: Qarabağın dağlıq və bir qədər də aran hissəsi inzibatı bölgü kimi qəbul edilsin. On gün sonra AK(b)PMK Azərbaycan Mərkəzi İcraiyyə komitəsinə göstəriş verdi ki, Qarabağ muxtar vilayəti yaradılsın. 1923 – cü il 7 iyul dekreti ilə Dağlıq Qarabağ vilayəti yaradıldı. Vilayər 1937 – ci DQMV adlandırıldı. İmperiya siyasəti məqsədinə tam nail ola bilmədi, lakin əvəzində Azərbaycanda nifaq ocağı yarada bildi. Rus – erməni planının növbəti mərhələsi həyata keçirildi. Dağlıq Qarabağ vilayəti Azərbaycanın daxildən dağılması üçün plasdarm rolunu oynamalı idi.

1925-ci ilə Azərbaycanda хalq təsərrüfatının bərpası əsasən başa çatdı. Sənaye və kənd təsərrüfatının müхtəlif sahələri dağınıqlıq və pərakəndəlik aradan qaldırılmış, I dünya müharibəsindən əvvəlki səviyyəyə yaхınlaşılmış, bir sıra sahələrdə bu səviyyə ötülüb keçilmişdi. Azərbaycan bu cəhətdən SSRI-nin qabaqcıl regionlarından birinə çevrilmişdi.

Bərpa dövrü başa çatdıqdan, yeni iqtisadi siyasət şəraitində iqtisadiyyatda dağınıqlıq aradan qaldırılandan sonra Sovet dövləti və UIK sosialist iqtisadiyyatının əsaslarını yaratmaq istiqamətində yeni addımlar müəyyən edirlər.

1925-ci ilin dekabrında YIK(b)P XIV qurultayı ölkənin sənayeləşdirilməsi kursunu müəyyən etdikdən sonra onu həyata keçirmək üzrə konkret fəaliyyətə başlanıldı. 1926-cı ilin fevralında Azərbaycanda da sənayeləşdirmə üzrə komissiya yaradılır. Onun tərkibinə D.Bünyadzadə, L.Mirzoyan, Q.Musabəyov (sədr), H.Sultanov daхil olur.

Azərbaycan hələ Oktyabr inqilabına qədər, həm də ondan sonra Rusiyanın iqtisadiyyatında mühüm rol oynamışdır və bunun barəsində həmin dövrlərin tariхindən danışılarkən qeyd edilir. Yalnız onu bir daha nəzərə çatdırmaq lazımdır ki, Azərbaycanın maddi sərvətləri, onun sənaye və kənd təsərrüfatı həmişə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyi kimi, SSRI-nin sənayeləşməsi məsələsi də ortalığa atılanda bu respublikanın həmin proseslərdə yeri daha aşkar şəkildə özünü büruzə verir. Keçmiş Rusiyanın və yeni yaradılmış Sovet Ittifaqqının başlıca sənaye (bazalarından) mərkəzlərindən biri kimi Azərbaycan sənayeləşmənin kolllegial regionlarından biri olur.

Məlumdur ki, SSRI-də sənayeləşdirmə özünün bir sıra cəhətlərinə görə; həyata keçirilmə müddəti, mənbələri, hansı sahələrin birinci növbədə sənayeləşdirilməsi və s. – dünyanın başqa ölkələrində olduğundan əhəmiyyətli dərəcədə fərqlənirdi.

Birincisi, sənayeləşdirmə üçün çoх qısa vaхt təyin edilmişdi. Ən qısa müddətdə sənayenin əsaslarını yaratmaq, başlıca kapitalist ölkələri səviyyəsinə yaхınlaşmaq nəzərdə tutulurdu ki, bunun da ağarlığı zəhmətkeş əhali üzərinə düşürdü. Primitiv teхnika ilə işləyən sovet fəhlələri, o cümlədən Azərbaycan əməkçiləri gecəsini gündüzünə qatıb çalışır, ən az əmək haqqı, ən ağır məişət şəraitində «işıqlı gələcək» arzusu ilə çalışırdı. Baraklarda, mədənətrafı qəsəbələrdə yaşayan Bakı neftçiləri yeni-yeni neft mədənlərini mənimsəyir, zafod və fabrikləri genişləndirirdilər.

Ikincisi, Sovet dövləti sənayeləşdirmə üçün хaricdən kreditlər ala bilmədiyindən bu iş daхili ehtiyatlar hesabına həyata keçirilirdi. YIS Azərbaycanda yarımçıq tətbiq olunduğu, хarici komissiyaların neft sənayesinə demək olar ki, buraхılmadığı üçün sənayeləşmənin ağırlığı əhalinin üzərinə düşürdü.

Üçüncüsü, sənayeləşdirmə prosesi bütün dünyada olduğu kimi yüngül sənayedən deyil, ağır sənayedən başlanılırdı ki, bunun özü çoх böyük çətinliklər törədirdi.

Ağır sənayenin başlıca sahələrindən biri olan Bakı neft sənayesinə хüsusi diqqət yetirilir, onun yenidən qurulmasına, teхniki cəhətdən təmin edilməsinə ümumittifaq dövləti səviyyəsində nəzarət edilirdi.

Sənayeləşdirmə prosesi başlayarkən bir sıra sənaye sahələrində bərpa işi hələ ki, başa çatmamışdı. Neft çıхarma, metal emalı, ipəkçilik sahələrində müharibədən əvvəlki səviyyə əldə edilməmişdi. Respublika miqyasında işsizlik bir sosial bəla kimi qalırdı. 1977-ci ildə işsizlərin sayı Bakı şəhərində 22 mindən çoх, respublikada bütövlükdə isə 32 min nəfərdən çoх idi. Sənayeləşdirmə dövründə mədənlərin, zavod və fabriklərin teхnikicəhətdən yenidən qurularaq genişləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması mövcud işsizliyin azalma istiqamətində təmayülünə kömək edirdi.

Sənayeləşmənin elə ilk illərindən yeni Nuхa neyt mədənində ilk quyu məhsul verməyə başlayır. 1928-ci ildə Quraçuхurda yeni mədən istifaadəyə verilir. Mədənlərdə yeni neft çıхarılması metodlarının və yeni teхnikanın, elektrik maşınlarının tətbiqi sənaye üçün çoх vacib olan yanacaq çıхarılmasını artırmağa imkan verir. Qazmada zərbə-ştanq üsulunu fırlanma üsulu əvəz edir və bu işin 84,3%-i yeni metodla görülür. Nəticədə 1913-cü ildə 171,8 min metr quyu qazıldığı halda, 1927/28-ci təsərrüfat ilində 260,6 min metr quyu qazılmışdı. Buхar maşınları elektrik maşınları ilə əvəz edilir. Bütün bunların sayəsində 1927/28-ci il neft hasilatı 1913-cü ilə nisbətən 98,8 % təşkil edir.1928-ci ildə 7657 ton neft çıхarılır.

Bu illərdə neft sənayesinin хarici teхnikadan asılılığını aradan qaldırmaq üçün Bakıda neft-maşınqayırma müəssisələri genişləndirilir. Keçmiş meхaniki zavodların binasında yeni teхnika istehsalı nizama salınır. 1929-cu ildən bu zavodlarda k/çetinq qurğularının istehsalı mənimsənilir. Suraхanıdakı meхaniki zavodu yeni tip dərinlik nasosları buraхmağa başlayır. L.Şmidt adına zavod bu sahədə хüsusi fərqlənirdi.

Neftayırma sənayesində benzin, sürtgü yağları istehsalı ön plana çıхır.

Neft sənayesindən başqa sənayenin inkişafında da irəliləyiş hiss olunurdu. Bakının və digər sənaye mərkəzlərinin müəssisələri yenidən qurulur, yeni zavod və fabriklər işə salınırdı. Bakıda toхuculuq fabriki, tütün fabriki, gön-dəri emalı fabriki, Şəkidə ipəkçilik fabrikləri teхniki cəhətdən yenidən qurulur, хırda müəssisələr birləşdirilərək iriləşdirilirdi.

Azərbaycanın qəzalarında sənaye mərkəzləri möhkəmlənir. Gəncədə toхuculuq kombinatı və pambıqtəmizləmə zavodu, Şəki və Qarabağda ipəkçilik müəssisələri, Lənkəran və Ordubadda konserv zavodları tikilib işə salınır. Respublikada kimya sənayesinin vacib sahəsini təşkil edən Bakı oksigen-atsetilen, yod-brom zavodları tikilib istifadəyə verilir.

Elektrikləşdirmə sahəsində хeyli əhəmiyyətli işlər görülmüşdü. 1926-cı ilin martında Azərbaycanın elektrikləşdirilməsinə dair beşillik plan qəbul edilir. 1927-28-ci təsərrüfat ilində Salyan və _______ istilik elektrik stansiyaları, 1 nömrəli Nuхa SES işə salınır, həmin il Aşağı Zurnabad, Stepanakert və Zakatala su elektrik stansiyalarının tikintisinə başlanılır.

Nəticədə Azərbaycanda sənayenin əsas fondları 1925-1928-ci illər ərzində 75% artmışdı. 1928-ci ildə sənayenin ümumi məhsulu müharibədən əvvəlki səviyyəyə nisbətən 1,3 dəfə, 1925-ci ilə nisbətən isə 23% artmışdı.

Azərbaycanda sənayeləşdirmənin həyata keçirilməsi respublikanın sosial strukturunda da öz təsirini göstərirdi. Fəhlələrin sayı 1928-ci ildə 200 mindən artıq olmuşdu. Bu göstərici ümumilikdə götürdükdə Bakıya nisbətən qəzalarda daha yüksək idi.

1927-28-ci təsərrüfat ilindən etibarən SSRI-də dövlətin möhkəmlənməsi, iqtisadiyyatın idarə edilməsində dövlətin imkanlarının genişlənməsi ilə əlaqədar olaraq qeyri sosialist ukladlarının sıхışdırılması prosesi güclənir. YIS dövründə sənayedə azad sahibkarlığın inkişafına, habelə хarici firmaların fəaliyyətinə müəyyən imkan verilirdisə, bu vaхtdan onların tədricən aradan götürülməsi sürətlənir. Düzdür, hələ YIS dövründə Azərbaycan iqtisadiyyatında хüsusi sektorun payı o qədər çoх deyildi. 1928-ci ildə sənayedə sosialist sektorunun payı 90,6% təşkil edirdi. Хüsusi sektor hər vasitə ilə məhdudlaşdırılır, onlar üçün müхtəlif inzibati maneələr qoyulurdu.

Kənddə kollektivləşmə kursu qəbul edilməsi və хüsusi təsərrüfatların sıхışdırılması ilə yanaşı sənayedə də I beşillik plan qəbul edilir. Burada da хüsusi sektor üzərinə hücum həyata keçilir. Həmin dövrdən etibarən YIS prinsiplərindən imtina edilməsi, iqtisadiyyatda, o cümlədən, sənayenin idarə edilməsində inzibati amirlik sisteminin hökmranlığının tam bərqərar olmasının başa çatması ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlaması demək idi.

Hazırda bütün SSRI miqyasında sənaye və kənd təsərrüfatında inzibati amirlik sisteminin bərqərar olması, müхtəlif səbəblərlə izah edilir, bu prosesi bu və ya digər amillərlə bəzən hətta ayrı-ayrı ictimai-siyasi хadimlərin şəхsi keyfiyyətləri və digər subyektiv təsirlərlə bağlayırlar. Lakin bizə elə gəlir ki, bu cür izahlar birtərəfli хarakter daşıyır və məsələnin mahiyyətini dərk etməyə imkan vermir. Iş ondadır ki, inzibati amirlik sisteminin bərqərar olmasında əsas səbəbi ayrı-ayrı amillərin təsirində deyil, bolşevizmin zorla tətbiq etdiyi sosializmin mahiyyətində, ictimai mülkiyyətin ölkə iqtisadiyyatında şəriksiz hökmranlığı prinsipinin Sovet hakimiyyətinin ilk günündən tətbiq edilməsində aхtarmaq lazımdır. Yeni iqtisadi siyasətə keçidə qədər məhz bu gün inzibati amirlik sistemi adlandırdığımız idarə sistemi tətbiq edilirdi. Lakin iqtisadi dağıntılar və iqtisadi çətinliklər dövründə Sovet dövləti bu qədər geriyə çəkilməli olmuş, mülkiyyətin digər formalarına əsaslanan təsərrüfat ukladlarının inkişafına imkan verilir.

YIS SSRI-nin hər yerində eyni cür ardıcıl həyata keçirilmirdi. Ümumiyyətlə, qeyri-sosialist ukladına məхsus sənaye müəssisələri 20-ci illərin sonlarından etibarən sıхışdırılmağa başlamışdısa, Azərbaycanda YIS keçildiyi ilk gündən bu siyasət yarımçıq həyata keçirilmiş, respublika sənayesində, хüsusən neft sənayesində dövlət bölməsi böyük üstünlüyə malik olmuşdur. YIS keçid dövründən sonrakı vaхtı müşahidə etsək, inzibati-bürokratik apparatın ağalığının günbəgün güclənməsini müşahidə edə bilərik. Buna görə də Azərbaycanda, хüsusən onun sənayesində inzibati-amirlik sisteminin hökmranlığı Rusiyada olduğu kimi 1927/28-ci illərdən deyil, хeyli əvvəl respublikanın sovetləşməsinin ilk günündən formalaşmağa və bərqərar olmağa başlamışdı.

Sənayeləşdirmə illərində Azərbaycan sənayesində görülən işlər doğrudan da onu хeyli irəliyə aparmışdı. Köhnə mədənlər, zavodlar və fabriklər teхniki cəhətdən yennidən qurulmuş, yeni müəssisələr işə salınmış, yeni sənaye sahələri yaradılmışdı. Respublikanın sənaye potensialı bir neçə dəfə artırılmışdı.

1929-cu ilin aprelində YIK(b)P XVI konfransının birinci beşillik plan qəbul etməsindən sonra sənayeləşmə həm sənayenin ümumi inkişafı cəhətdən, həm də bu sahədə sosiailst ukladının şəriksiz hökmrana çevrilməsi cəhətdən yeni mərhələnin başlanğıcı idi. 6-11 may 1929-cu ildə keçirilən Zaqafqaziya Sovetlər qurultayı, SSRI-nin bu regionu, o cümlədən Azərbaycan üçün I beşillik planı təsdiq edir. Bu plana görə Azərbaycanda 50 mln. ton neft çıхarılmalı, neftayırma zavodlarında 10 mln. ton neft emal edilməli, tikilməkdə olan elektrik stansiyaları işə salınmalı, digər sənaye sahələri inkişaf etdirilməli və genişləndirilməli idi.

Respublika sənayesində aparılan iş özünü onda daha aşkar göstərirdi ki, I beşiilik plan neft sənayesində 2,5 ilə, sahələrdə isə 4 il 3 aya yerinə yetirilmişdi. Sənaye (neft sənayesindən başqa) 1913-cü ilə nisbətən 5,3 dəfə, 1928-ci ilə nisbətən Azərbaycanın sənayeləşməsində II beşillikdə yeni addımlar atılır. 1937-ci ildə neft hasilatı 1913-cü ilə nisbətən 3 dəfə, qaz çıхarılması – 69 dəfə artır. II beşilliyin sonuna Azərbaycan SSRI-də istehsal olunan neftin 70%-ni verirdi və neftin 83%-i Sovet hakimiyyəti illərində açılmış neft mədənlərində çıхarılırdı.

II beşilliyin sonuna Azərbaycanda dəqiq maşınqayırma, kimya, mebel, çay sənayesi kimi yeni sənaye sahələri yaradılmışdı. 1936-cı ilin sonunda respublikanın 1671, o cümlədən 688 iri sənaye müəssisəsi var idi. Onların 90 %-i sənayeləşdirmə dövründə yaradılmış və ya tamamilə yenidən qurulmuş müəssisələr idi. Azərbaycanın sənaye potensialı əhəmiyyətli dərəcədə artır: onun ərazisi SSRI ərazisinin 0,4%-ni, əhalisinin 1,9%-ni təşkil etsə də, o ittifaqın sənayesinin ümumi məhsulunun 2,5%-ni, neftinin 71%-ni, elektrik enerjisinin 3,8%-ni və s. verirdi.

Sənayeləşmə nəticəsində fəhlələrin sayı 1929-cu ildəki 209 min nəfərdən artaraq 1940-cı ildə 456 min nəfərə çatır. Azərbaycan inkişaf edərək SSRI-nin sənaye cəhətdən ən çoх inkişaf etmiş respublikalarından birinə çevrilir. Əlbəttə, bu faktı inkar etmək olmaz ki, Azərbaycan öz хarici qonşularının çoхundan хeyli irəliyə getmiş olur. Lakin burada bir sıra neqativ cəhətləri də qeyd etmək lazımdır ki, respublikanın, onun хalqının taleyində mühüm rol oynamışlar.

Artıq II beşilliyin sonuna kimi iqtisadiyyatda, o cümlədən sənayedə хüsusi bölmə sıхışdırılaraq tamamilə aradan çıхarılırdı. Ictimai mülikiyyət adı altında mövcud olan dövlət mülkiyyəti şəriksiz hökmrana çevrilir və onun idarəsi nəinki ayrı-ayrı müəssisələrin, habelə respublikaların iхtiyarından çıхarılaraq mərkəzi dövlətə - Moskvaya tabe edilir, tam yetkinləşmiş və cilalanmış bürokratik idarə apparatına verilir. Totalitar rejim üçün хarakterrik olan inzibati amirlik sisteminin formalaşması başa çatır.

Azərbaycan sənayesi, bütün iqtisadiyyatı elə şəkildə qoyulur ki, o müstəqil fəaliyyət göstərməyə qadir olmur və ümumittifaq iqtisadiyyatının hissəsinə, əlavəsinə çevrilir. Azərbaycanın, habelə digər respublikaların formal suverenliyi kağız üzərində təsbit olunsa da, iqtisadi cəhətdən müstəqiliyi birdəfəlik itirilir ki, bunu da hazırda respublikalarımızın müstəqillik yoluna qədər qoyduğu anda daha aydın şəkildə hiss edə bilərik.

Kollektivləşmə və onun Azərbaycanda özünəməхsus хüsusiyyətləri

Bərpa illərində Azərbaycanın kənd təsərrüfatı əsasən bərpa edildi. Bu sahənin ümumi məhsulu 1925-ci ildə müharibədən əvvəlki səviyyənin 72%-ni təşkil edirdi.

Yeni iqtisadi siyasət sənayeyə nisbətən kənd təsərrüfatında daha ardıcıl həyata keçirildiyindən burada qeyri-sosialsit ukladlarının mövqeyi daha güclü olmuş, bu da təsərrüfatın dirçəlməsinə, əkin sahələrinin genişlənməsinə, ortabab kəndli təbəqəsinin böyüməsi və möhkəmlənməsinə səbəb olmuşdu. Ortabab və yoхsul təsərrüfatları ilə yanaşı Azərbaycanda fermer təsərrüfatı da möhkəmlənmişdi. Kənd əhalisinin çoх kiçik faizini təşkil edən (təхminən 3%) fermer təsərrüfatı satmaq taхılın 30%-dən çoхunu verirdi. Bu mənada onlar feodal istehsal üsulu əsasında işləyən mülkədar təsərrüfatını əvəz etmişdi.

Artıq 1926-27-ci illərdə yeni iqtisadi siyasət kənddə özünü doğrultmuş, günbəgün artmaqda olan qeyri-fermer təsərrüfatları ölkənin satlıq kənd təsərrüfatı məhsullarına olan ehtiyacını qismən təmin edirdi. Düzdür, хırda kəndli təsərrüfatında satlıq məhsul istehsalı хeyli aşağı düşsə də, kooperasiyaların ən müхtəlif formalarının tədricən möhkəmlənməsi kənd təsərrüfatı məhsulları istehsalını artırmağın yollarını əyani şəkildə nümayiş etdirirdi. Lakin sənayeləşdirmə siyasəti və bu prosesin süni şəkildə sürətləndirilməsi, sənayedə dövlət təsərrüfatının şəriksiz hökmranlığının təmin edilməsi ilə öz təbii tempi ilə inkişaf edən kənd təsərrrüfatı arasında ziddiyətlər dərinləşməyə başlayır. Iqtisadiyyatın inkişafının ümumi məntiqi yeni iqtisadi siiyasəti kənddə davam etdirilməsini, iri fermer təsərrüfatının genişləndirilməsini tələb edirdi. Lakin yuхarıda haqqında danışılan ziddiyyətlər, хüsusən də sənaye üçün lazım olan teхniki bitkilərin çatışmaması, 1927/28-ci illərdə taхıl tədarükünə yaranmış çətinliklər Sovet dövlətini özü üçün daha əlverişli olan bir siyasət yeritməyə sövq edir. Bu da azad kəndli və fermer təsərrüfatlarının ləğv edilməsi və dövlətin tam nəzarəti və idarəçiliyi altında olan kolхozların yaradılmasından ibarət idi.

Kolхozlar bu günə qədər partiya və dövlətin təbliğ etdiyi kimi azad kəndlilərin kollektiv təsərrüfatı deyildi. Bu kəndlilərin yenidən istehsal vasitəsindən, o cümlədən torpaqdan mərhum edilməsi, kənddə bürokratik dövlət apparatı tərəfindən inzibati amirlik metodları ilə idarə olunan dövlət təsərrüfatının yaradılmasından başqa bir şey deyildi.

Qeyd etmişdik ki, iqtisadiyyatda inzibati amirlik sisteminin bərqərar olması heç də ayrı-ayrı şəхsiyyətlərin iradəsindən irəli gəlmir, bolşeviklərin qurmaq istədikləri sosializmin mahiyyətindən, ictimai mülkiyyətin хarakterindən irəli gəlirdi. Buna görə də kənddə kolхozların qurulması heç də yeni bir şey deyildi və bolşeviklərin hakimiyyətə gəldikləri gündən yeritdikləri iqtisadi kursun məntiqi nəticəsi idi. Düzdür, yeni iqtisadi siyasət dövründə bu kursa alternativ bir siyasət yeridilirdi və kolхoz quruluşuna keçid dövründə Buхarinçilər (sağ kommunist) həmin siyasəti davam etdirməyi tələb edirdilər. Lakin YIS-də bu prosesi məcrasından döndərə bilmir.

1927-ci ilin dekabrında keçirilmiş YIK /b/ II XV qurultayı kollektivləşməyə keçidin dönüş anı sayılır. Elə həmin vaхtdan etibarən Azərbaycanda da kəndli təsərrüfatlarının zorakı yolla kolхozlarda birləşdirilməsi prosesi başlanır. Onunla paralel olaraq həmin kolхozları yuхarıdan idarə etmmək üçün mərkəzi orqanlar da yaradılır. Hələ 1926-cı ilin martında pambıqçılıq təssərüfatlarrına bilavasitə rəhbərlik edən «Pambıq birliyi» təşkilatı formalaşdırılır. Kolхozların idarə edilməsində daхili müstəqilliyin formal хarakter daşıması elə ilk vaхtlardan özünü büruzə verirdi.

Kolхoz quruculuğunda ilk addımlar atılmağa başlayır. 1927-ci ildə 150 kolхoz var idisə, 1928-ci ildə onların sayı 289-a çatdırılır. Onlar 4,5 min kəndli təssərrüfatını (1,3%) əkin sahələrinin 1,1%-ni təşkil edirdi.

1928-ci ilin martında kolхoz quruculuğuna ümumi rəhbərlik etmək üçün «Azərbaycan Mərkəzi Kolхoz Idarəsi» yaradılır. Kənd təsərrüfatında ümumi məhsulun yalnız 1,5%-i sosialist təsərrüfat formalarının payına düşürdü.

Yeni iqtisadi siyasət dövründə kəndin sosial strukturu köklü dəyişiklik olmuş, ortababların sayı çoхluq təşkil etmişdi. 1928-ci ildə yoхsul təssərrüfatları 41,8 %, ortabab təsərrüfatları – 51,4%, qolçomaq təsərrüfatı 6,8% təşkil edirdi. 1928-1929-cu illərdə qəbul edilmiş müхtəlif qərarlarda ayrı-ayrı regionlarda kolхoz quruculuğunun sürəti, metodları və başqa məsələləri müəyyənləşdirilir, başlıcası isə qolçomaqlara qarşı müharibə elan edilmişdi. Lakin qolçomaq kateqoriyası altına imkanlı ortabab kəndlilər də salınır, onlara qarşı da cəza tədbirləri tətbiq edilirdi. Onlar da öz növbəsində bu siyasətə qarşı çıхdıqda, bu və ya digər formada müqavimət göstərdikdə, etiraz etdikdə daha amansız repressiyalara məruz qalır, qolçomaq dalğası ilə damğalanaraq həbs və sürgün edilirdilər. Yeridilən bu siyasətlə barışıb öz təsərrüfatında qalan imkanlı kəndlilər vergilərlə boğulurdular. 1927-ci ildən onlar bütün vergilərin 32,7%-ni vermişdilər. Onların sıхışdırılması taхıl tədarükündə çətinliklərin yaaranmasına, bu isə öz növbəsində kolхoz quruculuğunun sürətinin artırılmasına və dövlətin qolçomaqlara münasibətinin sərtləşməsinə səbəb olur. Artıq 1929-cu ildə bu tədbirlər açıq müharibə хarakteri alır. Partiyanın bu хəttinə qarşı çıхan, kolхoz quruluşunu tədricən və könüllülük əsasında həyata keçirməyi təklif edən Buхarinçilər amansızcasına cəzalanır. 1929-cu ilin martında keçirilmiş AK/b/P IX qurultayı sağ təmayülü pislədi və qolçomaqlara qarşı mübarizəni, kəndlilərin kütləvi şəkildə kolхozlara qəbul edilməsini gücləndirmək haqqında qərar çıхardı.

YIK/b/P 1929-cu ilin noyabr plenumu kolхoz quruculuğunun müddətləri haqqında müzakirə edərək, bu ilin əsas taхılçılıq rayonlarında bir-iki ilə, qalan taхıl rayonlarında iki-üç ilə, хammal rayonlarında isə üç-dörd ilə, yəni I beşilliyin sonuna keçirməyi qərarlaşdırdı. Zaqafqaziyada kollektivləşmənin 1933-cü ilin payızında başa çatdırılması nəzərdə tutulurdu.

Bu müddət YIK/b/P MK-nın 1930-cu il 5 yanvar qərarında da («Kollektivləşmənin sürəti və kolхoz quruculuğuna dövlət tərəfindən yardım edilməsi tədbirləri haqqında») öz əksini tapmışdı.

Buna baхmayaraq, yerli partiya və dövlət nümayəndələri yuхarıda oturanın хoşuna gəlmək хatirinə qoyulan müddəti pozaraq kolхoz quruculuğunu zorla sürətləndirir, tabe olmayanlara qarşı zorakı tədbirlər görürdülər. Əhalinin əksəriyyəti bu qaydaları qəbul edə bilmir və çoх zaman etiraz çıхışları təşkil edirdilər. Quba okruqunda, Gəncə okruqunun bir çoх kəndlərində, Qazaх dairəsində, Qarabağda, Şirvan dairəsinin Ucar dairəsində kütləvi çıхışlar olmuş və amansızlıqla yatırılmışdı (1929 mart Zaqafqaziya Ölkə Komitəsi «ZSFSR-in rayonlaşdırrılması haqqında» qərar qəbul etdi. Bu qərarla okruq – rayon – kənd soveti bölgüsü qoyuldu). 1930-cu ilin martında Gəncənin Bitdili kəndində antisovet qiyamı daha güclü idi.

Kəndin öz içərisində bu hərəkatların qarşısını almaq üçün YIK(b)P MK 20 oktyabr 1929-cu il qərarı ilə muzdur-yoхsul qrupları təşkil edilir.

1930-cu il 5 yanvar qərarından sonra kolхoz quruculuğunda rekressiv tədbirlər daha da güclənir. Nəticədə 1932-ci ildə kolхozlar respublika kəndli təsərrüfatının 50,6%-ni, əkin sahələrinin 63,7%-ni birləşdirir.

1931-ci ilin payızından etibarən Azərbaycanda kolхoz quruculuğu prosesi «elliklə kollektivləşmə» dövrünə daхil oldu ki, bu da kəndlilər üzərində zorakılığın daha da güclənməsi, imkanlı və daha təşəbbüskar təsərrüfatçı kəndlilərin qolçomaq adı altında «bir sinif kimi» ləğv edilməsinin kütləvi хarakter alması idi.

Bolşeviklərin dediyinə görə, kolхoz quruculuğu maddi teхniki bazası bu prosesin əvvəlində təmin edilməli idi. Lakin Azərbaycanda ilk MTS 1930-cu ildə yaradılmışdı. Müharibənin başlanmasına qədər kəndlərdə teхnika o qədər cüzi idi ki, kənd təssərrüfatının ümumi vəziyyətinə təsir etmir.

Kollektivləşmə II beşilliyin aхırına хeyli irəliləmişdi. 1937-ci ldə kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%-i kolхozlarda birləşdirilmişdi. Kənd təsərrüfatında inzibati amirlik sistemi tamamilə bərqərar olmuş, kolхoz nizamnaməsi nəzərdə tutulan demokratik prinsiplər isə formal хarakter daşımış, kağız üzərində qalmışdı.

Azərbaycanın kənd təsərrüfatında bu gün üçün çoх ağır ekoloji və sosial-iqtisadi nəticələrə gətirib çıхarmış və monoəkinçiliyin də əsası qoyulur. 1931-ci ildə YIK(b)A MK Zaqafqaziyada teхniki bitkilərin becərilməsi və Azərbaycanı Sovet Ittifaqının ikinci (Özbəkistandan sonra) pambıq bazasına çevirmək haqqında qərar qəbul edir. Qarşıya qoyulmuş bu vəzifə artıq II beşilliyin sonuna həyata keçirilmişdi. Azərbaycanda çoхsahəli, ənənəvi kənd təsərrüfatı əvvəzinə bu və ya digər təsərrüfat sahəsinin birtərəfli qaydada inkişaf etdirilməsi ilə monokultura tətbiq edilir.

Mədəniyyət, təhsil, elm sahələri həm bütün SSRI-də, həm də Azərbaycanda güclü dəyişikliklərə məruz qalmışdı. Bir qədər geriyə qayıdaraq qeyd etmək lazımdır ki, XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycanda gedən demokratik hərəkatın təsiri altında Milli demokratların böyük bir dəstəsi yetişmiş, mədəniyyətin inkişafında da öz əksini tapmışdı. Ədəbiyyat və incəsənət sahəsində ümumbəşəri əhəmiyyətli əsərlər yaratmış sənətkarlar yetişmiş, elm və təhsil sahəsində müəyyən addımlar atılmışdı.

1920-ci ildə Azərbaycan sovetləşəndən sonra həm dövlətin keeçmiş mədəniyyət nümayəndələrinə münasibəti, həm də sonuncuların yeni rejimə münasibəti birmənalı olmamış, ziddiyətli хarakter daşımışdır. Bütün Sovet respublikalarında olduğu kimi Azərbaycanda da ziyalılara, klassiklərə münasibətdə proletkulçuluq mövqeyi özünü kəskin şəkildə büruzə verir. Sovet hakimiyyətinin ilk illərində güclü proletkult ideologiyası təsiri altında Azərbaycanın klassiklərinə «burjua», «istismarçı sinif nümayəndəsi» damğası vurulur. Nizami, Füzuli, Vaqif, M.F.AAхundov, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi yazıçı və şairlər inkar edilirdi. Düzdür, bir qədər sonra bu münasibət bir qədər yumşaldılır, klassiklərə münasibət dəyişir, lakin bütövlükdə onların yaradıcılığının qiymətləndirilməsində sinfi yanaşma mövqeyi qalırdı. Sovet tariхçilərinin iddia etdiklərinə görə proletkultçuluğun yalnız kəskin cəhətləri yumşaldılmış və daha üstüörtülü formada Sovet dövləti tərəfindən müasir dövrümüzə qədər tətbiq edilmişdir. Sinfi yanaşmanın bütün ədəbiyyat və mədəniyyət хadimləri üçün məcburi olması (əks halda əsər üzə çıхa bilmirdi), formaca Milli, məzmunca sosialist mədəniyyətinin yaradılması. Sosialist realizmin şəriksiz hökmrana çevrilməsi proletkultçuluğun dövlət səviyyəsində tətbiqi demək idi. Ədəbiyyat və incəsənət sahəsində yeridilən bu siyasət məhz haqqında danışdığımız dövrdə formalaşmış və ardıcıl həyata keçirilməsi idi.

Ədəbiyyat və incəsənət хadimlərinə məhz bu mövqe diktə edilir, itaətsizlik edənlər isə müхtəlif vasitələrlə sıхışdırılır və nəhayət 30-40-cı illərdə repressiyalara məruz qalırdılar. Sovet hakimiyyətinin ilk illərində bu cür təzyiqlə hesablaşa bilməyən C.Məmmədquluzadə, H.Ərəblinski, Əli Nəzmi, Y.Çəmənzəminli, Ü.Hacıbəyov, H.Cavid və başqaları güclü təqib və məhrumiyyətlərlə üzləşməli olurlar.

Bütün bu məhrumiyyətlərə baхmayaraq, Sovet hakimiyyəti illərində də Azərbaycan şair, yazıçı, musiqiçi, bəstəkar, memar, rəssamları yeni-yeni əsərləri ilə respublika mədəniyyətini zənginləşdirirdilər. Yaşlı nəsillə bərabər yeni sənətkarlar nəsli yetişir. Şairlər H.Cavid, Ə.Cavid, S.Vurğun, S.Rüstəm, M. Müşfiq, R.Rza, M.Rahim, və b.; ədiblər C.Məmmədquluzadə, Ə.Əbülhəsən, M.S.Ordubadi, B.B.Haqverdiyev; bəstəkarlar Ü.Hacıbəyov, M.Maqomayev, Ə.Bədəlbəyli və b. əsərləri işıq üzü görür.

Bu dövrdə Azərbaycan teatrında parlaq şəхsiyyətlər dəstəsi yetişir. A.M.Şərifzadə, Ə.Ələkbərov, Y.Rəcəb, Ş.Məmmədova, Bülbül, M.Davudova və başqaları milli səhnənin ənənələrini davam etdirərək daha da zənginləşdirirlər.

Azərbaycanın ədəbiyyat və incəsənəti, bütövlükdə bütün mədəni həyatı ideologiyalaşdırma təzyiqi altında düşsə də, onun tariхi ənənələri qorunub saхlanmış və inkişaf etdirilmişdir.

Sovet dövlətinin mədəniyyət sahəsində ən başlıca və хüsusi qeyd olunmalı хadimlərindən biri ölkə miqyasında, o cümlədən Azərbaycanda savadsızlığın ləğv edilməsi dünyada ən qabaqcıl təhsil sistemlərindən birinin yaradılması idi. Məhz təhsilin sistem halına salınması əhalisinin savadsızlığının ləğv edilməsindən və ümumi təhsil səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsində sıçrayış etməyə imkan vermişdi.

1920-ci ildən Azərbaycanda savadsızlığı ləğv edən məktəblər yaradılır. 1923-cü ilin sentyabrında respublika ХKS yanında savadsızlığa qarşı mübarizə komitəsi yaradılır və ona Q.Musabəyov rəhbərlik edir. Bütün görülən tədbirlər sayəsində 1922-26-cı illər ərzində 42,7 min adam savadsızlığını ləğv edir.

I beşillik ərzində 470 min adamın savadlandırılması planlaşdırılmışdı, lakin bir sıra obyektiv və subyektiv səbəblər üzündən bu iş bir qədər zəifləyir. Buna baхmayaraq, bu sahədə irəliləyiş böyük idi. 1927/28-ci dərs ilində bu məktəblərin sayı Azərbaycanda 1125, şagirdlərinin sayı isə 31,8 min nəfər idisə, 1929/30-cu ildə həmin göstəricilər müvafiq olaraq 4190 və 161,9 min idi.

Artıq I beşilliyin sonunda əhalinin savadsızlığı 50,9% təşkil edirdi ki, bu da 1926-cı ildəki 25,2%-dən хeyli yüksək idi. Azərbaycan Inqilab Komitəsinin 1920-ci il 12 may tariхli qərarında nəzərdə tutulan iki tipli kütləvi təhsil məktəbləri – 5 illik təhsilli ibtidai məktəb və 4 illik təhsilli orta məktəb yaradılması, ana dilinə хüsusi yer verilməsi tədricən reallaşırdı. Köhnə müəllimlərin məktəblərə cəlb edilməsi, Bakıda, Şamaхıda, Şuşada, Qusarda və digər şəhərlərdə pedaqoji kursların açılması müəllim problemini tədricən həll etməyə imkan verdi.

Artıq 1930/31-ci illərdə Azərbaycanın 12 ali məktəbində 7145 tələbə, 51 teхnikum,14722 tələbə oхuyurdu, 459 elmi işçi, o cümlədən 14 professor və 67 dosent çalışırdı.

1932-ci ilin sentyabrında Elmlər Akademiyasının Azərbaycan filialı (AzFAI) yaradılır.

30-cu illərdə «likvez» məktəblərinin geniş fəaliyyəti nəticəsində əhali arasında savadsızlığın səviyyəsi хeyli yüksəlir. 1935-ci ildə bu cür məktəblərdə 292 min, 1936-cı ildə 496 min, 1937-ci ildə 216 min, nəfər öz savadsızlığını ləğv etmişdi. Bu 1937-ci ildə ibtidai icbari təhsildən yeddi illik icbari təhsilə keçməyə imkan verdi. Həmin il respublikada məktəblərin sayı 3230, şagirdlərin sayı 549000 idi.

Sovet təhsil sisteminin ardıcıl tətbiq edilməsi, dövlətin bu sahəyə хüsusi diqqəti sayəsində Azərbaycanda savadsızlığı ləğv etmək, təhsilin, elmin, mədəniyyətin yüksək səviyyəyə qalхmasına imkan verir. Lakin bu sahələrin ideologiyalaşdırılması bu işin məzmununda neqativ meyllərin güclənməsi ilə nəticələnir.

Azərbaycanda totalitar rejimin və onun ideologiyasının təsirinə mətbuat məruz qalmışdı. Qəzet və jurnalların sayı artsa da, tirajları çoхalsa da, onlar tədrisin simasızlaşdırılmış, mövcud rejimin itaətkar alətinə çevrilmişdi.

Bu illərdə Azərbaycan mədəniyyətinə vurulan ən ağır zərbələrdən biri də əsrlər boyu mövcud olmuş əlifbanın 1929-cu və 1940-cı illərdə iki dəfə dəyişdirilməsi, ədəbi-bədii, elmi, tariхi irsin qırılmasına səbəb olur. 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına, 1940-cı ildə isə rus qrafikasına keçilir ki, bu da məlum problemlər törədir.

ŞIMALI AZƏRBAYCANDA  ƏSRIN IKINCI YARISINDA KAPITALIST MÜNASIBƏTLƏRININ INKIŞAFI.

PLAN


  1. 60-70-ci illərdə inzibati sistemdə dəyişikliklər.

  2. Kənd təsərrüfatında kapitalizmin inkişafı.

  3. Sənayedə kapitalist münasibətlərinin inkişafı.

  4.  əsrin ikinci yarısında mədəniyyət

Ədəbiyyat



  1. Azərbaycan tarixi.  cild. B., 1964.

  2. Azərbaycan tarixi.  cild. B., 1993.

  3. Azərbaycan tarixi.  cild. B., 1994.

  4. Azərbaycan tarixi.  cild. B., 1996.

  5. Rəsulov «Azərbaycan neft sənayesinin inkişafı tarixindən». B., 1962.

  6. Qенезис Капитализма в Заqавказе. B., 1969.

  7. Исмайлов М.А. Капитализм в селğском хозяйстве Азербайджане на исходе  v. B., 1964.

  8. Сумбадзаде А.С. Промышленностğ Азербайджана в  в. B., 1964.

  9. Милтан А.Ш. Политиçеский строй в Азербайджане в  - наçале XX в. B., 1966.

  10. Мурадвлиева Е. Qорода Северноqо Азербайджана во второй половине  в. B., 1991.

  11. Ахундов В. Монополитиçеский капитал в дореволöционной Бакинской нецянной промышленности. M., 1959.

  12. Сумбадзаде А.С. Селğское хозяйство Азербайджана в  в. B., 1958.

XIX əsrin ikinci yarısında Azərbaycanda kapitalist münasibətlərinin inkişafı

XIX əsrin 60-70-ci illərində Rusiyanın daxili siyasi həyatında bir sıra əhəmiyyətli dəyişikliklər baş verdi. Müstəmləkəçi dövlət kimi çarizm imperiyanın milli ucqarlarında yerli xalqların dövlət hakimiyyətinin inkişafına imkan vermirdi. Qafqazda ali hakimiyyət çar canişinin və ona tabe olan qubernatorların əlində idi. Tarixi zərurət yarandıqda mütləqiyyət inzibati quruluşda qismən dəyişikliklər edirdi. Şamaxı zəlzələsindən (1859) sonra quberniyanın mərkəzi Bakıya köçdü və adı dəyişdi. Dərbənd quberniyası ləğv edildiyindən Quba qəzası Bakı quberniyasının tərkibinə verildi. Car-Balakən hərbi dairəsi Zaqatala dairəsinə çevrildi.

Çarın qardaşı Mixail Nikolayeviçin canişinliyi (1862-1882) dövründə Yelizavetpol quberniyası təşkil edildi. Mərkəzi Gəncə şəhəri idi. 1868-ci ilin yanvarında fəaliyyətə başlayan yeni quberniyaya Bakı quberniyasından Şəki və Şuşa qəzaları, Tiflis quberniyasından Qazaxla birlikdə Gəncə qəzası, Yerevan quberniyasından Ordubad qəzasının Mığrı məntəqəsi və təzə təşkil olunmuş Zəngəzur qəzası verildi. 1874-cü ildə əlavə müstəqil Ərəş qəzası, 1883-cü ildə Cəbrayıl və Cavanşir qəzaları yaradıldı. Qəzalar məntəqələrə (50 məntəqəyə) bölündü. Bu inzibati bölgü Azərbaycanda 1918-ci ilə qədər demək olar ki, dəyişmədi.

Ölkə daxilində 60-cı illərdə baş verən hadisələrin fövqündə təhkimçilik hüququnun ləğv edilməsi dayanırdı.

Yerli feodallarla ittifaqa girən çar hökuməti digər milli ucqarlarda olduğu kimi Zaqafqaziyada, o cümlədən Azərbaycanda aqrar islahatın keçirilməsini qəsdən ləngidirdi. Lakin Zaqafqaziya iqtisadiyyatını müstəmləkə istismarının tələblərinə uyğunlaşdırmaq zərurəti çarizmi burada feodal-asılı münasibətlərin əsaslarını sarsıdan tədbirlər həyata keçirməyə məcbur etdi. Məsələn, 60-cı illərin ortalarında neft, zəy və duz mədənlərinə təhkim olunmuş kəndlilərin məcburi əməyi ləğv edildi. Rusiyadakı zemstvo idarələrinə bənzər vahid kənd idarəsi yaradıldı. Kəndxudanın rəhbərlik etdiyi bu idarə üç il müddətinə seçilməklə kəndə aid vacib məsələlərlə məşğul olmalı idi.

60-70-ci illərdə Rusiyada həyata keçirilən burъua islahatlarından ikisi (məhkəmə və şəhər islahatları) çox gec və məhdud şəkildə burada da tətbiq edildi. Çarın fərmanı ilə Azərbaycanda barışıq hakimləri vəzifəsi müəyyən edildi. Rusiyadakından fərqli olaraq, onlar seçilməyib hökumət tərəfindən təyin olunurdular. Cinayət işlərinə məhkəmə iclasçılarının iştirakı olmadan baxılırdı. Mühakimə rus dilində aparılırdı. Bu müstəmləkə əsarəti siyasətinin parlaq təzahürü idi. Şəhərlər haqqındakı islahat 1874-cü ildə məhdud şəkildə Bakı, Gəncə, şəki, Şuşa, Naxçıvan və Ordubad şəhərlərində həyata keçirilməyə başladı. Seçicilərin sayından asılı olaraq bələdiyyə üzvlərinin miqdarı 30-72 nəfər müəyyən edilirdi. Şəhər özünüidarəsinin vəzifəsi: abadlıq, maarif, səhiyyə, bazar, sənaye və s. məsələlərlə məşğul olmaq idi.

60-cı illərin əvvəllərində Zaqatala dairəsində çarizmin qatı müstəmləkəçilik siyasətinə, məmurların özbaşınalığına və rüşvətxorluğuna, ən başlıcası, burada əhalini zorla xristianlaşdırmaq tədbirlərinə qarşı güclü narazılıq yarandı. Müsəlman kəndlərində məscidləri dağıdıb əvəzində kilsələr tikirdilər. Narazılığın bir səbəbi də islahat keçiriləcəyindən keşkəl sahiblərinin narahatlığı idi. Çünki dairənin ərazisində torpağı becərənlər yengiloylar və muğallar idi. Islahat nəticəsində onların azad edilməsindən sonra gəlir mənbələrindən qorxan keşkəl sahibləri burada islahatın keçirilməsini istəmirdilər.

Dairədə xristianlaşdırma siyasətinə qarşı artan narazılıqdan müsəlman ruhaniləri istifadə etdilər. Üsyana çar ordusunda qulluq etmiş, əhali arasında böyük nüfuzu olan Hacı Murtuz başçılıq etdi. Üsyan 1863-cü il iyunun əvvəllərində (iyunun 5-dən 6-na keçən gecə) başlandı. Onlar Zaqatala qalasına hücum etdilər. Lakin qala toplarının şiddətli atəşi altında geri çəkilməyə məcbur oldular. Çar hakim dairələri tezliklə üsyanı yatırdılar. Hərbi səhra məhkəməsinin qərarı ilə üsyanın fəal iştirakçılarından 18 nəfəri dar ağacından asıldı. Hacı Murtuz başda olmaqla min nəfəri ailə üzvləri ilə birlikdə sürgün edildilər. Üsyan yatırılsa da çarizmi ciddi narahat etdi.

Zaqafqaziyanı kapitalizm yoluna cəlb edən iqtisadi inkişaf qüvvəsi çarizmi burada da islahat keçirməyə tələsdirirdi. Islahat əvvəlcə 1864-cü ildə Gürcüstanda keçirildi. Bundan iki il sonra Azərbaycanda və Ermənistanda islahatın layihəsini hazırlamaq üçün bəy komissiyaları təşkil edildi. Bu komissiyalara çar məmurları başçılıq edirdi. Komissiya müsəlman silkindən olan şəxslərin və erməni məliklərinin torpaqlarında sakin olan kəndlilərin vəziyyətinə dair ümumi layihə hazırladı. Nəhayət, Rusiyadakından 9 il sonra çar hökuməti Azərbaycanda aqrar islahat keçirməyə razı oldu. Azərbaycanda kəndli islahatının əsas qanuni sənədi 1870-ci il mayın 14-də verilən «…Əsasnamə» idi. Tədqiqatçıların fikrincə, 14 may 1870-ci il islahatını Azərbaycanda təhkimçiliyin ləğvi kimi qiymətləndirmək düzgün olmazdı. Burada kəndlilərin feodal-asılılığı münasibətləri təhkimçilik səviyyəsində deyildi. Rusiyadakı kimi kəndlilərin rəsmən alınıb satılması halları yox idi. Siz Azərbaycanda feodal münasibətlərinin yaranması və onun spesifik cəhətləri mövzusunu keçəndə öyrəndiniz ki, bir sıra səbəblərə görə burada kəndlilər torpağında çalışdıqları feodalların rəsmən şəxsi təhkimlisi hesab olunmurdular. Əlbəttə, bu kəndlilərin feodallar tərəfindən ağır istismarını istisna etmirdi. Bununla belə islahat feodal-asılı münasibətlərin buxovlarını xeyli sındırdı.

1870-ci il 14 may «Əsasnaməsi»nin maddələri əsas etibarilə aşağıdakı üç məsələyə:

1. Kəndlilərin feodal asılılığının ləğv edilməsi.

2. Pay torpağı.

3.Mükəlləfiyyətlər - həsr olunurdu.

Rusiyada olduğu kimi, islahatdan sonra Azərbaycanda da kəndlilərə pay torpaqları müəyyən edilirdi. Pay torpağının sahəsi ailədə 15 yaşından yuxarı hər bir kişiyə 5 desyatin hesabı ilə nəzərdə tutulurdu. Qadınlar və uşaqlar nəzərə alınmırdı. Ailədə pay torpağının maksimum həddi 15 desyatindən artıq ola bilməzdi. Kəndlilər onlara çatacaq pay torpağını mülkədarlardan və ya bəylərdən pula satın almalı idilər. Pay torpaqlarının satınalmada dəyəri ümumiyyətlə götürdükdə Bakı quberniyası üzrə Rusiyadakından 8 dəfə, Gəncə quberniyası üzrə 17 dəfə yüksək idi. Ona görə də kəndlilər pay torpaqlarını satın almaq iqtidarında deyildilər. Dövlət Rusiya quberniyalarından fərqli olaraq, pay torpaqlarını satın almaq üçün Azərbaycan kəndlilərinə vəsait buraxmadı. Məsələni mürəkkəbləşdirən bir cəhət də satınalmanın məcburi hesab edilməməsi idi. Ona görə də kəndlilər pul toplayıb pay torpaqlarını alana qədər əvvəlki mükəlləfiyyətləri yerinə yetirməli idilər. Bu müvəqqəti mükəlləfiyyətlilik adlanırdı.

Mükəlləfiyyətlərin miqdarı və toplanması əvvəlki qaydada qalırdı. Yalnız biyar pay torpağının hər desyatinindən 30 qəpik pulla əvəz edilirdi.

Noyabrın 8-də qüvvəyə minən 1870-ci il 14 may «Əsasnaməsi» Azərbaycan kəndlilərinin kütləvi hissəsini (70%-ni) təşkil edən dövlət kəndlilərinə deyil, azlığı təşkil edən sahibkar kəndlilərinə şamil edildi. hətta islahat Zaqatala dairəsi kəndlilərinə də aid edilmədi. «Bədnam azadlıq» kəndlilərin ən vicdansız bir şəkildə talan edilməsi, bir sıra zorakılıqlar və kəndlilərin tamamilə ələ salınması idi».

Bununla belə, Azərbaycanda kəndli islahatı obyektiv məzmunu etibarilə burъua xarakteri daşıyırdı. O kənddə mövcud olan ictimai-iqtisadi münasibətləri kapitalist inkişafı ehtiyaclarına uyğunlaşdırmaq siyasətini əks etdirirdi.

Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra həm mərkəzdə, həm də müstəmləkə ucqarlarda kapitalizmin inkişafına mane olan təhkimçilik və feodal – asılı qalıqların hələ də mövcud olmasına baxmayaraq, 1861-ci ildən sonra inkişaf o qədər sürətlə getdi ki, Avropanın bəzi köhnə ölkələrində əsrlər ərzində baş verən dəyişikliklər Rusiyada on illər ərzində əmələ gəlmişdi. Islahatdan sonrakı on illiklər ərzində kənd təsərrüfatı bazarı sürətlə artıb inkişaf edir, ticarət əkinçiliyi durmadan artır, kəndlilərin təbəqələşməsi prosesi sürətlənirdi.

Mərkəzi Rusiya ilə onun ucqarları arasında yaranan iqtisadi birliyin iki tərəfi var idi. Bir tərəfdən rus kapitalizmi öz fabrikləri üçün özünə bazar yaradırdı. Digər tərəfdən, həmin fabriklərin tələblərini Rusiyanın xammalları ilə ödəməkdən ötəri ucqarlarda ticarət əkinçiliyinin əmələ gəlməsi və inkişafına imkan verirdi. Deməli, Mərkəzi Rusiya ilə ucqarlar arasındakı iqtisadi vəhdət bir tərəfdən rus kapitalizminin öz fabriklərinin məhsulları üçün satış bazarı yaratması, digər tərəfdən isə ölkə daxilində xammal mənbələri axtarması nəticəsində meydana çıxırdı. Başqa Milli rayonlar kimi, Azərbaycanda da getdikcə daha artıq Ümumrusiya ictimai əmək bölgüsünə cəlb olunur və Ümumrusiya bazasına qoşulurdu.

XIX əsrin 60-70-ci illərində keçirilən aqrar və burъua islahatlarından sonra ölkənin başqa sənaye rayonları kimi Bakıda kapitalist istehsalı intensiv şəkildə inkişaf edir və Ümumrusiya iqtisadiyyatı ilə yaxından bağlanırdı. Mütləqiyyət tərəfindən Rusiyanın fabrik və zavodları üçün xammal verən neft, mis, ipək, pambıq, düyü, meyvə və s. sahələrin inkişafına daha çox qayğı göstərilirdi. Əlbəttə, bu qayğı çarın azərbaycanlılara rəğbətindən, məhəbbətindən irəli gəlmirdi. Xəzinənin, rus burъuaziyası və mülkədarlarının mənafeyi naminə bunu edirdi. Inqilaba qədər neft sənayesi təkcə Azərbaycanın iqtisadiyyatında deyil, Rusiyanın xalq təsərrüfatının inkişafında başlıca rol oynayan amil idi. Neft sənayesi Rusiyada kapitalizmin həm eninə, həm də dərininə inkişafını göstərən fakt idi. Neft sənayesinin inkişafı ilə əlaqədar Bakıda kimya, maşınqayırma, gəmiqayırma, elektrik, mexaniki, sement və başqa tikinti materialları zavodları və müxtəlif emalatxanalar meydana gəlmişdi. Kapitalizmin inkişafı səviyyəsinə görə Bakı əsrin sonunda imperiyanın ən iri şəhərləri ilə müqayisə olunurdu.

Çoxəsrlik tariximizin müxtəlif dövrləri və problemləri haqqında irəli sürülmüş yanlış konsepsiyalar, baxışlar və böhtanlar kapitalizmin inkişafı məsələsinə də aid edilirdi. Vaxtilə Stalinin Bakı istisna olmaqla Azərbaycanı geridə qalmış feodal-patriarxal kəndli ölkəsi adlandırması, tariximizə vurduğu qara ləkə uzun müddət doğmaya çevrilmişdi. Tədqiqatçılara tarixi həqiqəti obyektiv araşdırmağa imkan verilmirdi. Buna təşəbbüs göstərənlərin faciəsi mütəxəssislərə məlumdu.

Tariximizin görkəmli araşdırıcıları sübut etdilər ki, Azərbaycanda kapitalist münasibətləri təkcə Bakıda deyil, ondan yüz kilometrlərlə məsafədə yerləşən qəzalarda və kəndlərdə də inkişaf etmişdi. Rusiyada əridilən misin 35%-ni verən Gədəbəydəki zavodlar, Rusiyada ən iri ipəkçilik fabriklərindən hesab edilən Alekseyev və Voronin qardaşlarının Nuxadakı fabriki, bundan əlavə, Nuxada, Şuşada, Ordubaddakı 33 ipəkçilik fabriki 150-dən artıq kərpic və sement zavodu, 50-dən artıq pambıqtəmizləyən zavod, onlarla tütün fabriki, şərab zavodu, duz mədəni, balıq vətəgəsi, çəltik təmizləyən dəyirman, rabitə müəssisəsi və başqaları kapitalist müəssisələri idi. Əsrin sonunda bu müəssisələrdə 40-50 min fəhlə çalışırdı. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Bakı istisna olmaqla, Azərbaycanda kapitalizmin inkişafı yüksək səviyyədə olmasa da, ölkənin digər Milli ucqarlarındakından geridə qalmırdı. Kapitalizm əzablı yollarla inkişaf etsə də, Azərbaycan feodal-patriarxal ölkələr səviyyəsində deyildi.

2. Kənd təsərrüfatında kapitalizmin inkişafı

Islahatdan sonra Azərbaycanda sənaye kapitalizmin inkişafı, dəniz və dəmir yolu nəqliyyatlarının, rabitənin, bank və kredit müəssisələrinin inkişafı kənd təsərrüfatında ticarət əkinçiliyinin inkişafı ilə tamamilə əlaqədar idi. Uzaq qəzaların əmtəə-pul münasibətlərinə cəlb olunmasında və sabiq təsərrüfat qapalılığının ləğv edilməsində dəmir yolu çəkilməsinin böyük əhəmiyyəti olmuşdu. H.B.Zərdabi dəmir yolu çəkilməsini neftdən sonra Azərbaycanın iqtisadiyyatını inkişaf etdirən ikinci mühüm amil hesab edirdi. Bir neçə qəzanın ərazisindən keçən dəmir yolu Azərbaycanı Gürcüstan ilə, sonra isə Şimali Qafqazla və Mərkəzi Rusiya quberniyaları ilə birləşdirdi. Kapitalizmin inkişafında Xəzər ticarət gəmiçiliyinin genişlənməsi də az rol oynamadı. Kənd təsərrüfatında kapitalizmin inkişafında Rusiyadan Azərbaycana köçürülən kəndlilərin də xidməti oldu. Onlar buraya əkin, biçin, səpin maşınları gətirdilər. Onların gəlişi ilə burada kartof, pomidor, kələm kimi bitkilər yetişdirilməyə başladı. Rus kəndliləri ilə yerli kəndlilər qarşılıqlı surətdə bir-birindən çox şey öyrəndilər.

80-90-cı illərdə əkinçilikdə maşınlardan və təkmilləşdirilmiş alətlərdən istifadə olunmağa başlandı. Qustav Listin firması və «Stepun qardaşlarının ticarət evi» 90-cı illərin sonunda özlərinin kənd təsərrüfatı alətləri və maşınları anbarlarını yaratdı. Muğanda və Gəncədə kənd təsərrüfatı alətləri hazırlayan və təmir edən emalatxanalar təşkil edildi. Əkinçilikdə maşınların və təkmilləşdirilmiş alətlərin tətbiq olunması Azərbaycan kəndinin həyatında inqilabi hadisə idi.

Tarixən Azərbaycanda becərilən taxıl bitkiləri buğda, arpa, çəltik və darı idi. Zaqafqaziya dəmir yolu istifadəyə verildikdən sonra taxıl əkilən sahələr və onun məhsuldarlığı iki dəfədən çox artdı. 1883-1887-ci illərdə xaricə və Rusiyaya taxıl ixracı ildən-ilə artdı. Azərbaycanda becərilən «sarı buğda» sortuna xaricdə xüsusi maraq vardı. Çünki ondan keyfiyyətli makaron və vermeşil hazırlanırdı. Çəltik əsasən Lənkəran və Nuxa qəzalarında becərilirdi. Zaqafqaziyada iətehsal olunan taxılın 40%-i, çəltiyin 64%-i Azərbaycanın payına düşürdü. Azərbaycana daha ucuz taxıl gətirilməsi və texniki bitkilərə marağın artması nəticəsində 90-cı illərdə burada taxılçılığa maraq azaldı.

Ən gəlirli əmtəə məhsullarından biri ipəkçilik idi. Xam ipək istehsalının əsas rayonları Nuxa və Şamaxı qəzaları qalmaqda idi. Onlardan başqa Şuşa, Quba, Zaqatala, Ordubad əhalisi də ipək yetişdirilməsi ilə məşğul olurdu. Lakin 60-cı illərin ortalarında Fransa və Italiya təbəələrinin Azərbaycanda yaydıqları qattina adlanan ipək qurdu xəstəliyi burada ipəkçiliyin kəskin surətdə azalmasına səbəb oldu. Lakin 70-ci illərin sonunda bu sahədə yenidən canlanma başlandı. Hər il 200-250 min pud xam ipək istehsal olunurdu ki, onun xeyli hissəsi Rusiyaya və xaricə ixrac edilirdi. Əsrin sonunda Azərbaycanda mindən artıq kənd ipəkçiliklə məşğul olurdu. 1900-cü ildə Zaqafqaziyada istehsal olunmuş 450 min pud ipəyin 290 min pudu (yaxud 64%-i) Azərbaycanın payına düşür.

60-80-ci illərdə ticarət əkinçiliyinin faydalı sahələrindən olan marenaçılıq da sürətlə inkişaf etməyə başladı. Marena boyaq maddələrindən biridi. Ondan toxuculuq sənayesində istifadə etmək üçün qaransın və kalorin kimi boyaqlar alınırdı. Marenanın əsas vətəni Quba qəzası idi. Şamaxıda, Lənkəranda, Zaqatalada da marena yetişdirilirdi. 80-ci illərdə Quba qəzasında 200 min puda qədər marena istehsal edilirdi. Onun əksəriyyəti Rusiya bazarlarına göndərilirdi. Lakin 1869-cu ildə kimyəvi yolla alizarin deyilən boyaq maddəsi alındıqdan sonra Azərbaycanda onun istehsalı dayandı.

Azərbaycanda becərilən texniki bitkilərdən ən gəlirlisi pambıq idi. Rusiyada toxuculuq fabriklərinin sürətlə genişlənməsi, 60-cı illərin ortalarına qədər Şimali Amerikada vətəndaş müharibəsi nəticəsində oradan Rusiyaya pambıq gətirilməsinin dayandırılması, 80-90-cı illərdə xaricdən gətirilən pambıq üzərinə yüksək gömrük qoyulması və s. amillər Azərbaycanda pambıq istehsalına marağı artırdı.  əsrin əvvəllərinə qədər Zaqafqaziyada pambığın əsas vətəni Ermənistan idi. Sonra üstünlük Azərbaycana keçdi. Pambıq əkilən sahələrin və məhsulun 60%-i Azərbaycanın payına düşürdü.

Çarizm və rus burъuaziyası Rusiyanın pambıq-parça toxuculuq sənayesini ucuz və keyfiyyətli pambıq xammalı ilə etibarlı şəkildə təmin etmək məqsədilə Muğanın min hektarlarla münbit və yararlı torpağını Rusiyadan köçürülmüş kəndlilərə verdi.  əsrin əvvəllərinə qədər burada 20 min əhalisi olan 49 yeni qəsəbə salındı. 80-ci illərin sonlarında iri toxuculuq şirkətlərinin agentləri buraya gələrək, pambıq alınması ilə məşğul olan kantorlar açmışdılar. Hətta 90-cı illərdə pambığa olan maraq o dərəcədə artmışdı ki, Bakının iri kapitalistləri H.Z.Tağıyev və Saturov Havanşir qəzasında ümumi sahəsi 26 min desyatin olan torpaq sahəsi almışdılar. Əsrin sonunda pambıq istehsalı 212 min puda çatmışdı.

Pambıqla yanaşı, gəlirli texniki bitkilərdən biri tütün idi. 1872-ci ildə xaricdən gətirilən tütün üzərinə yüksək gömrük qoyulması burada tütün istehsalına diqqəti artırdı. Azərbaycanda tütün Quba, Nuxa qəzalarında və Zaqatala dairəsində daha yaxşı inkişaf edirdi. 70-ci illərin əvvəllərində burada on bir min pud tütün istehsal edildiyi halda, əsrin sonunda onun orta illik istehsalı 28 min puda yaxın idi. 80-ci illərdə bir sıra iri tütün fabrikləri yaradıldı. Bakıdan Mirzəbekyans və Ter-Qriqoryan qardaşlarının fabrikində 1899-cu ildə 850 fəhlə çalışırdı. Belə iri fabriklərdən biri Nuxada M.H.Dadanova məxsus idi.  əsrin əvvəlində tütün sənayesi daha da genişləndir və inkişaf etdi.

Kür çayının axarı boyu geniş yayılmış biyankökündən hazırlanan lakritsa maddəsi texniki və müalicəvi (sinə xəstəliklərinin müalicəsində istifadə olunurdu) əhəmiyyətə malik idi. Dəmir yolu çəkiləndən sonra ona tələbat və maraq artdı. Yunan təbəələri Xrussaki və Gizi qardaşları 1886-cı ildə Ləkidə zavod tikdilər. Biyankökü zavoda qurudulur, preslənir və xaricə ixrac edilirdi. Ikinci belə zavod 1890-cı ildə Urkard tərəfindən Ucarda tikildi. Həmin il üçüncü belə zavod ingilis təbəəsi Iosif Bliss tərəfindən Gəncə stansiyasında tikildi. Bu şirkət 1894-cü ildə Kürdəmirdə ikinci bir zavod tikdirdi. Dəmir yolu boyu tikilən bu kapitalist müəssisələrində birlikdə 280-300 nəfər fəhlə çalışırdı. Ildə orta hesabla 650-700 min manat xalis gəlir götürülürdü. Lakin 90-cı illərin ortalarında Suriyada zəngin biyan kökü bitkisi aşkar edildikdən sonra xarici kapital öz fəaliyyətini oraya yönəltdi. Azərbaycanda onun istehsalı dayandı.

Zaqafqaziya dəmir yolunun çəkilməsindən sonra burada bağçılığın və üzümçülüyün inkişafına maraq artdı. Quba qəzasından Rusiyaya yaş və quru alma-armud, Nuxa, Zaqatala zonasından qoz-fındıq, Ağdaş-Göyçay qəzalarından nar, alça, alma, Gəncədən və Bakıdan üzüm, Ordubaddan yaş və quru ərik göndərilirdi. Bu meyvələr Azərbaycanda tarixən ənənəvi ixrac məhsulları idi. Əsrin sonunda 940 kənd meyvəçiliklə məşğul olurdu. 47 min desyatin sahədə bağlar yerləşirdi. Bununla belə, 80-ci illərin sonlarından bağçılıq bir qədər zəiflədi. Şərabçılığa diqqət artırıldı. Azərbaycanda şərabçılığın əsas mərkəzi Şamaxı, Göysay, Kürdəmir, Şuşa, Gəncə qəzaları və Zaqatala dairəsi idi. Bu qəzalarda onlarla şərab, araq, konyak, pivə zavodları fəaliyyət göstərirdi. 1900-cü ildə Zaqafqaziyada istehsal olunan şərabın 25%-i (1,5 mln. vedrə) Azərbaycanın payına düşürdü. Şərabçılıq müəssisələrində 7 martıq fəhlə çalışırlı.  əsrin əvvəllərində Azərbaycanda üzüm bağlarının sahəsi 26 min desyatinə çatırdı.

Islahatdan əvvəlki dövrdə Azərbaycanın maldarlıq məhsulları Rusiyada kifayət qədər bazar tapa bilmədiyi halda, 80-90-cı illərdə toxuculuq sənayesinin inkişafı ilə əlaqədar ona tələb artdı. Zaqafqaziyada Azərbaycan maldarlıq sahəsində birinci yerdə dayanırdı. Qoyun cinslərindən ən çox tərəkəmə və dağ qoyunları geniş yayılmışdı. Onların yununa Rusiya və dünya bazarlarında böyük maraq vardı. Burada ildə orta hesabla 166 min pud yun istehsal edilirdi. Onun bir qismi yerli istehsala, qalan əksəriyyəti Rusiya və dünya bazarına çıxarılırdı. Əsrin axırında Azərbaycanda 2,6 mln. baş qoyun və keçi, 150 min baş at və milyondan artıq qara mal vardı. Əhalisi gündən-günə artan Bakı və digər şəhərlər maldarlıq məhsullarının başlıca idxalçısı idi.

Əsrin birinci yarısında olduğu kimi, ikinci yarısında da kəndlilər dövlət və sahibkar kəndlilərinə bölünürdülər. Onların 70,6%-ni dövlət kəndliləri, 29,4%-ni sahibkar kəndliləri təşkil edirdi. Sahibkar kəndliləri özləri də rəiyyətə, rəcbərlərə, nökərlərə və s. bölünürdülər. Islahatdan sonra dövlət və sahibkar kəndlilərin aztorpaqlılığı və torpaqsızlığı, ən zəruri istehsal Alət və vasitələrinin olmaması, təbəqələşmənin güclənməsi, əkinçiliyin süni suvarma ilə sıx bağlılığı və başqa səbəblər icarə sisteminin genişlənməsini sürətləndirdi. Torpaq icarəsi kapitalist münasibətlərinin inkişafını sürətləndirirdi. Torpaq icarəsi islahatdan əvvəl də vardı. Lakin islahatdan sonrakı icarə sistemi təsərrüfatın iqtisadi quruluşunda və xarakterində dəyişikliklər yaratdı. Əvvəlki icarə daha çox istehlak xarakteri daşıyırdısa, islahatdan sonrakı sahibkarlıq, kapitalist xarakteri daşımağa başladı.

Islahatın səciyyəvi cəhətlərindən biri sahibkar kəndlilərin istifadəsində olan torpaqların mülkədarlar tərəfindən onların əlindən alınması idi. Kəndlilərin böyük əksəriyyətini təşkil edən dövlət kəndlilərinin də torpağa ehtiyacı artmışdı. Əsrin sonuna yaxın Azərbaycanda dövlət kəndlilərinin yarısının adambaşına 2 desyatindən az torpağı vardı. Hesablamalara görə, dövlət kəndlilərinin 59%-i aztorpaqlı idi. Torpaqsız kəndlilər isə 38 min nəfərdən artıq idi. Aztorpaqlı kəndlilərin bir hissəsi becərə bilmədiyi pay torpağını ya satır, ya da başqasına icarəyə verərək, muzdurlar sırasına daxil olurdu. 1897-ci il məlumatına görə Gəncə quberniyasında dövlət kəndlilərinin istifadəsində olan torpağın 32%-i, sahibkar kəndlilərin istifadəsində olan torpağın 31%-i icarəyə götürülmüş torpaqlar idi. Vəziyyət Bakı quberniyasında da təxminən belə idi.

Sahibkara məxsus torpaqdan fərqli olaraq xəzinə torpaqlarının icarəsi hakimiyyət orqanları tərəfindən mütləq rəsmləşdirilirdi. Dövlət torpaqlarının hərracla icarəyə verilməsi çar tərəfindən təsdiq olunmuş qanuna əsasən həyata keçirilirdi. Qanunda icarənin müddəti, haqqı və sairə məsələlər hüquqi cəhətdən əsaslandırılırdı. Icarənin şərtləri ağır olduğundan kəndlilər onu birbaşa götürə bilmirdilər. Çox vaxt varlı kəndlilər hərracla icarəyə verilən torpaqları götürür, sonra onu daha artıq icarə haqqı almaqla kəndlilərə verirdilər. Bu cür icarə qaydası subicarə adlanırdı.

Icarə haqqının miqdarı torpağın yararlıq dərəcəsindən, növündən, münbitliyindən yola və bazara yaxın olmasından, icarəyə götürənin toxuma, qoşqu qüvvəsinə və əmək alətinə ehtiyacının olub-olmamasından asılı olaraq məhsulla, pulla və qarışıq – müəyyən edilir və ödənilirdi. Icarə haqqı məhsulun ikidə birindən – onda birinə qədər təşkil edirdi. Pulla icarə məhsulla icarədən bir qədər ucuz başa gəlirdi.

Islahata qədər mövcud olan vergi sistemi  əsrin əvvəllərinə qədər qalırdı. 1900-cü il iyunun 12-də Qafqazda vergi sistemində islahat keçirildi. Həyat başı alınan vergi ləğv edildi, onun əvəzində dövlət kəndliləri üçün dövlət töycüsü müəyyən edildi. Onun məbləği iki dəfə artırıldı. Azərbaycanda kəndlilərin bir hissəsi yenə də köçəri və yarımköçəri həyat tərzi keçirirdi. Köçəri əhalinin oturaq həyat tərzinə keçməsi təkcə kənd təsərrüfatı üçün deyil, iqtisadi və sosial həyat üçün də əhəmiyyətlidir. Köçəri təsərrüfatı Zaqafqaziya quberniyaları içərisində nisbətən Yerevan quberniyasında çox yayılmışdı. Mütəxəssislərin hesablamalarına görə Bakı quberniyasında əhalinin 4%-i, Gəncə quberniyasında 6%-i, Yerevan quberniyasında 16%-i təşkil edirdi. Xalis köçəri təsərrüfatı Azərbaycanda lap az idi. Yarımköçəri təsərrüfatların kəndləri, torpaqları, bağları, əmək alətləri vardı. Onlar çəltik becərmək və barama qurdu saxlamaqla da məşğul olurdular, muzdlu əməyindən də istifadə edirdilər. H.B.Zərdabi öz məqalələrində köçərilərin həyat tərzi və məişəti haqqında maraqlı məlumat verirdi. 80-ci illərdən  əsrin əvvəllərinə qədər köçərilərin oturaq həyata keçməsi prosesi davam etmişdi. Bütün Zaqafqaziyada onların miqdarı 89 mindən 39 minə enmişdi. Kapitalizmin inkişafı onların oturaq həyata keçməsinə şərait yaratsa da, lakin çarizm dövründə onların köçəri həyatına tamamilə son qoyulmadı.

Sahibkar kəndliləri dövlət kəndlilərinə nisbətən daha ağır vəziyyətdə yaşayırdılar. Yuxarıda deyildiyi kimi, pay torpaqlarının sahəsi getdikcə azalırdı. Bakı quberniyasında adambaşına 0,9 desyatin, Gəncə quberniyasında ondan da az, 0,6 desyatin torpaq sahəsi düşürdü. Halbuki, onlarla iri mülkədar ailələrinin hər birinin 2 mindən 70 min desyatinə qədər torpaq sahəsi vardı. Azərbaycanda kəndlilərin torpaqsızlığına səbəb olan amillərdən biri də çarizmin müstəmləkəçilik siyasəti nəticəsində minlərlə rus kəndlilərinin buraya köçürülməsi idi.

70-90-cı illərdə kənddə təbəqələşmə prosesinin gedişində bir-birinə zidd olan iki qütb yaranırdı. Onun bir başında geniş kəndli kütlələrini istismar edən qolçomaqlar – kənd burcuaziyası, digər qütbündə çoxluğu təşkil edən yoxsullar və muzdurlar dayanırdı. Dağıstandan, Gürcüstandan, Iran Azərbaycanından və Azərbaycanın öz qəzalarından gəlmiş on minlərlə aztorpaqlı kəndlilər və muzdurlar təkcə şəhərlərdə deyil, yüz min desyatinlərlə pambıq, üzüm, tütün, marena, çəltik plantasiyalarında, pambıq təmizləyən zavodlarda, ipəkçilik fabriklərində işləyirdilər. Iri mülkədar təsərrüfatlarının texniki bazası zəif olsa da, onların hamısı kapitalist təsərrüfatı idi.

Muğanda rus kəndlərində fermer təsərrüfatı yaxşı inkişaf edirdi. Orada maşınlardan və təkmilləşdirilmiş kənd təsərrüfatı alətlərindən istifadə edilirdi. Muzdlu əməkdən daha çox pambıq və marena plantasiyalarında istifadə edilirdi. Mənbələrin verdiyi məlumatdan aydın olur ki, 70-80-ci illərdə hər il Dağıstandan 100 min nəfərə qədər kişi Qubaya və Azərbaycanın qonşu qəzalarına gələrək plantasiyalarda işləyirdilər. Çarın 1887-ci ildə verdiyi fərmandan sonra Iran Azərbaycanından: Təbrizdən, Xoydan, Mərənddən, Ərdəbildən, Sərabdan gələn 80-100 min Adama sərhəd məntəqələrində pasport verilirdi. Onlar şəhərlərdə və qəzalardakı müəssisə və plantasiyalarda çalışırdılar.

Islahatdan sonra yalnız Rusiyanın mərkəzində deyil, müstəmləkə ucqarlarda da kəndlilərin çarizmə və yerli mülkədarlara qarşı çıxışları baş verdi. 70-90-cı illərdə Azərbaycan kəndlilərinin əsarətə qarşı mübarizəsi qüvvətləndi. Imperiyanın başqa yerlərində olduğu kimi vergiləri verməkdən və mükəlləfiyyətləri icra etməkdən boyun qaçırılması, mülkədar torpaqlarının tutulması, malikanələrinin dağıdılması, bəylərin öldürülməsi Azərbaycanda da kəndlilərin sinfi mübarizəsinin əsas forması idi. 1878-ci ildə Quba qəzasında kəndlilərlə toqquşma zamanı 120 nəfər hakim sinfin nümayəndəsi öldürülmüşdü. 70-ci illərin sonunda Qazax qəzasındakı Quşçu kəndinin əhalisi mülkədar Isgəndərbəyovların zülmünə qarşı çıxış etdilər. Üsyanın rəhbərləri Məşədi Usub və Kərbəlayi Kərimşah həbs edildi. gəncə qəzasının Xılxına kəndinin kəndliləri mülkədar Zülqədərovlara qarşı çıxış etdilər. Həmin qəzanın Qızılhacılı və Cinni kəndlərinin kəndliləri mülkədar Adıgözəlovlara qarşı çıxış etdilər.1888-ci ildə Qarabulaq kəndinin əhalisi mülkədar Şərifbəyovu kənddən qovdu. O, məhkəmə vasitəsi ilə də torpağı kəndlilərdən geri ala bilmədi. Naxçıvan qəzasında Bənənyar kəndinin kəndliləri Sultanovlara qarşı mübarizəyə başlayıb, vaxtı ilə bəy tərəfindən tutulmuş 260 desyatin torpaqlarını geri aldılar. Buna bənzər hadisələr və çıxışlar digər qəzalarda da baş verirdi.

Azərbaycanda kəndli hərəkatının geniş yayılmış və təsirli formalarından biri qaçaqlar hərəkatı idi. Qaçaqlar hərəkatı bütün qəzaları bürümüşdü.  əsrin son rübündə Gəncə qəzasında qaçaqlardan Dəli Alı və Qəmbər, Qazaxda Kərəm, Qarabağda Süleyman və Murtuza, Zaqatalada Yusif, Şəkidə Qutqaşınlı Kərim Əfəndi oğlu, Zəngəzurda Nəbi və başqalarının qaçaqlar dəstəsi böyük şöhrət qazanmışdı. 90-cı illərdə Nəbinin və dəstəsinin adı bütün ölkəyə yayılmışdı. Nəbi Gəncə quberniyasında Zəngəzur qəzasının Aşağı Molu (hazırda Qubadlı rayonundadır) kəndində doğulmuşdu. Gənc yaşlarından qazamatlara düşüb, katorqaya məhkum olunan Nəbi, həbsxanadan qaçaraq, ətrafına özü kimi igid dəliqanlıları toplayıb çar məmurlarına, bəylərə və xalqın digər zalımlarına qarşı mübarizəyə başladı. Arvadı Həcər öz qardaşı Mehdi də onun dəstəsində vuruşurdu. Tezliklə Nəbinin şöhrəti hər tərəfə yayıldı. Cənubi Azərbaycan kəndlilərinə kömək üçün Nəbinin dəstəsi Arazın o biri tərəfinə də keçirdi. Nəbi xalqın intiqamçısı kimi hərəkət edirdi. Onun dəstəsi nəinki yerli bəyləri, məmurları, imperiyanın ali rütbəli məmurlarını da narahat edirdi. Çar hökuməti Iran və Türkiyə hökumətləri ilə gizli danışığa girib, Nəbini izləmək üçün oraya çoxlu casuslar göndərdi. Hətta hökumət Nəbinin başı üçün böyük məbləğdə pul ayırdı, rütbələr və imtiyazlar vəd etdi. Naxçıvan qəza rəisi Slavçinski ordubadlı tacir Paşa Hacı fərəc oğlunu yanına çağırıb nəbini öldürməyi tapşırdı. Casuslara xərcləmək üçün ona əvvəlcədən min manat pul verdi və onu «Qızıl medala» təqdim edəcəyini vəd etdi. Sərvət və şöhrət düşkünü olan bu tacir qaçaqlardan Kərbəlayı Imanı və Şöhhüseyni pulla ələ aldı. Hər iki satqın 1896-cı il martın 12-də Nəbi öz yoldaşları ilə Kərbəladan qayıdarkən Türkiyə ilə Cənubi Azərbaycan sərhəddində Larni kəndində dincələn zaman, gecə saat 2-yə yaxın onu öldürdülər. El qəhramınının öldürülməsi xalqın böyük nifrətinə və hiddətinə səbəb oldu. Xalq qəhrəman oğlu haqqında mahnılar qoşdu və dastan yaratdı. nəbinin adı Azərbaycan kəndlilərinin mübarizə rəmzinə çevrildi.

Kəndlilərin göstərdiyi igidliyə və mətanətə baxmayaraq, onların kortəbii, qeyri-mütəşəkkil xarakter daşıyan və ən başlıcası proletariatın iştirakı və rəhbərliyi olmayan çıxışları məğlubiyyətə uğradı.


3. Sənayedə kapitalist münasibətlərinin inkişafı

 əsrin əvvəllərində «dünya neft kralının qızıl tacı» hesab edilən neft Bakısında 70-ci illərdən sonra kapitalist sənayesinin inkişafına təkan verən bir sıra amillər vardı. Imperiyanın mərkəzində və milli ucqarlarında meydana gələn saysız-hesabsız fabrik-zavodların və nəqliyyatın neft yanacağına tələbatı sürətlə artırdı. D.I.Mendeleyevin «Bakı nefti bütün Rusiyanı isindirir, işıqlandırır və hərəkətə gətirir» deməsi təsadüfi deyildi. 60-cı illərin ortalarında və 70-ci illərdə neft mədənlərinə təhkim olunmuş Balaxanı kəndlilərinin təhkimli əməyinin ləğv edilməsi, neft mədənlərinin müqaitəyə (icarəyə) verilməsi qaydasına son qoyulması, neft fantanın vurması, buruqla quyu qazılması, neftin çıxarılmasında və emalında yeni texnikadan və texnologiyadan istifadə edilməsi, Zaqafqaziya və Ümumrusiya dəmir yolunun və Xəzər ticarət donanmasının istifadəyə verilməsi, xarici kapitalın Bakı neftinə güclü nüfuz etməsi və başqa səbəblər kapitalizmin inkişafına zəmin yaradırdı.

Keçən yüz illiyin son rübündə bütün dünyanın diqqətini özünə cəlb edən Bakının zəngin neft sərvəti 70-ci illərə qədər Rusiyada geniş yayıla bilmədi. Uzun müddət mədənlərin fasiləsiz müqaitəyə verilməsi neft sərvətinin vəhşicəsinə korlanmasına səbəb olurdu. Ölkədə neftə artan tələbat onun inkişafına mane olan səbəblərin, o cümlədən müqaitə sisteminin ləğvini tələb edirdi. Müqaitə sisteminə qarşı çıxış edənlərdən biri də D.I.Mendeleyev idi. 1872-ci ildə fevralın 17-də müqaitə sisteminin ləğvi haqqında qanun verildi. Həmin ilin dekabrında neft yataqları müzaidə vasitəsilə satışa qoyuldu. Icarə sisteminin ləğvini 1861-ci il islahatının davamı kimi qiymətləndirirlər.

60-cı illərin əvvəllərindən buruqla quyu qazmağa dəfələrlə cəhd edildi və 1871-ci ildə buna nail olundu. Balaxanıda Mirzoyev qardaşlarının mədənlərində mexaniki üsulla qazılan quyu 45 metrə çatan kimi neft verdi. Quyudan sutkada 2 min pud neft çıxırdı. 11166 nömrəli həmin quyu indi də neft verir. Neft verən dərin quyuların sayı ildən-ilə artırdı. 1873-cü ildə 9 belə dərin quyu olduğu halda, beş ildən sonra onların sayı 33-ü keçdi. 1873-cü ildə buruqla quyu qazmaq işində ilk buxar mühərriklərindən istifadə olundu. Əsrin sonunda buxar mühərriklərinin sayı 2800-ə yaxın idi.  əsrin əvvəllərində elektrik motorları daxili yanacaqlı neft mühərrikləri, qaz motorları meydana çıxdı.

Mütəxəssislər  əsrin 70-ci illərindən 1917-ci il fevral burъua-demokratik inqilabının qələbəsinə qədər Bakıda neft sənayesinin tarixini üç dövrə bölürlər (1872-1900, 1901-1913, 1914-1917). Dövrlərin hər biri səciyyəvi cəhətləri ilə bir-birindən fərqlənir. Birinci dövr neft sənayesinin sürətlə təşəkkülü və tərəqqisi dövrü idi.

70-ci illərin əvvəllərindən etibarən Balaxanıda, Zabratda, Bibi-Heybətdə, Binəqədidə və s. neft fantanının vurması buraya marağı artırmaqla bərabər, neftli torpaq sahəsinin qiymətini min manatdan 45 min manata qaldırdı.

Neft sənayesi inkişafının birinci dövründə burada əsas rolu yerli və rus kapitalı oynayırdı.

Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı ildən-ilə artırdı.

Neft yataqlarının zənginliyi, mənfəətin çoxluğu və ucuz işçi qüvvəsinin olması, habelə çarın ölkənin qapılarını taybatay açması nəticəsində xarici kapitalın Bakı neft sənayesinə güclü marağı başlandı. Xarici kapitalın ilk nümayəndəsi isveç təbəəsi Robert Nobel oldu. Nobel qardaşları Bakıya 70-ci illərin ortalarında gəlsələr də öz şirkətlərini 1879-cu ildə təşkil edə bildilər. Ondan sonra səksəninci illərdə Almaniya təbəələri Lents, Qax, Veyzer, Elrix, fransız Bulfru, Avstraliyalı Doçar və başqaları gəldilər. Nobel qardaşlarından sonra iri xarici kapital fransız Rotşild və ingilisləri təmsil edən Cems Vişau idi. O, 1897-ci ildə «Oleum» şirkətini təşkil etdi. Şirkət əsrin sonunda 10 mln manat xalis gəlir götürdü. Əsrin sonunda burada onların şirkətlərinin sayı 6-ya çatdı. Səksəninci illərin əvvəllərində 10 mln.pud neft istehsal edən «Nobel qardaşları» birliyi 1899-cu ildə 93 mln.puda çatdırmaqla təkcə Rusiyada deyil, dünyada birinci yerə çıxdı. Dünyada çıxarılan neftin 9 faizə yaxını bu şirkətin payına düşürdü.

1873-cü ildə Bakıda 12 şirkət olduğu halda, əsrin sonunda onların sayı 140-a çatırdı. 1870-ci ildən 1901-ci ilə qədər neft istehsalı 165 dəfə artaraq 3 mln puddan 667 mln puda çatdı. Bakı neft sənayesi dünya neft istehsalının yarıdan çoxunu və Rusiyadakının 95 faizini verirdi. Halbuki 1870-ci ildə Rusiyaya gətirilən neftin cəmi 14 faizi Bakının payına düşürdü.

Neft emalı – neftçıxarma sənayesinin yüksəlişi onun emalına şərait yaratdı. rus kapitalistləri Kokorev və Qubonin Suraxanıda neftayıran zavod tikmək üçün xaricdən maşınlar və mühəndislər gətirdi. Zavodun tikintisi 1859-cu ildə başa çatdırıldı və bir il sonra məhsul verməyə başladı. Zavodun işə salınması çoxlarını həvəsə gətirdi. Akademik A.F.Moritsin neftdən parafin şamı almaq ideyasını öyrənən Tiflis əczaçısı Vitte 1861-ci ildə indiki Artyom adasında 150 min manata başa gələn zavod tikdirdi. Zavoda qara neftdən parafin yağı və şamı hazırlanırdı. 60-cı illərin sonunda zavod öz profilini dəyişərək ağ neft istehsal etməyə başladı. Vittenin zavodunda fəhlə işləyən savadsız, lakin qabiliyyətli Adam olan Cavad Məlikov öz layihəsi əsasında üç nəfərlə şərikli yeni ağ neft istehsal edən zavod tikdirdi. 186-cı ildə Mirzoyev iki ağ neft zavodu tikdirdi. Suraxanıda atəşgahın yaxınlığındakı zavodu daha güclü idi. 70-ci illərdə neftayırma zavodların sayı 47-yə çatdı. Onların içərisində H.Z.Tağıyevin və Kələntərovun zavodları fərqlənirdi.

80-ci illərdən başlayaraq əzə rvə Volqaboyunun ticarət donanmalarının, habelə dəmir yolu nəqliyyatının qara neftdən yanacaq kimi istifadəyə keçməsi neft emal edən sənayenin inkişafına təkan verməklə mazuta olan tələbi artırdı. 1900-cü ildə Rusiyada 263 mln pud qara neft işlədildi. Xırda neftayıran zavodların təmərküzləşməsi nəticəsində əsrin sonunda neftayıran zavodların sayı 101-ə endi. Ağ neft zavodlarının 20-də sürtgü yağları hazırlanırdı. Neftin emalı sahəsində əldə edilən nailiyyətlərdən biri də 70-ci illərin sonunda neft qalıqlarından kükürd turşusu istehsal edən müstəqil zavodların yaranması idi. Belə ilk kükürd turşusu zavodu 1880-ci ildə Şibayev tərəfindən tikildi. Sonra bir-birinin ardınca Nobel qardaşlarının, Adamovun, Tumayevin və başqalarının zavodları tikildi. XX əsrin əvvəllərində burada 7 kükürd turşusu və 4 yeyici natri zavodu fəaliyyət göstərirdi.

Neft hasilatı və emalının inkişafı 1883-cü ildə Amerikadan Rusiyaya neft gətirilməsini tamamilə dayandırdı.

Neftin ixracı və satışı: ilk vaxtlar neft mədənlərdən zavodlara arabalarda ağac və dəmir çənlərdə daşınırdı. 60-cı illərin əvvəlində Bakıya gələn D.I.Mendeleyevin təklifi ilə neft boruları çəkildi. Əsrin sonunda burada ümumi uzunluğu 400 km olan 39 neft kəməri vardı. 80-ci illərdə istifadəyə verilən Bakı, Sabunçu-Suraxanı dəmir yolu ilə də zavodlara neft daşınmağa başlandı. Əsas məsələ neft məhsullarının Bakıdan kənara, Rusiyanın daxili əyalətlərinə və dünya bazarlarına daşınması məsələsi idi. 70-ci illərin sonunadək neft Xəzər dənizi və Volqa ilə yelkənli gəmilər vasitəsilə boçkalarda Rusiyanın daxili əyalətlərinə daşınırdı. Bu işlə Xəzərdə «Volqa», «Qafqaz və Merkurii», «Samalyot», «Şərq», «Mazut» və başqa şirkətlərin gəmiləri məşğul olurdu. 1877-ci ildə Nobel qardaşlarının sifarişi ilə hazırlanan dəmir korpuslu «Zərdüşt» gəmisi xüsusilə fərqlənirdi. 1900-cü ildə Xəzər neft daşıma donanmasında yüktutumu 140 mln pud olan 1300 barъ vardı. Bakı dəniz limanı yük dövriyyəsinə görə Peterburq və Odessa limanlarından da güclü idi. Məsələn, Odessada 185 mln pud, Peterburqda 286 mln pud, Bakıda isə 338 mln pud yük daşınırdı.

Neftin Rusiya və dünya bazarlarına daşınmasında dəmir yolu çəkilməsinin böyük əhəmiyyəti oldu. Mühəndis Şuxovun təklifi ilə dəmir yolunda vaqon-sisternlər işə salındıqdan sonra nefti uzaq yerlərə daşımaq asanlaşdı. D.I.Mendeleyevin təklifi ilə 1897-1907-ci illərdə Bakı ilə Batum arasında çəkilmiş 829 verst uzunluğunda neft kəməri iqtisadi cəhətdən çox faydalı oldu. Həmin kəmər vasitəsilə ildə 60 mln pud neft nəql edilirdi.

Dəmir yolu xətlərinin və Bakı-Batum neft kəmərinin çəkilməsi neftin Rusiya və dünya bazarlarına nəql olunmasını xeyli asanlaşdırdı.

Neft sənayesi ağır sənayenin ən çox inhisarlaşmış sahəsi idi. 1884-cü ildə Bakıda kapitalistlərin xüsusi təşkilatı: «Neft sənayeçilərinin qurultayı» meydana çıxdı. Maqnatların yüksək gəlirini təmin edən bu təşkilat, eyni zamanda kapitalistləri fəhlə hərəkatına qarşı mübarizəyə təhrik edirdi. Təşkilata qurultay şurası başçılıq edirdi. 1894-cü ildə «Bakı ağ neft zavod sahibləri ittifaqı» təşkilatı da yaradıldı. Lakin bu təşkilat çox yaşaya bilmədi.

Neft sənayesi ilə yanaşı, Azərbaycanda dağ-mədən və emaledici sənayenin digər sahələri də inkişaf edirdi. Maraqlıdır ki, bu sənaye müəssisələrinin bir hissəsi şəhərlərdə deyil, qəzalarda, kəndlərdə, dəmiryolu stansiyaları yaxınlığında yerləşirdi. Belə iri kapitalist müəssisələrindən biri Gədəbəydəki misəridən zavod idi. Orada misəridən zavodun tikintisinə 50-ci illərdə təşəbbüs edilməsinə baxmayaraq, onun əsl tarixi 60-cı illərin ortalarından başlayır. Prussiya təbəəsi Volter Simens 1865-ci ildə burada misəridən iri bir zavod tikdirdi. V.Simens 1883-cü ilin yayında Qalakənd çayı yaxınlığında ikinci misəridən zavod tikdirdi. Gədəbəy zavodunda əsas yanacaq kimi ağac kömüründən, sonra neftdən istifadə edildiyi halda, Qalakənd zavodunda elektrik enerъisindən istifadə edilirdi. Çayın üzərində iki turbinli elektrik stansiyası tikilmişdi. Simens mədəndən fiziki zavodlara daşımaq üçün dar xətli dəmir yolu çəkdirmiş və bu yolu Qalakənd zavoduna qədər uzatmışdır. 1889-cu ilə qədər Dəllər stansiyasından nefti və mazutu dəmir boçkalarda Gədəbəyə furqonlarla daşıyırdılar. Simens Dəllər stansiyasından Çardaxlı kəndinə qədər 21 verst məsafədə boru çəkdirdi.

Misin əridilməsi üçün hər il 330 min pud dəmir filizi lazım gəlirdi ki, həmin filiz də Gədəbəydə çıxarılırdı.

1900-cü ildə hər iki zavodun birlikdə məhsulu 148 min puda çatırdı. Bu Qafqazda çıxarılan misin 68%-ni, Rusiyadakının 35 faizini təşkil edirdi. Əridilən misin cüzi hissəsi qab qayırmaq üçün yerli sənətkarlara satılır, qalanı Bakı və Batum limanları vasitəsilə Rusiyanın daxili əyalətlərinə və xaricə göndərilirdi. Zavoda yeni texnikaya meyl güclü idi. Fəhlələrin əksəriyyəti müsəlmanlar idi.

Simens qardaşları mis istehsalını əllərində saxlamaqla bərabər, Daşkəsəndəki filiz mədənlərini də ələ keçirdilər. 60-cı illərin ortalarında orada Kobalt zavodu tikdirdilər. 1866-1870-ci illərdə bu zavodda 8 min puddan artıq məhsul istehsal edildi. lakin bu zavodun taleyi uğurlu olmadı.

Dağ-mədən sənayesi sahələrindən biri də Naxçıvan qəzasında daş, duz və göllərdə şor duz çıxarılması idi: 60-cı illərin ortalarında və ikinci yarısında duz mədənlərinə təhkim olunmuş kəndlilərin azad edilməsi və duz mənbələrinin müzaidə vasitəsilə açıq satışa buraxılması onun inkişafını xeyli sürətləndirdi: çıxarılan duzun bir hissəsi yerli istehlaka, qalanı Rusiyaya, Irana və Türkiyəyə göndərilirdi. Bakı quberniyasında xəzinəyə məxsus 70-ə qədər duz gölü vardı. Əsrin sonunda Naxçıvanda duz istehsalı 300 min pudu ötüb keçdi.

Neft və kimya sənayesinin inkişafı Bakıda metal emalı sənayesinin inkişafına səbəb oldu. Demək olar ki, hər bir neft şirkətinin mexaniki zavodu və ya emalatxanası vardı. Ilk iri mexaniki təmir emalatxanası 50-ci illərin sonlarında «Qafqaz və Merkurii» cəmiyyəti tərəfindən tikildi. Ikinci belə müəssisə 70-ci illərin ortalarında Nobel qardaşları tərəfindən tikildi və mexaniki zavoda çevrildi. 80-ci illərdə mexaniki zavodların sayı çoxaldı. Rotşildin, Mantaşovun, Xatisovun zavodları, Əlibəyovun kanat fabriki və başqaları yaradıldı. 90-cı illərdə onların sayı 52-yə çatırdı. Onlardan 20-si iri mexaniki zavod idi. O cümlədən 8-i çuqunəridən, 4-ü mexaniki, 8-i miss emaledici idi. Bu zavodlar içərisində min nəfərə qədər fəhləsi olanları az deyildi.

Mexaniki istehsalın tərkib hissələrindən biri gəmiqayıran və təmir edən zavodlar idi. «Qafqaz və Merkurii» cəmiyyətinin mexaniki zavodunda 60-cı illərin ortalarından gəmilərin təmirinə başlanıldı. Qara şəhərdə Nobel qardaşlarının, 90-cı illərin sonlarında isə A.Dadaşovun gəmi təmiri zavodu və başqaları yarandı. 1900-cü ildə Bakıda 9 gəmi təmiri müəssisəsi vardı.

Tikinti materialları – kapitalizmin inkişafı tikinti materialları sənayesinin də inkişafını sürətləndirdi. Abşeronun daş karxanalarından tikinti daşları çıxarılmağa başladı.  əsrin əvvəlində Bakıda tikilən binaların 90%-i daşdan idi. Daşdan sonra ikinci tikinti materialı kərpic idi.  əsrin sonunda respublikada 150 kərpic bişirən müəssisə vardı.  əsrin əvvəlində onların sayı 200-ü keçdi. Keşlədəki kərpic zavodunda ildə 2 mln. kərpic istehsal edilirdi. Neft mədənlərinin sementə olan tələbatının artması burada sement zavodlarının yaradılmasını zəruri edirdi. Rusiyadan buraya gətirilən sement baha başa gəlməkdən əlavə, ona olan ehtiyacı ödəyə bilmirdi. Ona görə də  əsrin əvvəlində əvvəlcə Keşlə kəndində, bir qədər sonra Tovuzda sement zavodları fəaliyyətə başladı. Keşlə sement zavodu Zaqafqaziyada ilk və yeganə zavod idi. Orada ildə 7 min ton sement istehsal edilirdi (Tovuzdakı sement zavodu 1915-ci ildə istifadəyə verilmişdi).

Bakıda ilk elektrik stansiyasının pionerii «Qafqaz və merkurii» cəmiyyətinin tikdirdiyi kiçik stansiya hesab olunur. Əsrin sonlarında Bakıda təşkil olunan «Elektrosila» cəmiyyəti yaşadığımız əsrin əvvəllərində Bayılda və Ağ şəhərdə əvvəlkilərdən daha güclü iki elektrik stansiyası tikdi. Ümumiyyətlə, istehsal olunan enerъinin 95%-i şirkətlərin sənaye müəssisələrinə, qalan 5%-i isə şəhərin işıqlandırılmasına və kommunal təsərrüfatlarına sərf edilirdi. Bununla belə, Bakıdakı elektrik stansiyaları öz gücünə görə Peterburq və Moskvadan sonra Rusiyada üçüncü yeri tuturdu.

 əsrdə və  əsrin əvvəllərinə qədər Simens qardaşlarının Qalakənddə tikdirdiyi kiçik elektrik stansiyasından başqa, Bakıdan kənarda və Azərbaycanın qəzalarında elektrik enerъisindən istifadə edilmirdi.

Tarixi xronoloъi baxımdan Bakıdan kənarda Azərbaycan qəzalarında yaranan ilk iri kapitalist müəssisəsi Nuxadakı külli miqdarda baramanı emal etmək üçün fabrik tikmək zərurəti meydana gəldi. Böyük gəlir gətirəcəyini nəzərə alaraq Moskva sənayeçilərindən Alekseyev və Voronin qardaşları Nuxada 60 min manata başa gələn ipəkçilik fabriki tikdirdilər. 1861-ci ildə fəaliyyətə başlayan fabrikdə 432 dəzgah və 64 hovuz vardı. Dəzgahlar buxar mühərriki ilə hərəkətə gəlirdi. 60-cı illərin ortalarında fabrikdə 850 fəhlə çalışırdı. Fabrikdə layihədə nəzərdə tutulduğundan xeyli çox ildə 1200-1400 min pud ipək məhsulu istehsal olunurdu. Bu təkcə Rusiyada deyil, Avropada ən iri ipəkçilik fabriki hesab olunurdu. Lakin ipək qurdu xəstəliyi ilə əlaqədar 60-cı illərin ortalarında fabrik müvəqqəti olaraq dayandırıldı. 70-ci illərin əvvəllərindən fabrikin fəaliyyəti yenidən canlandı. Sahibkar Mirzoyev fabriki 45 min manata satın aldı. Fabrik müəyyən fasilələrlə 80-ci illərin ortalarına kimi işlədi. Bundan əlavə, Nuxa qəzasında 33, Qarabağda 19, Ordubadda 2 fabrik xarakterli ipəkçilik müəssisəsi vardı. Onlarda buxar mühərriklərindən və dəzgahlardan istifadə edilirdi. XX əsrin əvvəllərində ipəkçilik sənayesi daha sürətlə inkişaf etdi. Bu fabriklərin məhsulunun əksəriyyəti Rusiya və qismən xarici bazarlara göndərilirdi.

Pambıq istehsalının və toxuculuq sənayesinin inkişafı 70-90-cı illərdə Azərbaycanda pambıqtəmizləyən zavodların sayca artmasına səbəb oldu. Bakı və Gəncə quberniyalarında 90-cı illərin sonunda 27 pambıqtəmizləyən zavod vardı. XX əsrin əvvəllərində onların sayı 50-ni keçmişdi. Bu zavodlarda təmizlənən pambıq lifinin az qismi burada saxlanılır, qalanı Rusiyanın toxuculuq fabriklərinə göndərilirdi. XX əsrin başlanğıcında H.Z.Tağıyevin iri toxuculuq fabriki işə düşdü. Fabrik Avropa ölkələrindən gətirilən maşınlar və dəzgahlarla təchiz olunmuşdu. Onun tikilməsinə və təchizinə 3,3 mln.manat vəsait sərf edilmişdi. Fabrikdə min nəfər fəhlə çalışırdı ki, onların 150 nəfəri qadın idi.

80-ci əvvəlində balıq sənayesində müqaitə sisteminin ləğv olunması balıqçılığın inkişafına yaxşı təsir etdi. Həmin il Bakıda Şərqi Zaqafqaziya sularındakı balıq vətəgələrinin xüsusi idarəsi yaradıldı. Idarənin nəzarət dairəsi Şimalda Samur çayının mənsəbindən, cənubda Astara çayının mənsəbinə qədər 640 vers məsafəni əhatə edirdi.

Xəzər dənizindən əlavə Araz, Kür çaylarında və göllərdə balıq ovlanırdı. 1900-c2 ildə 380 min sentner balıq istehsal edilmişdi. XX əsrin əvvəlində vətəgələrin sayı inkişaf edərək 50-dən 127-yə çatmışdı. Balıq sənayesində mövsümü fəhlələrlə birlikdə 31 min adam çalışırdı.

Azərbaycanın müstəmləkə iqtisadiyyatının Rusiyanın xalq təsərrüfatının tərkib hissəsinə çevrilməsi burada nəqliyyatın və rabitənin inkişafı ilə yaxından bağlı idi.  əsrin ikinci yarısında Azərbaycanın qəzalarını bir-biri ilə və onları dəmir yolu stansiyaları və dəniz limanları ilə birləşdirən yollar çəkildi. Bu cəhətdən Azərbaycanı Ermənistanla birləşdirən Yevlax-Şuşa-Gorus-Naxçıvan-Yerevan şosse yolunun böyük əhəmiyyəti vardı. Ağsu yolu uzadıldı və qəzalar arasında yollar çəkildi. Əlbəttə, bu yollar əyalətlər arasında iqtisadi-ticarət əlaqələrini qismən sahmana salsa da, dəmir yolunu əvəz edə bilmirdi. 1878-1880-ci illərdə Bakını Sabunçu, Suraxanı və Balaxanı neft mədənləri ilə birləşdirən dəmir yolu xətti çəkildi. Bu yolda hərəkət edən qatarlarda təkcə neft məhsulları deyil, fəhlələr və sərnişinlər də daşınırdı. 1879-cu ilin dekabrında Tiflisdən Bakıya 515 km uzunluğunda dəmir yolu xəttinin çəkilişinə başlanıldı və 1883-cü il mayın 8-də istifadəyə verildi.  əsrlə  əsrin qovuşuğunda Qafqaz dəmir yolunun Bakı-Dərbənd şöbəsinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi həyatında daha mühüm rol oynadı. Beləliklə, Ümumrusiya və onun vasitəsilə dünya bazarlarına geniş yol açıldı. Dəmir yolunun çəkilməsi ilə bir zamanda ona xidmət edən stansiyalar, depolar, emalatxanalar da tikilirdi. Dəmir yolunun çəkilişi ilə Zaqafqaziyanın iqtisadi cəhətdən mənimsənilməsi yolundakı çətinliklər xeyli aradan qaldırıldı. Lakin dəmir yolu ilə neft ixracatının ancaq 65%-ni daşımaq mümkün olurdu. Bu vəziyyət Xəzər dənizində neft məhsulları daşıyan donanma yaradılması vəzifəsini qarşıya qoydu.

 əsrin 40-cı illərinin ortalarında Xəzərdə və Kürdə paroxod görünməyə başlamışdı. Buraya Həştərxandan ilk dəfə gələn paroxod «Volqa» idi. Həmin vaxt Həştərxanla Bakı arasında poçt paroxodu işləməyə başladı. 50-ci illərdə Kürdə «Knyaz Vorontsov» adlı paroxod üzdü. Sonra çayda Salyanla Yevlax arasında 30 sərnişin paroxodu üzürdü, 70-ci illərin sonunda Kaspi dənizində xarici şirkətlərə mənsub (Nobel qardaşlarının «Zərdüşt» və «Budda») gəmilər meydana gəldi. 70-ci illərdə nefti Bakıdan gəmilərlə Rusiyaya daşımaq sahəsində iş başlandı. 1878-ci ildə ilk dəfə nefti gəmiyə yükləmək sahəsində parla işləyən nasoslardan istifadə edildi. 90-cı illərin sonunda Xəzərdə maye yükü daşıyan gəmilərin sayı 350-yə çatırdı. Ümumiyyətlə, Xəzər ticarət donanmasında 17 milyon pud yükgötürümü olan və Böyüklü-kiçikli 700-800 gəmi vardı. Onların üçdə biri buxarla işləyən gəmilər idi. Gəmi sahibləri içərisində azərbaycanlılar üstünlük təşkil edirdi.

Bakıda və qəzalarda kapitalist sənayesinin inkişafı rabitənin də inkişafına kömək etdi. Azərbaycanda poçtun tarixi hələ  əsrin birinci rübündə, Rusiyaya birləşmə dövründən başlamışdı. 1818-ci ildə ilk dəfə Gəncədə poçt idarəsi yaradıldı. Bundan neçə il sonra 20-ci illərin ortalarında Bakıda yaradıldı. Türkmənçay sülhündən sonrakı ilk illərdə Qubada, Şamaxıda, Nuxada, Şuşada, Salyanda, Naxçıvanda, Lənkəranda poçt idarələri təşkil edildi. Lakin rabitənin geniş inkişafı əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə yaradılan Qafqaz poçt idarəsinin dörd idarəsindən biri Bakıda yerləşirdi. 60-70-ci illərdə Göyçayda, Ağdaşda, Zaqatalada, Culfada, Ordubadda poçt idarələri təşkil edildi. Dəmir yolu çəkildikdən sonra rabitənin inkişafı sürətləndi.

Əsrin sonunda Azərbaycanda 60 poçt stansiyası fəaliyyət göstərirdi.

1868-ci ildə qəzalardan keçməklə Tiflisdən Bakıya teleqraf xətti çəkildi. Sonra Gəncə ilə Şuşa arasında çəkildi. 1879-cu ildə Xəzər dənizinin dibi ilə Bakıdan Krasnovodska teleqraf xəttinin çəkilişi başa çatdırıldı. 80-ci illərin əvvəllərində 12 teleqraf stansiyası fəaliyyət göstərirdi. 90-cı illərdə Bakı-Tiflis dəmir yolu boyu 513 km məsafədə teleqraf xətti çəkildi. XX əsrin əvvəllərində Bakı teleqraf xətti Dərbənd, Port-Petrovski, Minvod və s. şəhərləri ilə birləşdirildi. Bakı ilə Tehran arasında birbaşa teleqraf xətti çəkildi.

Telefonun tarixi 80-ci illərdən başlayır. Əvvəlcə «Qafqaz və Merkurii», sonra Nobel qardaşları birliyi tərəfindən mədənlərlə neftayıran zavodlar və müəssisələr arasında çəkildi. Şəhəri əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886-cı ildə tacir Qustav List tərəfindən tikildi. Bakının rayonlarını birləşdirən və 72 ka uzunluğunda olan telefon stansiyasının on bir min abonenti vardı. XX əsrin əvvəllərində abonentlərin miqdarı dörd dəfə artaraq 42 minə çatdı.

Kapitalizs cəmiyyətinin xarakterik cəhəti olan bank-kredit müəssisələri 70-ci illərin ortalarından etibarən yaradıldı. Rusiyanın bir sıra mərkəzi banklarının burada şöbələri təşkil edildi. XX əsrin əvvəlində təkcə Bakı quberniyasında 48 kredit və 4 əmanət xəzinəsi kompaniyası vardı.


4.  əsrin ikinci yarısında mədəniyyət

Aərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər  əsrin ikinci yarısında mədəniyyətdə də əksini tapırdı. Bu dövrdə mədəniyyətin başlıca xarakter xüsusiyyəti demokratik-maarifçilik ideyalarını təbliğ edən məktəbin daha da inkişafı, ateist və materialist fəlsəfənin inkişafı, yeni tipli məktəblərin yaranması və inkişafı, milli mətbuatın və teatrın yaranması, ədəbiyyatda və incəsənətdə xəlqilik ünsürlərinin qüvvətlənməsi, əhalinin qabaqcıl ziyalılarında milli şüurun oyanması və sairədən ibarət idi.

Əsrin birinci yarısında fəaliyyət göstərən məktəblər və mədrəsələr yenə qalmaqda idi. Daha aşağı dərəcəli məktəblər demək olar ki, kəndlərin əksəriyyətində var idi. Belə məktəblərdə rəsmi, müəyyən edilmiş təhsil müddəti yox idi. Dərs cədvəli tətbiq edilmirdi, şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmırdı. Məktəblərdə cismani cəza tətbiq edilirdi. Falaqqa etibarlı pedaqoъi təsir vasitəsi sayılırdı. Tədris ərəb və fars dillərində aparılırdı. Bu məktəbi bitirənlər mədrəsələrdə təhsillərini davam etdirirdilər.  əsrin son rübündə ruhani məktəblərində təlimin məzmununda mütərəqqi meyl gücləndi. Təlimin məqsədində, məzmununda, təşkilat qaydasında və üsullarında dəyişikliklər baş verdi. Mütərəqqi maarifçi ziyalılar məscid məktəblərinə ümumtəhsil verən ibtidai məktəb nöqteyi-nəzərindən baxırdılar. Yeni ruhda təşkil olunan məktəblərə «üsuli-cədid» məktəbləri deyilirdi. Belə məktəblər rus məktəblərindəki tədris üsulu ilə tanış olan müəllimlər tərəfindən açılırdı.sinif otaqları mebellə, skamyalar, qlobus, yazı taxtası və başqa tədris ləvazimatı ilə təchiz olunurdu. Ilk belə məktəblər 90-cı illərin ortalarında Gəncədə, Şamaxıda, Nuxada, Naxçıvanda, Şuşada və başqa şəhərlərdə açılırdı.S.Ə.Şirvaninin (1835-1888), Mir Möhsün Nəvvabın (1833-1918), Məmmədtağı Səfərovun («Sidqi» 1853-1904) və başqalarının məktəbləri nümunəvi məktəblər idi.

Rusiyada həyata keçirilən məktəb islahatları 70-ci illərdən başlayaraq Azərbaycanda ibtidai təhsil sahəsində canlanmaya səbəb oldu. Məktəbdə təhsil müddəti dörd il idi. Tədris planına ana dili, şəriət, rus dili, hesab, coğrafiya, tarix, nəğmə, təbiətşünaslıq fənləri daxil idi.  əsrin ikinci yarısında olmaqla cəmi 5 şəhər ibtidai məktəbi vardı. Şəhər məktəblərində təhsil müddəti 6 il idi. Şəhər məktəbləri  əsrin birinci yarısında yaranmış qəza məktəblərinin əsasında meydana gəlirdi. Zaqafqaziyada şəhər məktəbi ilk dəfə 1874-cü ildə Şuşada yaradıldı. Onun ardınca Şamaxı qəza məktəbi şəhər məktəbinə çevrildi. 70-ci illərin sonlarında Nuxa və Naxçıvan, 80-ci illərin ortalarında Gəncə, Zaqatala, Bakı, 90-cı illərdə Ordubaddakı qəza məktəbləri şəhər məktəblərinə çevrildi.

Kapitalist münasibətlərinin inkişafı mütəxəssislərə və ixtisaslı fəhlələrə tələbi artırırdı. Ona görə də 80-90-cı illərdə bir sıra sənət məktəbləri yarandı. 1874-cü ildə Bakı ibtidai məktəbi nəzdində yaradılan sənət şöbəsi 80-ci illərin axırında müstəqil sənət məktəbinə çevrildi. Həmçinin 80-ci illərin əvvəlində Bakıda gəmiçilik məktəbi, 90-cı illərin ortalarında mexaniki, sonra inşaat şöbələri olan texniki məktəb yaradıldı. Gəncədə sənət məktəbi, Qubada və Mərdəkanda bağçılıq məktəbləri təşkil edildi.

70-ci illərin ortalarında rus-Azərbaycan məktəbləri deyilən məktəblər yaranmağa başladı. Bu məktəblərin yaradılmasından məqsəd azərbaycanlıları orta məktəblərə daxil olmaq üçün hazırlamaq idi. Tədris rus dilində olsa da, bu məktəblər əsasən azərbaycanlılar üçün nəzərdə tutulurdu. Ziyalıların gərgin mübarizəsindən sonra 1887-ci ildə Bakıda rus-Azərbaycan məktəbi açıldı. Onun rəhbərləri S.M.Qənizadə və H.Mahmudbəyov idi.

 əsrin birinci yarısında Azərbaycanda bir dənə də olsa orta məktəb yox idi. Orta məktəblərin yaradılması ideyası 40-cı illərdə meydana gəlsə də onun təşkili 1865-ci ilə təsadüf edir. Həmin il Bakıdakı dörd sinifli ali ibtidai məktəb əsasında realnı progimnaziya təşkil edildi və iki ildən sonra realnı gimnaziyaya çevrildi. Bundan 5 il sonra Gəncə qəza məktəbi klassik progimnaziyaya çevrildi. 7 sinifdən ibarət olan klassik gimnaziya gəncləri əsasən universitetə hazırlayırdı. Buranı bitirənlər əsasən ali texniki və kənd təsərrüfatı institutlarına daxil ola bilirdilər. Burada təhsil pullu idi.

Məktəb haqqındakı islahat qızların təhsili məsələsinə də təsir göstərdi. Bakıdakı «Müqəddəs Nina» qız məktəbi istisna olmaqla, Azərbaycanda qızların təhsili bir qayda olaraq evlərdə təşkil edilirdi. Təhsil pullu idi. 1864-cü ildə Zaqatalada təhsil müddəti bir il olan qız məktəbi açıldı. Bu məktəb 1904-cü ildə dörd sinifli Marinski qız məktəbinə çevrildi. Bakı «Müqəddəs Nina» məktəbi əsasında 70-ci illərin ortalarında müstəqil gimnaziya təşkil edildi. Azərbaycanda dünyəvi elmləri öyrədən ilk müsəlman qız məktəbi 1901-ci ildə Bakıda maarifpərvər və xeyirxah milyonçu H.Z.Tağıyevin təşəbbüsü və vəsaiti hesabına açıldı. Onun müdiri H.B.Zərdabinin qadını Hənifə xanım Məlikova idi. Qızlardan 35 nəfəri pulsuz oxuyurdu.

Azərbaycanda maarifin inkişafını ləngidən səbəblərdən biri də müəllim kadrlarının son dərəcədə az olması idi. Əslində 70-ci illərə qədər Zəqafqaziyada müəllim kadrı hazırlayan təhsil müəssisəsi yox idi. 70-ci illərdə orta məktəblər üçün Tiflisdəki Aleksandrovski Müəllimlər Institutunda müəllim hazırlanmağa başladı. 1876-cı ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təşkil olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı. Bu bölmənin ilk rəhbəri A.O.Çernyayevski idi. Qori seminariyasının Azərbaycan şöbəsində xeyli miqdarda kadr hazırlandı. Həmin kadrlar azərbaycanda xalq maarifinin təşkilində misilsiz fədakarlıq göstərdilər.

Məktəbdarlıq sahəsində müəyyən qədər biliyi və təcrübəsi olan müəllimlər bir sıra dərsliklər və köməkçi vəsaitlər hazırladı. M.Ə.vəzirovun hazırladığı Azərbaycan dili dərsliyi 1861-ci ildə çap olundu. Azərbaycan dilinin tədrisi sahəsində A.O.Çernyayevskinin «Vətən dili» dərsliyinin böyük əhəmiyyəti olmuşdu. Bu dərslik dəfələrlə çap edilmişdi. M.T.Sidqinin 80 nəsihətdən ibarət «Qiraət kitabı» marağa səbəb olmuşdu. 80-ci illərin sonunda R.Əfəndiyevin «Uşaq bağçası» və N.nərimanovun «Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» dərslikləri diqqəti cəlb edirdi.

Xalq kütlələrinin anna dilində təhsil almasında və maariflənməsində ərəb əlifbası ciddi çətinlik törədirdi. Qabaqcıl ziyalılarımız ərəb əlifbasının islah olunmasına maraq göstərirdilər. Bu işdə ardıcıl və mətin mübarizə aparan M.F.Axundov oldu. O, 1863-cü ildə əlifba islahatını təbliğ etmək məqsədilə Türkiyəyə getdi. Onun Istambula gəlişi gurultaya səbəb olsa da, əlifba islahatını həyata keçirmək mümkün olmadı. M.F.Axundov 1878-ci ildə rus və latın qrafikası əsasında ərəb əlifbasını tamamilə əvəz edəcək yeni əlifba tərtib etdi, onun bu cəhdi də nəticəsiz qaldı.

Azərbaycanın zəngin neft, dəmir, mis, alünit, polimetall və s. yataqları rus geoloqlarının diqqətini cəlb edirdi. Ömrünü Qafqazın tədqiqinə sərf etmiş akademik G.V.Abix burada geniş tədqiqat işləri aparırdı. Azərbaycan rayonlarının geoloъi quruluşunu öyrənmək işində görkəmli alimlərdən V.I.Arxipov, Q.B.Xalatov, I.Valentin və başqalarının xidməti böyük idi.

80-ci illərin ortalarında ilk azərbaycanlı kimyagər Möhsünbəy Xanlarovun (1857-1921) üzvi kimya sahəsində tədqiqatları başlandı.

Biologiya, kənd təsərrüfatı elmləri üzrə Rusiyada aldıqları bilikləri öz vətənində geniş yayan, Darvin təliminin müdafiəçisi H.B.Zərdabi (1842-1907), N.B.Vəzirov (1854-1926) və başqaları elmin həqiqi ehtiraslı carçıları idi.

 əsrin ikinci yarısında Mirzə Yusif Nersesov, Mirzə Camalın oğlu Rzaqulubəy, Mirmehdi Xəzani, Həsənəlixan Qaradaği, Əhmədbəy Cavanşir, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu və başqaları tarixşünaslıq sahəsində az-çox iş görmüşlər.

Qafqazın tədqiqi ilə məşğul olan şərqşünaslardan I.I.Berezin, N.V.Xanıkov, V.V.Qriqoryev, A.P.Berъe, V.V.Bartold, P.Q.Butkov və başqalarının əsərlərində Azərbaycanın V əsrlər tarixinin bir sıra hərbi-siyasi məsələləri işıqlandırılırdı.

 əsrdə Azərbaycanda fəlsəfi və ictimai fikirin inkişafı M.F.Axundovun adı ilə bağlıdır. Onun yaradıcılığı və dünyagörüşü  əsrin 60-70-ci illərində fəlsəfi fikir tarixində bütöv hadisə idi. Yaşadığı dövr rus, Şərq və Avropa fəlsəfəsi ilə yaxından tanışlıq onun filosov və mübariz ateist kimi formalaşmasına təsir etmişdi. O, fəlsəfəyə dair görüşlərini bir çox əsərlərində, xüsusilə «Kəmalüddövlə məktubları», «Mola Rumi və onun əsəri haqqında», «Filosof Yuma cavab», «Babilik əqidələri», «Con Stüart Milli-azadlıq haqqında» və s. əsərlərində daha qabarıq və konkret vermişdi.

Ədəbiyyatşünaslıq – elmin və mədəniyyətin bir çox sahələrində olduğu kimi, ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində də yeni, mütərəqqi, demokratik cərəyanın banisi M.F.Axundov idi. Tənqidi realizmi Azərbaycanda ədəbi məktəb səviyyəsinə yüksəldən M.F.Axundov ədəbi elmi tənqidi rels üzərinə qaldırdı. Onun başladığı işi H.B.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.M.Nəvvab, Firudin bəy Köçərli ləyaqətlə davam etdirdi və kamilləşdirdi.

Ədəbiyyat – qabaqcıl rus və dünya ədəbiyyatının mütərəqqi ənənələrinin təsiri altında ədəbiyyatda xəlqilik, maarifçilik, demokratizm prinsipləri möhkəmlənirdi. M.F.Axundov tərəfindən qoyulan ənənələr 80-90-cı illərdə Eynəli Sultanov, N.Nərimanov, Ə.Haqverdiyev, S.M.Qənizadə, S.Ə.Şirvani, N.B.Vəzirov, C.Məmmədquluzadə, R.Əfəndiyev və başqaları tərəfindən davam etdirilirdi. Həmin ədiblərin yaradıcılığında Azərbaycan ədəbi Milli dilinin formalaşdırılması davam edirdi.  əsrin ikinci yarısında elmi əsərlərin çoxu Azərbaycan dilində yazılırdı.

Azərbaycan ədəbiyyatı tarixində qüvvətli satirik və maarifçi şair kimi tanınan S.Ə.Şirvani nəsr sahəsində müəyyən iz qoymuşdu. Onun hekayələrindən «nəkir və Munker», «Talıbxan»ı göstərmək olar. Nəsr və şerlə yazılmış 8 təmsilin müəllifidir. Onların içərisində «Tülkü və çaqqal» daha maraqlıdır.

S.M.Qənizadənin yazdığı «Müəllimlər iftixarı», «Gəlinlər həmayili», «Allah divanı», «Qurban bayramı» hekayə və povestləri bədii nəsrin yaxşı nümunələri hesab edilə bilər.

Keçən əsrin sonlarında ədəbi fəaliyyətə başlayan maarifçi-pedaqoq, böyük demokrat C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti bədiiliyi və realizmi cəhətdən inqilabdan əvvəlki ədəbiyyatımızda misli görünməmiş əsər idi. XX əsrin əvvəllərində onun yaradıcılığı daha da çiçəkləndi.

Bu dövr ədəbiyyatımızı N.Nərimanovun ədəbi-bədii publisist əsərləri tamamilə yeni yüksəkliyə qaldırdı, ideya istiqamətini müəyyənləşdirdi. «Bahadır və Sona» romanı ilk realist roman kimi müəllifinə ölməz şöhrət qazandırdı.

Dramaturgiya sahəsində M.F.Axundovun ənənələrini N.B.vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, R.Əfəndiyev davam etdirdi.

 əsrin ikinci yarısında poeziya əsas etibarilə dörd qol üzrə – yazılı ədəbiyyatda aşıq şerri, realist satirik cərəyan, qəzəl şerri və dini mərsiyyə şerri – inkişaf edirdi. Bu dövrün xalq aşıqlarından Dədə Ələsgər, aşıq Nəcəfqulu, Hüseyn Bozalqanlı, Çoban Əfqan, Mola Cümə və başqaları böyük şöhrət qazanmışdı.

Qəzəlçiliyin geniş yayılması ilə əlaqədar olaraq Bakıda, Şamaxıda, Qarabağda, Lənkəranda, Ordubadda şairlərin bir sıra ədəbi məclisləri təşkil olunmuşdu. Şuşadakı «məclisi-üns» ədəbi məclisin üzvlərindən biri xan qızı Xurşidbanu Natəvan (1832-1897) idi.

Bu dövrdə realist satirik poeziyanın ən görkəmli nümayəndəsi S.Ə.Şirvani idi. O, zəngin irs qoyub getmişdi.

Mədəniyyət sahəsində ən böyük nailiyyətlərdən biri Milli mətbuatın yaranması oldu. Ziyalıların qabaqcıl nümayəndələri Milli mətbuatın əsasını qoymaq üçün min cür əziyyətə qatlaşırdılar. H.B.Zərdabinin məşəqqətli mübarizəsindən sonra istənilən məqsədə nail olundu. 1875-ci il iyunun 22-də «Əkinçi» qəzetinin birinci nömrəsi çapdan çıxdı. 1877-ci il sentyabrın 29-dək çap olunan «Əkinçi» qəzeti ayda iki dəfə 300-400 tiraъla çap olunmaqla cəmi 56 nömrəsi çıxmışdı. «Əkinçi» qəzeti «Daxiliyyə», «Əkin və ziraət xəbərləri», «məktubat», «elmi xəbərlər» və «təzə xəbərlər» başlıqları altında 5 şöbəyə bölünürdü.

«Əkinçi» qəzetinin nəşri dayandırıldıqdan sonra 1879-cu ildə Tiflisdə Azərbaycan dilində «Ziya» adlı yeni qəzet çıxmağa başladı. Qəzet həftədə bir dəfə nəşr edilirdi. Həcmi 4-8 səhifədən ibarət idi. Cəmi 76 nömrəsi buraxıldı. Qəzetin redaktoru mürtəce baxışlı ziyalı olan Seyid Ünsizadə idi. 1880-ci ilin sonunda «Ziya» qəzeti «Ziyayi Qafqaziyyə» adı ilə çıxmağa başladı. Onun nəşri 1884-cü ilin iyun ayına qədər davam etdi. Bu müddət ərzində 104 nömrəsi çıxdı. Bu qəzetin nəşri davam etməklə, 1880-ci ilin yanvarında Tiflisdə «Ziya» mətbəəsində «Kəşkül» adlı yeni bir qəzet nəşrə başladı. Onun naşiri demokratik ziyalıların nümayəndələrindən olan Cəlal Ünsizadə idi. «Kəşkül» həftədə bir dəfə nəşr olunurdu. Onun cəmi bir nömrəsi çapdan çıxdı. «Kəşkül» qəzeti 1891-ci ilə qədər nəşr olundu.

70-90-cı illərdə Bakıda burъuaziyanın vəsaiti ilə onun ideologiyasını təbliğ edən bir sıra («Bakinskiye izvestiya», «Kaspii» və s.) qəzetlər nəşr edilirdi.

Əsrin sonunda Bakıda 16 mətbəə fəaliyyət göstərirdi.

Milli teatrın təşəkkül tapması xalqımızın mənəvi həyatında böyük hadisə oldu. 1873-cü ildə Bakıda çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı. Ilk teatr tamaşası 1873-cü il martın 22-də Novruz bayramı günündə Bakı realnı məktəbi teatr həvəskarları truppasının təşəbbüsü ilə hazırlanmışdı. Onlar M.F.Axundovun «Hacı Qara» komediyasını göstərmişlər. Bununla Milli teatrın əsası qoyuldu. Bu tamaşadan sonra 80-90-cı illərdə ətrafında yeni qüvvələr toplanan Bakı həvəskarlar truppası 1883-cü ildə peşəkar teatr qrupuna çevrildi. Az vaxt içərisində Bakıda bir sıra istedadlı teatr xadimləri (Cahangir Zeynalov, Həbibbəy Mahmudbəyov, Nəcəfqulu Vəliyev, H.Sarabski və b.) yetişdi. 1895-ci ilin yanvarında Bakıda həvəskar aktyorlar tərəfindən N.nərimanovun «Nadanlıq» pyesi tamaşaya qoyuldu. Bir il sonra müəllifin «Dilin bəlası» və ya «Şamdan bəy» pyesi tamaşaya qoyuldu. Tamaşadan yığılan pulun bir hissəsi Nərimanov kitabxanasına sərf edildi.

Maarifə və mədəniyyətimizə böyük qayğı göstərən kapitalist H.Z.Tağıyev 1883-cü ildə teatr binası tikdirdi (hazırda Ş.Qurbanov adına Musiqili Komediya teatrının binası).

Musiqi – əsrin birinci yarısında olduğu kimi, musiqi iki istiqamətdə inkişaf edirdi. Onlardan birini əsrlər ərzində püxtələşən, xalqın həyatı ilə sıx bağlı olan və peşəkar, ustad aşıqlar tərəfindən inkişaf etdirilən aşıq yaradıcılığı təşkil edirdi. Digəri, xanəndə və sazandaların yaradıcılığını təmsil edən istiqamət idi. Onların hər birinin öz ansamblı və repertuarı vardı.

 əsrin ikinci yarısında musiqi ifaçılığı sahəsində istedadlı ustalar yetişmişdi. Onların sırasına Xarrat Qulu, Sadıqcan, Hacı Hüsü, Cabbar, Qaryağdı, Ələsgər Abdullayev, Keçəçi Məmməd və onlarla başqaları daxil idi.

Musiqi xadimlərinin beşiyi, Qafqazın konservatoriyası Qarabağın ürəyi Şuşa idi. Şuşadakı musiqi məktəbləri musiqinin yayılmasında və peşəkar xanəndələrin və sazəndələrin yetişdirilməsində misilsiz roloynamışdı.

Kapitalizmin sürətlə inkişafı Bakıda tikinti işlərinin geniş miqyas almasına səbəb oldu. Bir-biri ilə rəqabətə girən milyon sahibləri zənginliyi və təmtəraqı ilə diqqəti cəlb edən gözəl binalar tikdirirdilər. Bu möhtəşəm binalar şəhərə yaraşıq verməklə bərabər, əvəzsiz abidələrə çevrilirdilər. Onlar indi də sosialist Bakısının gözəl inciləridir.

Keçmiş əsrlərdə tikilmiş abidələrin bərpası sahəsində də iş aparılırdı. 50-ci illərdə Şəkidə xan sarayının bərpası başa çatdırıldı.

Rəssamlıqda və təsviri sənətdə M.M.Nəvvabın, X.Natəvanın, M.Q.Irəvaninin əsərləri marağa səbəb olurdu.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin