DOQQUZUM PARANIN NAĞILI
Zəhra Alı qızı
Qazax- 9 yanvar, 1927
“Dondar” mahalında bir qoja qarı var idi. Bu qarının da var-yoxu bir qızı var idi ki, hər oturanda doqquz əpbək para yeyərdi. Bu qız belə əpbək yeməginə görə adını “Doqquzum para” qoydular.
Doqquzum para aylar keçif, illər keçif yekələnif ərə gedəsi oldu. Günnərin bir günündə əpbək az olduğunnan Doqquzum para əvvəlki qayda üzrə qarnını qayıra bilmədi.
Odur ki, ay həmişəki Doqquzum para deyə-deyə ağlıyarkən xoja bunların qapısınnan keçirdi. Xoja Doqquzum para “Ay həmişəki Doqquzum para deyə ağlamanı xoşduyuf onun anasınnan xavar aldı ki, qızın Doqquzum para deyif nə üçün ağlıyır. Anası Doqquzum paranı başınnan əkmək üçün xojaya cavaf verdi ki, o günü qara gündə doqquz tökçə para yun əyirər; indi bu gün yun olmadığınnan yarım tökçə həmişəkinnən az əyirif, ona görə ağlıyır. Xoja arvadın sözünə inanıf bir belə fikir eylədi.
– Mən xojalıxnan şəhərdə, kənddə özümu ayaza verə-verə, imanımı, dinimi sata-sata və yalan danışa-danışa qazanc qazanıram. Əmbə bunnan yaxşı qazanc bu qızdı. Ona görə munu özümə arvat allam. Odu ki, öyümə aparıf bir dam yun alannan sonra bu qızı o yunun ujinnan calayaram. Hamısını ip eyləyər. Mən də həm o ipdən zili-xalı toxuyuf sataram, həm də ipin özünü sataram ki, qazancım həddən aşar”.
Xoja bu fikirnən üzünü arvada tutuf:
– Ay xala! Allahın əmrinnən, peyğəmbərin şəriətinnən hərgah isdəsən bu qızını mən alaram. Qarı dünənnən irazı olduğunnan cavaf verdi ki, Allaha da qurvan olum, peyğəmbərin şəriətinə də qurvan olum, sana da, bir qız bir oğlanındı.
Xoja qarıdan irazı olmax cavabını alanda dərhal bir fətir ceyran və imanını-dinini satan, qarıyı qoyuf ağı oxuyan bir süddü aş mollası tafdı. Bu molla Doqquzum paranın kəbinini “xoja Xuduşa” kəsdi və urusumunu alıf gətirdi.
Xoja Xuduş bu el içində urvat olunmayan, öydə qalıf çuvala tay olan Doqquzum parayı kəcavədə əgləşdirif Dondar şəhərində olan öyünə apardı. Xuduş əvvəla Doqquzum paraya yeddi dəst paltar alıf öydə yemək içməgini bol eylədi. Sonra bir dam yun alıf Doqquzum paranın yanına qoydu və ona tafşırdı ki, bir illik səfərə gedirəm, gələnə kibi bu yunu əgirərsən.
Doqquzum para göz üsdə deyif ərinə yol azıxı qayırıf onu səfərə yola saldı. Sonra Xuduşun yol xorək çörəginnən yeyif səlləminə gəzərdi, yun əgirmək nədi. Bu qapı sənin, o qapı mənim o qədər gəzərdi ki, bir il tamam oldu. Xojanın gəlmək vaxdı olduğunnan Doqquzum para qorxusunnan tez-tələsik cəhrəyi qurdu, onun xorək çörək bişirməyə majalı olmadığınnan horra çalıf iki qabda, hərəsini bir çiyninə qoydu və horranı yalaya-yalaya:
Xoja bazara gəlifdi,
Canım azara gəlifdi,
Göy təpələr göyər indi,
Ərim məni döyər indi –
deyə-deyə vız ha vız cəhrə əyirməyə başdadı.
Hal belə ikən qəzadən Dondar şahının oğlu Qanıxanın boğazında sümük qalmışdı. Munu nə qədər həkim, carraha apardılarsa, əlac eyləyən olmadı.
Odu ki, adətləri üzərə bir dəst mərəkinən Qanıxan qapı-qapı tüşüf dolanırdı ki, hər kim isdər həkim carrahlıxnan və isdərsə baxdın çağırmaxınnan alxış eyləməgnən, caddı, pitiynən və ilax... munun boğazınnan sümüyü çıxardarsa hər nə istəsə şahlıx xəzinəsinnən ala bilər. Qanıxan başındakı mərəkinən qapı-qapı gezə-gezə gəlif Doqquzum paranın qapısına çıxdı. Nə gördü onun çiynində horra qoyuluf, odu ki, gah bu çiyinnən, gah o çiyinnən horra yalaya-yalaya bir eybəcər və gülünc halda cəhrəni əyirir. Xan bu gülüncü görcək qahqahınan bərk güləndə sümük boğazınnan tüşdü. Bu zaman Qanıxanın başındakı mərəkə söyünə-söyünə xannan baravar Doqquzum paranı da şahın hüzuruna gətirif əhvalatı ona nağıl eylədilər. Şah oğlunun boğazınnan sümük çıxdığını eşidif çox şad oldu. Odu ki, üzünü Doqquzum paraya tutuf buyurdu: “A qızım, indi de görüm nə ənam isdərsən. Doqquzum para ərz eylədi ki, şah sağ olsun, sizdən puldan, maldan heş bir şey isdəmirəm, əmbə mənim bir dam yunum var bircə onu əyirtdirif if eylətsəniz sizdən yerdən göyə kimi irazı ollam. Şah bütün cəhrəçiləri Doqquzum paranın qapısına tökdürüf az vaxda onun bir dam yununu əyirtdirif gənə həmən dama yığdırdı. Doqquzum para şaddığına şıllax ata-ata öy-eşiyi silif, süpürüf, yığıf, yığışdırıf xoja Xuduş yolunu gözdüyürdü.
O tərəfdən xoja Xuduş bir illik səfərdən öyə gəlif nə gördü yun tamamən əyrilif tökçə halında dama ambar vuruluf. Xuduş Doqquzum parayanan bir illik ayrılığı münasibətilə görüşüf dedi:
– Sən mənim dolanajağımın dirəyi olduğunnan bu dünnən gözümün işığı, gönlümün isdəklisisən. Doqquzum paranın qoltuğu qarpızdanıf arvatdana-arvatdana xörəkdən, çörəkdən qayırıf ərinnən yeyəndən sonra şirin söhbət eylədikləri zaman bir “Donzan böcüyü” gəlif bunların yanınnan keçirdi. Doqquzum para munu görən kimi bir yaxşı guh yerə salıf donzan böcüyünü onun üsdünə qoydu, o böcüyə layıx hürmət eylədi.
Xoja Xuduş arvadınnan xavar aldı ki, nə səbəbə bu işi gördün.
Doqquzum para canını yun əyirməkdən qurtarmax üçün cavaf verdi ki:
– Ay gözümün işığı, gönlümün isdəklisi mən onu görəndə gözüm ağrıyır. Odu ki, hərgah sən də onnan olsan mən sənnən nejə ömür sürərəm. Sən daha bu günnən eylə az vaxda çox-çox işdəri tutma. Laf doğrusu bir də yun darama. Öy-eşiyinin işinnən məşğul ol.
Doqquzum para bu uydurma kələyinnən əri xoja Xuduşu ağlını kəsdirif öz-özünə:
Qızıldan taxdın olunca
Bir quru baxdın ola
dəyif əri xoja Xuduşnan mal-dölət içində ağ günnərnən ömür sürməyə başdadı.
ALLAHVERDİ ÇOVANIN NAĞILI
Əziz Əsgərof
Qazax, Yanvar, 1928
“Xanqıran” mahalında “Mərdən” addı bir qoja kişinən Güləndam addı bir qoja arvad var idi. Bulların da ölənnən sonra çıralarını yandıran oğul uşaqları yoxudusa da əmbə qara baxt on iki qızdarı var idi. Kasıf olduxlarınnan həş kəs urvat eləyif bircəciyini də almırdı. Qoja ataları kasıf-karrıxnan bir qarına aj bir qarına tox dolandırırdısa da həmişə öladdarının gələjeyini düşünürdü:
– Aya, mən ölənnən sonra bu yazıxlar nejə dolanajaxlar...
O bir axşam gənə ölatdarının fikrinnən yatmışdı. Yuxuda gördü ki, “Şahqannı” şəhərində varrı-dölətdi, eynində bəyyana livas, başında gün, ayağında ay və hər çiynində bir şavaxlı yıldız çox gümrah dolanır. Mərdan kişi savah olan kimi şenniyə çıxıf yuxusunu camahata söylədi. Camahat əhlinnən kimisi yuxuyu pis yozuf: a yazıx, eşitmiyifsənmi ki, “aj toyux yuxusunda darı görər”. Sən hara, o gördüklərin hara...Əmbə dünyə görmüş ağsaqqal, qarasaqqal yuxunu yaxşı yozuf:
– A Mərdən kişi, yuxuya girən, ağıla da girər. Elə də olsa sən kasıfsan, belə də olsa. Allaha təvəkkül eyliyif Şahqannıya get. Ya bir yollux ölərsən, ya bu pis günnən qurtararsan. Qoja Mərdən əl ağzı fal olar deyif arvad uşağınnan halallaşannan sonra Şahqannıya xavar ala-ala diyar-bə-diyar gezməyə başdadı. Mərdən gezdiyi vaxt çöl biyavanda böyük sürü sahavı Allahverdi addı bir çovana rast gəldi. Çovan qojanı görüf xavar aldı: – Ay əmi, itiyi itmiş adam kimi bu çöl biyavanda nə gəzirsən. Bilirəm çox yol yeridiyinnən ajsan, otu çörək ye. Mərdən savahdan aj idi. Çovan qoyunnardan bir qav süd sağıf çörəknən baravar onun qavağına qoydu. Mərdən doyuncax çörək yeyəndən sonra örəyinnən bir yanıxlı ah çəkdi. Çovan onun örəy yandırıcı ahını eşidif dedi:
– Əmi, and olsun səni, məni yaradana. Nə səbəbə belə ah çəkdigini mana söyləsən. Əgər mənnən aşası iş olsa, cannan-başnan düzəldəjəm. Mərdən çovanı belə insaflı və rəhmli cavan görüf əvvəla gördüyü yuxuyu ona söylədi. Sonra ərz eylədi:
– Ay balam, onnan ötrü ah çəkdim ki, mən yaranmışımnan hələ doyuncax çörək yeməmişdim. Bu gün burda yedim. Əmbə mənim arvadım on iki qızım yeyəsiz öydə ajdılar. Allahverdi çovan Mərdənin əhvalatını eşidəndə həm yuxuya havasdanıf və həm də rəhmi cuşa gəlif dedi: Eşit və inan. Bu gördüyün böyük sürü tək mənim özümündü. İndi itdi eşşəkli sana bağışdadım. Mən cahalam harda olsan dolannam. Əmbə sənin başın gora titrəyir və bir bölük uzun saşdı gözünü sana tikifdi. Sən bu sürüyü apar ölənə kimi dolan, mən də gəzmək havasında olduğumnan həm yuxunun dalınca gedərəm, həm də gəzərəm. Qoja Mərdən çovannan bu sözünü eşidif söyünə-söyünə və ona alxış elləyə-elləyə sürüyü itdi, eşşəgi qavağına qatdı. Gejə-gündüz otara-otara öyünə getdi. Arvadı-uşağı və Xanqıran əhli munnan xavardar oluf Mərdənin başına uyuşdular və əhvalatı xavar aldılar. Mərdən əhvalatı onlara nağıl eylədi. Xanqıran əhli:
– Gördünmü, biz dediyimiz kimi yuxun xeyirri yuxu oldu deyif və hər kəs də öyünə dağıldı. Mərdən də, arvad uşağnan sürüyə yaxşıca muğayat oluf onun səbəbinə gümrahnan dolanmağa başdadılar.
O tərəfdən Allahverdi çovan el və el düşüf suraxlaşa-suraxlaşa Şahqannı mahalını gəzirdi. O bir müddətdən sonra Şahqannı mahalının surağını alıf oranın yaxınnığındakı qavırsannığa çatdı. Axşam düşdüyünnən qavırsannıxdakı gümbəzin yatmax üçün içinə girdi. Allahverdi çovan gümbəzdə dincəlməkdə olsun, sizə Şahqannı şəhərində iki qardaş tacirrardan söylüyüm. Şahqannı şəhərində iki qardaş tacir var idi. Bullar hədsiz, hesafsız var, dölətə malik olmaxnan baravar böyük qardaşın Allahverdi bəy addı oğlu, balaja qardaşın da Baxdıgül addı bir qənirsiz gözəl qızı var idi.
– Əmi qızı, əmi oğlu bir-birini söydüyünü atalarına bildirdilərsə də heş birinin atası irazı olmadı. Ollar halı belə görüf belə məsləhətdəşdilər ki, axşam olan kimi hərəsi bir köhlən atı minif və birini də vəzindən yüngül, qıymatdan ağır şeylərdən yüklüyüf, həmən şəhərin yaxınında olan qavırsannıxdakı gümbəzdə olsun, ordan da üz biyabana qoyuf o qədər getsinlər ki, axırda öz mahallarınnan çıxıf özgə bir mahalda bir-birinnən ömür keçirtsinnər. Bu məsləhətdən sonra hərə öz öyünə gedif səfər tədarükünü hazır eylədi. Axşam olanda Baxdıgül xanım bir dəst bey yana livas və bir köhlən atı minif, birini də vəzində yüngül, qıymatdan ağır şeylərnən yüklüyüf bir xəlvət yerdən özünü qavırsannıxdakı gümbəzə yetirdi. Orda ay Allahverdi, gəlifsənmi deyəndə, çovanın da adı Allahverdi olduğunnan mən çoxdan burdayam cavavını verdi. Baxdıgül dedi:
– Əyə, olma günün qulağı yaxannan gəlifsən. Bə atın hanı durmax vaxdı döyül, min gedək.
– Bəli, elə o vaxdan gəlmişəm, əmbə atım, zadım yoxdu, Baxdıgül gejə zil qarannıx olduğunnan elə bildi ki, bu əmizadəsidi. At getməyə majal olmuyuf elə piyada gəlif:
– Ziyan yoxdu, gəl mənim yedəyimdəki atı min gedək. Allahverdi çovan onnan getmək sözünü eşidif: “Ay dil qafil, gəl bu suvarə ilə get, bəlkə o yuxunun əlamətidir. Xeyrə çatasan deyif Baxdıgülün yedəyindəki ata mindi. Allahverdi çovannan Baxdıgül xanım atdarı tərpədif üz biyavana qoydular. Xavardan-xavarı olmuyan Allahverdi bey gejədən xeyli keşmiş atını minif özünü gümbəzə yetirdi. Gümbəzdə ha əmizadəsini gözdədi, gələn olmadığınnan öylərinə qayıtdı. Baxdıgülnən Allahverdi lal-kar ovaşdana kimi at sürdülər. Ovaşdan Baxdıgül dedi:
– A Allahverdi bəy, indi savah açılır. Bura bizim mahaldı. Çovan çolux görüf tanıyar. Gəl bir yerdə axşama kimi gizdənək. Axşam olanda gənə gedərik. Baxdıgülün təybiri üzərə hər ikisi atdarını sürüf bir xəlvət yerə yetişdilər və orda atdarı örüklədilər. İşıx gözü Baxdıgül xanım yanındakına baxanda nə gördü: bir qıllı papax, qıllı çarıx və qıllı qartılı çovandı. Əmizadası nə gəzir. O çovannan əyə sən kimsən və haraya gedirsən deyin xavar aldı.
Allahverdi çovan onun cavavında “Mən Allahverdiyəm, atamnan-anamnan küsdüyümnən öz mahalımızdan özgə mahalda dolanmağa gedirəm”.
Baxdıgül fikrə qarq olmuş: daha mən atamın qorxusunnan öz mahalımıza qayıda bilmərəm. Gənə lazımdı munu yanıma götürüf qürbət elə getmək. Qürbət eldə bir müddət munnan yaşıyıf ağlını, kamalını yoxlayaram. Havax ağıldan kamaldan qoyrax olarsa daşını atmax hasantdı. Yox kasasında bir şey olsa çovan olanda nə olar, bəlkə yaradan tanrı məni bu Allahverdi çovana yazıf. Baxdıgül bu fikirnən Allahverdi çovanın yanına gəlif a yazıx həmişə atadan, anadan küsənnər bir-birini tapar. Mən də sən dərtdiyəm, qulaq as başıma gələni sana söylüyüm: “Mən varrı-dölətdi Ədilbəyin oğlu Əhməd bəyəm, atam zülümkar olduğunnan camahat onu öldürdü, məni də öldürəjeydilər ki, qaşdım qurtardım, həmən gümbəzdə sana rəs gəldim.”. İndi hər ikimiz qərif olduğumuzdan qərif mahallarda bir-birimizə arxalanıf dolanax. Allahverdi munun məsləhətinə can-başnan irazı oldu. Ollar axşam olan kimi atdanıf yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, axırda “Qaçax Qala” mahalına çatdılar. Bu yer çox safalı olduğunnan orda qalmağa hər ikisi irazı oldular. Ona görə Qaçax- Qaladan iki mərtəvə bir imarat alıf altdakı mərtəvəyə atdarını bağladılar. Üzdəkində də özdəri dolanmağa başdadılar. Orda bir belə, beş gün belə dolandıxları vaxt Baxdıgül Allahverdi çovanı yoxluyuf gördü ki, çovannığınnan belə, az-çox ağlı, kamalı və mərifətli vardı. Baxdıgül çovanın kasasını dolu görəndə meyli ona qonuf başına gələn qəziyyəni əvvəldən axıra kimi ona söylədi.
Və onnan bir yerdə həmişəlik ömür sürmək istədiyini də aşdı. Çovan belə gözəli çoxdan axdardığı üçün beyax irazı oldu. Ona görə yoldan para götürüf şəhərə çıxdı. Şəhərdən bir dəs bəy yana livas alıf eyninə geydikdən sonra öylərinə qayıtdı. O Baxdıgülü al qumaşa bəzənmiş və özünə yedi qələmnən zinət vermiş görəndə ağzının suyu davanını isdatdı. Qız da Allahverdini baz burutdan düz görüf “Ay oğlan, düzdür qismətdən artıx yemək olmaz, mənim gözümün ilk oyu sən oldun. Odu ki, mən səni ürəgnən söyürəm. De görüm sən nə xəyaldasan”.
Allahverdi onun cavavında “Sən ki məni söyürsən, mən də səni dünənnən söyürəm”. Hər ikisi bir-birini ürəkdən söydüklərinnən Baxdıgül dedi: – İndi ki, belə oldu, bizim dolanacağımız bəy livasımız bəy formu, mən də xanım olduğumnan sən də bəy olmalısan.
Şəhərə çıx bir qazı çağır ki, bizim kəbinimizi kəssin. Allahverdinin canınnan idi. O saat şəhərdən bira qazı tapıf özünnən baravar öyə getdi. Qazı Baxdıgül xanımın kəbinini Allahverdiyə kəsənnən sonra orusumunu da alıf getdi. Bular da bir müddət keyfə-damağa məşğul oldular. Günnərin bir günündə Baxdıgül xanım:
– Ay Allahverdi, eşitifsənmi bir yannan üsdə gəlmiyən şey axırda qurtarar. Bizim də dölətimiz onun kimidi. Belə yeyif yatmağın qavağında dağda tavlaşmız. Biz burda qərif olduğumuzdan gərək mahalın addı-sannı adamlarınnan cılız divannarınnan tanış olax. Dost olax ki, olların səbəbinə yaxşı hürmətimiz, invanımız olsun. Bir iş uju tapıf dolanaq. Belə iş düzəltmək üçün indi sən bir yaxşı töhfəynən Qaçax Qalaxanın yanına get. Yaxşı hürmət elləyək, bəlkə keyfi çatdayıf bizə köməkdarrıxı ola. Allahverdi Baxdıgülün təybirini bəyənif bir yaxşı töhfəynən şəhərə çıxdı. Şəhər əhlinnən mahalın divanı “Xasay xan” olduğunu örgənif onun bargahına getdi və izin alıf içəri girənnən sonra nişannısının təybiri üzərə həm töhfəyi verdi, həm də əhvalatı on ərz eylədi. Xasay xan töhfənin örtüyünü açıf gördü ki, burda löyün və löyün qıymatdı üzüklər və qıymatdı daşdar var. O belə töhfəni görüf, çəçələ barmağı dişində: – Belə adamnan iş əksik olmaz, qonax gedif bu sirri bilmək lazımdı.
O bu fikirnəın, ay cavan qorxma sizim kimi səxavətdi adamlara mənim çok hörmətim olar, deyif Allahverdiynən baravar onun qapısına getdi. Piləkənnən öyə çıxanda xanın gözü ağuşqadan bir qənirsiz gözələ sataşıf bir konüldan min konüla ona aşıq oldu. Xasay xan Baxdıgülə vurulduğunnan daha öyə getmək taqatı olmuyuf bitab ordaja yıxıldı. Allahverdi səvəvini xavar aldıxda: çilləsiz, kamansız bir ox örəyimin başınnan keşdi, nə qanı var, nə yarası, əmbə ciyarımı sancı doğruyur. Ona görə heş bir yana gedə bilmərəm, tez məni öyümə apar, ölsəm də orda ölüm. Allahverdi kor peşman Xasay xanı aparıf öyünə qoyuf qayıtdı. Öydə əhvalatı Baxdıgülə söylədi. Baxdıgül onun cavabında:
– Mən qonax gələjəyinnən özümə bəzək verif öyü sazdayanda o ağuşqadan mana çox diqqətnən baxa-baxa yıxıldı. Yaxın ki, mana vuruldu. İndi onun xatasınnan qutarsaq yüz yaşarıx. Bullar belə qorxu içində olan vaxt o tərəfdən Xasay xan manşır təyvirçisi qul başı Bodur bəyi hüzuruna çağırtdırıf əhvalatı ona aşdı. Və təybir tökməyi buyurdu. Bodur bəy ərz etdi ki, xan sağ olsun, gərək sən qızın visalına yetişmək üçün oğlanın başını batırasan, onun da başını belə batırmaq ola bilər.
– Pərilər məkahında bir bağ var, o bağı şirrər qoruyur. Sən Allahverdiyi yanına çağırtdırıf, buyur mənim naxoşduğuma həkimlər şir südü buyuruflar. İndi gərək nə təhər olsa mana şir südü gətirəsən. İçif qutaram. Onda nəmərin, nəmərdi, hürmətin də bir artıx. O burda qərif olduğuna görə yaxın ki, qorxusunnan gedəjək. Onda şir südü getdiyi oluf şirrər onu parça-parça eləyər. O ölənnən sonra qızın burda bir kəsi olmadığınnan tezcə ona sahav ola bilərsən. Xasay xan Bodurun bu təybirini bəyəndiyinnən iki qul göndərif Allahverdiyi hüzuruna çağırtdırdı. Xan Bodur bəyin təybiri üzərə özünü naxoşduğa vuruf pərilər məkanınnan şir südü gətirməyi ona əmr elədi.
Allahverdi xanın qəzəvinnən qorxduğunnan baş üsdə deyif bikef Baxdıgülün yanına gəlif xanın əmrini ona söylədi. Baxdıgül:
– Allahverdi, mən demədimmi o mana bənd oluf bizi balaya salajax, a yazıx pərilər bağınnan şir südünü nə təər getirməyi atam mana söyləmişdi, əmbə indi qurumuş yadımnan çıxıfdı. Hər halda getməyin lazımdı. Çünki xan mahna gezir, başını batırıf mana sahav olsun. “Eşitmiyifsənmi adam xavar ala-ala haja gedər”. Sən də hər yerdən soraxlaş, südü nə təər gətirməyin örgən. Bəlkə baxdın yar ola. Olu o yeri tanıyannar sana nişan verə gedif gətirəsən. Bu zalımın cənginnən yaxamız qurtula. Onu da bil ki, heş vaxt mən səni unutmaram, ölənə kimi yolunu gözdəyəjəm. Şər deməsən xeyir gəlməz. İşdi sənin başına bir bala gəlsə o saat özümü öldürrəm. Allahverdi Baxdıgüldən belə bafalı sözü eşidif bir yannan munnan, o biri yannan yuxudan fərəhlənif şannısınnan halallaşannan sonra mahal-ba-mahal pərilər məkanını xavar ala-ala gəzməyə getdi. O bu qılıx gənə bir mahala yetişif pərilər məkanını xavar alanda ağsaqqal, qarasaqqal:
– Bir mənzillikdə “Xalıxan” şenniyi var. Sən oraya get, ollara pərilər məkanı yaxın olduğunnan hər bir sirrini bilərlər. Allahverdi bir gejə-gündüz yol gedif həmən şenniyə çatdı. Pərilər məkanını ordan xavar alanda bir dünya görmüş kişi:
– Ay bala, çox sənin kimiləri pərilər məkanına gedif hələ də qayıtmıyıf. Əvvəla gəl mənim sözümü eşit getmə, hayıfsan. Elə ki getmək isdəsən mən hər nə desəm ona əməl elə. Bəlkə, baxdın oyax oluf, muradın hasıl ola. Pərilər məkanı o görügən dumannı dağın başıdı. Qış, yaz, bivaxt o dağdan duman əksik olmaz. Elə ki sən həmən dağın başına yetişdin, bir xəlvət yerdən pərilər bağındakı bir mərmər hozun başında olan böyük qonağın höyxurruğuna gir, gözdə, günorta vaxtı pərilər göyərçini donunda çimməyə gələjəklər. Və hər yana baxıf bir ins-cins görməyəndə göyərçin donunnan pəri donuna düşüf də soyunuf çiməjəklər. Olar çimməyə məşğul olan vaxt sən birinin paltarını oğurra, pərilər çıxıf paltarrarını geyəndə birinin paltarın səndə olduğunnan deyəjəklər:
– Ay bizim paltarı götürən hər nə canını cinsən nə mətləbin varsa de yerinə yetirək – əmbə paltarı versən o qədər paltarı vermə ki, paltarı itən pəri tək qalsın. Elə ki, tək qalıf paltarını istəyəndə sən çıxıf əhvalatı ona söylə. O yerinə yetirməyə söz versə onu bavasının çığasına and verənnən sonra paltarını ver. Daha qorxma hər nə desə qavıl ellə o sana istədiyini verər.
Allahverdi qojanın təybiri üzərə dumannı dağa çıxdı. Pərilər bağını tapıf bir xəlvətdən həmən hozun başındakı qonağın hoyxurruğuna girif pəriləri gözdüyürdü ki, bir də gördü yeddi göyərçin hozun qırağına tüşüf. Ollar pəri donuna girənnən sonra soyunuf çimməyə başladılar. Pərilər çimdiyi vaxt o birinin paltarını götürüf qonağın hoyxurruğuna girdi. O tərəfdən pərilər çimif paltarını geymək istəyəndə gördülər Fatma addı pərinin paltarı yoxdu. Hər tərəfi axdardılar. Bir əsər tapbadıxlarına görə:
– Ay paltarı aparan, nə cannı cinnisənsə de hər nə mətləbin var, rəva eləyək, əmbə paltarı ver. Bir cavaf çıxmadığınnan ay bajı nə elləyək paltarı aparanı tapa bilək. Biz çoxux deyin o qorxur biz gedək. Səni seyran bağında gözdüyək, sən tək qal bəlkə paltar götürən insafa gəlif verə sən də gələsən – deyif göyərçin donunda pərvaz eliyif getdilər. Pərilər gedənnən sora Fatma o uzun saşdarınnan cəmdəyini bürüyüf:
– Ay paltar aparan, hər karsansa, qorxma mən təkəm, nə mətləvin var, de yerinə yetirim, mənim paltarımı ver.
Allahverdi pərilər Fatmasını tək görüf paltar əlində onun yanına gəldi. Və əhvalatı ona aşdı. Pərilər Fatması bir xoş sıfat, xət xalı bənöyşə kimi, qəd-qameti ər-ər kimi, bəni adəmi görüf ona könül verdi.
– Ay bəni adəm, and olsun bavamın cığasına paltarı ver, işini düzəldəjəm. Allahverdi Fatma and işdiyi üçün paltarı verif bir yana çəkildi. O paltarını geyif, Allahverdinin yanına gəldi. Fatma:
– Sən burda duruf mən süd getirənə kimi gözdəsən, şirrər səni görüf həlak eləllər. Ona görə sən get dumannı dağın ətəyində gözdə, mən bajılarımın yanına gedif ollarnan baravar şirrərdən süd alıf sana getirim. Allahverdi Fatmanın məsləhətinə irazı oluf dağın ətəyində onu gözdəməyə başdadı. Fatma göyərçin donuna girif bir su içimində seyran bağına bajılarının yanına gəldi. O əhvalatı bajılarına söyləyəndə bajıları munnan baravar şirrərdən süd alıf ona verənnən sonra dedilər:
– A bajı, sana bəni adəm əli deydiyinnən biz səni içimizə qoya bilmərik. Fatma ha and işdi ki, mana bəni adəm əli demiyif. Ancaq pərilər inanmadılar. O yazıx malul-müşkül şir südünü götürüf Allahverdinin yanına gəldi. Südü Allahverdiyə verdi. Allahverdi Fatmaynan halallaşannan sonra Qaçax Qalaya tərəf yola düşdü. Bir qədər yol gedif geri baxanda Fatma həmən yerdən tərpənmədiyini gördü. Gənə bir az da gedif geri baxanda onu dalınca forunnux maral kimi baxar görüf: “Ey dil qafil, bəlkə onun sana deyəsi bir sözü var. Gəl geri qayıt, soruş gör nə deyir”.
Allahverdi bu fikirnən Fatmanın yanına qayıdıf ərz eylədi: – Səni and verəjəm pərilər pirinə ürəyində nə dərdin varsa mana bəyan ellə. Əgər əlimnən gələn olsa cannan-başnan rəva elləyərəm. – Pərilər Fatması onu belə bafalı görəndə bajılarının onu işlərindən çıxartdıxlarını söylədi.
– İndi ki, belədi, havaxt irazı olsan, gəl mənnən gedək, səni gözümün üsdündə saxlayaram. Fatma onun cavavında – hərçənd bəni adəmə etivar yoxdu. Əmbə səni çox etivarrı və sadıx görürəm. Ona görə sənnən gedə bilərəm. Əmbə sən burda gözdə mən pərilər məkanına deyim gəlim.
Fatma pərvaz elliyif az vaxtda pərilər məkanına yetişdi. Öylərinnən vəzindən yüngül, qıymatdan ağır şeylərdən götürüf Allahverdinin yanına gəldi. Onnan baravar Qaçax Qalada Allahverdinin öyünə yetişdilər. Hər ikisi Baxdıgül xanım ilə görüşənnən sonra əhvalatı ona söylədilər. Baxdıgül hər ikisinin sağ-salamat südü də gətirif gəlməsinnən çox şad oldu. O Allahverdiyə südü xana aparmasını söylədi. Allahverdi südü götürüf xanın yanına gəldi. Xan onnan təmənnəşif nə təər gedif getməsini və keyfini-halını xavar alıf şir südünü qavıl elləyənnən sonra ona nəmər verif yola saldı. Xasay xan Allahverdinin bu gedər gəlməzdən salamat gəldiyinnən gənə də təybirçi Bodur bəyi hüzuruna çağırtdırıf ona heş əlac olmuyan bir təybir çekməyin buyurdu. Bodur bəy xanın cavavında ərz etdi ki, xanım daha mən təybirdən acıjam. Çünki belə gedər-gəlməz səfərdən salamat qutaran adama nə qədər bala da qursan yıxılmaz. Gənə də buyruğunuzdan boyun qaçırmıram. Cannan-başnan təybir tökməyə hazıram. Əmbə indi yox, bir müddət burax fikirrəşim. Bir elə təybir töküm ki, Allahın bajısı oğlu da o təybirin qavağında aciz qalsın. Xasay xan Bodur bəyə hədsiz-hesafsız nəmər verif bajaranatan tez təybir tökməsini tafşırdı. O tərəfdən Allahverdi söyünmuş öyə gəlif xanın munnan çox irazı oluf, nəmərnən yola salmasını söylədi. Baxdıgül və Fatma söyunuf hər halda təybirri olmağınız lazımdı, dedilər. Baxdıgül xanım Fatmanın hər əhvalatını Allahverdidən eşitmişdi. Onun qərif bir pəri olduğu üçün Allahverdinin onu almasına irazı oldu. Allahverdi Fatmanın də kəvinni özünə kəsdirdi. Hər ikisinnən şad-xürrəm yaşayırdı.
Ay keşdi, il keşdi, gəlinnərin hərəsinin bir qəşəng oğlu oldu. Oğlannara ağ günnər içində pərvəriş verdiklərinnən bir yaşlarında ay parçası kimi bədirrənmişdilər. Ataları və anaları uşaxlarına fərəhlənif möhübbətnən dolanırdılar ki, o tərəfdən Bodur bəy Xasay xanın hüzuruna gəlif ərz ellədi:
– Xan sağ olsun, bu qədər müddətdə belə bir təybir tökmüşəm.
Allahverdini yanına gətirtdirif deynən mən naxoşduğumun dərmənini tapmışam. Get o dünyədən bavam “Aydımir xan”nan mana bir xavar gəti görüm nə işə məşğuldu. O gedəndə mana demişdi ki, havaxt işin dara düşəndə məni çağırt işinə əncam çəkim. Onu da bil ki, havaxt xavar gətirdin xannığımı sana verəjəm. Yox xavar getimədin boyununu vurdurajam.
Yəqin ki, o sənin cavavında ya xavar gətirə bilmərəm deyəjək, ya da qəzəviyin qorxusunnan baş götürüf gedəjək. Onda olların hər ikisində də o tələf olar, sən də mətləvinə çatarsan.
Xasay xan Bodur bəyin təybirinə afərin deyif o saat bir neçə qul göndərif Allahverdini yanına gətirtdi. Xan Bodur bəyin təybiri üzərə buyurdu:
– Allahverdi, mən dərdimin dərmənni tapbışam. Rəhmətlik babam “Aydəmir”in düşgün vaxdı idi. Gənə mən də həmən Qaçax Qala mahalının xanı idim. Camahata çox zülm elədiyimnən o mana qarğış elərdi. Hələ öləndə:
“Ay nəjəm, görüm sənin sağ günün baş ağrısı olsun” deyə öldü. Ona görə səni o dünyayə babam Aydəmir xanın yanına göndərirəm ki, naxoş olduğunu ona deyəsən. Çünki o can verən vaxt mana demişdi: “Bala, işdi mənim qarğışım keçif naxoş olsan, məni çağırtdır, əncam çekərəm”.
Havax xavar gətirdin xannığım sənindi, yox getimədin boynunu vurdurajam. Allahverdi xanın əmrinin cavavında:
– Ay xan, üş günə kimi ya xavar getirməyə gedərəm və ya başımı verrəm. Dedi:
Xan buyurdu:
– İxtiyar sahavısan. Allahverdi dərd qəmə bələnmiş öylərinə gəlif əhvalatı şannılarına nağıl elləyəndə pərilər Fatması dedi:
– Bu işin əlaci məndə. İndi kağız qələm al, mən hər nə desəm yaz, Allahverdi əlinə kağız qələm aldı.
Fatma sözə başdayıf:
– “Bafasız balam Xasay xan!”
Sən nə qədər böyüyüf və təkəbbürrənifsən ki, özün əndərif mənim yanıma gəlmirsən. Bu qərif adam göndərirsən. Yaxşı a balam!... Doğurdan da gözdən iraq olan, könüldən da iraq olarmış. Ha vaxt ölətdik hax-sayı olmaseydi, sənin başına mən bilirəm nələr getirərdim. Nə elliyim ölətdən keçmək olmur. Məlumun olsun ki, sənin dərdin nə mənim və nə də camahatın qarğışınnan döy, yalqız eşq dərdidi. Onun çarasını mən eləyə bilərəm. Əmbə göndərdiyin ya adam olduğunnan nə, nə işə məşğul olduğu nə də sənin dərdiyin çarasını deyəmmədim. İndi sözümün qutaranı bu naməni alan kimi başını orda isdat, burda qırxdır. Həm dərdiyin davasını elliyim, həm də sən mənim, mən də sənin işə məşğul olduğumuzu bilək.
Əztərəf mərhum baban: Aydəmir xan.
– Allahverdi, bu naməyi civinə qoyuf, xanın yanına get. Ona de ki, xan sağ olsun, eni, üzünü yeddi arşın və hündürrüyü yeddi ağac odun yığdır. O zaman mən gedif o dünyədən babannan xavar gətirrəm. Elə ki, odun hazır oldu onun başında bir dəs yorğan-döşək saldır və deyinən mən çıxıf həmən yorğan-döşəkdə yatdığım vaxt siz oduna od vurun. Sən bu sözdəri deyif odunu da hazır elətdirənnən sonra öyümüznən görüşərəm deyif buraya gəl.
Allahverdi Fatmanın təybiri üzərə xanın yanına gedif o hər nə demişdisə də hamısını ona söylədi. Xan Allahverdinin dediklərini hazır ellətdi. Allahverdi odunu yığılmış, yeri salınmış görəndə görüşmək mahnasına öyə gəldi. Və şeylərin hazır olmasını Fatmaya söylədi. Fatma pəri donunnan Allahverdinin donuna girif həmən odunun yanına gəldi. Ordan da odunun başına çıxıf yerə girənnən sonra oduna od vurmağı söylədi. Xavardan xavarı olmuyan Xasay xan şaddığınnan şıllax ata-ata oduna od vurdurdu. Odun çırt-çırtnan yanıf alov tüstü hər yanı bürüyən vaxt Fatma gövərçin donuna girif pərvaz edif öylərinə gəldi və əhvalatı Allahverdiyə söylədi. Fatma ilə Allahverdi o qədər gözdədi ki, odun tamam yanıf kül oldu. Onda Fatma üzünü Allahverdi bəyə tutuf:
– Daha durmax vaxtı döy. Dur bir xəlvətdən həmən odunun yanına gedəsən. Mən orda səni külə basırajam. Sən küldə o qədər gözdə ki, yanınnan bir neçə adam keçəndə küldən çıxıf olarnan baravar Xasay xanın yanına get və həmən yazdığımız naməni ona ver. Yadında olsun o dünyə haqqında hər nə xavar alsa namədə yazılannan qırağa çıxma. Fatmanın təybiri üzərə hər ikisi odun külünün yanına getdilər. Bu zaman Fatma Allahverdini külə basırıf öyə qayıtdı. Allahverdi adam gözdədiyi vaxt qəzadən Bodur bəy başında mərəkə xanın bargahına getmək üçün gəlif ordan keçirdi. O mərəkəyi görəndə küldən çıxıf ollarnan baravar xanın yanına gəldi və naməyi ona verdi. Xasay xan naməyi bütün mərəkənin içində oxuyuf məzmununu həm camahat və həm də özü biləndə bu möcüzəyə mat-məəttəl qaldılar. Xan bir xeyli fikrə gedif:
– Munun dərdi eşq dərdi olduğunu va bavası ölənnən indiyə kimi onu yadına salmadığı namədə yazıldığınnan naməni o dünyədən bavası Aydəmir xan yazdığına inandı. Ona görə həm eşq dərdinə çarə üçün, həm də bavasını görmək üçün əlvəsaat Allahverdiyə qalatdığı odun qədər odun qaladıf başında yer saldırıf özü yerə girənnən sonra höküm ellədi. Oduna od vurun. Camahat xanın hökmünə görə oduna od vurdular. Odun alışıf yananda xanı ellə yandırdı ki, külü də ələ gələsi olmadı. Allahverdi halı belə görəndə söyünmüş öylərinə gəlif, xanın yanmasını şannılarına söylədi. Ollar də beyə arxalı tuşmanın ölməsinə çox söyündülər. Hər üçü şad-xürrəm dolandıxları vaxt biyqəfildən Allahverdi naxoşdadı. O naxoş yatdığı vaxt arvat-uşaxları başına yığışdılar.
Baxdıgül başında pərilər Fatması ayağında və oğlannarının hərəsi də bir qolunun üstündə idi. Allahverdi bu oturuşu görüf bir qahqaha çəkif güldü. Arvatdar and verif xavar aldılar ki: “Naxoş adam dərddi olar, de görək o dərd nə, bu gülmək nə”. Allahverdi özünün əhvalatını və qoja Mərdənin yuxusunu arvatdarına nağıl elədi. Fatma elə Baxdıgül munun başına gələn qəzavi qədərə mat, məəttəl qalıf dedilər: “Doğrudan da ağıla gələn, başa gələrmiş”.
Allahverdi bir neçə günnən sonra naxoşduxdan qalxdı. Pərilər Fatması və Baxdıgülnən baravar Xasay xanın bargahına gəldilər və carçıları mahala dağıtdılar. Carçılar car çağırdığına görə bir az vaxtda Qaçax Qala əhli uşaxdan böyüyə kimi xannıx bargahına yığışdılar. Bu vaxt Allahverdi əvvəla özünün, Baxdıgülün və atanın başına gələn qəzavü-qədəri əvvəldən axıra kimi camahata nağıl ellədi. Sonra Xasay xanın isdər camahata və isdər bullara etdiyi zülümünü və axırda cəzasına çatdığını olara bildirdi. Qaçax Qala əhli bu qəriflərin başına gələn qəza qədəri eşidif mat-məəttəl qaldılar. Hərgiz bəni adəmlər bələ işdəri görə bilməz, şükür o qədər zəhmətdən və zillətdən sonra axırınız xeyrə çıxdı. O sizə zülüm eləyəndə haqqında cəzasına çatdı: “Munun gorvagor atası və bavası da özü kimi camahatı çalıf çapan, zülümkar şorgöz idi”. Allahverdi tuşmanını öldürdüyünnən və camahat munun tərəfinə keşdiyinnən bir qəşəng şaddıx məjlisi quruf camahatı arvatdı uşaxlı o məjlisə qonaq çağırdı. Camahatın ədətdəri üzərə məjlisə aşıqlar və çalğıçılar gəldilər. Aşıqlar bir neçə gözəlləmə oxuyannan sonra məjlisin buyurmağına görə “Tahir Mirzə”nin nağılını söyləməyə başdadılar. Nağılı yarılamışdılar ki, məjlisə xorək, çörək gəldi. Aşıqlar da camahatnan baravar yeyif, işdilər və gənə nağıla başdadılar. Ta inki, nağılı Tahir Mirzə Banı xanımnan tapışıf, onnan baravar əmisinin davasına gələn yerə yetirdilər. Bu vaxt:
– Ay camahat, Tahir Mirzə davaya gedən vaxt xaşdıx yığmışdı.
Camahat aşıqlardan bu sözü eşidif olara nəmər yığıf verdilər. Aşıqlar nəmər yığannan sonra biri arvatdarın məjlisinə getdi. Biri də həm camahatı güldürmək üçün və həm də yatannarı oyatmax üçün qaravəlliyə başdadı:
“Günnərin bir günündə “Vayşüyən” kişi oğlu “Bədöləti” çağırıf çörək ye, oduna gedək, yoxsa öldürsən də getmərəm. Vayşüyən kişi ha elədi başa gəlmədi. Axırda sarı toyuxları öldürüf oğlunnan yedi ki, bəlkə Bədölət oduna gedə. Əmbə Bədölət toyuxların ətinnən o qədər yedi ki, qurvağa udmuş ilan kimi ağzı açıx qaldı. Sonra eşiyə çıxıf belə fikir ellədi:
Mən oduna getməmək üçün bir elə yer tapbalıyam ki, atam gəlif məni tapbasın. O bu fikirnən hər yanı gəzərdi. Bir də ot tayasını görüf onun layını qaldırıf altına girdi. Bu tərəfdən Vayşüyən kişi nə qədər gözdədi Bədölət gəlmədi. Axırda əşiyə çıxıf gezdi. Gənə Bədöləti tapa bilmədi. And işdi ki, o öyə gələndə gərək o qədər döyüm ki, əlifi əzbərdən oxuya.
Bədölət ot tayasında axşama kibi yatdı. Qəzadən axşam iki qonşu cayalı həmən tayaya oğurruğa gəldilər. Oğruların hərəsi bir tərəfdən çatıları sərif ota calandılar. Buların biri tələsikdə Bədöləti də onnan baravar şələ vuruf dalında yola düşdülər. Şələsində Bədölət olan oğru gəridən gəliyinnən yuxudan ayılan Bədölət halı belə görəndə əlini uzadıf irəliki oğrunun yumşaq yerinnən çimdiklədi. Oğru yoldaşına dedi:
– Ay kişi oğlu kişi beylə də zarafat olarmı. Daldakı oğru and-aman eylədi ki, mənim xavarım yoxdu. İnanmırsan irəli keçim. O bu sözdən sonra irəli keçdi. Bu vaxt şələsində Bədölət olan oğrunun gənə yumşaq yerini Bədölət bərk çimdiklədi. Oğru buğa sıçrayan döyə kimi dat atıf “ay aman indi də mənimkini əllədilər”. Oğrular belə qorxuda olan vaxt Bədölət ay görək uşağı əgləşin görüm bu otu oğurruyuf haraya aparırsınız, deyin çığırdı. Oğrular bu sözü eşitcək şələləri tolluyuf qaşdılar. Bədölət şələləri də götürüf qapılarına getdi.
Şələlərin çatıları da əlində atasının yanına gəlif ay ata havaxt oduna getmiş olseydux, bir belə xeyrimiş olmazdı. Vayşüyən kişi Bədölətin sözünə qulaq asmıyıf onu əlinnən gəldiyi qədər döyüf, unnan yumşağ ellədi. Bədölət çovan əlinnən sipa qutaran kimi qutarıf özünü bir samannığa saldı. Orda gördü ki, bir savan səvədi var. Gələnnər görməsin deyin səvədin altına girdi. O gejə bir oynaşnan bir aşna bir-birinə vədə verdiklərinnən bir yaylıx xoşgəvərnən Bədölət olan samannığa gəldilər. Oynaş yaylığı yerə qoyuf aşnasına dedi:
– Yeyif kef çəkək, yoxsa kef çəkif yeyək.
Aşnası:
– Kef çəkif sonra yeməyi söylədi. Oynaş dedi:
– A canım qurvan, bir de görüm sən məni havax bəyənifsən.
– Mən səni xançal çekif dolana-dolana şaxsey vaxsey deyə-deyə başını yaranda bəyənmişəm. Oynaş bu möhübbət artıran sözü eşitcək, onun möhübbəti daha da artsın, deyin əlini-ətəyini çırmalamaynan baravar xançalı siyrif üzünü aşnasına tutuf indi qavağımdakı saman səvədi bir saatdığına baş olsun. Mən iki dəfə şaxsey deyə-deyə yetişif bir xançal vurajam ki, iki bölünsün. Aşna dedi:
– Eylə eləsən səni daha da beyənnəm. Oynaş dərə xəlvət tülkü bəy məsəli, qoltuğu qarpızdanıf aşnasına dediyi kimi, belinnən xançalı çəkif iki dəfə şaxsey deyif, üçüncü dəfə vaxsey deyə-deyə özünü səvətə yetirif vurum deyəndə Bədölət özünü yığışdırıf uja səsnən:
– Ya Hüseyn-ya Hüseyn deyif səvədi göyə atanda oynaş ay aman aşna bura Hüseynnan doldu. Durmax vaxdı döy, gəl qaçax deyəndə aşna da oynaşnan baravar qaçıf öylərinə getdilər. Bir tərəfdən Bədölət söyünmüş gözü maşallah pişiyinin gözü kimi parıldadı.
Yaylığı göturuf atasının yanına gəldi:
– Ay dədə, bir şələ odunnan ötrü məni döyüf öldürdün ki, sən tənbəllik elliyif öyümüzə xeyir vermiyirsən. Bax indi mən iki şələ ot iki çatı və bir yaylıx xuşgəvər getirmişəm. İsdəsən on arava odun alarsan. Vayşüyən kişi oğlu Bədölətə baxıf:
– Ay bala, doğurdan da hər kər bir vəznən başını dolandırıf dünyadə aj qalmaz”.
Aşıq qaravəllini qurtaranda camahat sağ olunu üsdünnən yağdırıf ona çay gətirtdilər. Bu aşıq çay içməgə məşğul oldu, o biri aşıq da arvatdarın məjlisinə hər cürə oyun havası çalıf olları oynatmaqnan baravar konullarını aşmax üçün “Sarı köynək” gözəlləməsini oxumağa başladı:
Dostları ilə paylaş: |