Azərbaycan Hava Yolları” Q. S. C. Milli Aviasiya Akademiyası Sərbəst iş №2 at – nin keyfiyyətinin yoxlanılması Fakültə: İqtisadiyyat və hüquq



Yüklə 20,88 Kb.
tarix03.05.2020
ölçüsü20,88 Kb.
#31069
Mulki mudafiə 2..

Azərbaycan Hava Yolları” Q.S.C.

Milli Aviasiya Akademiyası

Sərbəst iş 2

AT – nin keyfiyyətinin yoxlanılması

Fakültə: İqtisadiyyat və hüquq

İxtisas: Dünya iqtisadiyyatı

Qrup: 1319A

Fənn: Mülki Müdafiə

Tələbə : İbrahimli İlkin Ceyhun

Müəllim : Rüstəmov Ruslan Rüstəm

Bakı 2020

Azərbaycan Respublikasının Mülki müdafiəsinin əsas vəzifələri

Bu Qanun Azərbaycan Respublikasında mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır. Maddə 1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1) mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;

2) mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur; 3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir; 4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;

5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.

Maddə 2. Mülki müdafiə haqqınnda qanunvericilik Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3. Mülki müdafiənin təşkil edilmə prinsipləri Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:

1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi); 2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi); 3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması); 4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);

5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi); 6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin Maddə 4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.

Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazədə olan bütün insanları əhatə edir. Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir. Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür.Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.(1)

Maddə 5. Mülki müdafiənin məqsədi Mülki müdafiənin məqsədi aşağıdakılardır: 1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi; 2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması; 3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması. Maddə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;

2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək; 3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək; 4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək; 5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və madditexniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;

6) mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək; 7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq; 8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək; 9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək; 10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;

11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək; 12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək; 13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək; 14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;

15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək; 16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək; 17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək; 18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;

19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək; 20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; 21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək. Maddə 12. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti Mülki müdafiə qüvvələrinin şəxsi heyəti hərbi qulluqçulardan, qulluqçulardan və fəhlələrdən ibarətdir. Mülki müdafiə qüvvələrinin hərbi qulluqçularla komplektləşdirilməsi Azərbaycan Respublikasının hərbi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Mülki müdafiə qüvvələrinin hərbi qulluqçuları «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər hərbi qanunvericilik aktlarına uyğun olaraq bu Qanunla müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.

Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə daxil olan qulluqçuların və fəhlələrin xidmət və əmək fəaliyyəti Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Mülki müdafiə qüvvələrinin ştat sayını, mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün geyim formasını və fərqlənmə nişanlarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 13. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin hüquqi və sosial müdafiəsi üçün təminatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə hərbi qulluqçular üçün müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər mülki müdafiə qüvvələrinin hərbi qulluqçularına da şamil olunur.

Əmək şəraiti zərərli və təhlükəli olan təsərrüfat obyektlərinin işçiləri üçün mövcud qanunvericiliklə müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər mülki müdafiə qüvvələrinin həmin müəssisələrin və obyektlərin mülki müdafiəsini həyata keçirən şəxsi heyətinə də şamil edilir.Maddə 14. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş ödənişlərdən əlavə ödənişlər nəzərdə tutula bilər.

Maddə 15. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin öz vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən ziyan, sonradan bu məbləğ təqsirli şəxslərdən tutulmaqla dövlət büdcəsinin hesabına tam həcmdə ödənilir. Maddə 18. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatının yaradılması Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı fövqəladə hadisələr baş verəcəyi halda zəruri vəsaitləri dərhal cəlb etmək məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən əvvəlcədən yaradılır.

Bu maddənin birinci hissəsində nəzərdə tutulan ehtiyatların yaradılması və onlardan istifadə olunması, habelə istifadə olunmuş ehtiyatların yerinin doldurulması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 19. Mülki müdafiə sahəsində maddi-texniki təminat Mülki müdafiə sahəsində maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və normalar üzrə maddi-texniki və hərbi təchizat sistemi vasitəsilə həyata keçirilir. Maddə 20. Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə nəzarət Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə, obyekt, qüvvə və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsinə idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Mülki müdafiə sahəsində qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına Azərbaycan Respublikasının Baş Prokuroru və ona tabe olan prokurorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəzarət edirlər. (2)

Ədəbiyyat siyahısı

(1) http://www.fhn.gov.az/uploads/legislation/aze/qanunlar/420_q.pdf



(2) http://www.e-qanun.az/framework/4271
Yüklə 20,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin