Maqnit – elektrik sistemli voltmetrin yoxlanılması üçün nümunəvi və yoxlanılan voltmetrlər paralel qoşulur. Maqnit – elektrik sistemli ölçmə mexanizmini hər hansı elektrik sxeminə iki müxtəlif üsulla qoşmaq olar. Şək. 2.1.a-da göstərilən sxem üzrə qoşulma zamanı A hərfi ilə işarə edilmiş mexanizmin dolağından bütün yük cərəyanı keçir.
Onun hərəkətli hissəsinin sıfır nöqtəsindən meyl etməsi cərəyanın qiymətindən asılı olacaqdır. Bu halda cihazın göstərişi yük cərəyanının funksiyasıdır və onun şkalasını amperlə dərəcələsək, bu cihaz ampermetr kimi istifadə oluna bilər.
Şəkil 2.1.
Əgər bu cihaza çərçivənin dolağı ilə ardıcıl birləşdirilmiş kifayət qədər böyük müqavimət daxil etsək və cihazı (V) işə salsaq, bu zaman ondan axan cərəyan İV, gərginlik və müqavimətlər cəmi ilə müəyyən ediləcəkdir:
Burada – cihazın çərçivəsinin müqavimətidir. Bu halda
(1)
olduğunu və sabit kəmiyyət hesab edildiyini nəzərə alaraq (1) ifadəsini
kimi yazmaq olar.
düsturundan da göründüyü kimi, şək.2.1.b. sxemi üzrə iş zamanı cihazın göstərişi gərginliyin U funksiyası olur, yəni ampetrmetr deyil voltmetr kimi istifadə olunur.
Təcrübənin aparılması.
Bütün idarəetmə orqanlarının başlanğıc vəziyyətdə (qoşulmamış halda) olmasından və stendin panelində birləşdiricilərin olmamasından əmin olun. Şək.2.2. – də verilən sxemi yığın.