“Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası
Sərbəst İş No_1
Fakültə: Nəqliyyat texnologiyaları
İxtisas: Aviasiya Təhlükəsizliyi
Qrup: 2230AT
Fənn: Sərhəd və gömrük nəzarəti
Mövzu: Dövlət sərhədinin buraxılış məntəqələrində postların optimal yerləşdirilməsi sxemi
Müəllim: Rüstəmov Ruslan
Tələbə: Səttarov Süleyman
2. Azərbaycan Respublikasının dövlət sərhədi..........................................................3 3. Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən edilməsi prinsipləri...........3 4. Azərbaycan Respublikası dövlət sərhədinin təyin edilməsi..................................4 5. Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi..........................................4 6. Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi zamanı nəzarət.................6
Ümumi müddəalar Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.
Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən edilməsi prinsipləri Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir.
Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.
Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir.
Azərbaycan Respublikasının dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən aşağıdakı prinsiplər rəhbər tutulur:
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi;
Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi;
Həmsərhəd dövlətlərlə qarşılıqlı surətdə faydalılıq əsasında hərtərəfli əməkdaşlıq;
sərhəd mübahisələrinin sülh yolu ilə həll edilməsi».