Azərbaycan Hava Yolları” qsc sərbəst İş Fakültə: Nəqliyyat Texnologiyaları



Yüklə 38,2 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü38,2 Kb.
#45040
1   2   3   4   5
referat 6491

Məkanları belə dinləyirlər

21-ci əsrin ən məşhur izləmə vasitələrindən biri məkan dinləmədir. İçərisinə casus proqram yüklənmiş telefonlar yerləşdikləri məkanın da dinlənməsini həyata keçirir. Bu casus proqramlar istifadəçi öz telefonunu söndürdükdə belə çalışa bilir. Çünki proqram telefonun söndürmə düyməsini basdıqda sanki telefon sönmüş kimi ekranı qaraldır və telefonun üstündəki işığın yanmasına mane olur. Beləliklə, telefon sönmüş kimi görünsə də, əslində işləməkdə davam edir.



Məhkəmə qərarı olmadan dinləmə həyata keçirilə bilməz

İzləmənin ən "zərərsiz" növü, heç şübhəsiz ki, mobil telefonların dinlənilməsidir. Bu barədə bir neçə dəfə yazdığımız üçün detalların üzərində dayanmayacağıq. Texnologiya aləmindən anlayışı olan hər kəs özü mobil telefonunun dinlənilməsini aydınlaşdıra bilər. Bunun bir neçə əlaməti var ki, onları yadda saxlayıb, telefonunuzun dinlənilməsi barədə təxminlər yürüdə bilərsiniz.

Bunlardan biri telefonun şarjinın çox tez bitməsidir. Bundan əlavə, qarşı tərəflə danışıq zamanı müxtəlif küy, hətta açıq şəkildə tanımadığınız insanın səsini eşidirsinizsə, narahat olmağa dəyər. Mobil telefonunuzda ondan istifadə etmədiyiniz halda belə kompüterin və ya səsgücləndiricinin yanında olduğu zaman müxtəlif müdaxilələrin səsini eşidə bilərsiniz. Dostunuza zəng etdiyiniz zaman əlaqənin çox gec baş tutduğunu və ya əksinə, əlaqənin gec kəsildiyini müşahidə etmisinizsə, bu da telefonunuzun dinlənildiyinə işarə ola bilər. Ümumilikdə telefonunuzda qəribəliklər varsa, məsələn, öz-özünə sönüb-yanırsa, bu da sizə bir işarədir.

Dünya təcrübəsində telefon dinləmələri yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Bu dinləmələrə isə siyasətçilər, dövlətin mənafeyinə qarşı çıxış edən insanlar, hansısa qruplaşmalarda şübhəli bilinən şəxslər məruz qala bilərlər. Əgər siz yuxarıda sadalananlar sırasında deyilsinizsə və telefonunuzun dinlənilməsi ilə bağlı şübhələriniz öz təsdiqini tapıbsa, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz.




Yüklə 38,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin