Azərbaycan hava yollari” Q. S. C milli Aviasiya Akademiyası



Yüklə 116,42 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü116,42 Kb.
#46469
1   2   3
Fərəh 2210a sişN8 NE

Hal-hazırda respublikada istismar edilən avtomobillərin üçdə iki hissəsinin Bakı şəhərində cəmləşdiyini nəzərə alsaq, ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran problemlərin nə dərəcədə aktual olduğu aydın olar.

Hal-hazırda ölkəmizdə avtomobillərdən xaric olunan qaz tullantılarının zəhərlilik hədlərini müəyyənləşdirən müasir ekoloji təhlükəsizlik standartları işlənib hazırlanmamışdır. Bu günədək ölkədə keçmiş SSRİ-nin 1987-ci il standartları qüvvədədir ki, bu standartlar da nəinki bu günə olan beynəlxalq tələblərə cavab vermir, hətta onlardan nəzərə çarpacaq dərəcədə geri qalır.

Azərbaycan Respublikasının beynəlxalq nəqliyyat xidmətləri bazarında Avropa Şurası ölkələrinin nəqliyyat kompleksinə inteqrasiyası ondan milli avtomobil parkının təzələnməsi prosesini sürətləndirməyi tələb edir.

Məlumdur ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirmək üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri, ilk növbədə, beynəlxalq sazişlərlə müəyyənləşdirilmiş əsas parametrlərə, yol hərəkəti təhlükəsizliyinin tələblərinə, ekoloji, həmçinin daşınan yüklərin saxlanması və sərnişinlərin sağlamlığının qorunması tələblərinə uyğun olmalıdır.

Avtonəqliyyat vasitələrinin uzunmüddətli istismarı onların texniki vəziyyətinin və daxili yanma mühərriklərinin tənzimlənmə parametrlərinin pisləşməsinə gətirib çıxarır. Atmosferə atılan zərərli maddələrin miqdarı avtonəqliyyat vasitələrinin aşınmasından daha sürətlə artır. Məsələn, yeni avtomobillərdə yalnız 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür. İstismar prosesində cari nasazlıqlar və tənzimləmələrin pozulması zəhərlilik göstəricilərinin və yanacaq qənaətliliyinin pisləşməsinə gətirib çıxarır. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin qovşaq və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin hələlik yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin çatışmaması avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa olunmasına mənfi təsir göstərir. Nəticədə avtomobil istehsalı sənayesinin ekoloji standartların tələblərinə uyğun olan təkmilləşdirilmiş mühərrik istehsalı sahəsində səyləri reallaşmır.

Karbüratorlu avtomobillərdə mühərrikin yanacaq sistemindəki nöqsanlar zərərli tullantıların miqdarını 30-40%, alışma sistemində 25-30%, mühərrikin mexaniki hissəsində 20-25%, avtomobilin transmissiya və hərəkət hissəsində 15% artırır. Yanacaq sistemindəki tənzimləmələrin pozulması isə dəm qazının miqdarını 70% və daha çox artıra bilər. Dizel mühərriki ilə işləyən avtomobillərdə yanacaq sistemindəki hər hansı bir nasazlıq yanacaq sərfinin və tüstüləmənin artmasına təsir edir. Məsələn, isiklik yanacaq verilişinin normadan 25% çox artırılması işlənmiş qazların tüstülülüyünü 40% artırır. Yanacaq aparat detallarının həddi aşınması isə, yanacaq sərfini 8-10%, tüstüləməni isə 20-30% artırır.

İstismar edilən avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini həddi səviyyədə saxlamaq üçün onların texniki vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət zəruridir.

Son zamanlar respublikada texniki-təmir stansiyaları /sahələri/ şəbəkəsi, bir sıra yeni, müasir stansiyalar istisna olmaqla, texniki normalara və standartların tələblərinə cavab verməyən, primitiv şəkildə yaradılmış özəl texniki-təmir sahələrinin hesabına genişlənmişdir. Bütün bunlar isə göstərilən xidmətin mənfi nəticələri olan yol-nəqliyyat hadisələrinin baş verməsinə, avtomobillərin vaxtından qabaq təkrar təmirə dayanmasına və ətraf mühitin çirklənməsinə səbəb olur.



Azərbaycan Respublikası bu gün beynəlxalq nəqliyyat siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Onun inkişaf istiqamətləri dəqiq müəyyənləşdirilmişdir: nəqliyyat kompleksinin beynəlxalq sistemə sürətli inteqrasiyası, hüquq qaydalarının beynəlxalq nəqliyyat hüququ normaları ilə harmonizasiyası, multimodal daşımaların inkişafı, qısa müddətdə, az vəsait itkiləri ilə beynəlxalq yük və sərnişin daşımalarını maneəsiz həyata keçirməyə imkan verən unifiksiya edilmiş qanunların qəbul edilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və s.
Yüklə 116,42 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin