1.5 Biometrik parametrlərin təsnifatı
Biometrik xüsusiyyətlər insanın fizioloji və davranış xüsusiyyətləri ile əlaqədar olmaqla iki qrupa bölünür. Barmaq izi, əl həndəsəsi, gözün qüzehli qişası, ovucun izi kimi biometrik xüsusiyyətlər fizioloji, yeriş, əl imzası kimi biometrik xüsusiyyətlər isə davranışla bağlı hesab olunur. Səs kimi bəzi biometrik xüsusiyyatlara fizioloji va davranışla bağlı xüsusiyətlərin birləşməsi kimi baxmaq mümkündür. Əlava olaraq, biometrik xüsusiyyətlər ailəsinə bioloji xüsusiyyətləri də əlava etmək mümkündür. Əsas biolojı xüsusiyyətə misal kimi DNT (Deoksiribo Nuklein Turşu) göstərilir. Texniki imkanlar nəzərə alındıqda, avtomatlaşdırılmış sistemlərdə DNT-nin biometrik xüsusiyyət kimi istifadəsi hələlik mümkün deyil.
Biometrik identifikatorun sabit (uzun müddət ərzində) və ya dəyişən olmasından asılı olaraq biometrik identitikatorları statik və dinamik olmaqla iki əsas qrupa bölürlər (cədvəl 1.2)
Statik identifikasiya metodları insanın dəyişməz fizioloji xarakteristikalarının analizinə əsaslanır (məsələn, barmaq izləri, əlin həndəsi ölçüləri, gözün qüzehli qişası).
Dinamik identifikasiya metodları şəxsin davranış xarakteristikalarının hər hansı hərəkətin yerinə yetirilməsi prosesində har bir insana xas xüsusiyyətlərin analizinə əsaslanır (məsələn, əl imzası, yeriş, səs).
Dostları ilə paylaş: |