Mərkəzi verilənlər bazası — qeydiyyata alınmış bütün istifadəçilərin biometrik məlumatlarını saxlayır. İstifadəçi hər hansı identifikasiya nişanı təqdim edir (kartı daxil edir, identifikasiya nömrəsini yığır), verilənlər bazasında uyğun biometrik şablonu tapmaq va sonradan obyektin biometrik nümunəsi ilə müqayisə etmək olar, Biometrik sistemlə biometrik şablon olan daşıyıcı arasında məlumat mübadiləsi təhlükəsiz protokol üzrə aparılmalıdır.
Şəkil 1.2. Biometrik verifikasiya
Paylanmış verilənlər bazası — biometrik məlumat paylanmış şəkildə saxlanır (məsələn, smart-kartda). Bu halda şablonu bir verilənlər bazasında saxlamaq zəruri deyil.
1.4 Biometrik identifikasiya
Biometrik identifikasiya zamanı verilənlər bazasına daxil edilmiş malumatlar asasında qeyri-müəyyan şəxsiyyətin müəyyən edilməsi nəzərdə tutulur. Burada şəxsin verilən biometrik məlumatı bazadakı bütün məlumatlarla müqayisa edilir, yəni müqayisə biriın-çoxa (1:N) müqayisədir. Sistem nəticədə ən yaxşı oxşarlığı və ya oxşarlıq dərəcəsinə görə sıralanmış bir neçə ehtimalı müəyyan edir. Biometrik identifikasiyada yalnız biometrik xarakteristikalar istîfadə edilir (təsdiqləyici verilənlər), verifikasiya rejimindəki kimi sistemə identifikator təqdim edilmir Şəkil 1.3-də biometrik identifikasiya sisteminin əsas blokları göstərilir. Birincisi, belə sistem biometrik şablonlar (biometrik şablonda bir neçə biometrik nümunə ola bilər) olan biometrik verilənlər bazası ila əlaqəlidir.
Şəkil 1.3. Biometrik identifikasiya
İkincisi, biometrik identifikasiya sistemi obyektin daxil edilən biometrik nümunəsi ilə oxşarlığı olan şablonları müəyyən etmək üçün verilənlər bazasında axtarış apara bilər. Verilənlər bazasındakı şablonlar təqdim olunan nümunə ilə bir-bir yoxlanır. Prosedurun sonunda biometrik sistem daxil edilən biometrik nümunə ilə oxşarlığı yüksək olan identifikatorların siyahısını verir.
İdentifikasiya — mənfi və yə müsbət ola bilər
Dostları ilə paylaş: |