Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə16/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

Əl venaları

Əldәki venaların yerlәşmәsinin analizi әsasında qurulmuş biometrik qurğular da var. Yumruq şәklindә sıxılmış әlin arxa hissәsindәki venaların şәkli istifadə edilir. Venaların şәkli infraqırmızı şüalarla işıqlandırılan televiziya kamerası ilә müşahidә edilir. Tәsvir daxil edildikdәn sonra venaları nәzәrә çarpdırmaq üçün tәsvirin binarlaşdırılması hәyata keçirilir. Əldəki venaların yerlәşmәsinin analizi biometriyada yeni texnologiyadır, geniş tətbiqinə 2004-ci ildən başlanmışdır. İnfraqırmızı kamera əlin ovucunun arxa və qabaq hissəsindən şəkil çəkir. Qanda olan hemoqlobin infraqırmızı şüaları udduğuna görə əlin venalarının şəkli çəkmək mümkün olur. Xüsusi proqram vasitəsilə çəkilən şəkil emal olunur və venaların yerləşməsi sxem üzrə rəqəmsal formada yaddaşda saxlanılır. Tanıma prosesi yarım saniyə çəkir. Əldə olunan məlumatın keyfiyyəti əl ilə qurğunun səthi arasındakı məsafədən asılı deyildir. Texnologiyanı etibarlığına görə gözün qüzehli qişası ilə müqayisə etmək olar. Əlin venaları illər keçdikcə də dəyişməz qalır. Kifayət qədər yeni texnologiya olduğu üçün, dünya bazarında çox tətbiq olunmamışdır. Lakin bu üsula dünyada daha çox maraq yaranmağa başlamışdır. Məsələ burasındadır ki, bu üsul gözün qüzehli qişası və ya sifət üzrə tanınma vasitələri kimi bahalı deyil, kifayət qədər də dəqiqdir.




Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin