Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə15/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

Əlin həndəsəsi

Sifətin həndəsi parametrlərini qiymətləndirən sistemlərlə yanaşı əlin həndəsi parametrlərini də ölçən qurğular var. Bu zaman 90-dan artıq müxtəlif xarakteristika, o cümlədən, ovucun ölçüləri (üç ölçü), barmaqların uzunluğu və eni, oynaqların ümumi şəkli və s. ölçülür. Kriminalistikada ilk dəfə geniş istifadə olunan əlin formasına görə tanıma üsulu 10 il bundan qabaq kifayət qədər geniş tətbiq olunurdu, lakin istifadə sayı azalmağa başlamışdır. Əlin həndəsi parametrlərinin - barmaqların uzunluğu, ovucun eni - alınmasına əsaslanmışdır. Gözün torlu qişası ilə identifikasiya üsulu kimi bu üsul da istifadəsi azaldılan üsullardandır. Əlin siluetinә görә identifikasiya sistemlәri ilk biometrik qurğular kimi meydana çıxmışlar və onların seriya buraxılışına 1970-ci illərin əvvəlində başlanmışdı. Biometrik şablonun yığcamlığı baxımından bu növ sistemlәr әn qәnaәtcil sistemlərdir. Barmaqların yalnız eni və uzunluğu haqqında informasiya saxlanıldıqda cәmisi 9 bayt tәlәb edilir. Tәbii olaraq, yalnız barmaqların enini və uzunluğunu nәzәrә alan sistemlәr üçün həqiqi әlin karton mulyajını da asanlıqla hazırlamaq olar.


Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin