Raket istehsali ilham həSƏnov 899A2



Yüklə 1,21 Mb.
tarix21.12.2022
ölçüsü1,21 Mb.
#76899
Engineering Major for College Civil Engineering by Slidesgo surəti

RAKET İSTEHSALI

İLHAM HƏSƏNOV 899A2

RAKET

Raket nadir hallarda roket (it. rocchettafırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir.

Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq olur.

01

Yüksək təcil tələb olunduğundan raketlərdə mühərrik kimi kimyəvi üsulla işləyən reaktiv mühərriklərdən istifadə olunur.Bu mühərriklərdə maye, bərk və ya hibrid raket yanacaqalar geniş yayılmışdır. Yanacaq ilə oksidləşdirici arasında kimyəvi reaksiya yanacaq kamerasında baş verir. Nəticədə yanan qaz xaricə püskürdülən reaktiv şırnaq yaradır.Qazların təcillənməsi nəticəsində itələyici qüvvə yaranır. Təsvir olunan kimyəvi üsulla işləyən raket mühərriki kosmosa uçuş zamanı lazım olan yüksək sürəti yaratmaq üçün tətbiq edilir.Nüvə enerjisi əsasında işləyən mühərriklərdən raketlərdə təhlükəsizlik baxımından tətbiq olunmurlar. Elektrik mühərriklər yalnız vakumda işləyirlər. Onlardan süni peyklərdəzondlarda istifadə olunur.

İdarəetmə sistemlərinə görə raketlər (elektronik) idarə olunan və olunmayan kimi iki növə bölünürlər. İdarə olunmayanlar atma bucağı ilə hədəfə yönəldilir və uçuş zamanı aerodinamik olaraq tənzimlənirİdarə olunan raketlərdə uçuş zamanı istiqamətə nəzarət edilir və bununla hər zaman o dəqiqləşdirilir. Bu avtomatik və ya yerdə yerləşdirilmiş idarə stansiyasından aparıla bilir. İstiqamət korreksiyası raketin gövdəsində yerləşdirilmiş giroskop cihazının köməyi ilə aparılır. Bu sistem hal-hazırda GPS sistemləri ilə əlaqəli şəkildə işləyirlər.

Üz qabıq yanacağa qənaət məqsədilə nisbətən yüngül olmalıdır. Buna görə də, raketlər bir neçə pilləli hazırlanırlar. Onlar hündürlükdən asılı olaraq bir-birinin ardınca ayrılaraq ümumi çəkini yüngülləşdirirlər. Açılma növbəti pillənin alışması ilə baş verir.

Atmosferdə uçmaq üçün qabıq aerodinamik formaya malik olmalıdr. Bundan əlavə o düşən termiki yükə də tab gətirməlidir.

REAKTİV MÜHƏRRİK

İDARƏEDİCİ SİSTEM

DAŞINAN YÜK

video

RAKET SİLAHI

Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar.Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir:

İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar,Buraxma qurğuları,Texniki təchizat vasitələri, nəqletmə və saxlama.

Daşıyıcı sistemlərinə görə bölünürlər:“Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə”“Süni peyk əleyhinə” və s.

Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinqer” (“Stinger”) raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir.

Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.

ROKETSAN TƏRƏFİNDƏN İSTEHSAL OLUNAN SURSATLAR

INTERNSHIPS AND JOBS

SOM-J

Stand-Off [Təmassız, Məsafədən] Sursatı

TANOK

KARA ATMACA

SİSTEM XÜSUSİYYƏTLƏRİ

  • Avtonom İstifadə
  • Uzaq Mənzil
  • Aşağı Radar İzi
  • Yüksək Davamlılıq
  • İnfraqırmızı Görüntü Axtaran [IIR] Başı ile Yüksək Dəqiqlikli Terminal Mərhələ İdarəetməsi
  • Hər Cür Hava Şəraitində İşləyə Bilər

SİSTEM XÜSUSİYYƏTLƏRİ

  • Əlavə Quraşdırmaya Ehtiyac Olmadan Tanklardan Atış
  • Yarı Aktiv Lazer İdarəetməsi ilə Hərəkətli və Stasionar Hədəflərə Qarşı Yüksək Vuruş Performansı
  • Birbaşa və Üstdən Vuruş Rejimləri

SİSTEM XÜSUSİYYƏTLƏRİ

  • Avtonom İstifadə
  • Uzaq Mənzil
  • Aşağı Radar İzi
  • Yüksək Hədəfi Vuruş Dəqiqliyi
  • Hər Cür Hava Şəraitində İşləyə Bilər
  • Əks Tədbirlərə Davamlıdır

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin