Xəzər dənizinin ekoloji vəziyyəti



Yüklə 171,92 Kb.
tarix02.01.2022
ölçüsü171,92 Kb.
#46205
Qanq çayı


F
ƏN
N: Hidrologiya


AD: Əsədzadə Əmrah

QRUP: 330 A2


Xəzər dənizinin ekoloji vəziyyəti



Xəzərin ekoloji vəziyyəti — Xəzər dənizinin Azərbaycan Respublikasında mövcud olan ekoloji problemləri.[1] Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10-20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu 7 min km-dir ki, onun da 955 km-i Azərbaycan Respublikasının payına düşür.

Xəzərin çirklənməsi

Xəzərin çirklənmə səbəbləri müxtəlifdir: Xəzərə axan çaylar vasitəsilə gələn çirkləndiricilər Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən gələn çirkləndiricilər



  • Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə

  • Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə

  • Üzən vasitələrin nəql və daşınma zamanı (tankerlərdən) neft və neft məhsullarının sızması

  • Kənd təsərrüfatı sahələrində istifadə olunan gübrələrin bir hissəsinin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması

  • Gəmiçilikdə çirkləndirici amil kimi əsasən ballast suları, məişət fekal suları və döşəməaltı sular (neftli lay suları), tərsanələrdə gəmilərin təmiri zamanı formalaşan tullantılar və s.[1]

Bu çirkləndirici mənbələr içərisində birinci yeri Xəzərə axan çaylar tutur ki, bununda çox hissəsi Volqa çayının payına düşür. Azərbaycan Respublikası ərazisindən Xəzər dənizinə bir çox irili-xırdalı çaylar axır ki, bu çaylardan Qudyalçay, Sumqayıtçay, Viləşçay və Lənkərançay qismən məişət-fekal tullantı suları ilə çirkləndirilir, Kür çayı isə Gürcüstan Respublikası ərazisində çirkləndirilərək (Tiflisşəhərinin bütün tullantı suları bu çaya axıdılır) Respublika ərazisinə daxil olur, eyni zamanda Sabirabad rayonu ərazisində isə Ermənistan Respublikası ərazisində çirkləndirilərək Kür çayına qovuşan Araz çayı vasitəsilə bir qədər də çirkləndirilir. Xəzər dənizinin çirklənməsinin digər səbəbidə təbii axarların yaxınlığında və sahil zolağında fəaliyyət göstərən müəssisə və obyektlərdə formalaşan tullantıların düzgün idarə olunmamasıdır. Bunun nəticəsində Xəzər dənizi antropogen təsirə məruz qalır və su mühitində yaşayan canlı orqanizmlərin məhvinə səbəb olur. Xəzər dənizində çirklənmələrin əsas səbəblərindən biri də sahil zolağında, çimərliklərdə neft ləkələrinin qeydə alınması iri sənaye müəssisələrində təmizləyici qurğuların effektli işləməməsi və üzən vasitəsələrdə (gəmilərdə) döşəməaltı sularının dənizə atılmasıdır. Xəzər dənizinin neftlə çirklənmənsinin qarşısını alınması üçün aşağıdakılar vacibdir:

  • Xəzər dənizi ilə əlaqəsi olan axarlara iri sənaye müəssisələrində (NQÇİ, Neft Emalı zavodları, Kimya sənaye müəssisələri və s.) formalaşan çirkab suların təmizlənmədən atılmasının qarşısının alınması;

  • Neft və neft-kimya müəssisələrində istismar olunan avadanlıqların müasir tələblərə cavab verən avadanlıqlarla əvəz olunması;

  • Açıq dənizdə fəaliyyət göstərən və NQÇİ-lərin tabeliyində olan, uzun müddət fasiləsiz istismar olunan hidrotexniki qurğuların müasir tələblərə cavab verən qurğularla əvəz edilməsini;

  • Neftlə çirklənmə qeydə alınarsa onun dərhal aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlərin görülməsi;

  • Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər





  • Xəzərin ekoloji təhlükəsizliyi

  • Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunmuşdur. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi yaradılmışdır. İdarə Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını, Nazirliyin Əsasnaməsini, əmr və sərəncamlarını, ratifikasiya edilmiş Beynəlxalq müqavilə, saziş və konvensiyaları rəhbər tutaraq Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqin keçirilməsini təşkil edir və onu həyata keçirir. Monitorinqin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay, və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsirgöstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk, və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.[2]



Yüklə 171,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin