Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə19/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

Klaviatura xətti

Klaviatura xətti ilə identifikasiya insanın məxsusi çap üslubu ilə identifikasiyasıdır.

Hər bir insanın xarakterik çap xüsusiyyətləri var: klavişlərin basılmaları arasındakı zaman intervalları və klavişlərin basılı vәziyyәtdә saxlanması zamanları hər bir insan üçün müəyyən qədər sabitdir. Klaviatura xətti ilə identifikasiya sistemləri sabit parola əsaslanırlar, lakin səsin tanınmasında olduğu kimi mətndən asılı olmaya da bilərlər. Mətnin yığılması zamanının hesablanması əsasında klaviatura xәttinә görә tanıma üçün kommersiya məhsulları mövcuddur.



Bədənin qoxusu

Artıq çoxdan məlumdur ki, insanı bәdәnin qoxusuna görə identifikasiya etmək olar. Yarımkeçiricilərin tətbiqi ilə kimyəvi analiz sahəsindəki tərəqqi "elektron burunların" ixtirasına gətirib çıxarmışdır, onlar müxtəlif kimyəvi elementlərin (cəmisi 32) konsentrasiyasını ölçə bilirlər. Belə sensorlar insan burnunun nə ayırdetmә qabiliyyətinə, nə də həssaslığına malik deyillər və bir sıra nöqsanlara malikdirlər – kalibrləməyә ehtiyac var, çox yüklənmə şəraitində pis işləyirlər (çox sayda müxtəlif qoxular olduqda hətta "zəhərlənmə" dә baş verə bilər). Həmçinin məlumdur ki, insanın qoxusu onun həyat tərzindən – qidalanma və sağlamlıq vəziyyətindən, sabundan, parfümeriyadan və s. istifadә etmәsindәn də asılıdır. Hələlik məlum deyil ki, bu faktorları o qədər normallaşdırmaq olarmı ki, qoxuya görə insanın etibarlı identifikasiyası mümkün olsun.

Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin