Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə20/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

Qulaqların forması

Qulaqların ölçülməsi Bertilyon sisteminin bir hissəsi idi, təlim görmüş müşahidəçilər qulaqların formasının tipini müəyyən edirdilər. Son dövrlər avtomatik identifikasiya üçün biometrik parametr kimi qulaqların formasına böyük fikir verilir. Tədqiqatçı qruplarından biri müqayisənin aparılması üçün zəruri olan strukturu almaq üçün kənarların tapılması texnikasından istifadə etmişdir. Bu müəlliflər təsvirin işıqlanmadan və saçlardan asılılığını yox etmək üçün termoqramlardan istifadə etmişlər.

Qulağın formasına görə tanıma metodunun təklikdә istifadəsi sifət üzrə tanıma kimi effektli deyil; sifət identifikasiyası ilə qulaq təsvirlərinin kombinasiyası identifikasiyanın dəqiqliyini artırır.
Dəridən əksolma

Yeni sensorların yaradılması sayəsində meydana çıxan yeni biometrik parametrlərdən biri – dəridən əks olunmadır. Bu metodikada Lumidigm korporasiyasının yaratdığı kiçik çipistifadə edilir, onun köməyi ilə dalğa uzunluğu 6 mm-dən böyük olan diapazonda yaxın infraqırmızı işığın dəridən əks olunması ölçülür. Hələlik bu texnologiya təklikdә istifadə edilir, lakin barmaq izi ilə kombinasiya saxtakarlıqdan mühafizəni təmin edə bilərdi. Bu texnologiyanın üstünlüyü kimi barmaq izi ilə identifikasiya metodu üçün xarakterik olan qeydiyyat problemlərinin olmamasını qeyd etmək olar
Yeriş

Yeriş davranışla əlaqədar biometrik parametrdir, nisbətən az öyrənilib. Bu metodun üstünlüyü – videoyazıdan istifadə etmәklə insanları məsafədən tanımanın mümkünlüyüdür. İlk identifikasiya təcrübələri də insanın hərəkətini oxuyan avadanlığın (hərəkət edən işıq displeyləri və ya xüsusi markerlər) köməyi ilə aparılırdı. 2000-2004-cü illərdә ABŞ Müdafiə Nazirliyi Perspektiv Tədqiqatlar İdarəsinin "Human ID" (Human Identification at a Distance, İnsanın məsafədə identifikasiyası) adlı proqramı çərçivəsində yeni tədqiqatlar aparılmışdır, proqram insanları mәsafәdә aşkarlamaq, tanımaq vә identifikasiya etmәk texnologiyalarının inkişaf etdirilmәsi mәqsәdini güdürdü. Bu proqram çərçivəsində həyata keçirilmiş tədqiqatların sayəsində yeriş üzrə tanıma mexanizmləri daha mükəmməl olmuşdur. Tədqiqatlar kiçik qruplarda aparılırdı, məlum olmuşdur ki, tanımanın nəticəsi bir neçə şərtdən asılıdır: insanın hərəkət etdiyi səth, müşahidə nöqtələri, ayaqqabı, insanın hərəkət sürəti, fiziki sağlamlığı. Qeyd edək ki, layihәnin maliyyә fondu 2002-2004-cü ilәdәk 32.2 milyon dollar idi.




Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin