Ensefaloqram analizi
Elektroensefaloqrafik tədqiqat prosesindә beyindә uzunluğu bir neçә millisaniyә olan elektrik impulslarının yeri vә intensivliyi müəyyәn edilir. Sistem beynin elektrik aktivliyinin monitorinqini hәyata keçirir vә informasiyanı kompyuterә göndәrir. Daha sonra istifadәçinin xüsusi rәqәmsal portreti formalaşdırılır. Sonrakı identifikasiya zamanı götürülәn elektroensefaloqram әvvәl yazılmışla müqayisә edilir və kompyuter insanın şәxsiyyәti haqqında nәticә çıxarır.
Fəsil 2. BİOMETRİK SİSTEMLƏRİN TƏHÜLKƏSİZLİYİ
Biometrik sistemlərin də bir sıra zəif yerləri vardır. Bu zəifliklər haqqında müzakirələr hələ 1990-cı illərdən aparılır. Bir sıra müəlliflər tərəfindən biometrik sistemlərin 20-yə qədər zəif nöqtəsi müəyyən edilmişdir.
2.1 Biometrik sistemlərə hücum nöqtələri
Hücum nöqtəsi 1: Biometrik verilənləri sensora təqdim etdikdə meydana çıxır. Hücum zorakı ola bilər. Bu zaman bədəməl güc tətbiq etməklə qanuni istifadəçini biometrik parametri sistemə təqdim etməyə məcbur edir. Bundan başqa imitasiya hücumları da mümkündür. Bu zaman bədeməl həqiqi istifadəçi kimi təqdim olunmaq üçün öz biometrik parametrlərini (xüsusila səs və sifət) dəyişdirir. Bu nöqtədə təkrarlama hücumları da var, bu zaman sistemə haqiqi istifadəçinin əvvəlcədən yazılmış biometrik parametrləri təqdim edilir. Bu nöqtədə sensora başqa bir şəxsə aid olan biometrik parametr (məsələn, süni barmaq izi, qüzehli qişanın şəkli, sifətin maskası və s ) təqdim etməklə də hücum edilə bilər. Belə hücumlar spufinq hücumları adlanır. Zorakı hücumların ən geniş yayılmış halında həqiqi istifadəçi sistemdə autentifikasiyadan keçməyə məcbur edilir.
Səs və sifət əsas imitasiya obyektləridir. Bəzi insanlar başkalarının səsini yamsılaya və öz xarici gorunüşünü dəyişdirə bilir. Bu onların sistemə daxil olmağına imkan verir. İdentifikasiya zamanı xarici gorünüşü qrim və ya plastik cərrahiyənin köməyi ilə dəyişdirmək kifəyatdir ki, sistem insanı tanımasın Bu halda hücum edən FRR səhvinə səbəb olur. Iakin biometrik parametrləri yaxşı imitasiya edilə bilməyən insanlar da var. Tanıma sistemlərinə barmaq izi vasitasilə olan hücumlar haqqında məlumatlar çoxdur. İndi barmaqlarda papilyar naxışların mehv edilməsi üçün plastik əməliyyat etdirmək imkanı da var. Digər biometrik parametrlari imitasiya etmak daha çatindir.
Təkrarlama hücumları çox vaxt insanın səs yazısından ibarət sabit mətn-paroldur. Sifəti tanıyan köhnə sistemləri aldatmaq üçün onlara istifədəçinin fotoşəklini təqdim etmək kifayat idi. Müasir sistemlərdə üçölçülü təsvirlər istifadə edilir, onlar sifət ifadəsinin dayişməsinə həssasdırlar Bu daha incə imitasiya üsulları, məsələn, kamera qarşısında maye-kristal ekran tutmağı tələb edir.
Dostları ilə paylaş: |