Fəsil 3. ELEKTRON PASPORTLAR
Şəxsiyyəti təsdiq edən sənədlərə tələbləri dünyada Beynəlxalq Mülki Aviasiya Təşkilatı kimi qəti şəkildə qabul etdirən ikinci bir təşkilat yoxdur. Ölkələrin bir çoxunda uçan sərnişinlərin sənədlərinə nəzərət edilməsi ilə aviaşirkətlərin özləri məşğul olur, ölkəyə giriş hüququ olmayan şəxsin ölkəyə çatdırılması halında onlar öz hesablarına həmin şəxsi geriyə qaytarmağa və böyük cərimə ödəməyə macburdurlar Belə vəziyyət ölkəyə giriş şərtlərini maksimum dərəcədə şəffaf etməyi və sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədlərin isə maksimum oxşarlığını tələb edir. Zaman keçdikcə BMAT tələblərinə uyğun hazırlanan səfər sənədləri sərhədləri istənilən üsulla keçdikdə tətbiq edilməyə bağlandı.
Dostları ilə paylaş: |