3.1 e-pasportlara keçid
Pasportlara tələblərin formalaşması prosesini izləmək üçün burada BMAT-ın tarixinə qısə nəzər salmağa ehtiyac var. 7 dekabr 1944-cü ildə Çikaqo şəhərində ABŞ-ın dəvət etdiyi 52 ölkənin nümayəndələri "Çikaqo Konvensiyası" adı ilə daha çox tanınan “Mülki aviasiya haqqında Beynəlxalq Konvensiya"nı imzaladılar. Çikaqo Konvensiyasına görə Beynəlxalq Mülki Aviasiya Təşkilatı yaradılırdı, təşkilatın məqsədi aviadaşınmalarda ahəngdarlığın təmin edilməsi sahəsinda, ilk növbədə aeronaviqasiya sahəsində standartların və tövsiyə edilən qaydaların işlənib hazırlanması idi. 4 aprel 1947-ci ildə 26-cı ölkənin müqaviləni ratifikasiya etməsindən sonra BMAT BMT- nin agentliklərindən biri kimi öz real şəklini almağa başladı. Qeyd edək ki, SSRİ 1970-ci ildə BMAT-a qoşulmuşdu.
BMAT-ın hazırladığı standartlar Çikaqo Konvensiyasına əlavələr kimi tanınıra, hazırda 18 əlava mövcuddur. “Formallıqların sadələşdirilməsi” adlı 9-cu əlavə hava ilə sərhəddən keçərkan istifadə edilən prosedurları tənzimləyir. Ölkələrin verdiyi yol sənədlərinin (pasport-viza sənədlərinin) ödəməli olduğu tələblər məhz həmin əlavədə göstərilir.
BMAT-ın məlumatlarına görə 2008-ci ilin mayına kimi 40- dan artıq ölkə biometrik pasportlar verməyə başlamışdır, bu da dünyada verilən pasportların ümumi həcmində 50%-dan çoxunu təşkil edir. Lakin yalnız bir neça ölkə sərhəddə pasportlardan informasiyanı oxumaq üçün avadanlıq quraşdırmışdır. Pasportların yoxlanması sonrakı mərhələ kimi nəzərdə tutulur. Eləcə də, sərhədçinin iştirakı olmadan pasportdakı fotoşəkil ilə sərnişinin sifət şəklini avtomatik yoxlayan sistemlərin işə salınması halları hələlik yox dərəcəsindədir (dünyada ilk belə sistem İngiltərəyə gələn Avropa İttifaqı vətəndəşlərı üçün 2008-ci ilin yayında işı salınmışdı).
Dostları ilə paylaş: |