Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi
Gözün qüzehli qişası
Üstünlükləri
Hazırda ən dəqiq biometrik parametr hesab edilir.
Fiziki təmas tələb edilmir, qüzehli qişanın təsviri kamera vasitəsilə məsafədən götürülür
Mühafizəli daxili orqandır, zədələrə az meyllidir.
Həyat ərzində olduqca stabil olmasına inanılır,
Cəmiyyətdə qüzehli qişa ilə manfi təsəvvürlər əlaqələndirilmir, hələlik heç vaxt məhkəmə eksperıizasında istifada edilməyib.
Nöqsanları
Bəzi insanIardan qüzehli qişanın şəklini götürmək Çətindir.
Bəzi xəstəliklər (məsələn, katarakta) nəticəsində quzehli qişada dəyişikliklər baş verir. Aşağıdakı statistikaya nəzər salaq. Birləşmiş Krallıqda hər il 200 mindan artıq katarakta əməliyyatı aparılır, 60 minə yaxın adamda nistaqmus (gözlərin tərpənməsi), minə yaxın adamda isə anaridia (quzehli qişa yoxdur).
Kirpiklər, göz qapaqları, linzalar və gözün buynuz təbəqələrindən əksolunmalar asanlıqla qarşısını kəsir.
Gözün işıq mənbəyi ilə “işıqlandırılması” barədə cəmiyyətdə miflər və qorxu var.
Quzehli qişanın təsvirinin götürülməsi əksər biometrik parametrlərdən daha çox təlim və diqqətcillik tələb edir.
Cinayətlarin təhqiqatında gözün qüzehli qişasından istifadə etmək olmur (cinayət yerində qüzehli qişanın izləri qalmır).
İnsan tərəfindən yoxlana bilmir.
Sifət
Üstünlükləri
İnsanın fotoşəkli pasportlarda, sürücülük vəsiqələrində və şəxsiyyəti təsdiq edən digər sənədlərdə geniş istifadə edilir. Buna görə kriminalistikada istifadə edilməsinə baxmayaraq, insanlarda mənfi təsəvvürlər yaratmır.
Fiziki təmas tələb edilmir. Bu sistemlar nümunə götürüləndə ən hissedilməz sistemlərdir.
Sensorlar (kameralar) geniş yayılıb.
Sifatin tanınması üçün mövcud fotoşəkillər bazası, videokasetlər və digər daşıyıcılar istifadə edilə bilər.
Böyük həcmdə verilənlər fon və/və ya qara siyahi üzrə yoxlamaya imkan verir.
Nəticələri yoxlamaq insan üçün asandır.
Nəzəri də olsa kütlədə fotoşəklə görə şaxsi real vaxt rejimində tanımaq olar.
Nöqsanları
Saç, eynək, baş örtükləri və s. sifətin qabağını kəsə bilər.
İşıqlandırma, sifət ifadəsi və duruşun dəyişməsinə həssasdır.
Sifət zaman keçdikcə dəyişir
Sifəti tanıma sistemlərini maskalanmanın köməyi ilə aldatmaq olar.