Mövzu №1 Nitq inkişafının əsas vəzifələri. Plan: İnsanın həyatında nitqin rolu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix29.04.2023
ölçüsü1,16 Mb.
#104850
  1   2   3   4   5   6   7   8   9   ...   17
Nitq inkişafi metodikasi fənnii (Mühazirələr)



Mövzu №1 Nitq inkişafının əsas vəzifələri. 
Plan: 
1.İnsanın həyatında nitqin rolu. 
2.Məktəqədər yaşlı insanların inkişafında ana dili 
3.Uşağın lüğət ehtiyatının zənginləşdirilməsi. 
4.Nitqin səs mədəniyyətinin tərbiyyə edilməsi. 
5.Danışıq mədəniyyətinin formalaşması. 
Şəxsiyyətin formalaşması pedaqoji təsirdən, bu təsirin nə qədər tez və əsaslı 
göstərilməsindən son dərəcə asılıdır.Məhz buna buna görə ölkəmizdə 
məktəbəqədər tərbiyə müəssisələri xalq maarif sisteminə daxil 
edilmişdir.Məktəbəqədər tərbiyə müəssisələri hazırda ibtidai təlim üçün 
möhkəm bünövrə hesab olunur.Uşaq bağçalarının qarşısında uşaqların hərtərəfli 
inkişaf etdirilməsi vəzifəsi qoyulmuşdur . Bu vəzifənin yerinə yetirilməsində 
nitq inkişafı da mühüm rol oynayır. 
Dilçilər,psixoloqlar,metodistlər və müəllimlərin hər biri nitq inkişafı 
məsələsini bir həll etməyə çalışır.Bunların içərisində ən qorxulusu odur ki, 
bəziləri uşaqların nitqinin inkişafını özbaşına gedən bir proses hesab edirlər. 
Onların fikrincə,uşağın şüuru müxtəlif təsəvvürlər və anlayışlarla zənginləşdikcə 
,onun həyat təcrübəsi genişləndikcə nitqi inkişaf edir.Ona görə də nitq inkişafı 
üzrə xüsusi məşğələlərin təşkilinə ehtiyac yoxdur. 
Nitqin insanların həyatında nə qədər mühüm rol oynaması hamıya 
məlumdur.İnsanlar nitqin köməyi ilə öz təəssüratlarını mübadilə etmək,bir-
birini başa düşməklə yanaşı,həm də öz arzu və istəklərini ifadə edirlər.Nitq 
insanların bir-birinə qarşılıqlı təsir göstərmələri üçün güclü vasitədir.Söz 
adamlarda inam yaradır, onları əməyə ,qəhrəmanlığa çağırır, pis əməllərdən 
çəkindirir,sevindirir,ağladır, güldürür və s. 
Tərbiyəçinin fəaliyyətində nitq həm də uşaqların biliklərə yiyələndirilməsi 
silahına çevrilir.Sözün köməyi ilə uşaqlarda bu vəya digər psixi proseslər 
inkişaf edir,şəxsiyyətin xüsusiyyətləri formalaşır. 
Təfəkkürlə bilavasitə bağlı olan nitq iki funksiyanı yerinə yetirir o, bir tərəfdən 
başqaları ilə ünsiyyət vasitəsidir ,digər tərəfdən,təfəkkür formasıdır.Belə 
ki,insan daxili nitqin köməyi ilə sözlərlə fikirləşir. 
Uşaq ulu babalarımızın əsrlərdən bəri qoruyub saxladıqları və nəsillərdən- 
nəsillərə ötürdükləri bəşəri təcrübəni, biliyi və bacarığı nitqin köməyi ilə 
yaşlılardan öyrənir.Nitqin köməyi ilə uşağın şəxsi təcrübəsi 
zənginləşir,müstəqilliyi artır ,təfəkkürü inkişaf edir. Yaşlılarla,yaşıdları ilə 
ünsiyyət uşağın ümumi inkişafının mühüm şərtidir. Ünsiyyət və fikir mübadiləsi 


silahı olan dil öz funksiyalarını yalnız nitqdə yerinə yetirir.Psixoloq 
A.A.Lyublinskaya yazır: dil ümumidir, nitq isə dildən fərdi istifadə prosesidir. 
Ona görə də dildən kasıb , həm də ondan zəngindir.İnsan öz ünsiyyət 
təcrübəsində adətən doğma dilinin zənginliyini təşkil edən lüğətin və müxtəlif 
qrammatik quruluşun yalnız kiçik bir hissəsindən istifadə edir.Bununla yanaşı 
nitq dildən zəngindir belə ki,insan hər hansı şey haqqında danışmaqla ona və 
müsahibinə öz münasibətini bildirir.Onun nitqi intonasiya ifadəliliyinə malik 
olub, ritmi surəti xarakter dəyişir. Adam işlətdiyi sözün mənasından çox şey 
deyə bilir .Lakin adamın öz fikrini kifayət qədər dəqiq və incəliklə deyə bilməsi 
ona təsir etməsi düzgün başa düşülməli üçün o ana dilinə gözəl yiyələnməlidir. 
Ana dili məktəbəqədər yaşlı uşaqların əqli və əxlaqi tərbiyəsinin mənbəyi və 
vasitəsidir.Uşaq adətən iki yaşından danışmağa başlayır və 6-7 yaşında artıq 
ətrafındakılarla tam ünsiyyət saxlaya bilir.Uşağın nitqinin inkişafı onun ana 
dilinə yiyələnməsi deməkdir.Nitqin fornalaşması bu dövrdə ana dilini heç bir 
şey əvəz edə bilməz. Ana dili uşağı onu əhatə edən adamların xarakteri ilə 
içərisində yaşadığı cəmiyyətlə onun tarixi ilə onun istəkləri ilə heç bir tarixçinin 
tanış edə bilmədiyi şəkildə tanış edir.Buna görə də uşaqların düzgün rabitəli və 
ifadəli nitqə yiyələnmələri məktəbəqədər tərbiyənin başlıca vəzifələrindən 
biridir. 
“Uşaq bağçasında tərbiyə proqramı” nda uşağın nitq inkişafına mühüm yer 
verilir .Bu dövrdə nitq inkişafı üzrə işlər dedikdə səs mədəniyyətinin tərbiyəsi 
lüğət ehtiyatının zənginləşdirilməsi genişləndirilməsi vəfəallaşdırılması nitqin 
qrammatik quruluşunun təkmilləşdirilməsi dialoji və monoloji (rabitəli) nitqin 
formalaşdırılması həmçinin savad təliminə hazırlıq nəzərdə tutulur. 
Uşaq bağçasında uşaqlar ilk növbədə nitq ünsiyyətinin mühüm forması olan 
şifahi nitqə yiyələnirlər.Onlarda tədricən nitqi başa düşmək və fəal nitq inkişaf 
edir. 
Məktəbəqədər dövrdə nitq inkişafı üzrə iş bir neçə istiqamətdə aparılır .Uşaq 
yaşlılar və yaşıdları ilə ünsiyyətdə nitqini təkmilləşdirir, nitq onun üçün psixi 
proseslərin yenidən qurulmasının əsası, təfəkkürün inkişaf etdirilməsinin silahı 
rolunu oynayır. 
Uşaq hələ dil açanadək ,xüsusilə birinci il yaşlılarla emosional ünsiyyət 
saxlayır.Belə ünsiyyət forması nitqə yiyələnməyə hazırlıq dövrü hesab olunur. 
Bu dövrdə uşaq yaşlıların təbəssümünə təbəssümlə onların mehriban danışığına 
səs çıxarmaqla cavab verir . Yaşlılar danışarkən uşaq onların hərəkətlərinə də 
fikir verir və onun köməyi ilə səsin xüsusiyyətlərini,emosiyasını başa 
düşür.Uşaq həmin ünsiyyətdən xoşlandığı, yaxud narazı qaldığını ifadə edir . Bu 


isə fikir deyil hissdir.Həyatını ikinci ilində uşağın xarici aləm haqqında 
təsəvvürü artdıqca onun hərəkətləri və fəaliyyətləri mürəkkəbləşir ,idrakı 
imkanları genişlənir. Belə vəziyyəti yalnız “ emosiyanın dili ilə” ifadə etmək 
çox çətin olur və ya mümkün olmur .Bürzamansözlü nitq köməyə gəlir. 
Yaşlılar körpə ilə danışarkən onun diqqətini haqqında söhbət gedən əşyaya 
yönəldirlər. Beləliklə , emosiya arxa plana keçir o sözlə birlikdə əşyanın 
hərəkətin ifadə olunmasına xidmət edir. Altı- yeddi aylıq uşaq artıq sözlərin 
mənasını ,nitqi başa düşməyə başlayır.Nəticə etibarilə sadə, yarımçıq nitq 
ünsiyyəti meydana çıxır.Belə ki, yaşlı danışır uşaq isə mimika jest hərəkətlə 
cavab verir . Belə nitqin köməyi ilə uşağı sakitləşdirmək lazımi yerə göndərmək 
mümkündür. 
Müraciət səsi tələffüz etmək yamsılamaq mühüm əhəmiyyət kəsb edir.Bu 
nitqi eşitməni ,sərbəst tələffüzün formalaşmasını təmin edir. Bunsuz sözü 
yamsılamaq mümkün deyil. 
Uşaq ,adətən həyatının birinci ilinin axırında öz -özünə ilk sözlərini deyir: İl 
yarımdan sonra isə vaxtilə eşitdiyi və mənasını başa düşdüyü sözlər tədricən 
qeryri-fəal lüğətdən fəal lüğətə keçir . Onun nitqində iki sözdən ibarət ilk 
cümlələr də meydana çıxır. 
Nitq inkişafı üzrə iş təfəkkürün inkişafından ayrılmazdır. Nitq inkişafı uşağa 
eşitdiyini düzgün başa düşmək mühakimə yürütmək sual vermək əşya və 
hadisələri tutuşdurmaq əqli neticəyə gəlmək imkanı verir.Uşaq bağçasında nitq 
inkişafı üzrə iş aparılarkən diqqət hərşeydən əvvəl uşağın lüğət ehtiyyatının 
zənginləşdirilməsinə yönləndirilməlidir . Dilin başlıca vahidi söz üzrə ilk 
düzgün təşkil olunmadan uşaqların lüğəti zənginləşdirilmədən nitq ünsiyyəti 
həmçinin təfəkkürün inkişafı mümkün deyil.Uşaq yenicə dil açdığı dövürdə az 
miqdarda sözlə öz ehtiyatını ödəyə bildiyi halda məktəbə hazırlıq dövründə 
fikirini ifadə etmək üçün daha cox və mürəkkəb dil vahidlərindən mühüm 
morfoloji vastələrdən və sintaktik formalardan istifadə etməli olur.Uşaq artıq 2 
yaşında 300-ə yaxın 3 yaşında isə onun söz ehtiyatı 1000-i keçir.O bütün nitq 
hissələrindən istifadə edə bilir.Uşaq baxçasında uşaqların lüğət ehtiyyatının 
sürətlə zənginləşdirilməsi üçün əlverişli şərait yaradılır.Bu dövürdə uşaqların 
söz seçmələri onları əhatə edən şəraitdən ətraf aləmdəki əşya və hadisələrdən 
həmçinin ünsiyyətdə olduğu adamların nitqindən aslı olur.Tərbiyyəçilərin 
sistemli uşaqlarla məqsədyönlü ünsiyyət onların lüğətinə güclü təsir 
göstərər.Uşaq baxçasında tərbiyyə proqramında işlər hər şeydən əvvəl uşağın 
məişət lüğətinin zənginləşdirilməsinə ətraf aləmlə normal ünsiyyətinin təmin 
olunması üçün sözlərin seçilməsinə yönəldilir.Bu zaman uşaqda sözə maraq və 
həssaslıq artır.O bu və ya digər fikiri ifadə edərkən hansı sözü işlətməyin lazım 
gəlməsi eyni fikiri daha necə demeyin mümkün olması üzərində düşünür ona 
görə də uşağın dil açdığı dövürdən çoxmənalılıq sinonimlər üzrə sadə və praktik 
iş aparmaq lazımdır.Uşaqlärın sözlər necə tələfüz etmələrinə həmçinin 
nitqlərinin təmizliyinə də ciddi fikir veriiməlidir. Nitqin səs mədəniyyətinin 


tərbiyyə (səs mədəniyyətinin) tərbiyyə edilməsi məktəbə qədər dövürdə çox 
ciddi məsələlərdən biridir uşaq hər şeydən əvvəl dilin səs quruluşunun 
mənimsənilməsi nitq səslərini düzgün tələfüzü etməyi öyrenməlidir uşaq 
baxçasının hazırlıq quruplarında savad təliminə hazırlıq uşaqlarda şifahi nitqə 
yeni münasibət formalaşdırır.Nitq onun xarici səs cəhəti artıq şüurun predmenti 
olur. Uşaqlar cümlə söz və heca səslə praktik şəkildə tanış olurlar nitq səsləri 
üzərində iş dilimizin fonetikası və orfepiyasına əsaslanır.Bunuan əsasında 
sözlərin aydın səlis dilin normalarına uyğun tələfüzü formalaşdırır.Fonematik 
eşitmə nəfəs alma səsin tonunu ifadə etmə xüsusi ilə intonasiya vastələrindən 
səsin yüksəkliyi qüvvəsi sürəti məna vurğusu hasilə və s.Düzgün istifadə etmə 
də nitqin səs mədəniyyətinə daxildir.Çalışmaq lazımdır ki uşaqlar nitq ünsiyyəti 
prosesində davranış baxış durğu və müsahibinə müraciət formasım öyrənsinlər. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin